Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
♡Sevgi bağından bir çiçək dərdim - İsmayılova Ülkər♡
♡Sevgi bağından bir çiçək dərdim - İsmayılova Ülkər♡
Göndərən: aRzuM209
Şərhlər:
Baxılıb: 1090
Səs ver:
Salam Qadınlar.bizin gözəl və dəyərli xanımları..Lahiyyəmizin bu dəfəki qonağı " İsmayılova Ülkər " nikli userimizdir..əminəm səmimi və maraqlı cavablarıyla hamınıza marağ dolu çıxış edəcək...

1=Adınız və Soyadınız?
Məmmədova Ülkər.

2= Təvəllüdünüz?
1989 14 fevral.

3=Sizdə sevgi bağından çiçək dərənlərdənsinizmi?
Əlbəttə mənim derdiyim çiçək həyətımın sahibinə çevrildi. Dünyanın xosbəxti etdi məni. Qəhrəmanım oldu.

4=Sevgi nədir sizcə?
Sevgi güvəndi , qayğıdı, hörmətdi, dözümdü. Deyirler bunlar varsa sevgi var ancaq mənəe sevgi varsa bunlar var.

5=Hansı soyada sahib olub daşımaq istərdiniz?
Mən soyadımnan mımnunam. Sevirəm soyadımı.

6= Sevdiyin şəxslə ilk tanışlıqnız?
.Oooooo danışsam roman olacaq. Qısacası məhlədə. Bizim sevgimiz dostluqdan başladı. Ona görə mən həmisə deyirəm oğlanla qızın dostluğu tutmur.

7=Sizcə sevdiyiniz sizi necə xoşbəxt edə bilər?
Mənə gülümsəməsi yetir .

8=Xoşbəxt olmaqçun sevgi yetərlimi?
Əllbətdə. Hörmət Qayğı Dürüstlük Güvən. Sevgi varsa bunlar var və sən xosbəxtsən.

9=deyirlər insan həyatda bir dəfə sevir sizə görədə bu belədir?
Yox pessimist olmayaq. Sevgi insanin həyatına həmise gələ bilir. Insan yenidən sevə bilər.
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi tezədən dolur.
Sonuncu şölesi titreyen şamdan 
Ayrı bir şamıda yandırmaq olur.

Mən ki görməmisəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmis
Kim deyir bir defe sevilir insan
Sən demə her zaman sevmək olarmiş.
sevgi yenidən qayıdır insan heyatına gördüklərimdən bilirəm. 

10=Sevgini anlatmaq mümkündürmü?
Sevgini ancaq yaşadıqlarınla anlada bilərsən. Hisler ne əllə tutulur nədə gözle görünür. 

11=ilk məhəbbət uğursuzdur deyirlər Razısınızmı bu fikirlə?
Əgər o məhəbbət uğursuzdusa demək o məhəbbət olmayıb. Olubsada birterefli olub. çünki qarşılıqlı məhəbbət hec vaxt uğursuz olmur. 

12=Əsil sevgi qovuşmayanlarındır bəs sizcəə?
Bu artıq faciədi məhəbbət yox.Yada Məhəbbətin faciəye donmuş halı.Men belə bilirəm.

13=Sevginin gözəl olan duyğuları tüm əzabları keçmək üçün yeterli bir gücmüdür?
Məncə beladi. Sevgi varsa qarsında hec bir maneə dayana bilmez. Sevgi qarşılıqlıdısa hamısını def etmək asandır. Bunlar sonra sevginin gözəl anlarına çevrilir. Yadına düşdükcə ləzzət alırsan. Yeni sevgim üçün nələr etmişəm.

14=sevgin üçün nələri qurban verərdin.
Həyatımı gözümü qırpmadan.Çünki bilirəm sevdiyimdə mənim üçün edərr. Keçmişik bu sinaqdan bilirəm.

15=Sevginlə bağlı ən böyük arzun?
.Hərdən mən dəyirəmki Dünyanın xoşbexti mənəm dünyada.Həqiqətən bəladi Rauf kimi yoldaşım var.Gözəl göyək 2 qızım var. Heç bitməyəcək sevgim var. Məni anlayan hər kəliməmi canla başla heyata keçiren Həyat yoldaşım var.Sevgi üzerinə qurulmuş ailəm var. Daha men ne istiyimki? Mence bunlar yetarlidi.

16=Sevgi mələyindən nə diləyərdin?
.Sevgi mələyim mən diləmədən vərdi hərşeyi mənə bircə Tanrıdan xoşbəxtliyim daim olsun istəyirəm hec bir zaman pozulmasın! AMİN!!!

17=Sevənlərə verə biləcəyin hər hansısa bir məsləhət?
Həmişə hörmət qarşındakini anlamaq qabiliyyəti ve özünü qarşındakının yerine qoya bilmək . Təmkinli və ən əsası Sebrli olmaq. Əger bəla olsa Sevgiyə ölüm yoxdu.

18=Lahiyyədən və suaLlardan razı qaldınızmı?
Ay canım mənim tebiiki sənin lahiyəndən razı qalmamaq olar? Super düşünülmüş və yaradılmış lahiyədi. Suallarda lap ürəyimcə oldu.Sevə sevə cavablandırdım inşAllah səni yormadım.

19=Mənə sevgiylə bağlı hər hansı bir sualınız?
sevgiyə aid şer istəyirəm zəhmət olmasa!
(yazdığım şeir özümə aiddir..məndən sual əvəzinə şeir istəməyin çox xoş oldu mənimçün və sevə sevə yazıram..
 
Özümçün içimdə bir dünya qurdum,
Dünyamın adını mən aRZuM qoydum.
o, dünyanın sakini iki insandır
sakinin biri sən, biri mən oldum.
 
Niyə bölündü bizim dünyamız
Sən özgə birinin mən özgə əldə
Arzular tükəndi  ümüdlər bitdi
heç zaman bitməyən sən oldun məndə
 
İndi dünyamda sənsiz qalmışam
Həsrətdən gül kimi mən saralmışam
Ayrılıq bizədə çatdı nəhayət
Əbədi ayırdı bizi Sonunda..    aRZuM209)

20=Sonda sevənlərə sözünüz?
Ilk sözüm şerhlərdə oxuyuram qızlar deyir sevgiyə nifret edirəm ay sevgi yoxdu vallah elə anda cıxarki qabağınıza sevgi özünüz çaşıb qalarsız. Qorxutmayın insanları canım Sevin sevilin optimist olun.
Çıxarsan qəlbindən ötən sevgini
Bir gündə tənhalıq sıxacaq səni
Kiməsə etdiyin yaxşılıq kimi 
Məhəbbət qarşına çıxacaq sənin.
Bu qədər ümidvaram cavablarımdan razı qaldın canım. Təşəkkür edirəm mənədə layihəndə yer ayırdığın üçün.


Şərhlər:
Baxılıb: 1090
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz