Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....
Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....
Göndərən: arzum-aysum
Şərhlər: 46
Baxılıb: 1837
Səs ver:
Mənim gözəl, şirin, şəkər bacılarım... 11 bu ilaxır çərşənbə günü sizləri xoş  gördük... ilk öncə onu qeyd edim ki, bu gözəl, ən sevdiyim bayramı burda sizlərlə birgə keçirmək məni dəhşət dərəcədə çox xoşbəxt edir... ponpon mən bura o qədər öyrəşmişəm ki, sizləri o qədər çox sevirəm ki, nəsə əlamətdar bir gün olnada ilk öncə saytımızı, sizləri düşünürəm ki, mütləq təbrik etməliyəm...

 

Artıq hər kəs bu gözəl ilaxır çərşənbəni qeyd etməyə başlayıb yəqin ki... 127 hətta bir çoxlarınızın evində bəlkə də dünəndən hazırlıqlar başlayıb düşünürəm... biz tərəflərdə axır çərşənbə Bayram ədər təmtəraqlı və sevinclə keçirilir... dancing hətta deyərdim ki, bayramdan çox bu gün daha əziz gün hesab edilir... niyə?... çünki bu gün bütün qohumlar bir birini ziyarət edir, bayramlaşır... qonşular , yaxın yaşayan qohumlar bir birinə bayram payı ilə dolu xonçalar gondərir... məhz bu gün Novruzun ən gözəl adətlərindən olan papaq atdı olur... yenə bu gün gənc qızlar yığışıb fala baxırlar... cadu niyyət edirlər... yəni anlayaçağınız bayramın ən gözəl adət-ənənələri elə bu gün yerinə yetirilir...

 


Deməli hər kəs bilir ki, bu gün çoxxxx dadlı və ləzzətli paxlavalar, şəkərburalar, qoğallar, badamburalar, şəkərparələr, mutakilər, İrəvan və Qarabağ kətələri, hər yerin özünə xas Novruz şirniyyatları ilə xonçalar tutulub süfrələri bəzəyəcək... Səməni belində qırmızı lent Novruz süfrəmizin tacı olacaq... yumurtalar boyanacaq... plovlar, salatlar, dadlı yeməklər də öz yerində... şər qarışan vaxtı tonqallar qalanacaq, ates böyükdən kiçiyə hər kəs bu tonqalların ətrafında bayramlaşıb ağırlığım uğurluğum deyib tonqaldan tullanacaq... boyanmış yumurtalar döyüşdürüləcək... və daha nələr nələrrrr....

 

Bütün bunları etmək Novruzun gözəlliyidir... girl_in_love Novruzun özəlliyidir...

 

Bundan əvvəlki çərşənbələrdə  komp hazırladığım xəbərlərdən fərqli olaraq bu çərşənbə ilə bağlı xəbərimdə keçmişdə yerinə yetirilən adətlərdən, deyil də məhz bu zəmanəmizə qədər qorunub saxlanılan və etməkdən zövq aldığımız adətlərdən yazacam sizə... Mən sizə gənc qızların heç olmasa ömürlərində bir dəfə də olsa həvəslə və maraqla yerinə yetirdikləri Novruz fallarından,  cadu özü də şəxsən özüm baxdığım fallardan, onarın nəticələrindən danışım... 

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 

Deməli başlayım ilk dəfə Novruz falı etdiyim gündən... 11ci sinifdə oxuyurdum... yəni artıq məktəbi bitirməyimə və universitetə imtahan verməyimə çox az bir zaman qalmışdı... Axır çərşənbə günü qaş qaralan kimi qulaq falına çıxmaq qərarına gəldim... kovulan ürəyimdə niyyət tutdum ki, bu il universitetə qəbul olacam?... və getdim qonşunun qapısına... evlərində çoxlu qonaq var idi və görünür əvvəlcədən nə barədəsə danışırdılar.... elə qapıya yaxınlaşan kimi gördüm qonşumuz deyir ki, Allah qoysa inşallah...  melek inanin sevincdən göydə uçurdum... bu sözü, uca Allahın adını eşitmək məni sakitləşdirdi, və bildim ki, inşallah qəbul olacağam... 

 

 Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....


amma rahat durmadım... həmin gün bir fala da baxdım... cadu deməli bu fal necədi... yenə universitetə qəbulu ürəyimdə niyyət etdim və boş, həm də bir birindən fərqli üş stəkan götürdüm... verdim adət görməmiş ( yəni mensturasiya olmamış qız)  miwka balaca bacıma.... stəkanlardan birini doldurub gətirməli idi... seçdiyim stəkan dolu gəlsə idi niyyətim yerinə yetəcək... əgər yox boş gəlsə idi demək ki, niyyətim yerinə yetməyəcəkdi... həyəcanla gözləyirəm ki, hansını dolduracaq... ahaaaa... gəldi vəəəəəə gördüm ki, mən ürəyimdə tutduğum stəkanı doldurub... dua  və beləliklə həmin il Allahımın köməyi ilə universitetə qəbul oldum...

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 

Sonra universitetin 1ci kursunda oxuyuram, 17 yaşım var... məndən bir yaş böyük bacım və 24 yaşlı qonşu qız buğda falına baxmaq qərarına gəldik... tavanı qoyduq ocağın üstünə qəşəngcə qızdı... sonra hərəmizin adına bir buğda qoyduq .... nə olsa yaxşıdı... qonşu qızın buğdası qoyan kimi hara uçdu bilmədik... bacımın buğdası yerində başladı tullanmağa, hərlənməyə... ya mənim buğdam.... qaldı dəmirin üstündə yandı... yandııııı kül oldu... hh yəqin başa düşdüz falın nəticəsini... həmin qonşu qız elə həmin il gəlin köçdü, toy bacım həmin il nişanlandı... urek və  mənnnnnnnnnnn.... buğdam kimi qaldım yerimdə...  ciyy düz onlardan on il sonar gəlin köçdüm...  122

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 

 

Sonra artıq aradan xeyli bayram keçmişdi... yenə qulaq falına çıxım dedim... hardasa 24 - 25 yaşımda olardım... hələ sevdiyim falan , ürəyimə yatan biri yoxdu... niyyət elədim ki, bu il ailə quracam ya yox...  toy təbii ki, gənc qızların çoxunun bayramda qulaq falına çıxarkən etdiyi niyyət... bookiz getdim bir qonşunun qapısında dayandım... bunlarda da qonaq var idi... yenə nədən söhbət gedirdi bilmirəm, bu söhbətdən mənim eşitdiyim o oldu ki, bu hardadı, gəlməyib... girl_cray yəni anlayacağınız həmin il həyatımda heç bir dəyişiklik olmadı... iş... ev... iş... ev....  hahahah

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 

Vəəəə yenə aradan bir iki il keçib... həyatımda bidənəm var... sevirəm ... sevilirəm... amma layihədən də oxuduğunuz qədəri ilə məni vermirlər.... kefim yoxdu... həvəsim yoxdu heç nəyə... hmmm   baxdım bacılarım fala baxır... mən də təzə Novruz falı öyrənmişdim... şam ilə, dedim gəlin baxaq... deməli bir kasa götürüb su ilə doldurursan və təzə işlənməmiş bir şam götürürsən... şamı yandırıb başı aşağı suya tutursan, şam yanıb əridikcə suya tökülür və tökülən damcılardan hərif yazılır... etdim və nəticəsi sizcə necə oldu.... zquestion bidənəmin baş hərfi çıxdı suyun üzündə,... kocmannnnnn bir R... fikirləşdim ki, inşallah Allahımın köməyi   ltfen ilə gələcək yoldaşım bidənəm olacaq...

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?.... 

 

Vəəə ən son etdiyim Novruz falı... artıq nişanlı idim... amma hələ toyumuz olmamışdı... amma toy tarıxımiz artıq bəlli idi... apreldə inşallah bidənəmlə qovuşacaqdıq... mucux çərşənbə günü dedim bir ayaqqabı falına baxım... sağ ayaqqabımı çıxarıb arxası qapıya tərəf durdum və başımın üstündən tulladım... çönüb gördüm ki, nəəəə... ayaqqabım pilləkənin birinci pilləsində ağzı yola düşüb... dedim həəəəə.... demək bu fal da doğrudu...

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?.... 

 

Həəə... bax belə qızlar... bu da mənim çərşənbələrdə etdiyim fallar... siz də edin... çox marqalı olur...
 
və sonda, əziz bacılarım, hər birinizin bayramını təbrik edirəm... İlaxır çərşənbəniz mübarək! Qoy bu bahar gəlişi ilə evlərinizə bol ruzi bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Can sağlığı, sevgi və səadət gətirsin... bütün arzularınız gerçək olsun.... Tanrı hər şeyin ən gözəlini sizlərə nəsib etsin... amin... öpürəm hamınzı...


Şərhlər: 46
Baxılıb: 1837
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nermin))
Cox maragla oxudum.Siz esil falabaxanmissiz.insallah innen sonraki novruz fallarinizda xos olsun.Amin
19 mart 2016 01:08
# 46
arzum-aysum
Sitat: _Mira_Yaman_
Maraqli olub. Hec birin etmemisem amma wami etmek isterdim. Adi gunde etmek olar?

yox canim menim, ancaq ilaxır çərşənbə günü, sen gələn Novruzu gözlə
16 mart 2016 21:01
# 45
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Mrs.Pianist
Maraqli olub. Hec birin etmemisem amma wami etmek isterdim. Adi gunde etmek olar?
16 mart 2016 19:22
# 44
Acısı çox olan qizların guluşu gozel olur.!
Sweet_GirL
ayy cox maraqliydi 05
16 mart 2016 03:08
# 43
leyli
qorxurame ele fallardan
15 mart 2016 23:18
# 42
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Antikvar
Çox maraqla oxudum Türkanım ,üzümdə təbəssüm yarandı oxuduqca:)
Məndə etmişəm bəzi falları subaykən,məsəl üçün qulaq falı amma heç vaxt heçnə eşitməmişəm,hə qapıya qulaqlarımı dayıyırdım amma nə fayda sözləri eşitmək mümükün deyildi belə vaxtları mamam deyərdi sənin qulaqlarında problem var qonşuları günahlandırma))Üzük falınıda xalamqızları edib mənim üçün yaşımı çox göstərmişdi amma əksi oldu :)Başqa edəcəyim fal olmayıb.
Saytın bütün üzvlərinin çərşənbəsini təbrik edirəm,Vətənində keçirmək bir başqa gözəldi hər bir şeyi etsəkdə sanki bir yerimiz əksikdi,bu gün nədənsə daha çox darıxdım vətənim üçün gənclik vaxtlarım üçün,hamımız yığışıb tonqalın ətrafında gecə saatlarına qədər gülüb əyləndiyimiz günlər üçün,qonşu qızların əlində papaq qapı qapı gəzib papaq atdığımız günlər üçün çox darıxdım,amma indi inanmıram o vaxtı kimi keçirilsin bayram.Bu gün övladlarıma novruz bayramı haqqında məlumat verəndə tonqaldan danışdım elədə anlamadılar (çox təəsüf)məndə videorolik izlətdirdim hər şey onlar üçün anlayışlı oldu amma onlar tonqal əvəzi mənim damaşnikimi evin ortasında qoyub atlanmağa başladılar))))Nəsə yazmağımda səbəb harda olursaq olaq adət-ənənələrimizi unutmayaq inşallah.Bir daha bayramınız mübarək.
15 mart 2016 23:13
# 41
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Melek5
Hec vaxt bu fallari etmemisem bu fallari yox umumiyetle hec hecbir fali etmemisem amma mene maraqli gelir.Senin ve butun saytin ilaxir cersenbesi mubarek canim
15 mart 2016 22:55
# 40
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
arzum-aysum
su falini stekanla bayaq yene etdim, ürəyimdəki en böyük arzumu tutdum ve seçdiyim stəkan dolu gəldi, indi gözləyim görüm bu il niyyətim Allahın köməyi ilə həyata keçəcəkmi? inşallah keçen günü sizinlə bölüşecem
15 mart 2016 22:36
# 39
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Catwoman666
Maraqli olub fallar ve neticeleri) Mende bele fallar nedense heç tutmur)) ve her defe de hamisinin yalan dolan oldugunu anlayiram))) yeni maraq ucun yoxlasaq da, icimizde bir hiss olur ki, belke neticesi duz cixdi))

...666..
u
15 mart 2016 22:31
# 38
"All men must die, but we are not men"

Daenerys Targaryen
YARIM QALMIS XEYALLAR
Bayrami mubarek xanimlar. Insallah bu bayram butun sixintilari geride qoyar sevgi sevinc xosbextlik getirer. Men hec fala baxmamisam hec bu gunde baxmiram. Dururam namaz qilib dua edem. Ne gozel sevdiyinle qovusmusan. Allah bir omur birlimde etsin. Kaski butun sevenleri allah qovusdura bu bayramda amin. Loluckam,nurum-nazim ve mende onlarin icinde. Insallah allah sesimi duyar.
15 mart 2016 21:41
# 37
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
kiraz mevsimci kiz
Sitat: Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

INSALLAH ilqarla olacaq toyun bu il
15 mart 2016 18:59
# 36
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 mart 2016 18:24
# 35
aLoNe AnGeL
cox gozel neticeler alinib ederem bezilerini))
15 mart 2016 18:00
# 34
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
qonaqa
maraqlidir men hemie qulaq falina cixiram
15 mart 2016 17:29
# 33
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
tek umidim sen
Maraqlidi...
Her birinizin ilaxir cersenbesini tebrik edirem.
15 mart 2016 17:05
# 32
Kadın derin ama adam yüzme bilmiyor...
lale.veliyeva19
çox maraqlı fallar etmisiniz Allah xoşbəxt etsin
15 mart 2016 14:54
# 31
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Şəms88
SUPER COXDANDIR FALA BAXMIRDIM AMMA BU GUN BAXACAM BAYRAMINIZI TEBRIK EDIREM BU MEQALE KIMI HEYATINIZIN BELE MARAQLI OLMASINI ARZULAYIRAM..... 03
15 mart 2016 14:53
# 30
___Jasmin___
maraqla oxudum
15 mart 2016 14:35
# 29
I remained behind now the mother of 14 spring -Big

Dosta_inam
Çox maraqlı idi oxumaq, mənim heç vaxt belə şeylərə həvəsim olmayıb, bir dəfə də olsun fala zada baxmadım mən.
15 mart 2016 14:30
# 28
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
S.Heydarova
maragla oxudum))
15 mart 2016 14:19
# 27
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Dj_Vampir
-maragla oxudu,fal maceralarinizi!
15 mart 2016 14:19
# 26
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
14MsM
Bele gozel xeber hazirladigincun tewekkur..seni ve Qadinlar bizlileri tebrik edirem cansaligi ruzi bereket arzu edirem ILAXIR CERWENBENIZ MUBAREKKK
15 mart 2016 14:18
# 25
The___end
Bayraminiz mubusdu
Duzlu kokeni edecem
15 mart 2016 13:58
# 24
Askitomm
Canim cox sag ol. Seninde bayramin mubarek. INWAALLAH butun niyyetlerin gercek olar bacim..)
15 mart 2016 13:57
# 23
arzum-aysum
menim şirin şəkər, gözəl göyçək, mehriban bacılarım, ilk əvvəl her birinizin ilaxır çərşənbənizi tebrik edirem, Allahdan diləyim bütün ağrı acilariniz, problemləriniz, çətinlikləriniz ilin axir çərşənbəsinde odda yansin, her birinizi tek tek öpürəm 123
15 mart 2016 12:40
# 22
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
heyatim_menim
Cox maraqla oxudum heleki fal haqqinda yazdiqlariniz.gorum bu gun edecem burda yazilan fallarin bezilerini en coxda bir arzum var insaALLAH qapi falina cixacam insaALLAH dilediyim arzum gercey olar belke de halhazirda en cox dilediyim arzumdur.yaxsi olsa insaALLAH gelib burda hemin arzumun ne olacagin yazacam.duzune qalsa biraz qorxuram getsem hemin qapiya ureyimde tutdugum arzunun gercey olmayacagindan.Amma bir onu bilirem ki ALLAH qismetimde yazibsa mutleq heyata kececek insaALLAH.
en sonda butun xanimlarmizin cersenbesin Novruz bayramin tebrik edirem insaLLAH bu il dovletimize butun evlere duserli olar Amin insAALLAH
15 mart 2016 12:39
# 21
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
ulduz
turkanim ne maraqli xeber hazirlamisan...seninde menim kimi her il basin qarisibmis fallara. ates ..layihendede qeyd etmisdim..menim butun fallar;m duz cixdi noqtesine kimi.. 122
mende butun sayt ehlini bu gozel bayram munasibeti ile cani urekden tebrik edirem ... 128
15 mart 2016 12:28
# 20
Ela
Maraqla oxudum falları her ıl mende sınayırdım maraqcun
Mende butun qızlarımızı tebrık edırem bayramınızı sufrenızden ruzı bereket eksıy olmasın her zaman sevdıklerınızın ehatedınde olasız)
15 mart 2016 12:08
# 19
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Leylas
Cox maragla oxudum.. Ne gozel hamisi ureyinizce olub... Allah sizin ailenizi gorusun .... Tebriklerniz ucun tesekkirler ))... Cox gozel xanimsiz.. ))
15 mart 2016 10:42
# 18
Miss_Angel
mende hamisina qiz vaxdi baxmiwam duz cixib ama indi baxiram duz cixmir nedense ona gore daha baxmiram
15 mart 2016 10:40
# 17
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz