Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən gözəl sözüdür ANA! [ SƏS VERMƏ BAŞLADI ]
Dünyanın ən gözəl sözüdür ANA!  [ SƏS VERMƏ BAŞLADI ]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 33191
Səs ver:
alt


[ 1 ]   Mən anam haqda nə deyə billərəmki?Bütün ömür boyu gərək oturum yazım.Mən helə Allahıma dua edirəmki mən valideynlərim kimi valideyn olum.Ananı heç vaxt başa düşməzsən,gərək ana olasan sonra.Mənim anam dunyanın en gozel, qayğikeş anadır.O qəder mənim eziyyətimi çəkibki.Anam mənim üçün hər şey eliyib və etməkdə davam eliyir.Məni 9 ay bətnində saxlayıb sonra dünyaya gətirib.Mən anamım haqqıni heç vaxt ödəyə bilmərəm.Necə demişler CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADI.bu sözü nahaq demiyiblər.

 

 

[ 2 ]  Sən evimizin kraliçası, başımızın tacısan şirin anam(mamam))) Məni hamıdan çox tanıyan, hamıdan çox bilənsən. Məni bir dəfə öpüb , məni qucaqldığın an dərlərimi yox edən tək varlıqsan. Səbrli, həssas, qoruyucu mələyimsən. Səni hamıdan , hər şeydən çox çox çox istəyirəm. Bu dünyada mənim anam olmağın məni ən şanslı övlada çevirir.
Beynimdəki qəlbimdəki ən isti, ən mənalı və mənə ən yaxın sözdür ANA. Hər zaman mənə elə gəlirdiki kiçik qaqaşımı bizdən daha çox sevirsən.. Amma elə deyil , analar bütün övladlarını sevir. Amma içimdə o qədər sevgi varki sənin sevgini heç kimlə bölüşmək istəmirəm. Bu həyatda birinci Allah, ikinci Sənsən..
Söz bitməz, içimdəki ana sevgisi bitməz amma artıq bitirməliyəm. Ürəyimdəki sözləri yaz, yaz, yaz nə vaxt, nə də ağ səhifələr çatmaz. Səni hamıdan çox sevirəm..
Ananızın qədrini bilin çünki onlar həmişə sizin yanınızda olmayacaq.

 

[ 3 ]  Ana bu dünyadakı müqəddəs varlıqdır!Hər kəsin anası özünə əziz olduğu kimi mənim anam da mənim üçün hamıdan əziz,önəmli və hər şeydən dəyərlidir.Necə deyərlər Anam bir yana,dünya bir yana.Onun tək bir sözünə,istəyinə görə hər şeyimi qurban verərəm,hətda xoşbəxtliyimi belə.çünki mənim xoşbəxtliyim anamın qızı olaraq dünyaya göz açmağımdır.Onun gülüşünü,sevincini görmək mənim üçün bütün xoşbəxtliklərə əvəzdi.Üzündəki təbəssümünün solmaması üçün əlimdən gələn və gəlməyən hər şeyi bacardığım qədərilə etməyə çalışıram.Allahıma min dəfə şükürlər olsun ki,mənim anamı sevindirməyim üçün Yaradan mənə həyatda zamanla hər şeyi bəxş eliyir...


Hər gün səhər anamın yanağıma qondurduğu isti öpüşü ilə oyanmaq və gözlərimi açıb mənə baxıb gülümsəyərək “Dur qızım,saat 8-di” deməsi mənim üçün qiyməti ölçülməyən dəyərli hədiyyə kimidir...Hər axşam işdən qayıdışını gözləmək və içəri daxil olan kimi günlərdir görməmiş kimi qucaqlayıb,öpməyimin onun necə sevindirdiyini bilmək ən gözəl hislərdən biridir...

Anam mənim həyatımın mənasıdır.Onsuz bir həyat düşünə,təsəvvür edə bilmirəm.Heç vaxt anamdan ayrı qala bilmərəm.(amma istisna zamanların gələcəyini də bilirəm)...Özümü bilib,dərk eliyəndən Allahdan yeganə dəyişməz bir arzum,diləyim,istəyim var ki,Anamın yoxluğunu mənə göstərməsin,yanımda olmasa da onun bu dünyada olub nəfəs aldığını,varlığını daim mənə hiss elətdirsin.Ondan əvvəl mənim canımı alsın.Anamın yoxluğuna dözə bilmərəm.Demirəm “özümü öldürərəm,intihar eliyərəm”!(çünki bunu bağışlanmaz günah olduğunu bilirəm.)Amma yaşamağımın heç bir mənası olmaz.Gecə-gündüz Allaha yalvararam ki,mənim də canımı alsın.Anam olmasa qəfəsdəki quşdan fərqim olmaz...İndidən bunları fikirləşmək belə məni dəhşətə gətitrir.Hələ bunları təsəvvür edəndə elə bil bir anlıq nəfəsim kəsilir,gözlərim dolur...

Mənim anama duyduğum sevgi bu dünyadakı bütün sevgilərdən üstün,diləgəlməz,sözlərə,cümlələrə,kitablara sığmayacaq,heç bir ölşüyə gəlməyəcək qədər bitməz-tükənməzdir...

Mən anamı sevirəm bilirsizmi nə qədər?!Yaşamaq üçün vacib olan bir nəfəs qədər,dünya işığına həsrət qalmış bir insanın görməyi ,ayaqlarını itirmiş birinin yeriməyi,dilsiz lal bir insanın danışmağı, qulaqdan qüsurlu bir insanın qarşısındakının söylədiyi sözləri eşitmək istədiyi qədər,kasıbın pulu arzuladığı qədər,ölüm ayağındakı bir insanın yaşamaq və qazandığı  günahlarını savabları ilə üstələməsi üçün  bir şans dilədiyi qədər çox istəyirəm...

Ana!Ana!nə gözəl səslənir bu söz,
Hər dəfə adımı çəkəndə gülür göz,
Səni hər görəndə sevinir bu üz,
Ana!üzmərəm səni verirəm söz!

(içimdən gəldi:)

ANALARIMIZIN QƏDRİNİ SAĞLIĞINDA BİLƏK!ONLARIN BİZDƏN İSTƏDİKLƏRİNİ ONLARA VERMƏYİ ƏSİRGƏMİYƏK.ÖZ ÖVLAD BORCUMUZU LAYİQİNCƏ YERİNƏ YETİRƏK.UNUTMAYAQ Kİ, BU DÜNYADAKI BORCLU OLUB,AMMA O BORCU HEÇ VAXT VƏ HEÇ CÜR QAYTARA BİLMƏYƏCƏYİMİZ YEGANƏ VARLIQ ANALARIMIZDIR!ALLAH ANALARA CAN SAĞLIĞI,UZUN ÖMÜR,FƏXR EDƏCƏYİ ÖVLADLAR  VƏ XÖŞBƏXT GÜNLƏR QİSMƏT ETSİN.AMİN!

 

 

 

[ 4 ]   Ana… Bu soz meni xowbext uwaqligima, uzun gunlere ve qisa gecelerime qaytarir. Amma anam ucun eksine: gunler tez kecib, geceler ise uzanib.Hessas anam menim ellerimin her terpeniwine oyanib.Ovladi boya- bawa catanadek anamin cekdiyi ezab-eziyyet hecne ile muqayise etmek olmaz.Biz ilk terbiyeni  ondan aliriq. Hamimizin heyatinda ele anlar olurki insan  ureyinden kecenleri kimese daniwmaq isteyir. Ele birineki, seni bawa duwucek,sozunu kesmeyecek,sene gulmeyecek birine.Elbette ki bu Anadir.Ana butun mehebbetini verir ovladini esl vetenperver, vicdanli vetendaw ve hesas insan boyumesi ucun.  Menim anam son derece de fedakar, sebirli,ince duwunceli,hessas,her kese komek etmeyi seven,ovladi ucun elinden geleni eden mukemmel 1 anadir.Her defe anamin mehriban ve nurlu cohresini gozlerimin onunde canlandiranda geleceye daha nikbin nezerlerle baxiram. Heyatda en boyuk wansim bele 1 anaya sahib olmagimdi. Dunyanin 7 mocuzesi yox , menim ucun 1 mocuzesi var o,da «Anadir» Dua ile qalxan ,dua ile enen ellerden biride ananin elleridi. Dua ile acilan, dua ile yumulan dodaqlardan biride ananin dodaqlaridi. Analarimizin dualari hemiwe ustumuzde olsun!!! AMIN !!!

 

 

[ 5 ]   Canimdan çox sevdiyim Anam.
Yanaqlar gül qoxulu qucagi isti anam səni çox sevirəm.sənin borcundan bir omur çalişsam belə çixa bilmərəm.Məni isti qucaginda şirin laylanla gözəl tərbiyənle böyüden anam sənə cox təşşəkkür edirəm.
Allah mənə sənin yoxlugunu göstərməsin.Nə qədər böyüsəmde sənin ücün balaca qizinam həmişə. Xəstə vaxtlarimda gecələr yatmayib basimin üstündə tökdüyün göz yaşina canim qurban ay anam.Saçlarina düşən hər dənə qurban olum ay anam.həyatda bütun sevgilər unudula bilər ama ana sevgisi unutulmazdi.Ayaqlarindaki cənnəta yasayim bir omür xoşbəxt ay anam.Bir dərdim olanda bir cətinliyim olanda tez qaciram o isti qucagina sacimi sigalliyib yanagimdan öpənda mənə təsəlli verəndə bütün dərdlərimi unuduram.bir səhvim olanda həmişə bagislayan tək varligim sənsən.Gözlərinə baxanda içimə elə bir rahatliq huzur gəlirki o rahatligi huzuru səndən başqa heç kim bəxş edə bilməz mənə. Bəzən sən bikef duranda gözlərin nəmli baxanda icimə elə bir odd düşürki, istəyirəm sən həmişə güləsən, istəyirəm gozlərində heç vaxt kədər qəm olmasin.
Oxudugum ən gözəl kitab anadir oxudugum ən gözəl şerlər ana şerləridi dinlədiyim ən gozəl musiqilər analara aid olanlaridi.canim anam sən mənim canimdasan qanimdasan urəyimdəsən.Allah sənin varligini məndən əsirgəməsin. Allah mənə qadinin ən böyük vəzifəsi olan analigi qismət eləsin.Sənin kimi gozəl ana olmagi Allah nəsib etsin mənə.ana sən mənim həyatimin  sonsuzlugusan Allahin yaratdigi Müqəddəsimsən.səni çox istəyirəm mənim gözəl anam.
 Öz anamin simasinda bütün analarin əllərinden öpürəm.Allah heç bir ailəni anasiz boyüksüz eləməsin.Amin

 

 


[ 6 ]   A N A… bu 3 hərfdən ibarət sadə, qısa söz bizim həyatımızın ən böyük mənasıdır. Insan hər şeyin, hər borcun əvəzini artıqlaması ilə qaytara bilər. bəs ana? Ana borcu qaytarila bilərmi? Yox anam…. Yooox. Həyatımın hamısını sənə həsr etsəmdə, bütün ömrüm boyunca qulluqçu kimi önündə işləsəmdə sənin 9 ay məni öz bətnində daşımağını, gecələr yatmayıb mənə layla oxumağını, Xəstələndiyimdə bütün günü başımın üstündə durub mənə baxmağını, məni istədiyim kimi geyindirmək, istədiyimi yedirtmək üçün öz istədiyin heç nəyi etməməyini  necə ödəyim ana? Bəlkədə elə bilirsən qızın səni heç sevmir, sən onunçün heç kəssən, bəlkədə sənə qarşı özümü elə göstərmişəm, amma bil anacan nə qədər səni incitsəmdə, dediklərinə boyun əyməsəmdə hər nə olsada sən mənim ANAMsan və sənə ömür boyu borcluyam. Sən nə biləsən axı sənin gözündə bir damla yaş görəndə həyat gözümdə nece cəhənnəmə dönür. Sən nə biləsən axı səni kimsə incidən də həmin adamı öz əllərimlə boğaraq öldürmək istəyirəm...
Sən üzülmə, sən ağlama, sən dərd eləmə, sən əsəbləşmə, lazımdırsa hamısını yerinə mən edərm amma sən etmə.. hər bir qızın anası onun qəhrəmanıdır, qəhrəmanını gözü yaşlə heç kəs görnək istəməz, hamı güclü görmək istəyir. Mən də ,anacan,mən də! Sən daima gül!
Uşaq vaxtı həmişə istəyirdim tez boyüyüm amma indi istəmirəm ,ana, mən böyüdükcə sən qocalırsan. Mən səni daima gənc indiki kimi görmək istəyirəm.... ANA...
Ehhh ana, elə məni qucaqlayıb : qızım səni çox sevirəm sözünü deməyini istəyirəm... Ehhh , sevginə elə möhtacam...

 

 

[ 7 ]   Mən ana haqqinda çox söz yaza bilərəm! Nə qədər yazsam yenə azdi. Ana məni böyüyüb boya başa çatdirib mən isə ona ömür boyu borcluyam. 9ay məni bətnində daşidi sonra məni dünyaya gətirdi ömür boyu nazimi çəkdi ve her sözümə can dedi. Ana ən gözəl kəlmə və ən gözəl muqəddəs varliqdir. Ana haqqinda söylənə biləcək ən gözəl kəlamlar belə acizdir. Ana mənə təkcə həyat vermiyib o öz həyatinida mənə bəxş edir. Ana mənim başimin tacidir dərdlərimin dərmanidir. Mənim anam mənim üçün dünyanin ən böyük varliğidir. Ana haqqinda o qədər yazmaq olarki. Analarimizin qədrini bilək qiymətlərini sağliğinda verək sonra çox gec ola bilər.

 


[ 8 ]                                           HƏR QADIN ANA OLA BİLƏRMİ?

    Analıq nədir? Necə duyuruq bu hissi? Bu barədə düşüncələrim o qədərdi ki bəlkə də onları olduğu kimi çatdıra bilmərəm.
    Analıq hissini hələki yaşamamışam anamın timsalında analığın necə bir hiss olduğunu duymuşam.o elə bir sevgi elə bir tutqudu ki onu biz tam duya bilmərik çünki o hissin aliliyini anam özü də mənə sözlə izah edə bilmədi.Sevinci də kədəri də bizim gözlərimizdən duyur anamız. Bizim bir təbəssümümüz ona dünyaları bəxş edir.Bu dünyada övladının xoşbəxtliyindən başqa nə istəyi ola bilər ki anamızın?Ayağımıza dəyən daş onun ürəyinə dəyir sanki.Bizi dünaya gətirdiyi andan o özünü unudur  onun üçün həyat övladlarından ibarət olur.Aldığımız nəfəslə nəfəs alır sevincimizlə gülür kədərimizə yas saxlayır.Hər şeyin ən gözəlini bizə yaşatmaq üçün çox şeydən əlini çəkir.
    Beşiyimizin başında səhəri açan hər qığıltımızla dünya qədər sevinc duyan yeriməyə başlayanda yıxılmayaq deyə hər adımımızda yanımızda olan dil açanda bir söz söyləməmiz üçün saatlarla gözünü üzümüzdən çakməyən yeganə varlıq –Anamızdır.
    Məktəbə gedəndə ilk dərs gününün həyəcanını 5 alanda sevincimizi bölüşən və 2 alanda göz yaşlarımızı bölüşən gündəliyi atamızdan gizlədib bizi ağır bir yükdən xilas edən də anamiz olub.
    İlk sevgi hissini yaşayanda evdə özümüzə yer tapa bilməyəyndə və bu kiçik sirrimizi hamıdan gizlətmək istəyəndə biz hiss etmədən qəlbimizin səsini ilk duyan sirrimizi paylaşacağımız ən vəfalı dostumuz anamız olub.
    Hər bir qadın üçün körpə dünyaya gətirmək böyük şərəfdi.Çünki Hədislərimizin birində buyurulub:CƏNNƏT ANALARIN AYAĞI ALTINDADI.Bəs dünyaya körpə gətirən hər qadın anadırmı??? XEYR HƏR BİR QADIN DÜNYAYA KÖRPƏ GƏTİRƏ BİLƏR AMMA HƏR QADIN ANA OLA BİLMƏZ!

 

                                    QƏLBİN İNTİZARINI RUHUN FIRTINASINI
                                    ANA ÜRƏYİ KİMİ KİMSƏ DUYA BİLƏRMİ?
                                    HƏR BİR QADIN DÜNYAYA KÖRPƏ GƏTİRƏ BİLƏR
                                    BƏS ONLARDAN HƏR BİRİ ANA OLA BİLƏRMİ???


OXUDUGUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR

 

 

 


[ 9 ] Ana!Anam mƏnim Ucun dunyanin Ən gozƏL qadinidir.elbetdeki her kesin oz anasi ozu ucun deyerlidir.mende anami cox sevirem..hemişe anam mene deyerdiki ananin qedrini ana olanda bileceksen dogurdanda eledir ozum ana olandan sora anamin bizim ucun neler etdiyini anladim.anamin borcunu ona hecvaxt qaytara bilmerem hemiwe caliramki ona layiq bir ovlad olum heyatda..usaq vaxti bezen anamla yola getmirdim.didiyi soz acigima gelir,bezen ise dilimden  uf kelmesi cixirdi….elbetdeki bu sozun ne qeder gunah oldugunu anlamirdim.axi ana didiyimiz insane geceler yatmayan,gunduzler nazimizla oynayan,ozu yemeyib bize yedizdiren,herweyin en yazwisini bizim ucun eden kesdir.biz ona ne haqla uf deyirikki?duwunuremki bu kelimeni coxumuz dilimize getiririk.axi bunu bize Allah qadagan edib!
ALLAH 17 surenin 23 cu ayesinde:-ve hokm etdi senin rebbin ki,ondan bawkasina itaet etmeyesiniz ve valideynlere yaxwiliq edesiniz.eyer senin yaninda onlardan biri ve ya her ikisi boyukluye yetiwerse onlara UF bele deme ve ustlerine qiwqirma ve soyle onlar ucun kerametli sozler
Anam menim herweyimdi..o mene heyatda dayaqdi.nese dara duwen de sadece anam ile rahatliq tapiram.allah butun analarin axiretin xeyirli etsin inwallah.AMIN!


Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz (Albert Emil Braşvogel).
Bir ana ürəyi, dibində həmişə əvf olan bir uçurumdur (Onore de Blazak).
 Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır.
L. Bethoven.



Şərhlər:
Baxılıb: 33191
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz