Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səmimi mehriban cox isdədiyim bacım Mavi-Gozlumlə tam səmimi müsahibəm
Səmimi mehriban cox isdədiyim bacım Mavi-Gozlumlə tam səmimi müsahibəm
Göndərən: ruzgargulum
Şərhlər:
Baxılıb: 1072
Səs ver:
1.Salam gözəl bacım bizim ailəmiz olan Qadınlar.biz saytına xoş gəlmisən özünü buyur təqdim elə?
Salam Təşəkkürlər canım mənim. Zəkiyeva Günay.

2.Həyatda ən çox dəyər verdiyiniz insan kimdir? İnsan demisiz canım qoy mən insanları deyim:):)
Ata Ana Həyat yoldaşım Qaynanam və Qardaşlarım.

3.Sirr deyilsə yoldaşın sənə necə evliliy təklif elədiyini bizimlə bölüş hər kəs üçün maraqlı olar?
Əlbətdəki canım. Uzun söhbətdir amma mən qısa yazım. Mən başqasına nişanlıydım o məni sevirdi. Nişanlımı sevmədiyimi bilirdi.Mənə telefonda təklif elədi. Şok oldum çünki heç gözləmirdim. Düşünüb daşınıb bəli cavabın verdim. Çünki o mənim xəyallarımdaki həyat yoldaşım idi. Onuda deyimki yaxın qohum olsaqda onu cəmi birdəfə ötəri görmüşdüm. 

4.İndiki zamanda səncə sadiq sirr saxlamağı bacaran rəfiqə var canım?
Bəli bacı can var. Mənim bir rəfiqəm var Mərziyə bacım. Onu çoxxxxxxxx sevirəm.

5.Ən yaxın dostun sənə yalan danışıb və üzr istəyir. Bağışlayarsan mı? Bağışlasan yenə də yaxın olarsanmı? 
Bağışlayaram amma onunla əvvəlki kimi olmayacamm artıq onnan qırılacam. Və beləsidə var. Bağışlamışam amma hələdə unutmamışam.

6.Peşmanlığın olub mu? Olubsa o zaman nə etmək istəmisən? (Peşman olanda yəni)
Olub canım. Nə etmək istəsəmdə artıq gec olub. Bəzən insanlara yaxşılıq edirəm o insanın qayıdıb mənə pis olması mənimçün çox böyük bir peşmanlığ olur.

7.Xoşbəxtlik sənin üçün nə ifadə edir? Xoşbəxtliyini nədə görürsən?
Xoşbəxtlik mənimçün mehriban ailəmdir. mənə hörmət edib dəyər verən və məni sevən həyat yoldaşım var. Xoşbəxtliyi Sağlam ailədə görurəm. Xoşbəxtəmki Anam Atam Qardaşlarım qardaşımın balası var. Xoşbəxtəm amma bir yandan tamamlanmır çünki yoldaşımı ata etmək mənimçün ən böyük xoşbəxtlikdir. Gözəl bacım.

8.Unutmaq istədiyin anlar,duyğular,günlər olubmu?Bunu necə bacarmısan?
Olub unutduran yanımdadır o unutdurub.canım mənim.

9.Saytımızın özəlliyini 3 sözlə ifadə edə bilərsənmi?
Bilərəm canım.:):) Əsil Qadının siması.

10.Xatirə dəftərin olub?Xatirə dəftərində yazdığın ən maraqlı sual?
Olub bacı can. Bəlkədə maraqlı deyil amma maraqlı hadisə olub cavabı:):) sual Gizli sevdiyiniz kimsə varmi urəyinizdə? Cavabı:):) var onuda yazıram 4, ildiki səni necə sevdiyimi urəyimdə saxlamışam:):):) Sinif yoldaşım yazmışdı. Onan sonra xatirə dəftərimi heçkəsə verə bilmədim:):)

11.Səncə insanları yalan danışmağa nə məcbur edir?Bu onun özünə inamsızlığından irəli gəlir yoxsa qorxusundan və ya öz variantın varmı?
Qorxudanda. Özünə guvənməməyinnəndə.

12.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?
Varlığım birçoxlarına sevincdir canım. Birçox şeylər qazanıb? Düşmənlərə tikanlı:):) doğmalarasa şəfalı bir bitki:):)

13.Təqvim yarpaqlarında sənin üçün məna kəsb edən günlər hansılardır?Özəlliyini də bizimlə paylaş lütfən.
8 mart anamın doğum günü.27.07 adgünüm:):) 07 iyul toyum. 14.08.2012. Yoldaşımla ailə qurduğum gun. 15 aprel 2014 cü-il, bibi olduğum gun mən o qədər xoşbəxt idimki ay canımın içi mir-Əlinurum dunyayə gəldi. Ailəmizə sevinclər yaşatdı. Bacı can. Onu heç görməmişəm(:(; (; sadəcə şəkillərin görmüşəm(; (; Azərbaycan hələki gedə bilmirəm. İki qanadım olsa indi birinci iraqa uçaram onu görməkçün. (; (;

14.Səndən yaşca kiçik birinin sənə nəsə öyrətməsini necə qəbul edərsən?
Çox gözə qəbul edərəm. Nəsə öyrətmək mənimçün yaşa baxmır bacı can. Vacib olan öyrənməkdir.

15.Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?
Ay canım mənim. Əlbətdəki xoşbəxtəm. Həyat yoldaşım aldığım nəfəsimdir mən onu butun qəlbimlə SEVİRƏM SEVİRƏM yenədə SEVİRƏM. Canım. 

16.Sənin 1 arzun yerinə yetəcək desələr ,hansı arzunu arzulayardın?
Ay gülüm mənim arzular heç vaxt bitmir. Ən çooooooooox arzuladığım arzum Körpəmin olmasıdır.

17.Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?
Bacı ən xoşlamadığım iş pasteli yuyub üzünü çəkməkdir.:):) düzdü maşın yuyur oki yorğanın üzünü çəkmək oluree:):)uhu uhu(; (; sağolsun Aşkım köməy edir. Ən zövq aldığım iş yemək bişirməkdir onuda deyimki, əlimin duzu varee:):) nam nam. Amma çox arığ qalmışam:):)

18.Biraz öz xarici görünüşün barədə bizə danışsan məncə hamıya maraqlı gələr..
Vay canım boyum 160:):) çəkim 47(; (; sarışın qızam amma saçlarımı çoxzaman qaraya boyuyuram Çünki ağ qızam yaraşır:):) açıq yaşıl gözlərim var bəsdir bu qədər?:):)

19.Gündəlik həyatda necə geyimlərdən isdifadə edirsən daha çox sport geyimlərə üsdünlük verirsən,yoxsa klassik geyimlərə canım?
Bacı can sport geyinirəm hərzaman çünki özumu rahat hiss edirəm. Bildiyin kimi qərib ölkədə yaşıyıram burda heçvaxt klassik geyimə ehtiyac olmur.

20.Sevmək boş şeydi deyirlər hər şey unudulur zamanla. Bu fikirlə razısan?
Xeyir canım razı deyiləm... sevmək çoox gözəl bir hissdir. Təbiki bu hissi hərə bircür yaşıyır. Mənimçün heçnə unudulmur sevgidə. Əksinə günü günən dahada dəyərli olur.

21.Həyatdan bezmiş, acılarla dolu, ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Nolub ay həyatımın aynası Qatar keçib üstünnən:) birdəki sən bilirsənki mən sarı rəngi çox sevirəm nolar gülümsə dişlərivə biraz baxım:):) bax belə canım mənim biraz zarafatlaşıb onun əhvalın açacam.

22.Canım bilirəm ürəyin doludu sözlərnən allah qismət eləsin övladın olsun tezliknən qız və ya oğlan olsa adını nə qoymaq isdəyirsən?
Ahhhhhhhh Gözəl bacım yaralı yerimdir.(;(;(; mənimçündə həyat yoldaşımçündə onun cinsiyəti önəmli deyil. Özum dindar bir ailədə böyumuşəm həmişə arzum olubki oğlum olsa adını Muhəmməd qoyacam. Qızlarım olsa Zəhra və Zumər qoyacam. Zumər müqəddəs Qurani kərimimizdə Bir Surədir. Dindarlar gözəl bilir. 

23.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Sual Həyatə yenidən gəlsəydin əgərləri yenidən bir şansın olsaydi hal hazırki rəfiqələrivi dostlarıvı özüvə yenidən seçərdinmi?Diyəsən ailəlisən canım mənim. Və hal hazırki həyat yoldaşıvı seçərdinmi? Canım mənim Diyəsən biraz uzun old:):)

24.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Təbiki Burdaki bütün userlərin hamısına qadın xoşbəxtliyi diləyirəm. Qızlarımız ailə qursun gəlinlərimizində hamısı o analıq hissin yaşasınlar AMİN İNŞALLAH. içi mən qarışıq..
 
Canım suallara səmimi cavab verdiyinçün çox sağol məndə sənin sualına cavab verim.Canım onu deyim ki mənim nə qız dostum olub nədə rəfiqəm çünki rəfiqələrə inamım olmayıb nədənsə mənim dostumda rəfiqəmdə Anam və Allahımdı canım bacım.Bəli canım iki aydı ailə həyatı qurmuşam.Bəli bacım indiki həyat yoldaşımı seçərdim onun yolunu gözdəyərdim tam səmimi deyirəm canım yoldaşımı çox çox çox sevirəm.Allah hər bir kəsə sevib sevilməyi nəsib eləsin AMİN...


Şərhlər:
Baxılıb: 1072
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz