Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Medine Yusiflə fərqli müsahibəm
Medine Yusiflə fərqli müsahibəm
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 917
Səs ver:
1. Adınız, familiyanız, doğulduğunuz yer və tarix?
Quliyeva Mərziyə. 1994 ci il 23 sentyabr Bakı şəhərində anadan olmuşam. Ailəliyəm. bir oğlum var, Yusif balam...

2.Ünvanınız?
Bakı şəhərində yaşayıram...

3.Məktəb illəri həyatınızda nə kimi izlər qoyub?
Məktəb illərim həyatimda həm şirin həm də aci xatirələrlə iz qoyub öz sözünü dedi.çalışıram o illəri unudum...

4.Əgər həyata yenidən gəlmək imkanınız olsa idi, indiki mövqeyinizi seçərdinizmi?
Bəlkə də Allah bizə bu imkanı yenidən yaradacaq.bilmirəm.amma bildiyim bir həqiqət var.insan seçim etmir.hər şey ardıcıl olaraq baş verir.Uca Allahin istəyi ilə.ama Allaha min şükür hazırkı mövqeyimdən də razıyam...

5.Bugünə kimi dərk etdiyiniz ən acı həqiqət, keşf etdiyiniz həyat qanunu?
Bu günə kimi dərk etdiyim acı heqiqet o oldu ki həyatda heç kəsə etibar inam yoxdu.nədə olsa insan övladı çiy süd əmib...Kəşf etdiyim həyat qanunu mübariz olmaq, özünə inammaq etibar etmək, yıxılanda özün durmaq hec kəsin uzanan əlini tutmağı gözləməmək, fərq etməz necə əgər yaralandınsa öz yaranı özün sarmaq...budu mənim üçün həyat qanunu...

6.Xoşbəxtliyi nədə görürsünüz? Xoşbəxtsinizmi?
Allaha sonsuz şükürlər olsun mən xoşbəxt insanam.çünki sağlamam.sağlam ailəm var.məni dəli kimi sevən həyat yoldaşım var.Allaha  min şükür mənə sağlam əli ayağı düz övlad verdi, Yusif balamı.ailəmin sevinci birə beş artdı.sevdiklərim yanımdadı.Anam atam bacım qardaşım var.maşallah canları sag salamat. ..daha nə istərəm.görmək istədiyim xoşbəxtlik budur bacım...

7.Kimi isə xoşbəxt etməyə özünüzdə qüvvə taparsınızmı?
Əsas odur ki, insanın qəlbi gözəl olsun.saf  mehriban gülüşlə də insanlari xoşbəxt etmək olur...

8.Ümumiyyətlə edərdinizmi?
Əlbəttə edərdim ama əgər o buna layiqsə...

9.Əlinizdə odlu silah olsa kimə isə qəsd edərdiniz?
Canı verən Allahdi alan da...qəsd etməkdənsə onları həyatımnan çıxarmağı bacardım. Bu onlara qesddəndə ağır oldu:-):-):-)

10. Həyatda sizə ən gözəl tə`sir bağışlayan nədir?
Allahın yaratdığı hər şey insana gözəl təsir bağışlamalıdır, adi xəzəlin xışıltılı səsi belə...ama hazırda mənə körpəmin qığıltısı elə gözəl təsir bağışlayırkı...Allah hamıya nəsib etsin...

11. insanlarda ən çox qiymət verdiyiniz üç xüsusiyyət hansılardır?

İnsanlarda ən çox axtardığım qiymət verdiyim 3 xüsusiyyət:düzgünlük mehribanlıq Allah qorxusu...

12. Həyatda ən çox nədən qorxursunuz?
Ən cox günah etməkdən birdə sevdiklərimi itirməkdən...Allah qorusun...

13. Qarşınızda göz yaşları içində olan birinə bir gülüş hədiyyə edin

Qarşımda əgər biri göz yaşı axıtsa inanmıram ona gülümsəyim.çünki ondan qabaq men aglayaram...

14. Sizcə, ən böyük hiss nədir?
Sevgi hissi.Allaha sevgi, valideynlere sevgi, heyat yoldaşına sevgi...birde balana sevgi...

15. Məhəbbətə münasibətiniz? Sizcə sevməyənlə bədbəxtdirlərmi?
Məhəbbətə münasibətim normaldı.əksinə,o adamlar dünyanın xoşbəxtdilər.çəkməli olduqları dərdləri yox...

16. Müsir həyatımızda qibtə ediləcək "Leyli və Məcnun" məhəbbəti varmı?
Bəlkə də var.ama mən hələki rast gəlməmişəm:-) əgər onlar da qovuşsaydı bəlkə leyli məcnun məhəbbəti yaranmayacaqdı heç:-):-):-)

17.Məhəbbət daimidirmi?

Yaşayarıq görərik...

18. İlk məhəbbət müqəddəsdir iddiasına münasibətiniz?
Məncədə düzdü...

19. Həyat yoldaşın  xəyallarında təsəvvür etdiyin insandır?

Ən yaralı yerimə toxundun bacim.mən arzulamışdım ki qısqanc olsun, odlu alovlu olsun.oldudaaaa.bilsəydim başqa şey arzu edərdim:-):-):-)

20. Sizcə sevgidə qürur olmalıdır?
Baxır vəziyyətə...

21. İlk baxışdan məhəbbətə inanırsınızmı?
Əlbəttə inanıram.çünki özümdə canım Turalıma ilk baxışdan vuruldum...

22. Həyatda itirdiyiniz və qazandığınız?
Allaha min şükür qazandıqlarim itirdiklərimi unutdurdu mənə.qazanmışam yaxşı ailə məni sevən ömürgün yoldaşı sağlam övlad...

23. İnamla yaşamağın ümidlə yaşamaqdan fərqi nədir?
İnsan gərək ümid etsin. Ümid edib inansin...

24. Arzu, ümid, xəyal nədir?
Xəyal qurub ümid edib arzulayirsan...:-):-):-)

25. Nə üçün insanlar həmişə yaxın adamlarından ən ağır zərbə alırlar?
Aldanıb yaxınlığına etibar etdiyi üçün...

26. Ən çətin anlarınızda sizi həyata nə bağlayır?
Allaha  sonsuz sevgim.bilirəm ki mənə kömək olacaq...

27. Göz yaşları nədir?
İnsanın sözlə ifadə edə bilmədiyini göz yaşlari ifadə edir...bəzən sevincdən ağlayırsan bəzəndə dərddən.təki hamı sevincdən ağlasın...

28. Heç kimin bilmədiyi sirriniz varmı? Niyə məhz onu gizlədirsiniz?
Əlbəttə ki.bura kimi gizli qalıbsa bundan sonra da gizli qalsa yaxşıdi...

29. Sizi həyatda yaşadan nədir?
Yaşadan Allahdı.yaşamağa ruhlandıranlar var. Əzizlərim yoldaşım birdə Yusifim...

30. Özünüzü kimə isə borclu sayırsınızmı?
Əlbəttə ki.valideynlerimə borcliyam ömrümün sonuna kimi. Allah bütün valideynleri qorusun amin

31. Özünüzü xarakterizə edin.
Ürəyitəmiz tez aldanan mehriban gülərüz inadkar biriyəm...

32. Sevdiyiniz biri varsa ondan razısınızmı?
Sevdiyim var.canım həyatım Turalım.əlbəttə razıyam.onu çoooox sevirəm...

33. Gələcək övladların  haqqında nə kimi planların var?
İnşallah Yusifim haqqinda planlarım çoxdu.o hələ həyata gəlməmiş arzularım aşıb daşırdı.əvvəla onu canı saglam  görmək istəyirəm inşallah. Sonra ağıllı exlaqlı imanlı dindar tehsilli xoşbəxt biri olmağını arzulayıran...inşallah her ağıllı addımında arxasında durarıq atasıyla...Amin...

34. Cavab vermək istədiyiniz istənilən sualı yazın və onu cavablandırın?

İnsanlara inamın niyə yoxdur? Çünki mənə ən yaxın insanlar tərəfindən aldadıldım
İnamım var ama eziz bildiklərimə...

35. Son sözləriniz, təəssüratlarınız, suallarınız (sayt haqqında və ya ürəyinizdən nə keçsə o haqda)
Bacım mənə vaxt ayırdığına görə sənə minnətdaram.Allah səni xoşbəxt etsin Nicatınla...saytımızın bütün qızlarına xoşbəxtlik arzu edirəm.subay bacılarıma toy qismət olsun.ana olanlarımız sağ salamat balalarını böyütsün.hamilə bacılarım sağ salamat bebişlərini qucuna alsın.ana olmaq istəyənləri Allah tezliklə sevindirsin inşallah. məktəbli bacılarım inşAllah arzuladıqları fakültəyə qəbul olsunlar. Amin. Hamınızı cox istəyirəm. Hamınızı öpürəm..


Şərhlər:
Baxılıb: 917
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz