Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
♡Sevgi bağından bir çiçək dərdim♡ - Arzum-Aysum
♡Sevgi bağından bir çiçək dərdim♡ - Arzum-Aysum
Göndərən: aRzuM209
Şərhlər:
Baxılıb: 1176
Səs ver:
Salam. Lahiyəmizin bu dəfəki qonağı "arzum-aysum" nikli userimizdir...

1. Adınız soyadnız?
Məmmədova Türkan

2. Tevəllüdünüz?
20 noyabr 1984

3. Sizdə sevgi bağından çiçək dərənlərdənsiniz?
Dərmişəm , özü də nə çiçək :-) ənnnnn ətirlisi, ənnnnn gözəliiiii və heç vaxt solmayanı :-) inşallah

4. Sevgi nədir sizcə?
Sevgi mənim üçün bidənəmdi... sevgi mənim üçün bidənəmin məni ölümünə sevməsidi ... o məni sevir deyə mən onu sevirəm... hər yerimə girəndə yanımda olduğu üçün Tanrıma minlərlə şükr etməyimdir... hər səhər gözümü ilk açdığımda bütün gün bidənəmi qoruması üçün Tanrıma dua etməyimdi... danışıb sağollaşandan sonra vaxt tez keçsin yenə danışım , yenə səsini eşidim deyə dəqiqələri saymağımdı... sevgi mənim üçün dünyadakı ənnn böyük xoşbəxtlikdi...

5. Hansı soyada sahib olub daşımaq istərdiniz?
Ailə qurmazdan əvvəl heç sevmədiyim soyad Məmmədov, Quliyev olub. Çünki çox yayılmış soyadlardı. :-) deyir kimin nədən xoşu gəlmir qabağına çıxır ;-) mənim də soyadım indi Məmmədovadır ;-) bidənəmin soyadı

6. Sevdiyiniz şəxslə ilk tanışlıqnız?
Sevdiyim şəxslə ilk tanışlığım olmayıb :-) çünki biz doğulan gündən tanışıq:-) bidənəm mənim xalam oğludu. Sadəcə biz şəhərdə qalırdıq onlar rayonda. Bir birimizi çox az az görürdük.

7. Sizcə sevdiyiniz sizi necə xoşbəxt edə bilər?

Sevdiyim məni sevməklə, məni seçməklə xoşbəxt edib artıq. Onun yanında keçirdiyim hər gün mənim üçün ən böyük xoşbəxtlikdir. Sevdiyini görürəm, mənim üçün hər şeyi edə biləcək qədər sevdiyini... kifayətdi xoşbəxt olmağıma...

8. Xoşbəxt olmaqçun sevgi yeterlimi?
Mənim üçün bəli. Bilirsiz niyə? Çünki çətinliklər, problemlər olur və keçib gedir. Keçib gedən bir şey üçün qəlb qırmağa dəyməz. Hər şey düzəlir, ancaq qırılan qəlb düzəlmir... ölən sevgi geri qayıtmır...

9. Deyirlər insan həyatda bir dəfə sevir sizə görədə bu belədir?
Mənə görə xeyr. Bu belə deyil. Öz başıma gəlib bilirəm.

10. Sevgini anlatmaq mümkündürmü?
İşlətdiyimiz sözlərlə sevgimizi ifadə edirik. Ancaq ürəkdə, qəlbdə olan o təmiz hissləri heç bir sözə sığışdırmaq mümkün deyil.

11. İlk məhəbbət uğursuzdur deyirlər razısınızmı bu fikirlə?
Xeyir deyiləm. Kimi sevir sevdiyi ilə qovuşur. Kimisinə də bu qismət olmur. Ümumiləşdirmək düz deyil

12. Əsil sevgi qovuşmayanlarındır bəs sizcə?
əslaaaa. Mənim bidənəmə olan sevgim əsldən də o tərəfidi. Mən onunla yaşayıram, onunla yaşayıram.
Sadəcə qovuşmayanda o sevgi sənin üçün ömürlük əlçatmaz olaraq qalır.

13. Sevginin gözəl olan duyğuları tüm əzabları keçmək üçün yetərli bir gücmüdür?
Mənim üçün bəli. Biz bidənəmlə çox əzablar çəkmişik qovuşmaq üçün. Ağlamışıq... ancaq bir birimuzdən əl çəkməmişik... sonda qovuşmuşuq... çünki sevgimiz yolumuzda duran bütün çətinlikləri keçəcək qədər güclü idi... keçdi də... indi şükür bir yerdəyik və sevgimizin nişanəsi iki gül balamız var. Şükrlər olsun Tanrıma.

14. Sevgin üçün nələri qurban verərdin?
Sevgim üçün yox , məni sevən sevdiyim üçün həyatımdan belə keçərəm. Onu o dərəcədə çox sevirəm. Sadəcə Allahım inşallah bizə pis gün göstərməz. Amin...

15. Sevginlə bağlı ən böyük arzun?

sevgimlə bağlı tək və ən böyük arzum heçççç bir zaman bitməsin, solmasın, ölməsin. Hər zaman bir yerdə xoşbəxt olaq. Amin...

16. Sevgi mələyindən nə diləyərdin sevginə dair?.
sevgi mələyimdən sevgimizi hər zaman qorumasını diləyərdim. Şeytanın, pis insanların bizdən uzaq olmasını diləyərdim.

17. Sevgidə verə biləcəyin hər hansı bir məsləhət?
Sevgidə bacılarıma verə biləcəyim məsləhət hər zaman sevginizin qədrini bilin. Yuxarıda dediyim kimi hər şeyə görə inciməyin. Sözün başına ip salıb uzatmayın. Söz söhbət oldu bitdi. Nəyəsə görə öz qəlbinizi də, sevdiyinizin qəlbini sıxmayın. Bütün çətinliklərə baxmayaraq hər şeyin yaxşı tərəfini düşünün və xoşbəxt olmağa çalışın.

18. Lahiyədən və suallardan razı qaldınızmı?
əlbəttə razı qaldım. Layihəni bəyənməsəydim iştirak etməzdim.

19. Mənə sevgiylə bağlı hər hansı bir sualınız?
sevginin rəngi nə rəngdir səncə?
cavab: mənə görə sevgii rəngarəngdir onuncun gözəl olur...(aRZuM209)

20. sonda sözünüz?
Sonda sözüm dən səbrlə hazırladığın üçün, qızlar da oxuduğu üçün sağ olsun. Hər zaman sizi sevəni sevin və qədrini bilin.
mümkünsə bir parca şeir....
Canım mənim üzürlü say. Bu dəqiqə ağlıma heç nə gəlmir.
öpürəm...

Səmimi cavabların üçün minnətdaram ...canım xoşbəxtlik arzulayıram!


Şərhlər:
Baxılıb: 1176
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz