Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mələyim, 2 ildir ki bizimləsən... Yaxşı ki, varsan
Mələyim, 2 ildir ki bizimləsən... Yaxşı ki, varsan
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 3498
Səs ver:
Dünən kimi ağlımdadı doğulduğun gün...   uyu İlk dəfə qucağıma aldığım zaman dodağımdakı təbəssüm sevinc göz yaşlarına qarışmışdı. O gözəl mis qoxun hələ də burnumdadı,.. səni qoxladım , qoxladım..,  öpdüm doymadım. ..  yavrum


Üzümü üzünə yaxınlaşdırdığımda burnuma dolan o ilıq nəfəsin, yanağımı yanağına dəydirdiyimdə içimi doldurduğun həyat sevincin, mənə sarıldığında hiss etdirdiyin şərtsiz sevgi və bizi seçmiş olmağınla verdiyin qürur heç bir tərifə sığmaz. Sən çox xüsusi bir qızsan bir dənəm, yalnız bizim qızımız olduğun üçün deyil... bu xoşbəxtliyi bizlərə yaşatdığın üçün...  sowu


Sən doğulmadan əvvəl atan qarınıma mahnılar söyl əyərdi,  trompet elə böyük həyəcanla gözlədik ki, səni sağ salamat qucağımıza alacağımız günü...   laylay Vəəəə sən gəldin nəhayət ki...  ponpon

 Sən gəlincə mən ən çox sevməyi öyrəndim qızım... Bir möcüzəyə sahib olmanın möhtəşəmliyini... Səbr etməyi öyrəndim... Hər axşam başmı yastığa qoyub, şükr etməyi öyrəndim... Atanın qucağındaykən belə mənə doğru yönəldiyində üzümdəki təbəssümü sırf atan kədərlənməsin deyə gizləyə bilməyi öyrəndim...


Atanı yalnız aşiq olduğum adam olaraq deyil, sənin atan olaraq sevməyi öyrəndim...   urek

Yaxşı ki, doğuldun qızım, yaxşı ki varsan

Hər ana kimi istəyirəm ki;

Həmişə xoşbəxt, həmişə sağlam olasan,

Ürəyin qırılmasın, canın heç ağrımasın,

O kiçik ürəyin böyüdükcə belə hər zaman sevgiylə dolu olsun... AMİN.. .  melek


ilk göz ağrım... ilk körpəm... canım qızım.. həyatıma girdiyin o gün anladım ki, sən mənə Allah' ın verdiyi müqəddəs bir əmanətsən.  İnan canım qızım o günkü duyğularımı izah etməyim qeyri-mümkündü... Atanla mənə xoşbəxtliklərin ən böyüyünü yaşadan,  mənə analığı daddıran biricik mələyim,  qızım,  canımın parçası qızım,  iyləməyə qıya bilmədiyim çiçəyimsən sən.. kim izah edə bilər ki, səni məndən başqa...


Bu gün 2 yaşın tamam olur gözəl qızım... bu gün sənin ad günündü... Bu gün bizi dünyanın ənnnnnnnnnn xoşbəxt ata anası etdiyin gündü... yaxşı ki , doğuldun canım qızım...  zhappy%20birthday


xoşbəxtlik yağışları hər zaman üzərinə yağsın.. həyatında sevgisiz sevincsiz keçən bircə saniyən belə olmasın ...  Allahıma dualar edirəm ki,  dərdlər səndən uzaq olsun... sevgi, sağlamlıq,uğur, xoşbəxtlik həmişə səninlə olsun.... sevinclərin bol olsun...  melek angel_mini

yaxşı ki, doğuldun, yaxşı ki , Tanrı səni mənə və atana verib... Ad günün mübarək olsun gözəl qızım...

Səni bizə verən, məni sənin anan olmaqla taclandıran Tanrıma minlərcə şükr olsun . ..SƏNİ ÇOX SEVİRİK KİÇİK MƏLƏYİM...  128
 


Şərhlər:
Baxılıb: 3498
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz