Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim etirafım layihə( 7-ci hissə)
Mənim etirafım layihə( 7-ci hissə)
Göndərən: Mrs.Pianist
Şərhlər:
Baxılıb: 797
Səs ver:
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırlamaq qərarına gəldim...Bu layihə sizin Etrafınız olacaq.

"Mənim Etirafım"adlı bir layihədir.Bu layihəmizdə xanımlarımız öz Etiraflarını edəcəklər..Yəni kiməsə etmək istəyibdə edə bilmədikləri Sevgi etirafı, Həyatlarında etdikləri hansısa bir Günahın etirafı,Keçmişiniz ilə bağlı bir etriaf edə bilərsiz, Etdiyiniz bir günahı etriaf edə bilərsiz və.s...Yani qısacası Etiraf etmək istədyiniz bir hadisəni etiraf edəcəksiz...İnşALLAH layihəmi bəyənərsiz.. 128

Bu dəfə gözəl xanımlarımızdan olan Arzum-Aysum öz Etirafını edəcək...08

Bu dəfəki ETİRAF'ımızda fərqlıdır..Yani arzum-aysum deyirki:Hər zaman doğrunu demək yaxşıdır..!
Bu xanımımız da bunu ETİRAF edir.

Biz elə bir zəmanədə yaşayırıq ki, məncə yalansız, səhfsiz insan yoxdu. Hər kəs ömründə az və ya çox səhf də edib, yalan da danışıb. Əsas odur ki, etdiyin bir səhfi, və ya yalanını, haqsızlığı etiraf edib boynuna almağı bacarasan. Yaşıqlarından nəticə çıxarıb vicdanı təmiz yaşayasan.
Sizə başıma gələn bir hadisəni danışacam.
Bidənəmnən xeyli əvvəl- 5 il əvvəl dəli kimi sevdiyim biri var idi. Onu çox sevirdim və ona görə neçə neçə qismətimə yox demişdim. Onu gözləyirdim, universitetdə oxuyurdu. Sonra bitirib əsgərliyə getdi. Hər dəfə mənə deyirdi ki, gözlə məni yaxşı olacaq. Ancaq mən vaxtımın boş yerə keçdiyini görürdüm. Ayrıldım ondan.
Aradan bir il, il yarim keçəndən sonra bidənəm məni özünə aşiq etdi. Bifənəmlə danışmağa, görüşməyə başladıq. Ancaq ilk aylar sevgimizdən heç kimə bəhs etmirdik
Bir gün bidənəm məndən ondan əvvəl həyatımda kiminsə olub olmadığını soruşdu. Mən gizlətmədim. Ona olanları danışdım. Bidənəm mənə eyni bu cümləni işlətdi: ,,məndən heç nə gizlətmə. Başa düşürəm gənc olmusan, sevmisən. Nəsə sevginin təsirinə düşüb, çox inanıb bir səhf edə bilərsən. Əgər belə bir şey olubsa mənə əvvəlcədən de. Özün danışsan necə olursan ol qəbulumsan. Səni o qədər mox sevirəm. Ancaq yox nə vaxtsa kimdənsə nəsə eşitsəm məndən incimə.,,
Mənim bir dayım oğlu var. O vaxtlar məni sevirdi. Mənim ondan acığım gəlirdi. Nə isə... o başqa söhbətdi... Bir gün bidənəm gedib onlara. Yuxu tutub divanda yatıb. Mən də buna zəng eliyirəm açmır, çesaj yazdım. Bunu da sağ olsun dayın oğlu görüb ki,məndən Rzaya mesaj gəlib. Maraqlanıb ki, xeyir ola bu qədər zəng eliyir buna. Açıb mesajı oxuyub. Bidənəm yuxudan ayılan kimi deyib gəl düşək ağı sözüm var sənə. Düşüblər aşağı oturublar bunin maşınına. Oturan kimi paxıllıqdan aramızı vurmaqdan ötrü bidənəmə deyib ki, xəbərin varrr onun səndən əvvəl istədiyi olub. Bidənəm də tək bir söz ,,bilirəm,, deyib qapını çırpıb çıxıb. Mənə deyəndə şok keçirtdim və şükr etdim ki, nə yaxşı ondan gizlətməmişəm. Mən budənəmi həqiqətən çox sevirəm. O mənə dəyərli olduğumu, kiməsə qarşılıq gözləmədən lazım olduğumu göstərdi. O mənim gpz yaşlarımı unutdurdu, mənə həyatın ən böyük xoşbəxtliyini yaşatdı. Mənim üçün həyat bidənəmlə gözəldi. Mən onunla nəfəs alıram, onunla yaşayıram. Hər gün Tanrıma bizi pis insanların bəd niyyətlərindən qorumağı üçün dua edirəm. Və hər səhər bidənəm işə gedəndə Tanrıma onu yenidən sağ salamat yanıma qaytarmağı üçün yalmarıram. Və hər gecə yerimə girib yatanda bidənəmi sağ salamat gətirdiyi üçün Tanrıma minlərcə şükr edirəm... 128

Əziz bacılarım, mən burda demək olar ki, çoxunuzdan böyüyəm və sizlərdən çox şey görüb yaşamışam. Əzizlərim əgər siz də sizə əziz olan çox sevdiyiniz birini ( fərqi yoxdu - ananız, bacınız, rəfiqəniz, sevdiyiniz- kim olur olsun) itirmək istəmirsimizsə ondan heç nəyi gizlətməyin. Gec olmadan etiraf edin. İnanın belə olduğu halda o sizi bağışlayacaq... 01

P.S: Qızlar kim istəsə mənə şəxsiyə yazar öz ETİRAFını amma artıq dərəcədə xahiş edirəm azərbaycan şiriftiylə yazın yani "ə,ı,ş,ç" hərflərindən istifadə edin..  envelope



Şərhlər:
Baxılıb: 797
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz