Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Marco "nikli userimizlə tam səmimi dadlı-duzlu müsahibəm!
Göndərən: SENI SENSIZ SEVDIM
Şərhlər:
Baxılıb: 1016
Səs ver:
1.Əvvəla salam.Özünü Qadınlar.biz userlərinə təqdim et!
Aleykum salam.Adım Turanə 03

2.Bir az ailən haqqinda məlumat ver də bizlərə.

Həəə deməli belə..ailədə 5 nəfərik:atam,anam,böyük qardaşım,mən və kiçik qardaşım.Atam və anam ali təhsillidir.Böyük qardaşım ADİU-nun 1-ci kurs tələbəsidir.Kicik qardaşım 8-ci sinifdə oxuyur.Məni də ki tanıyırsız də...

3.Nəyəsə hazırlaşırsanmı? Hazırlaşırsansa, neçənci qrupa?Nəçi olmaq istəyirsən?
Bəli 3-cü qrupa hazırlaşıram.İnşallah jurnalist və yə filoloq olmaq istəyirəm. ltfen

4.Ən böyük arzun nədir?
Uniyə daxil olmaq və hər zaman xoşbəxt olmaq. tavsan

5.Yuxudan duran kimi axlına nə gəlir və yaxud nəyi fikirləsirsən?
Yuxudan ayılan kimi yeni bir günü mənə və ailəmə nəsib etdiyi üçün tanrıma şükr edirəm.

6.Ən yadda qalan günün nə vaxt və o günü yadda qalan edən nə olub?
Düzünü desəm hələ elə bir gün olmayıb. 26

7.İndiki zamanədə əsl dost varmi?
Məncə var.

8.Ən yaxın dostun kimdir?

Ən yaxın dostum birinci özüməm sonra isə sənsən. cak

9.Xoşbəxtlik deyəndə axlına kim və yaxud nə gəlir?
Ailəmin sağ-salamat yanımda olması.

10.Gələcəyini nə cür təsəvvür edirsən?

Gələcəkdə özümü təhsilli bir qadın olaraq və 25-26 yaşımda məni anlayan biri ilə ailə həyatı qurub uşaqlarımın anası kimi təsəvvür edirəm.Və ən əsası öz karyeram olmasını istəyirəm.Aydaaa bir anlıq xəyala daldım eee...

11.İndiki həyatını bir şəkildə ifadə et!
Şükür Allaha yaxşı.

12.İnsanlarda ən çox önəm verdiyin xüsusiyyətlər nələrdir?

1.Mənimlə tam səmimi olsun
2.Yekəxana olmasın.Sadə olsun.
3.İkiüzlü olmasın. Yəni üzümə gülüb arxamca danışmasın.Nə sözü var üzümə desin cavabını da alsın. hysteric

13.Cümləni tamamla.Etiraf edirəmki, mən...
Etiraf edirəm ki mən ailəmi hər şeydən çox sevirənm.Bir də ki etiraf edirəm ki mən çox yatağanam. fu

14.Ümumiyyətlə xasiyyətin necədir(necə bir insansan)?
Vallah nə deyim?Bunu ən yaxşı məni tanıyanlar bilər.Desəm ki beləyəm-eləyəm deyəcəklər ki yekəxanadı 09

15.Ən zəif cəhətin nədir?
Çox kövrəyəm.Kimsə mənə nə isə deyəndə tez ağlayıram. ciyy Bu cəhətimdən xoşum gəlmir.

16.Həyatda yaşama məqsədin?
Xoşbəxt olmaq 126

17.Məktəblə bağlı hansı xatirələrin var?
Əlbəttə ki var.Amma elə də maraqlı bir şey yoxdu.

18.Həyatda ən çox istədiyin və ən zəhlən getdiyi insan kimdir(tam səmimi)?
Ən çox ailəmi sevirəm.Tam səmimi demək lazımdırsa ən zəhləm getdiyi insan isə bir oğlan var məni guya sevir.Amma mənim ondan zəhləm gedir.Heç tipim deyil,yəni mənim tam əksimdir.Bax o oğlandan zəhləm gedir.Qır-saqqız olub əl çəkmir eee.Özün bildin də kimdi. 24

19.Səni ən çox nə əsəbləşdirə bilər?

Yekəxana və həyasiz qızlar.Bir də ki haqsızlıqlar. 125

20.Əsəbləşəndənə edirsən?
Nə isə qırıram.

21.Ən çətin anında səni həyata nə bağlayır?

Ailəm və arzularım

22.Həyatda ən çox nədən qorxursan?
Ailəmi itirməkdən.

23.Səni həyatdan nə küsdürə bilər?
Arzularımın gerçəkləşməməsi. 27

24.Könül almaq yoxsa könül vermək çətindir?
Könül almaq məncə.

25.Həyatda ən asan şey nədir?
Göz qırpmaq 02

26.Nikinin mənası nədir?

Bacı belə oldu dəə..Mən burda qeydiyyatdan keçə bilmirdim.Bir gün təsadüfən keçdim.Nikimə gəldikdə isə nə niki yazırdımsa olmurdu.Marco futbolçu adıdır.Dedim qoy yazım görüm necə olur?elə yazan kimi qeydiyyatdan keçdim.Sonra da özün dəyişmək istəmədim.Bax belə 05

27.Hansı ölkələri səyahət etmək istəyərdin?
Ən çox Avstraliyanı səyahət etmək istərdim.Çünki ora yeganə ölkədir ki insanları sadə ,bir-birləri ilə mehribandır.Və ən əsası budur ki insanların hamısı bərabərhüquqludur.İstər nazir balası,istərsə də pinəçi

28.Güzgüyə baxanda nə fikirləşirsən?

Fikirləşirəm ki:Ay Allah görəsən bu qızı kim alajax?

29.Seçim qarşısında qalsan ,ailəni yoxsa sevdiyni seçərdin?
Hərənin bir fikri var.Amma mən ailəmi seçərdim.Düzdür çətin olardı amma bir ata ananın bir övlad üçün çəkdiyi əziyyətləri heç amma heç bir şeylə əvəz etmək olmaz quc laylay

30.Başqalarından nəyinə görə fərqlənirsən?

Tərifləmək kimi çıxmasın amma başqalarına nisbətən daha çox qeyri-adi fikirlərə malikəm.

31.Bu an harda olmaq istəyərdin?
Olmaq istədiyim yerdəyəm.Ailəmin yanında.

32.Sənə necə səslənəndə əsəbləsirsən?
Vallah elə də hirsləndiyim ləqəbim yoxdur.Bircə dənə ləqəbim var.Onu da atam deyir mənim çərtdək qızım.Buna da hirslənmirəm,əksinə xoşum gəlir 128

33.Suallardan razı qaldın ,bacım ?

Əlbəttə ki hə .həm də çox razı qaldım.Müsahibə aldığın üçün çox sağ ol 20

34.Məni necə birisi olaraq tanıyırsan ?mənə iradların ?vermək istədiyin sual olsa buyur.
Səni çooox amma çoooxxx yaxşı tanıyıram.Sən mənim həm sinif yoldaşım,həm hazırlıq yoldaşım,həm parta yoldaşım,həm yol yoldaşım ən əsası sən mənim olmayan bacımsan,canım mənim. cak Sualım isə yoxdur.
.
35.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Hər zaman xoşbəxt olun.Üzünüzdən təbəssüm əksik olmasın.Heç vaxt qürurunuzu ayaq altına tullamayın.Bir də ki hər zaman düşmənlərinizin üzünə gülün. hahahah Qoy sizin xoşbəxt olduğunuzu görüb partlasınlar eeeeee.Hamınıza vaxt ayırıb müsahibəmi oxuduğunuz üçün minnətdaram 04 Hamınızı öpürəm.Muah 123 Ramazan bayramınız mübarək!!!!Allah hər kəsin orucunu qəbul etsin.(içində də mən olmaqla yanaşı)
 


Şərhlər:
Baxılıb: 1016
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz