Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Bakcell INQUTU” sayəsində ünsiyyət daha rahat olacaq
“Bakcell INQUTU” sayəsində ünsiyyət daha rahat olacaq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 826
Səs ver:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni "Bakcell INQUTU” mobil xidmətini istifadəyə verir. "Bakcell INQUTU” abunəçiyə bütün onlayn ünsiyyət kanallarını,həmçinin təqvim və müxtəlif mənbələrdən olan əlaqələrini bir yerdə saxlamağa imkan verən vahid intuitiv interfeysdir.

"Digital Innovation Technology Systems” şirkəti ilə birlikdə işlənib hazırlanan bu xidmət sayəsində Bakcell abunəçiləri istənilən vaxt, istənilən yerdə və istənilən mobil cihazda elektron məktub və sosial şəbəkələrin imkanlarından istifadə edərək dostları və yaxınları ilə daha rahat ünsiyyət yarada bilərlər.

Bakcell abunəçiləri 12.09.2014- cü il tarixindən etibarən bu xidmətdən istifadə edə bilərlər.

"Bakcell INQUTU” elektron məktubların göndərilməsi və qəbul edilməsinə, "Facebook”, "Twitter” və "LinkedIn” kimi sosial şəbəkələrdən istifadə olunmasına, müxtəlif fayllarla işləməyə, yeni əlaqələr yaratmaq və onları sinxronlaşdırmağa, təqvimdəki hadisələri "Google” xidmətləri vasitəsilə sinxronlaşdırmağa və digər əməliyyatları həyata keçirməyə imkan verir.

Bundan əlavə, "BakcellINQUTU” istifadəçini daxil olan məktublar, eyni zamanda sosial şəbəkələrdə və təqvimdə baş verənlərlə bağlı pulsuz SMS vasitəsilə məlumatlandırır.

"Bakcell şirkəti öz abunəçilərinə təqdim etdiyi mobil xidmətlərin inkişafı və genişləndirilməsi istiqamətində daim çalışır. Bunun üçün biz mütəmadi olaraq ünsiyyəti daha asan edən yeni xidmətlər istifadəyə veririk. Abunəçilərə təqdim etdiyimiz yeni ”Bakcell INQUTU” xidməti ünsiyyətin yalnız bir interfeys üzərindən idarə olunmasını mümkün edən xüsusiləşdirilmiş bir alətdir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
"Bakcell INQUTU” xidmətindən istifadə etmək üçün «F» hərfi yazıb 6655 qısa nömrəsinə göndərmək lazımdır. Bundan sonra abunəçi SMS vasitəsilə şifrə alacaq və xidmətdən istifadə etmək imkanı qazanacaq.

Xidmətlə tanışlıq üçün ilk 30 gün müddətində Bakcell abunəçiləri ondan pulsuz yararlana biləcəklər. Sınaq müddəti bitdikdən sonra isə abunə haqqı gündəlik 0,06AZN təşkil edəcək.

"Biz əminik ki, "Bakcell INQUTU” Bakcell abunəçilərinin ünsiyyəti üçün rahat bir alət olacaq.Belə ki, "Facebook”, "Twitter” və "LinkedIn”, həmçinin elektron poçt, təqvimlər və əlaqələri idarə etmək bir interfeys üzərindən və istənilən mobil cihazdan asan, sadə və sürətli olacaq.Biz Azərbaycanda mobil rabitə sahəsində liderlik edən Bakcell şirkəti ilə əməkdaşlığımızdan məmnunuq və əminik ki, əlaqələrimiz gələcəkdədə daha aktiv şəkildə inkişaf edəcək”, deyə "DIT Systems”şirkətinin baş direktoru Vyaçeslav Ostrovskiy qeyd edib.
"Bakcell INQUTU” internet brauzeri olan istənilən mobil cihazda işləyir və bunun üçün əlavə proqram təminatı yükləməyə ehtiyac yoxdur.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Digital Innovation Technology Systems (ISTD) Ltd. Şirkətihaqqında
DIT Systems dünya üzrə istifadəçilər və mobil operatorlar üçün əlavə dəyər xidmətlərini və ixtisaslaşdırılmış telekommunikasiya həllərini hazırlayan şirkətdir.Şirkətin həlləri optimallaşdırma və müxtəlif informasiya və data axınının aqreqasiyasında istifadə edilir.DIT System şirkətinin məhsulları məlumatların ötürülməsi və sinxronlaşdırılmasının rahatlığını və etibarlılığını təmin edir.
Öz qərarları əsasında, DIT Systems həmdə müxtəlif əməliyyat sistemlərində çalışan mobil cihaz və planşetlər üçün proqramlar hazırlayır.
Şirkətin baş ofisi Kiyev,Ukraynada yerləşir.
DITSystems məhsulları və xidmətləri haqqında daha ərtaflı məlumat almaq üçün, zəhmət olmasa: www.dit-systems.com ziyarət edin və ya növbəti elektron ünvana müraciət edin pr@dit-systems.com.


Şərhlər:
Baxılıb: 826
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz