Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O mənə yenidən həyat bəxş etdi (Layihə)
O mənə yenidən həyat bəxş etdi (Layihə)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 802
Səs ver:
Əziz Qadınlar Biz anaları körpəniz dünyaya gələn o ilk günü keçirdiyiniz duyğuları, keirdiyiniz hissləri bizimlə bölüşəcəksiniz
Layihəmizin bu günün qonağı Arzum-Aysum  nikli userimizdir
 
Gözəl bacılarım, yəqinki, məni yaxından tanıyanlar və tanımayanlar bilir ki, gözəl göyçək, şirin şəkər iki qızım var. Canım Arzu qızım və canım Aysu qızım. Bu gün sizlərlə şirin qızım Arzu quzumun həyatımı aydınlatdığı o gözəl günü bölüşəcəm.
Əvvəlcə hamilə olduğumu öyrəndiyim o xoşbəxt günümü təsvir edim sizə. Vaxtımdan bir neçə gün keçmişdi. Bidənəm həvəslə və həsrətlə o xoş xəbəri verəcəyim günü gözləyirdi. Bir də gördüm ki, test alıb gətirib. 2013-cü il 13 yanvarda test elədim. Həyəcandan əlim ayağım əsirdi. Dua edə edə testə baxdım, 2 xətt çıxmışdı. O an dünyanın ən xoşbəxt insanı mən idim. Şad xəbəri bidənəmə də verdim. Qucaqlaşıb o qədər ağlamışdım ki. Və beləcə həyatımın ən gözəl 9 ayı başladı. İnkişafının, böyüməsinin hər anı mənə sonsuz xoşbəxtlik bəxş edirdi. Hər dəfə həkimə gedəndə ürəyim az qalırdı yerindən çıxsın. Hər şeyin qaydasında olduğunu eşidəndən sonra içimə böyük bir rahatlıq çökürüd. Gözəl balamın ilk ürək döyüntülərini eşitdiyim o an İlahi heç vaxt yadımdan çıxmayacaq. O an sevincdən mənim ürəyim dayanacaqdı sanki, sevinc göz yaşlarımı saxlamaq mümkün deyildi. Beləcə böyük xoşbəxtliklə günlərim keçirdi. Həkim doğum vaxtını 10-16 sentyabr 2013-cü il tarixləri arasına demişdi. Mən də fikirləşirdim ki, doğum vaxtına 2-3 həftə qalmış gedərəm Bakıya.
Vəəə 2013-cü il avqust ayının 19-u. Müqəddəs Ramazan bayramı günü idi. Səhər tezdən durub həmişəki kimi işlərimi gördüm, hələ üstəlik böyük bir həyətimiz var onu da başdan ayağa süpürdüm. Bayram hazırlıqları gördük xalamla. Bir də gördük ki, Bakıdan dayımgil gəldi. Anam da onlarla gəlmişdi. Bayram günü anamı görüb çox kövrəlmişdim. Günorta hər kəs gözəl Bayram süfrəsi arxasında yedik içdik. Qərara gəldik ki, gedək gəzməyə. Yığışıb təsəvvür edin 20-30 nəfər, 3-4 maşın getdik Lahıca. Bir xeyli getmişdik nəsə özümü narahat hiss eləməyə başladım. Elə bildim ki, istidən tərləmişəm. Lahıca gedənlər oranın yolunun nece olduğunu bilir. Bir təhər çatdıq ora. Bacımı və xalamın gəlnini çağırıb vəziyyəti dedim. Aləm dəydi bir birinə ki, su açılıb uşaq olur. Amma sancım yox idi. Qızlar inanın kişilərin yanında elə utanırdım. Beləcə hamı mindi maşınlara geri qayıtdıq.
Doğuş prosesini danışmayacam uzun uzadı. Sadəcə onu deyim ki, sancım olmadığından və su tamam qutardığından doğuş çətin oldu. Təsəvvür edin axşam saat 9a işləmiş girdim doğuş otağına gecə saat 12 yə 15 dəqiqə işləmiş bəbişim oldu. Hələ indiyə qədər də, hər kəs mənim ,,bəbişim nooolar gəlll,, deyə ağladığımı danışır. Hamı deyir ki, səninlə bərabər o sözlərinə biz də ağlamışıq. Çöldə dua edən kim, daş sındıran kim ki, doğuş tez qutarsın. Bəbişim oldu... amma ağlamırdı... səsi çıxmırdı... Həmin an bütün dünya başıma uçdu, böyük bir boşluğa düşdüm... həyəcandan böyük açılmış gözlərimlə həkimə baxırdım. Ciyərinə bir xeyli vurdular, 2-3 dəqiqədən sonra o gözəl körpə səsi ilə bəbişim başladı ağlamağa. Bir o yadımdadı ki, həmin an ancaq uca Rəbbimə şükr etdim və başımı qoydum yerə.
Vəə budur gözəl balam qucağımdadır laylay Tanrı mənə gözəl göyçək, sağ salamat, şippp şirin bir övlad nəsib etmişdi uyu O anı heç bir kəlimə ilə ifadəetmək mümkün deyil. Sadəcə xoşbəxt idim. Onun xırda dodaqları, balaca əlləri, yumuq gözləri Tanrının bir möcüzəsi, mənə və bidənəmə böyük bir lütvü idi. Uca Tanrıma bu gözəl hədiyyəsi üçün sonsuz minnətdaram və ölənəndək də şükr etsəm də azdır.

Ana olmaq ən gözəl duyğudur və biz qadınlara yaşatdığı ənnnnn böyük xoşbəxtlikdir. Bütün bacılarıma bu gözəl duyğunu-ana olma sevincini quc yaşamağı diləyirəm uca Tanrımdan melek
 
Qeyd: Hekayənizi mənə ismarıcla azəri şiriftilə yazın


Şərhlər:
Baxılıb: 802
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz