Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saytımızın sevimlisi, mehriban, zarafatcıl qızı olan Ayşə-güllə tam səmimi musahibəm
Saytımızın sevimlisi, mehriban, zarafatcıl qızı olan Ayşə-güllə tam səmimi musahibəm
Göndərən: ruzgargulum
Şərhlər:
Baxılıb: 1353
Səs ver:
1.Əvvala saytımıza xoş gəlmisən canım özünü bizlərə özünə məxsus şəkildə təqdim elə?

Çox sağ ol canım.Adım Ayşən doğum tarixim 22.09.1997.Zarafatçıl, səmimi, tez ünsiyyət qurmağı bacaran.

2.Saytımızı necə tapmısan ilk saytımıza qədəm qoyanda tanışlığın kimlə oldu bizim gözəl saytımızda?

Saytımıza dəqiq yadımda deyil06 nə isə axtarırdım o zaman girdim çox bəyəndim21Amma qeydiyyatdan keçmədim əvvəlcə 6-7 ay izlədim necə sayt olduğunu bilmək üçün, gördüm gözəl qayda qanunları var, əsas da oğlanlar yoxdu, qərara gəldim ki, qeydiyyatdan keçim və keçdim.Nə yaxşı ki, 

3.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?

Öncə onu deyim ki, Allah bütün anaların canını sağ eləsin mənim ki, də içindəltfenAnam bizə tərbiyəli,ədalətli, düzgün insan olmağı və böyüklərə hörmət etməyi öyrədib.Həmişə Allaha dua etdiyimdə "ANAma gələn ağrı acı mənə gəlsin, təki ona heçnə olmasın” deyirəm.

4.Müassir gənclər necə olmalıdır?

Mənim fikirimcə müasir gənc ağıllı,savadlı olmalıdır.Əsas ağıldı insanda, ağıl varsa müasirlik də savad da olacaq.

5.Sevdiyin şerdən bir parça yaza bilərsənmi?

Əlbəttə yazaram.

Günlər gələcəkdir, günlərdən gözəl,
O gözəl günləri bəlkə görmədim.
İllər dəyişəcək, illərdən gözəl,
Ayrılıb həyatdan bəlkə görmədim!?15

6.Bəzən qəlbdə hiss edilən sevgi sözlərlə ifadə edilə bilmir. Qəlbindəki və ruhundakı Allah sevgisini soruşsam 3 kəliməylə açıqlaya bilərsən?
 
Canım Allah sevgisini 3 kəlimə ilə yazmaq azdır, qısa olaraq onu deyim ki, Allahın buyurduqlarına əməl etməyimiz ona olan sevgimizdir.

7.Sənin 1 arzun yerinə yetəcək desələr ,hansı arzunu arzulayardın?
 
Hamıda olduğu kimi mənim də 1 neçə arzularım var, amma 1-cisi sevdiklərimin xoşbəxt olmasıdırmelek onların xoşbəxt olması mənim xoşbxət olmağım deməkdir.

8.Kimsəsiz adaya düşsən yanında Qadınlar.bizin hansı 3 userinin olmasını istərdin?
 
İndi 3-nü desəm qalanları küsəcəy, elə dostlarımın hamsını apararam orda qəşşəh anikdotlar danışaram122heç o adadan çıxmaq istəməzlər122hara gedirəm bir ucu anikdotdur122boşuna Mamed demillər ki, mənə122

9.Həyatında baş verə biləcək hər bir haqsızlığı bağışlayacaq qədər böyük qəlbin varmıcanım?
 
Baxır o, edilən haqsızlığa, haqsızlıq edilib sonradan yanlış etdiklərini başa düşüblər, amma nə yalan deyim bağışlaya bilməmişəm.Mənə edilən pislik heç vaxt yadımdan çıxmır, nə qədər unutmağa çalışsam da alınmır o, haqsızlıq ürəyimdə ayrıca durur.

10.Saytda sənə ən yaxın 3 user kimdi?(tam səmimi)
 
Ay Allah nə çətin vəziyyətə düşdüm:)))Vallah mənə yaxın olan uşer çoxdu amma məcburən 3-nü deməliyəm.Sona,Sara035 və Bəbişka çoooox istəyirəm onları.

11.Xarici görünüşünüzü bizə necə təsvir edə bilərsən?
 
Xarici görünüşüm ağbənizəm gözlərimin rəngi qonur,boyum 1.55. özüm də çox vaxt sport stilində geyinirəm.

12.Seçim qarşısında qalsan ailən ya sevdiyin?
 
Seçim qarşısında qalsam əlbəttə ki, ailəm.Nə olur olsun ailəm mənim üçün hər şeydən öncə gəlir.Sevdiyimdən ötrü ailəmi pis vəziyyətdə qoymaram.Məni böyüdən valideynlərimin başını əsla aşağı sala bilmərəm.

13.Ulduzların köməyi ilə səmaya nə yazmaq istərdin?
 
İnanmazsız amma o səmaya anikdotlar122yazaram təki hamının üzü gülsün.

14.Hər kəsin ürəyində bir insanın izi var... Sənində qəlbində elə birisi varmı?
 
Bir insanın yox, mənə göstərdiyi sevgi və qayğı ilə sevdiyim bütün insanların qəlbimdə izi var.

15.Sevgi sənin üçün nə deməkdir? Ümumiyyətlə sevgiyə inanırsan?
 
Sevgi mənim üçün qayğıdı, qarşısındakı insana qoyulan hörmətdi, güvəndi,bağlılıqdı.Sevgiyə inanıram var.Amma əsl sevgi çox azdı, barmaqla sayılacaq qədərdi.

16.Səncə insanlar vəfasızdır yoxsa həyat?
 
Məncə insanlar vəfasızdır, hər cür pislik edirlər həyat buna neynəsin?!

17.Qısqancsan?Səncə qısqanclıq yaxşı bir əlamətdir insanda?
 
Bir o qədər də qısqanc deyiləm.Yaxşı bir əlamətdir deyəndə ki, qısqanmaq olar amma qədərində.

18.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
 
Sənə sualım yoxdur.Tam səmimi deyirəm sənin xətrini çox istəyirəm ürəyimdə yerin başqadır.Səni səmimi, mehriban, sevgi dolu, saf qəlbli amma zarafatı bir o qədər sevmiyən biri kimi tanıyıram.Ayrıca sənə təşəkkür edirəm məndən müsahibə götürdüyün üçün.Sənə xoşbəxtlik arzu edirəm, həmişə sevib seviləsən inşallah.

19.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
 
Qızlarımıza dünyanın bütün gözəlliklərini arzu edirəm.Ürəylərində nə arzuları varsa arzu olaraq qalmasın, həyata keçsin inşallah.
 
Canım gözəlim mənim hakkında yadığın xoş sözlər üçün çox sağol Allah sənidə xoşbəxtlər xoşbəxti eləsin İNŞALLAH canım suallara səmimi cavab verdiyin üçün çox sağol Kim isdəsə mənə şəxsi ismarıcla yaza bilər ondan müsahibə götürməyə...


Şərhlər:
Baxılıb: 1353
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz