Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allaha əmanət ol, canım qardaşım
Allaha əmanət ol, canım qardaşım
Göndərən: Fi-Ra
Şərhlər: 17
Baxılıb: 277
Səs ver:
Salam saytımızın dəyərli xanımları. 3 oktyabr - bugün həm hüzünlü həm də sevincli günümüzdür. Hüzünlüdür ona görə ki, tam 1 il 6 ay qardaşımdan ayrı qalacağıq. Sevinclidir ona görə ki, hər layiqli Azərbaycan övladı kimi qardaşım da əsgər adını qazanıb. Bəli bugün qardaşım əsgər gedir.
Biraz uşaqlıq illərinə qayıtmaq istərdim. Qardaşımı çox sevirəm. Birdənəcik qardaşımdır mənim. Birdəfə bağa getdik. Fındıq sezonunun sonu idi. Ağacda bir- neçə fındıq qalmışdı. Allahyar çıxdı budağa, mən də düz durdum altında. Elə ordan necə yıxıldısa düz düşdü boynuma. Qəşəngcələ oturdu boynumda. O qədər gülmüşük.
Demək babam bütün evi, bağı hamısını qardaşıma vəsiyyət edib. Bir dəfə əlimizdən əsəbiləşdi(3 bacının) dedi qoymuram bağıma sizi. Girib yeməyin meyvələrimi. Qoymadı bizi bağa.
Deyirdi mənə çay süz, deyirdim əlimdə işim var sən süz. Başlayırdı mahnı qoşmağa - mənə çay süz deyə. Axırda gəlib deyirdi- "ölməmişəm az, özüm süzərəm". Mən ondan nə vaxt istəmişəm mənə çay süzürdü. Mən də deyərdim ki, sənin süzdüyün çay daha dadlı olur.
Heç vaxt yadımdan çıxmaz, haramsa ağrayanda gəlib ovxalaydı. Soruşardı gedim dərman alım sənə.
Hə bir də məni çox əsəbləşdirərdi. Saçımı toppuz yığırdım, gəlib toppuzma vurub qaçırdı. Hələ üstəlik siqnal səsi də çıxardırdı.
O qədər gözəl xatirələrimiz var. O biri bacılarımdan çox mənimlə yola gedirdi. Sifətcə də kopya oxşayırıq. Məni görənlər deyir qaqaşına oxşayırsan. Çox istəyirəm qardaşımı.
İki-üç gün əvvəl gəlmişdi bizə. Qızıma deyir Bakı çörəyidi bu (yumuşaqdı deyə). Ondan sonra qızımın adını qoymuşam Bakı çörəyi.
Sərhəd qoşunlarına düşüb. Amma hansı bölgədə olacaq bilinmir. İnşallah sağ-salamat gedib, Vətənə borcunu yerinə yetirib geri qayıdar. Allah bütün əsgərlərimizi qorusun İnşallah. Saytımızın xanımlarından əsgərlikdə yaxını olanlar varsa mən də qatıldım sizin sıranıza)) Əsgər yolu gözləyəcəyik qızlar)) Təki sağ-salamat hamısı geri qayıtsın İnşallah.


Şərhlər: 17
Baxılıb: 277
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kiraz mevsimci kiz
mənim qaqaşımda 4 aydirki esgerdi cox darixiram ve cox cetindi gozləmək REBBİM butun esgerleri qorusun AMİN
15 oktyabr 2016 18:36
# 17
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
canik
menimde qardawim esgerdi Allah butun esgerleri qorusun sag salamat gelsinler inwallah
4 oktyabr 2016 20:29
# 16
Totu
Allah bütün əsgərlərimizi qorusun.amin
4 oktyabr 2016 19:46
# 15
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
qaranliq1
Sitat: heyatim_menim
ALLAH butun esgerlerı qorusun ve ıcınde sızın qardasınız olmaqla Vetenımızı layıqce qoruyub sag salmat evlerıne en esası ATA ANAlarının ve sevdıklerının yanına donsunler ınsaALLAH.
4 oktyabr 2016 15:56
# 14
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
heyatim_menim
ALLAH butun esgerlerı qorusun ve ıcınde sızın qardasınız olmaqla Vetenımızı layıqce qoruyub sag salmat evlerıne en esası ATA ANAlarının ve sevdıklerının yanına donsunler ınsaALLAH.
4 oktyabr 2016 13:27
# 13
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
NURANE
Sitat: BARBI
Sag salamat qayitsin.Insallah.Layiqli veten oglu olsun

Amin
4 oktyabr 2016 09:44
# 12
zalimin zulmu varsa seveninde Allahi var
İnci
Allah yolunu aciq etsin sag salamat gedib gelsin
4 oktyabr 2016 06:52
# 11
Her gulusun arxasında bır keder vardır
Fi-Ra
Cox sagolun qizlar. Allah razi olsun her birinizden. Anam profiline(whatsappda) qardasimin gederken son defe cekilen seklini qoyub, ustune ustluk bir de status yazib. Bayaqdan aglayiram((( Qizim da baxib mene gulur. Indiden burnumun ucu goynedi. Duzdu o qeder de yaxin mesafede deyilik. Amma hec olmaya zenglesirdik, yazisirdiq. Allah ozu qorusun butun esgerleri.
4 oktyabr 2016 00:24
# 10
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Antikvar
Evdə iki uşağıq biri mən (böyüyü) biridə məndən iki il balaca olan qardaşım, uşaqlıqda nə qədər didişsəkdə böyüdüyümüzdə tam əksi daha çox bağlandıq bir birimizə, indi belə danışsaq o deyəcək mənim sən bacımdan başqa kimim var mən deyəcəm mənim yaraşıqlı qardaşımdan başqa kimim var) Hər kəs kimi məndə qardaşıma bağlı biri olaraq yazılan sözləri oxuduğumda kövrəldim, Allah qorusun qardaşınızı, inşallah sağ salamat vətənə olan borcunu yerinə yetirib sizlərə geri dönər.
3 oktyabr 2016 23:18
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Onun_Mələyi
Sizin evli və necə deyərlər çocuklu olduğnuzu bilmirdim:)) valla subay sanırdım...Mənimdə qaqaşım var.oda məni çox əsəbləşdirir, saçımı uçurur, nauşnkimi çıxarıb qaçır, Məni dişliyir23 Mahnı dinlərkən söndürür qaçır. hətta bayaq wife yi söndürüb qaçır:)) görür vatsapdayam...eh daha nələr nələr. ..amma evdə ən çox məni istiyir:) allah bütün əsgərlərin yolnu açıq etsin)) başda da sizin:)
3 oktyabr 2016 23:14
# 8
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
CAAAAN LAP KOVRELDIM...ALLAH QARDAWINIZI QORUSUN,ADI KIMI ALLAH ONA YAR OLSUN,SAG SALAMAT QAYITSIN.
MENDE QAQAMNAN COX YAXIN IDIM,ARADA QIRIWSAQDA ESGER GEDENDE PIS OLMUWDUM;((BURDA BIR NECE QIZ VAR QARDAWI ESGER,HAMISININ QARDAWINI ALLAH QORUSUN,QAYIDANDA HERENIZ AYRICA XEBER HAZIRLARSIZ SIZI TEBRIK EDERIK,INWALLAH.
3 oktyabr 2016 22:18
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
narmiwka_15
can fidanim Allah qorusun bilirem bu hissleri sag salamat qayitsin
3 oktyabr 2016 21:40
# 6
Be Happy))
vipbetul
gozel xatirelerdir insallah saq salamat geri doner veten borcunu odeyib
3 oktyabr 2016 20:35
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sag salamat gedib gelsin
3 oktyabr 2016 20:09
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fi-Ra
Artiq getdi qardasim. Bugune xeber geldi ki, ayin 15-i gedecek. Tezeden bugune cixdi qerar apardilar. Hec son defe sesini de eside bilmedim((( Sag-salamat gelsin insallah.
3 oktyabr 2016 20:01
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Helena
Sag salamat gedib gelsin.Allah tez bir zamanda qovuwdursun
3 oktyabr 2016 20:00
# 2
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
BARBI
Sag salamat qayitsin.Insallah.Layiqli veten oglu olsun
3 oktyabr 2016 19:51
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz