Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Geridə qalan 3 il :)
Geridə qalan 3 il :)
Göndərən: Antikvar
Şərhlər: 41
Baxılıb: 1017
Səs ver:
Salam saytımızın gözəl xanımları. Əslində xəbər hazırlamaq kimi bir fikrim yoxuydu sadəcə profilimə daxil olduğumda saytda 3 ilimin tamam olduğunu gördüm, gördüyüm anda isə 3 il ərzində saytda keçirtdiyim günlər yadıma düşdü. Gəlin indi qısacada olsa saytda ilk gəldiyim günlər başıma nələrin gəldiyini yazım. 2013-cü ilin iyun ayının 9 saytdan qeydiyyatdan keçdim saat 15:55 radələrində qardaşımın köməkliyi ilə, bir neçə dəfə qeydiyyatdan keçmək istəsəmdə alınmamışdı, sağolsun skayıp vastəsilə qardaşım mənə köməklik etdi və istəyimə çatdım, istəyimə çatdım deyəndə qeydiyyatsız hər bir xəbərlərdən yetərincə mariflənə bilmirdim mənasında vurğuladım. Bir iki gün xəbərlərə şərh yazdım təsadüfən Qadınlar. biz bölməsinə aid olan bir xəbər rastıma çıxdı keçmiş userlərdən(Şkoladnaya peçenya) nikli userin müsahibəsini oxudum, xarakterini bəyəndim, xəbərinə yazdım "xarakterinizi çox bəyəndim danışıb-gülən qıza bənzəyirsiz əyər razılaşsaz tanış ola bilərik" yazıb şərhimi sonlandırıb saytdan çıxdım səhəri sayta giriş edəndə alınmırdı yazılırdı(Admin tərəfindən kənarlaşdırılmışsız) səbəbini anlamadım, bir həftə sayta qonaq qismində daxil oldum sonradan terpiniyamın tükəndiyini görüb saytda sözlərimi kimə yaza bilərəm deyə axtarış edirdim sonunda tapdım Qadınlar. biz saytının mail adresinə, bir dastan söz yazıb göndərdim amma inamım yoxuydu yenidən saytda fəalliyyət göstərəcəyimə, bir gün hardasa 5 gündən sonra olardı sayta giriş etməyə çalışdım gördüm alındı, sırazı mail adresinə daxil oldum gördüm Mammadov V.C. mesaj yazıb girişinizə imkan yaratdım amma nikinizi dəyişin, sağol dedim və nikimi dəyişmək üçün Sual bölməsinə yazdım gördüm əhəmiyyət verən yoxdu və 3 ildi saytın Antikvar nikli useri olaraq fəalliyyət göstərirəm.) Bu nikə görə sual verən çox oldu məhz nəyə görə Antikvar?, niki qardaşım ilə birgə seçim etmişəm özəl bir nədəni yoxdu Antikvariski bir tək geyimləri bəyənirəm əşyaları o qədərdə yox)) İlk gəldiyim günlərdən keçid alıram ilk tanışlıq üçün mənə ismarıc atan qızlara, yusif18 ilk dəfə ismarıc atdı tanış olmaq üçün cavab yazmadım))) Daha sonra yenə ismarıc göndərdi şərhlərini çox bəyənirəm tanış olaq deyə yazmışdı mən isə qısa cavab vermişdim, o zamanlar fikrimdə bunları düşünərdim, "bəlkə oğlandı qız adıyla yazır₽))) Deyə o qədərdə ismarıc ilə maraqlanmazdım, amma sayta öyrəşdikcə anladım ki , sayta oğlanların girişi qadağandır, ondan sonra mənə çatmışdı müsahibədə gəl tanış olaq deyə yazdığım şərhdən sonra niyə qovulduğum)) (gecdə olsa)) hər nəysə sonra Almeria nikli user ilə tanış olduq çox yaxşı mehriban qızıydı bu günə qədər saytda olsa yazıb axtaracaq indi nişanlı, unidə oxuyur deyə o qədərdə sayta daxil ola bilmir. Daha sonra Narın Yağış mənim birdənəm bacım qədər çox istədiyim dəyər verdiyim, (Narınım) deyirəm mən ona, üç ildi dostluğumuz davam edir, sevincimizdə, ağladığımızda, kədərləndiyimizdə, bir birimiz ilə bölüşürük hara getsəkdə ən azından yaxşı olduğumuzu yazıb xəbərdar edirik, ona nə qədər dəyər verdiyimi çox yaxşı bilir dünən özünə sözlərimi yazmışdım) Busenaz nikli user oda mənə çox yaxınıydı amma nişanlandıqdan sonra sayta girmir artıq, Sona nikli user mən Ona Sonam deyirəm evliliyini, xınayaxdısını arzum-aysum nikli userin sahəsində bir yerdə keçirdik indi balaca bir qızı oldu tez-tez olmasada arada girib mənlə dərdləşir Sonamada hörmətim bir böyük bacım kimi sonsuzdub 123 Miss,_Oxatan 'da saytda mənə yaxın olan qızlardandı bir işim düşmüşdü ona sağolsun yetərincə köməyi olmuşdu mənə. Çox qızlar var burda adını yazmadığım qızlar inciməsin məndən, qeyd etdiklərim tez-tez danışdıqlarımdı deyə onları yazdım)Sözümüzün çəp gəldiyi qızlarda olub nə yalan deyim;) Amma əsası hər nə olursa olsun bu sayt mənim üçün çox doğmadı, başqa saytlardan çox keçmək istəmişəm qeydiyyatdan amma nə qədər düzgün məkan olmadığının şahidi olmuşam, amma bura isə tamamilə başqadı, ilk növbədə qızlar arasında hörmət var, mehribançılıq var, bir - birilərinə virtualda olsa sevgi var, bunlardan gözəl nə ola bilər ki, amma gəlin bu şəraiti yaradan Mammadov V. C. admini unutmayaq nizam - intizam deyə bir sözümüz var bax o nizam intizamı adminimiz qoruyub saxlamağı çox gözəl bacarır və bu saytı yaradıb biz Qadınların öhtəsinə verdiyi üçün sonsuz təşəkkürümü bildirirəm özünə, sonuncu təşəkkürümü Azərbaycanın bəzi yuxarıda oturanları İlhamı görəndə yaltaqlıq edənlər kimi etdiyimi sanmayın))) Həqiqətən o təşəkkürə layiq olan şəxsdi:)
Məndən bu qədər ümid edirəm oxumaqdan yorulmadız. Hər zaman saytda var olun qızlar. Sağolun.


V.C.-nın əlavəsi: Xəbəri oxuyub dünən yayımlanmalı idi deyənlər gəlin öldürün))))) Unutmuşam dünən dərc etməyi. Ayın 15-dən sonra yeni kollektiv qurulacaq redaksiyaya onda yayım axışı düzələcək.
Antikvara gəlincə saytda dəli-dolu 2 adam varsa 1cisi Antikdi zənnimcə. Niyə? Uşaqları ola-ola ərinməz-ərinməz bütün xəbərlərin mətnini oxuyub mətnə görə reaksiya alan və bu reaksiyanı eninə-boyuna şərhə tökən başqa niklə rastlaşmamışam)))) İndi guya öz aləmimdə yaxşı söz dedim 122


Şərhlər: 41
Baxılıb: 1017
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
gecde olsa mende tebrik edirem nece bele illere
5 avqust 2016 00:02
# 41
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
tek umidim sen
Daha nece nece ilini qeyd edesen in sa Allah...
13 iyul 2016 10:40
# 40
Kadın derin ama adam yüzme bilmiyor...
evli.mutlu.cocuklu
Təbriklər neçə belə illərə
12 iyul 2016 13:53
# 39
lili)
insallah 30 illiyini qeyd edersen
12 iyul 2016 11:26
# 38
Antikvar
Gözəl sözlərinizi oxuduqca duyğulanmamaq mümkün deyil) Virtual belə olsa sizlər tərəfindən belə sevilməyi, dəyər görmək insanı xoşbəxt edir. Hörmətiniz, sevginiz, dəyəriniz inanın ki, qarşılıqlıdır. Nə yaxşı 3 il ərzində bu sayta vaxt ayırıb sizin kimi userləri tanımışam. Məndə qarşılıqlı olaraq silərə hər zaman saytda var olmağınızı diləyirəm:) Cox sağolun dəyərli sözləriniz üçün.

Sitat: Miss_Angel

mende antikvar xanimla taniwligimdan yazim demeli bilmirem vallah deqiq hansisa xeberime mi ya hansisa werihime mi nese sert riaksiya vermiwdi ele eseb olmuwdum ki elimde olsa sac bawin yolardim 122 waka waka
soram bu qizi taniqca sevmeye bawladim .heda oda meni cox isdeyir bilirem. 09 heda birdefe komek isdedim cox sag olsun yardim edi parolumu bele guvenib vermiwdim bir problemim vardi onu hel edmek ucun cox sag olsun .


))))
Adresi deyərdin saçlarımın uclarından göndərərdim istədiyin qədər yolardın))))
Nəinki, saytda hətta real həyatda belə mənimlə ünsiyyətdə olmayanlar sanırlar özünüçəkən, heç kimi saymayan, tərs biriyəm)) Taki bəzilər ilə arada olan məsafəmi götürənə qədər fikirlərində yanılmaqlarına səbəb oluram))
Əlbbətdə çox istəyirəm gözəlim, ən böyük arzumda çox xoşbəxt olmağındı, Allahın izni ilə səbrlə sən o xoşbəxtliyə sahib olacaqsan.Əyər köməkliyim olubsa nə xoş mənə. Gözəl sözlərin görə təşəkkürlər:)
11 iyul 2016 16:33
# 37
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
...AdaDunyam``
tebrik edirem..serhleriyle cox seviyim userdir
11 iyul 2016 15:02
# 36
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Sirine
AntikvAR) Her defe saytda nese xeber olanda tez awagi duwub Antikvarin werhin axtarib oxyuram)Bir aza biz daniwirig arkadawiydig)Tebrik edirem.Saytda uzunomurlu uselerden olasan)
11 iyul 2016 12:30
# 35
....
Fialka
Üç il az vaxt deyil bu münasibətlə təbrik edirəm sizi daima Qadınlar.Bizlə olmanız diləyilə ilə dəyərli istifadəçi :) Həyatınızda və məqsədlərinizdə uğurlar hər zaman.
11 iyul 2016 09:54
# 34
tatyana
Antikvar-saytin hem cox danisani),hem deceli,hem agillisi,hem sirini,hem mehribani,hem boyuklere hormetle yanasi....
Gozelim saytda 3illik tarixcen maraqlidir,maraqla oxudum,hemise maraqli fikirlerinle saytda olasan,her zaman cani saglam olasan(xestelendiyini anlamisdim serhlerde),sen Antikvar kimi deyerlisen burda hami ucun))sene heyatinda xoss gunler,saglamliq arzu edirem,bu arada sayende saytin uzun serh yazanlarina admin bu qeder ustunluk verdiyinide bildik.
11 iyul 2016 09:53
# 33
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
ulduz
Antikvar cox sevdiyim ve hormet etdiyim userdi .Tebrikler insaalah sayt var olduqca sende bizimle olasan 128 hazirladigin xeberde eladi tam sene laiq uzuuuuuuuuuuuuuuuuuun ve menali etir
11 iyul 2016 08:58
# 32
yarpaq33
Sevdiyim ve werhleroni beyendiyim userlerdensiz o gun olsun bu saytda 30 illiyinizi qeyd edek
11 iyul 2016 08:16
# 31
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
anonim
Tebrik edirem.o gun olsun 10illiyinizi qeyd edesiz
11 iyul 2016 07:38
# 30
haminin coxlu arzusu olur.menimde coxlu arzularim var.ama en birinci odurki bebesimiz olsun.Allah hec bir evi usagsiz etmesin.her evden usag qigiltisi sesi gelsin.Allah hec kimi usagnan imtahana cekmesin.Allah xeyirli ovlad qismet etsin.Allah ne virir versin qiz oglan ferqi yoxdu saglam versin.Amin InsAllah
canr
Ay Antik bu yazini çox maraqla oxudum gece saat 2 olmasina baxmayaraq.Çox sevdiyim,hormet etdiyim userlerdensen.(hercendki yaxinligimiz yoxdu)ama men seni taniyirmis kimi çox isteyirem.Allah seni ve sevdiklerini qorusun.Tebrikler
11 iyul 2016 02:12
# 29
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
SENSİZ
Tebrik edirem. Menimde hormet etdiyim userlerdendi. 30 illiyinizi birlikde qeyd edek gul
11 iyul 2016 01:51
# 28
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nur Melikzade
Heqiqeten de saytda paylawilan xeberlere etrafli wekilde werh yazan ilk xanimsiz mence.Werhlerinizide severek oxuyuruq.Tebrikler♡
11 iyul 2016 00:02
# 27
İmza
14MsM
Tebrikler ogun olsun 3yaninda bir 0 olsun werhlerini beyendiyim bir xanimsiz birdaha tebrikler
10 iyul 2016 23:40
# 26
arzum-aysum
Antikimmmmm, gözəl qudam, tebrik edirem saytdaki doğum gününu, bura bizim ikinci ailemiz olduğu üçün burdaki qizlar da bize yaxin ve əzizdir. Amma senin yerin bir başqadı bilirsən. Her zaman burda bizimlə ol inşallah. Senin kimi userlere saytimizin ehtiyacı var menc. Çünki saytda cox insanlar qeydiyyatdan kecir, sayt həyaindan cçoxları gəlib gedir, amma yadda qalmaq ve sevilməyi her kes bacarmir. Sen de mehz bu cur qizlarimizdansan. Sevilən, seçilən... Seni cox istediyimi bilirsən 123 her zaman bele sevilən ve secilen ol inşallah
10 iyul 2016 23:16
# 25
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Antikvar
Sitat: aziz a
Mende tebrık edırem Antıkvar nikini...cox gozel ,uzun uzadı serhlerı ,gozel fıkırlerı ıle secılen bır userdı...bır defe sexsıde yazdım tanış olmaq ıstedım,sadece cavabı menı qane etmedı ve netıce cıxardım kı,elede hevesı yoxdu mubasıbet qurmaga ...bır daha tebrıkler saytımızın Antıkvarı kımı qalasız....


Həqiqətənmi?) İnanın yadıma gəlmir haçan sizinlə yazışdığım, istəyivizə qarşı atdığım addım düzgün olmayıb üzrlü sayın) Münasibət qurmağı sevməyinə sevirəm sadəcə ismarıc yazmağa hövsələm çatmır nədənsə)) Hər nə qədər bir dastan şərh yazmağımdan fərqli olsada)) O uzun şərhlərdə mütləq çay arası özümə verdiyim istirahət etdiyim zamandı)) Nə zaman istəsəz buyurub ismarıc yaza bilərsiz, sevə-sevə sizinlə söhbətləşə bilərik. Gözəl sözləriniz üçündə təşəkkür edirəm.

Sitat: rəmsə
Təbriklər yerlim)),neçə illər bir yerdə olaq inşaallah.Yazını da bəyəndim,sayəndə özü öz saytdakı ildönümünü qeyd edəni də ilk dəfə gördüm07Maraqlı yazıbsan07Həmişə saytda belə bol-bol şərh yazasan bacişqo123Maşaallah sənə həsəd aparıram 2 uşaqla bu qədər sayta daxil olub və ətraflı şərhlər yaza bilirsən deyə.Sənə həyatda və saytda bol-bol uğurlar bacişqo08

Buarada saytın ayın15.indən sonra yenidən toparlanmağına da sevindim:)



Sağol yerlim)) Həsəd aparma göz dəyəcək)))) Əvvəllər daha aktiv idik saytda indiki gördüyünüz uzun şərhim əvvəl ki, şərhlərə nisbətən qısadı, belə getsə puça çıxacaq))) son zamanlar o aktivliyi qoruyub saxlamağa çətinlik çəkirəm, səbəb artıq böyük oğlumun dərsliklərinə başım qarışıqdı) sentyabr ayından çətin ki, sayta vaxt ayıra bilim hər gün baş çəksəmdə o uzun şərhlərim az-az görünəcək, onda gözün yerlini axtaracaq)))) 08
Çox sağol bacişko, sənin və sənin kimi bir çox userlərin ismarıc və duaları mənimlə oldu buda mənə həddindən artıq böyük dəstək idi)

Sitat: Tomris Müslümova
Ğzü-özünə xəbər hazırlayan mən görməmişdim.Bəlkədə olub amma mənnən qabaqda olub deyə xəbərsizəm.Gözəl və özəl alınıb.Yaxşı fikirdir əslindəTəbrik edirəm.Daha belə neçə illəri Qadınlar.biz-lə bərabər....


Yenilikləri sevirəm)) Çox sağol şirin qız dəyərli fikirlərinə görə)


Şərh yazan qızlarımızın hər birinə minnətdaram dəyərli sözləri məni şad etdi. İlk sıralarda da qeyd etdiyim kimi xəbər hazırlamaq fikrim yoxuydu sadəcə öz profilimə daxil olduğumda 3 il bundan öncə keçirtdiyim anılar yadıma gəldi, yeni qeydiyyatda olanlar keçmişdə burda olan qızların necə maraqlı günlər keçirtdiyini heyif görə bilmədilər, indi bomboş olan söhbət otağı 3 il bundan öncə şərhlərimiz, danışıb gülməyimiz ilə çox maraqlı anılar həkk edirdi yaddaşımıza, çox qızlarımız çox təəsüflər olsun ki, artıq sayta daxil olmurlar, o qədər gözəl anılarımız olub bu günə qədər arada Narın Yağış ilə söhbət düşəndə danışırıq) Hər nəysə))..

Qadınlar. biz saytına uzun zaman fəalliyyət göstərməsini diləyirəm. Mammadov V.C sonda qeyd etdiyi sözlərinə təşəkkürlər))
10 iyul 2016 23:05
# 24
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Mrs.Pianist
Tebrik edirem. Hemise saytda olasanm olmasan yerin goruner.. seni coooxx sevirem..
10 iyul 2016 22:55
# 23
Acısı çox olan qizların guluşu gozel olur.!
Miss_Angel
tebrik edrem nece gozel ilere bizimle birlikde
men uzun xeber ve ya uzun werih oxuyan deyilem hec sebirmide yoxdu ama maragimi cekdi oxudum wad oldum.
mende antikvar xanimla taniwligimdan yazim demeli bilmirem vallah deqiq hansisa xeberime mi ya hansisa werihime mi nese sert riaksiya vermiwdi ele eseb olmuwdum ki elimde olsa sac bawin yolardim 122 waka waka
soram bu qizi taniqca sevmeye bawladim .heda oda meni cox isdeyir bilirem. 09 heda birdefe komek isdedim cox sag olsun yardim edi parolumu bele guvenib vermiwdim bir problemim vardi onu hel edmek ucun cox sag olsun .cox yaxwi qizdi 2evladinin xow xeberlerin ewidek burda .
sayitiimiza gelincen adminimize gelincen cox gozel bizlere werait yaradib burda qadinlariq hamiyla dosduq baciyiq sohbet edirik cox gozel sayitdi mende bura qeydiyatdan kecende bilmirdim ogln olur olmur werih yazmaq niyeti ile fikir billdirmek niyeti ile daxil olmuwdum soram bildim oglan qadagandi cox sevindim ailemde bir anam bilmirdi oda bilir rahatam evde hami bilir.ama olurde arada sayitda 18+uzeri reklamlar xeberler olur daha ne edek goz yumaliyiqde 02 .
birdaha tebrik edirem antik 20
ilkdefedi mende diyesen sen sayesinde uzun werihim oldu 23
10 iyul 2016 22:39
# 22
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Tomris Müslümova
Özü-özünə xəbər hazırlayan mən görməmişdim.Bəlkədə olub amma mənnən qabaqda olub deyə xəbərsizəm.Gözəl və özəl alınıb.Yaxşı fikirdir əslindəTəbrik edirəm.Daha belə neçə illəri Qadınlar.biz-lə bərabər....
10 iyul 2016 22:27
# 21
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
_TəHLuKə_
Gecdə olsa təbriklər...♡Çox maraqlı xəbər alınıb♡
10 iyul 2016 22:25
# 20
Özün ol!Qəti özənmə özgələrinə!
rəmsə
Təbriklər yerlim)),neçə illər bir yerdə olaq inşaallah.Yazını da bəyəndim,sayəndə özü öz saytdakı ildönümünü qeyd edəni də ilk dəfə gördüm07Maraqlı yazıbsan07Həmişə saytda belə bol-bol şərh yazasan bacişqo123Maşaallah sənə həsəd aparıram 2 uşaqla bu qədər sayta daxil olub və ətraflı şərhlər yaza bilirsən deyə.Sənə həyatda və saytda bol-bol uğurlar bacişqo08

Buarada saytın ayın15.indən sonra yenidən toparlanmağına da sevindim:)
10 iyul 2016 22:06
# 19
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Canavar sevgisi
Tebrikler mece bele illere20
10 iyul 2016 21:49
# 18
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Sara035
Tebrik edirem 3 ilinizi inwallah daha nece nece illere cixariq birlikde.cox emeyiniz olub saitda werhi axtarilan userlerden biride sizsiz:)
10 iyul 2016 21:18
# 17
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
FISTIK
20 Yenede tebrikler xanim nece illere
10 iyul 2016 21:04
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Fi-Ra
Tebrik edirem. Hemise bizimle olasiz. Serhleriniz saytin xeberlerinden eksik olmasin.
10 iyul 2016 20:32
# 15
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
aziz a
Mende tebrık edırem Antıkvar nikini...cox gozel ,uzun uzadı serhlerı ,gozel fıkırlerı ıle secılen bır userdı...bır defe sexsıde yazdım tanış olmaq ıstedım,sadece cavabı menı qane etmedı ve netıce cıxardım kı,elede hevesı yoxdu mubasıbet qurmaga ...bır daha tebrıkler saytımızın Antıkvarı kımı qalasız....
10 iyul 2016 20:29
# 14
Qelbim doludu !!!!
vipbetul
maraqli yazi alinib uqurlar

maraqli yazi alinib uqurlar
10 iyul 2016 19:40
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Xeber çox maraqlı alnıb.maraqlı oldu sizin haqda bunları bilmek.wexsı tankwlıqım olmasada sizinle...werhlernizden belli olurdu xarakteriniz.hemiwe maraqıma sebeb olub Antikvar nikiniz.adminin de dediyi kimi en uzun werh yazan xanımsız.sizi tebrik edirem.30 iiliynizi kecresiz inwallah.
10 iyul 2016 19:25
# 12
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz