Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
♡Sevgi bağından bir çiçək dərdim - Ayshen♡
♡Sevgi bağından bir çiçək dərdim - Ayshen♡
Göndərən: aRzuM209
Şərhlər:
Baxılıb: 775
Səs ver:
Salaam...Qadınlar.Biz ailəsi LAHİYYƏMİZİN  növbəti qonağı səmimi cavabları ilə "Ayshen" nikli userimizdir...  
bu lahiyyədə iştirak etmək istəyən şəxsi ismarıcla aRZuM209 nikimə yaza bilərsiniz... 
 
1=Adınız və Soyadınız?
Aynur

2=Təvəllüdünüz?
28.09.1987

3=Sizdə sevgi bağından çiçək dərənlərsinizmi?
Bəli, sonsuz şükürlər olsun Rəbbimə ki, mənə də o sevgi çiçəyini dərməyi nəsib edib. Və mənə görə mənim sevgi çiçəyim dünyanın ən gözəl qoxulu, ən saf, ən təmiz hisslərlə bəslənmiş çiçəyidir).. Mən o çiçəyi qəlbimin ən dərin yerində, necə ki sevgiylə dərmişəm, elə o sevgiylə də böyüdürəm..

4=Sevgi nədir sizcə?
Sevginin tərifi yoxdu, mənə görə.. O elə bir duyğudur ki, heç bir tərifə, heç bir qəlibə sığmır.. Sevginin rəngi, ölçüsü yoxdur.. Sevgi paylaşmaqdır.. Sevgi O olmaqdır.. Qısacası, sevgi xoşbəxtlikdir, mənə görə.. 

5=Hansı soyada sahib olub daşımaq istərdiniz?
İndiki soyadımdan razıyam..

6=Sevdiyiniz şəxslə ilk tanışlığnız?
Gözləmədiyim anda çıxdı qarşıma.. Həyatımın alt-üst olub, hər şeyin bitdiyini düşündüyüm anda.. Hər şeydən əlimi üzdüyüm anda həyatıma gəldi, qəlbimə girdi.. Dünyamı işıqlandırdı.. Ağ-qara həyatıma rəng qatdı gəlişiylə, varlığıyla.. Nə o məni tanıyıb, nə də mən onu.. Məni yolda görüb, bəyənib.. Və düz bir il məni ürəyində saxlayıb, sevib..Bir ildən sonra ailəsinə deyib və yenidən mənim yaşadığım yerə gəlib mənə bildirib. Əvvəl rədd etdim..Yaşadığım onca şeydən sonra mənim üçün qərar vermək çox çətin idi.. ama o inad etdi. yaxşı ki də etdi  qərar verməyimə yardımçı oldu. Nə yaxşı ki onu tanıdım və şans verdim.. beləcə başladı..)

7=Sevdiyiniz sizi necə xoşbəxt edə bilər?
Sadəcə sevgisi, hörməti ilə.. 

8=Xoşbəxt olmaqçun sevgi yetərlimi?
Mənim üçün..bəli.. yetərlidir.. 

9=Deyirlər insan həyatda bir dəfə sevir sizə görədə bu belədir?
Düşünürəm ki bu insana görə dəyişən bir şeydir.. çünki mənə görə belə deyil..

10=Sevgini anlatmaq mümkündürmü?
Mən anlada bilmirəm.. həm düşünürəm ki, heç sevgini anlatmağa ehtiyac da yoxdu.. Yaşamaq lazımdır sadəcə.. Doya-doya yaşamaq..

11=İlk məhəbbət uğursuzdur deyirlər razısınızmı bu fikirlə?
Bu da insanına görə dəyişir.. Kimisində uğurlu alınır..kimisində yox.. Bu qismətdi..

12=Əsl sevgi qovuşmayanlarındır bəs sizcə?
Əsl sevgi yaşayan 2 insan qovuşmaya bilər..ama qovuşa da bilər.. Əgər bir-birinə qovuşursa sevənlər onda bu əsl sevgi deyil demək nə dərəcədə düzgündür?

13=Sevginin gözəl olan duyğuları tüm əzabları keçmək üçün yetərli bir gücmüdür.
Çətinlik olduğu zaman o çətinliyin, problemin öhdəsindən gələ bilmək üçün mütləq insana təkan verən bir güc olmalıdır.. Və əgər 2 sevən insanın qarşısında bir maneə varsa, o maneəni aşmaqda sevgi ən böyük gücdü. insan sevgisindən güc alaraq bütün çətinliklərin öhdəsindən gələ bilər ..ki, mən bunu yaşamışam.. Sevdiyimə olan sevgim mənim gücümdü, enerjimdi)

14=Sevgin üçün nələri qurban edərdin?
Nəyi bacararamsa, onu edərəm..tərəddüdsüz...

15=Sevgiylə bağlı ən böyük arzun?
Xoşbəxtlik... Sevdiyimlə, ailəmlə, bizi sevənlərlə birgə xoşbəxt, sağlam həyat.. Başqa nə istərəm ki..

16=Sevgi mələyindən nə diləyərdin?
Sevgi ...

17=Sevgiylə bağlı verə biləcəyin hər hansı bir məsləhət?
Məsləhət demeyek)sadəcə onu deyim ki.. Sevginizin dəyərini bilin,əziz sevib-sevilənlər.. 

18=Lahiyyədən və suALLardan razı qaldınızmı?
Əlbəttə.. sizə təşəkkürümü bildirirəm.. və cavabları gecikdirdiyim üçün bir daha üzr istəyirəm..

19=Mənə sevgiylə bağlı sualın?
Sualım yoxdu.. ama bilirəm ki, siz də sevib sevilirsiz.. sizə xoşbəxtlik arzu edirəm.. könlünüzcə olsun hər şey..

20=Sonda sevənlərə sözünüz?
hər zaman sevib sevilsinlər.. 


Şərhlər:
Baxılıb: 775
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz