Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bacım MADİNA ilə müsahibəm
Bacım MADİNA ilə müsahibəm
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1248
Səs ver:
1. Salam bacım.Özün haqqında "Qadınlar.biz" ailəsinə ətraflı məlumat ver..
28 yaşım var.Aileliyem 2 qızım,1 oğlum var.BDU-nun tetbiqi riyaziyyat fakültesini bitirmişem,hemin ixtisasın magistrini de oxumuşam.İxtisasım riyaziyyatçı-proqramistdir,hazırda analıq mezuniyyetindeyem
 
2. Buyur özünü qısa şəkildə bizə anlat necə birisən?Mənə çox marağlıdır.
Boyum 160m-dir,saçlarım şabalididir,gözlerim qehveyi,ağbeniz biriyem.Xasiyyetim ise mülayimdir her kesle dil tapmağa çalışıram.
 
3. Qadınlar.biz" saytına necə gəldin və saytımızdan razısanmı?
İlk defe olaraq "İslami sual ver" bölmesine daxil oldum ve qeydiyyatdan keçdim.Maraqli saytdır.
 
4. Sayta ilk gəldiyində münasibət qurduğun kim olub?
Sayta ilk gelende Rahila ve Anuka userleri ile münasibet qurmuşam,sonra ise başqaları ile.Her birinizi öpürem 123
 
5. "Xoşbəxtlik" deyiləndə ağlına ilk nə gəlir?
Xoşbextlik məfhumu nisbidir,here xoşbextliyi bir şeyde görür.Menim üçün xoşbextlik Allahımın mene ehsan etdiklerindedir.Men xoşbextem tanrım mene bele aile nesib edib.Əgər hər səhər oyanıb əllərimi allaha açıb dua edib,səcdəyə gedib,nəfəs çəkirəmsə deməli xoşbəxt insanam.
 
6. Hamımız bilirik ki, bizim dinimiz olan "İSLAM" dini dünyadaki ən gözəl dindir!.Allahda belə buyurub. Bəs sən nə dərəcədə dinin qayda qanunlarına əməl edirsən?
Dinimiz bir okeandır ki,mən hələ burada bir zərrəyəm.Dinin o qeder gozəllikləri və elmə əsaslanan sübutları var ki,biz hələ xəbərsizik.Sadəcə üzərimə düşən borcları yerinə yetirməyə çalışıram.Namaz qılıb günahlardan qorunmağa çalışıram.Allah günü-gündən qəlbimdəki iman ruhunu artırsın,AMİN!!!
 
7. Bəzi geri fikirli adamlara görə "Qızuşağı nədi oxumaq nədi? Qız otursun evdə yeməyini bişirsin,evdən çölə çıxmasın və 18 yaşına çatmamışda ailə həyatı qumalıdır" Bu mövzu məni ən çox əsəbləşdirən mövzulardandır.Bəs sənin bu mövzuya fikrin nədir bacim?
Həmin insanlara bir şey demək istərdim:himayəsində olduğunuz insanlar heyatda ebedi deyiller.Elecə də allahın hökmünü bilmək olmaz ki,yoldaşın ömrünün sonunacan yanında olub işə yaararlı olacaq.BU zamanda uşaqlarla və ya tək məcbur olub hər bir işə boyun əyməkdənsə yaxşı olmazmı ki,öz ixtisasın üzrə,halal əməyinlə çalışıb aileni dolandırasan.Əgər yoldaşın müvəqqəti icazə vermirsə eybi yox,amma təhsil alıb peşə sahibi olmaq yaxşıdır."Saxla samanı,gələr zamanı" əbəs yerə söylənilməyib
 
8. Qadinlar.biz-də Hansı userlə realda dostluq minasibətin var ? Və Hansi userlə real dostluq qurmaq istərdin ?
Realda dostluq etdiyim userler yoxdur.Amma nedenki olmasın,insanın yaxşı insanlara həmişə ehtiyacı var. cak
 
9. Həyatda ən çox nədən qorxursan?
Ən çox qorxduğum şey səhər açılanda gün ərzində edə biləcəyim günahlardır.Dua edirəm ki,Allah özü köməyim olsun ki,günaha getməyim.Axirətimi yandırmaq istəmirəm.
 
10. Burda mənə çox böyük dəstəy olan Mədineə bəs ,real həyatda kimin məsləhətlərinə qulaq asır?
Ümumiyyetlə hər bir insanın məsləhətə ehtiyacı var.Çünki 100% insan yoxdur və hər kəsin səhvi olur.İnsan öz-özlüyündə qərarlar verəndə bəzən nəfsi onu doğru olmayan yola aparır.Bir de "Ağıl yaşda deyil,başdadır".Həmişə dinləməyi bacarıram,son qərarı isə yoldaşımla məsləhətləşib veririk.
 
11. İki dostun hakimi olardin,yoxsa iki düşmənin? Səbəb?
Bilirsiz hakim olmaq istəməzdim.Hakim qərarı verir insanların qəlbindəkilər isə onu maraqlandırmır.Mən istər dost,istər düşmən olsun insanlarla münasibəti elə yoluna qoyardım ki,sonda ortaq məxrəcə düzgünlüklə daxilən,ürəkdən gəlsinlər.
 
12. Qısqanclığın axırı pis olur.Bəs sən necəsən qısqanc yoxsa ki rahat qısqanmırsan sevdiyivi?
Qısqanmamışam desəm yalan olar 23 Dəhşət qısqanc olmuşam,amma qısqanclığımın pik nöqtəsində qısqanclığımdan əl çəkdim.Çünki yoldaşım üçün halal-haram anlayışları müqəddəsdir,axirətini yandırmaq istəmir.Bunu özümdə aşkar edəndən sonra deyə bilərəm ki,qısqanmıram 08
 
13. Səbirlisənmi bacim?
Çalışıram səbirli olum,çünki allah səbr edənləri sevir və ən əsaı səbr edənlərin mükafatı həmişə böyük olur.
 
14. Səncə insan oğlu sahib olduğlarının dəyərini niyə itirdikdən sonra anlayır?
Əgər insan allaha sığınsa,ondatanrının ona bəxş etdiyi nemətlər üçün həmişə şükr edər və qədrini bilər.İnsan əhli-dünya olanda bu nemətlərin həmişə ona məxsus olacağını düşünür və şükr etməyi də unudur.Bu zaman əlindəkiləri tanrı ondan alandan sonra necə böyük nemətlərə sahib olduğunu anlayır və tanrıya sığınıb əfv diləyir.Lakin bu da bele hamıya şamil olunmur.Çünki əlindəkiləri itirdikdən sonra belə elələri var ki, yenə də allaha üz tutmur.Bu zaman onu ən böyük bədbəxtlik gözləyir.
 
15. Sənin fikrincə xoşbəxt olmaq üçün lazım və vacib olan üç şey nədir?
Xoşbəxt olmaq üçün allaha sıgınmalısan,sebr etməlisən,malik olduqlarını deyerlendirib şükür etməlisən.
 
16. Sevildiyi zaman daha xoşbəxtdir insan ya sevdiyi zaman?
Ümumiyyətlə sevgi qarşılıqlı olsa daha gözəl olar.Məsləhət edərdim ki,qarşılıqsız sevgini unudun,çünki insanı məhv edir,passivləşdirir.Qarşılıqlı sevgi insana xeyirdir,insan həyata bağlı olur,gördüyü hər əməli gözəl olur. Ən böyük sevgi isə allaha olan sevgi olmalıdır.Kimisə sevəndə də allah rizası ilə sevin ki,xoşbəxt olasız.
 
17. Sakit insanlara saf deyirlər.Birdə belə bir məsəl varki,"Suyun lal axanı adamın yerə baxanı" bəs səncə bu doğrudurmu?
Dinimiz də buyurur ki,insan sakit olmalıdır,əsəbi olmamalıdır.Çünki əsəbləşəndə düzgün qərarlar verə bilmirsən.Düzünü desəm heç bir insan ovladı saf deyil,heç kim ona verilən təmiz ruhu elə pak şəkildə yaradanına qaytara bilmir.Çalışaq ki,əməllərimizlə ruhumuzu daha da çirkləndirməyək.
 
18. Burda hər kəsin sevib seçdiyi özəl bildiyi biriləri var. Sənin üçün dəyərli kimdi burda?
Tanrının yaratdığı hər bir insanın mənim üçün dəyəri var,eləcə də burada hər kəsin xətrini çox istəyirəm. 123 123
 
19. Həyatdı yaşayırıq və mütləqdir ki hamımızın bəzi peşmançılığlarımız var.Bəs sənin peşmaşılığın varmı,varsa nədir?
Peşmançılığım yoxdur,şükürlər olsun tanrıma ,nələr olubsa da allahın izniylə olub və heç də peşiman deyiləm.Tanrım həmişə mənə ən xeyirlisini nəsib edib, şukurlər olsun.
 
20. Belə baxıram kimi dindirirsən deyir sadəcə yalandan gülümsüyürəmki nə olub deməsinlər.Bəs sənin gülüşlərim ürəkdən gəlir?
Həmişə ürəkdən gəlir desəm yalan olar.Həyata gülün ki,o da sizə gülsün.
 
21. Bəzən baxırsan bizim doğru bildiylərimiz yalan imiş.İnandığın doğrularmı dəyişdi yoxsa inandığın insanlarmı?
Əlbətdə ki,doğruları yalan edən inandığın insanlardır.
 
22. Ovuclarını dua etmək üçün açdığında ağlına gələn ilk kim olur?
Yaxınlarımın axirəti məni çox narahat edir,allahdan onlara hidayet,iman ruhunun gücləndirilməsini istəyirəm.
 
23. Bütün qadınlar mələkdir əslində.Yalnız qanadları qırıldığında süpürgələrinə əyləşərlər.Sənin qanadını nə qıra bilər?
Əgər qəlbdə iman ruhu varsa,onun enerjisindən qanadlar möhkəmlənir və qırılmaz olur.Allahın izni olmadan o qanadlar heç vaxt qırılmaz.
 
24. İnsanlarda ən çox önəm verdiyin xüsusiyyətlər hansılardır?
Hər insanın müsbət və mənfi xüsusiyyetləri var.İnsanlarla ünsiyyətdə çalışıram ki,ondakı müsbət xüsusiyyətləri daha çox qiymətləndirim və onu inkişaf etdirərək mənfiləri azaldım.
 
25. Bu qədər sual bəsti yoxsa davam eliyək?
Ürəyin necə istəyir elə də olsun.
 
26. Bacım səni suallarımla bezdirmədimki?
Əsla yox.Suallar mənalı və maraqlı idi.
 
27. Və sonda"Qadınlar.biz" ailəsinə ürək sözlərin...
Hər kəsi salamlayıram və müqəddəs Ramazan bayramı ərəfəsində olduğumuz üçün hamının bayramını təbrik edirəm.Əziz bacılarım ALLAHdan əlinizi üzməyin,hər şeyin ən xeyirlisini ALLAH sizə nəsib etsin.Arzu edirəm ki,hər bir müsəlman qadın əllərini yaradanına tərəf açıb dua etməyə,dizlərini yerə qoyub səcdəyə getməyə vaxt tapsın,çünki qurtuluşumuz ondadir.Rəbbimiz açılan əlləri edilən duaları heç vaxt cavabsız qoymur.ALLAH hər kəsə hidayət versin.Səni də lap cox istəyirəm, bacım, ALLAH ürəyincə versin 123 Öpürəm,müsahibəyə görə də təşəkkürlər 03

Suallarımı dolğun cavablandırdığına görə minətdaram. Səni və balacalarımı öpürəm. Mən də sənin arzularına qoşuluram. Hamını  qarşıda gələn Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.


Şərhlər:
Baxılıb: 1248
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz