Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim etirafım layihə( 6-cı hissə)
Mənim etirafım layihə( 6-cı hissə)
Göndərən: Mrs.Pianist
Şərhlər:
Baxılıb: 835
Səs ver:
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırlamaq qərarına gəldim...Bu layihə sizin Eirafınız olacaq.

"Mənim Etirafım"adlı bir layihədir.Bu layihəmizdə xanımlarımız öz Etiraflarını edəcəklər..Yəni kiməsə etmək istəyibdə edə bilmədikləri Sevgi etirafı, Həyatlarında etdikləri hansısa bir Günahın etirafı,Keçmişiniz ilə bağlı bir etriaf edə bilərsiz, Etdiyiniz bir günahı etriaf edə bilərsiz və.s...Yani qısacası Etiraf etmək istədyiniz bir hadisəni etiraf edəcəksiz... İnşALLAH layihəmi bəyənərsiz.. 128

Bu dəfə gözəl xanımlarımızdan olan (Əvvəlki nki Çinarə olan) Çinuşş xanım öz Etirafını edəcək...
Bu ETIRAFımız ferqlıdır yani bu dəfə ki,xanımımız bizə özü haqqında ETİRAF edəcək...

Mənim  ETİRAFım özüm haqdadı.Bu gün sizə öz həyatımı hekayə edəcəyəm.Adım Çinarədir.Çinarə Şirinli.1995-ci il Sabirabad rayonunda anadan olmuşam.2002-ci ildə həmin rayonun N.Gəncəvi adına 5 saylı orta məktəbinin 1b sinifinə daxil olmuşam.Və 2013 -cü ildə həmin məktəbi bitirərək Şirvan Humanitar İqtisadiyyat kollecinin texnologiya fakultəsinə daxil olmuşam.Məni müəllimlərim yoldaşlarım hamısı şən ,deyib gülməyi sevən,zarafatcıl tontiş bir qız kimi tanıyırdılar sevirdilər.Bir az ailəm haqda danışım sizə.Ailədə 6 nəfərik.Atam,anam 2 bacım Dilarə,Bikə və evimizin son beşiyi balaca qardaşım Məhəmməd.Mən evin ortancılıyam.Anam rayon uşaq poliklinikasında qeydiyyat şöbəsində çalışır,atam isə musiqiçidir. Özümüzə görə sakit ,mehriban bir ailəmiz var.A bu arada onuda deyim hələ balaca Elnarımızda var.Bacım oğlu.Allah olmayanlarada qismət etsin inşAllah.Xala olmaq çoox gözəl bir duyğudur.
Uşaqlıqdan bəri ən böyük arzum jurnalist olmaq idi.Ama qismətim deyilmiş.9-cu sinifdə oxuyurdum .Günlərin bir günü məktəbdə eşitdim ki rayonumuzda online radio açılacaq.Və bunun üçün müsabiqə keçirilir.İstəyənlər qatıla bilər dedilər.Məndə etmədim tənbəllik gedib qeydiyyatdan kecdim.Və evə gəlib bunu anama dedim.Öncə heç kim razı deyildi ora qatılmağımı.Nə isə müsabiqə keçirildi və birinci turdan ilk mən keçdim.Eyni ilə 2-ci və 3-cü turuda uğurla başa vuraraq radioda işləmək hüququ qazandım.Sevincimin həddi hüdudu yox idi.Bir neçə gün açılış gününə hazırlıq məşqləri keçirildi.Və o gün nəhayət ki gəlib çatdı.Radionun açılışını Ümummilli Lider Heydər Əliyevin anadan olduğu günə təyin etmişdik.Mən radioda "Günaydın,Lirik axşamlar və Salam Azərbaycan proqramlarına redaktor və aparıcı təyin olundum.Hər gün min bir həvəslə işə gedirdim .Maraqlı mövzularla hər gün səhər efirinə ilk olaraq başlamağın yeri tamam ayrıydı..Və beləcə 6 ay hər gün işimə gedib gəldim.Bu arada onuda deyim ki radionun bütün işçiləri könüllü olaraq çalışırdı .Ama bir necə səbəbdən S radiomuzun fəaliyyəti cox çəkmədi .Bağlandı.Orada işlədiyim müddətcə yoldaşlarımızla maraqlı hadisələr yaşadıq.Hətda bir yerdə bölgələrə gəzintilərə belə çıxdıq.Baxmayaraq ki fəaliyyətimiz cox qısa oldu ama mənim üçün heç fərq etməz əsas odur ki mən azcada olsa arzularımın bir qismini həyata keçirmiş oldum.Və çalışdığım müddətcə yazdığım şerlərim qəzetlərdə dərc olundu.Mən demirəm ki prafisional şairəyəöm yoox sadəcə ürəyimdən kecirdi deyə cızma qara edirdim.
Baxmayın aa yaşım azdı evdə bütün öhdəliklər mənim əlimdədir.Hər gün yemək bişirir ev işlərini görür daha nələr nələr vaxtımı alır.Ama mənim üçün xoşdu.İnsan ailəsiylə olduqdan sonra öhtəsindən gələ bilməyəcəyi heç birşey olmaz.İndi deyəcəksiz ki hərşeydən danışdın bəs sevgi?? sevgi insan həyatının olmazsa olmazı.Hə mənimdə sevgim olub.Bir insanı coooooooooooooooooooooooooooooooooooox coooooooooooooooox özüdə lap çooox sevmişəm.Onunla Bakıda tanış olmuşduq.Düzdü yaşadığımız bizim üçün sevgi idi.Ama bəlkədə kənardan baxan elə bilərdi ki ,biz sevgili yox mehriban biri birinə sadiq dostlarıq.Çünki aramızda çoox böyük pərdə var idi.Heç heçnə olmamış kimi yavaaş yavaş əlaqələrimiz kəsildi.Bilmirəm ama nədən.Ama sosial şəbəkədə izləyirdim onu.Arada bir yazırdımda.O dininə bağlı Allahını sevən,ibadətiylə Əhlibeyt yolunu seçən seyid bir oğlan idi.Onunla tanışlıqdan sonra mən namaz qılmağa başladım.Bir Allahıma ona görə şükr edirəm ki onunla aramızda başqa heç birşey olmadı.Nə vaxtsa görüşsək biri birimizin üzünə baxanda utanacaq heç birşey etməmişdik.Bu yaxınlarda ad günü oldu və məz onu təbrik etdim.Və yaxşı ki də təbrik etmişəm.Deyəsən barışdıq.Allahıma çox şükür indi sevgiliyik deyə bilərəm.Ama düzü ailə qurmaq haqda haqda hələ düşünmürük.Çünkü hələ mənim təhsilim var .Kollecidə bitirdikdən sonra istəyirəm bir az ixtisasım üzrə çalışım...
Məni tanıyıb bilərsiz bəlkədə..Mən həddindən artıq mehriban,deyib gülməyi sevən,zarafatçıl,və olduqcada səmimi biriyəm.İstər burda istərsədə həyatda dostlarım,rəfiqələrim coxdu.Bura ilk gəldiyim gündən bəri Raila,Antikivar,Suzana,Mira Yamanla ünsiyyət qurdum onların hamısını cooooooox sevdim.Və hətda istiyərəm ki nə vaxtsa həyatdada görüşək,söhbətləşək. Mira mənə deyəndə ki istəsən əyər nəsə etiraf et.Baxdım ki etiraf etməli heç birşeyim yoxdu.Ama fərqi nədir ki bəlkədə bacılarıma həyatım haqda maraqlı olan nələrsə ola bilər.Ona görədə 19 yaşıma kimi yaşadığım ən maraqlı olanlara sizlərlə qısaca səyahət etdim.Və buda məni coox sevindirir.Çox sağ olun ki varsınız.Coox sağ olun ki məni sevirsiniz.Coox sağ olun ki mənə məni sevən bacılarım var düşüncəsini yaşadırsınız.Hamınızı öpürəm .Çinuşş... 123

P.S: Qızlar kim istəsə mənə şəxsiyə yazar öz ETİRAFını amma artıq dərəcədə xahiş edirəm azərbaycan şiriftiylə yazın yani "ə,ı,ş,ç" hərflərindən istifadə edin.. envelope



Şərhlər:
Baxılıb: 835
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz