Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim etirafım layihə ( 2 ci hissə)
Mənim etirafım layihə ( 2 ci hissə)
Göndərən: Mrs.Pianist
Şərhlər:
Baxılıb: 1187
Səs ver:
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırlamaq qərarına gəldim.Bu layihə sizin Eirafınız olacaq.
"Mənim Etirafım"adlı bir layihədir.Bu layihəmizdə xanımlarımız öz Etiraflarını edəcəklər..Yəni kiməsə etmək istəyibdə edə bilmədikləri Sevgi etirafı, Həyatlarında etdikləri hansısa bir Günahın etirafı,Keçmişiniz ilə bağlı bir etriaf edə bilərsiz, Etdiyiniz bir günahı etriaf edə bilərsiz və.s...Yani qısacası Etiraf etmək istədyiniz bir hadisəni etiraf edəcəksiz... İnşALLAH layihəmi bəyənərsiz.. 128

Bu dəfə gözəl xanımlarımızdan olan Rufuş Aliyeva öz Etirafını edəcək...Bu Etiraf onun keçmişi ilə bağlıdır...
Bu gün mən sizə ETİRAF edəcəm .Bu günə qədər Məni Rufuş Aliyeva kimi tanıyırdız amma indi daha yaxından tanıyacaqsız. Etiraf edirəmki, hammının səhfi olduğu kimi mənimdə olub. En böyük səhvim mənimdə mənə layiq olmayan birini sevməyim olub. Düz 7-il bundan qabaq sevmişəm məndə hami kimi hətta elə sevmişəmki, sanki gözlərim kor olmuşdu hamının gördüyün bircə mən görə bilmirdim Sevdiyim insanın sevgimə layiq olmadığını mən görə bilmirdim. Sözün qısası deməli biz bir-birimizi sevirdik mənimlə bir sinifdə oxuyan bir oğlan oda məni sevirdi onun kimi bir neçəsi amma bu oğlan cox yalançı olduğu üçün mənim əvvəldən zəhləm gedərdi bu oğlandan sadəcə salam sağol ünsiyyətimiz bircə bu idi bu oğlanın məni sevdiyini biləndən sonra salam sağolumuda kəsdim ondan sən demə bu oğlan bütün rayona yayar ki, mən bu qızı almışam Hərimiz olub nə bilim nə belə- belə sözlər bu xəbəri qardaşım eşidər bununla güclü dalaşar ki, bəs sən kimsən mənim bacımın adı tutasan deye məndə bunu axşam eşidərəm gecə hirsimdən yata bilmədimki nə vaxt səhər açılar mən gedib ağzıma gələni deyərəm bu eclafa düşünürdümki bu sevdiyim insana çatar pis olar bizdə onunla telfonla danışmazdıq. Sadəcə məktub yazardiq bir birimizə nə vaxta ki kimi o rayonda olduğu müddət məktəbə gələrdiki məni görsün heç olmasa uzaqdan deyə o zaman yazdığı məktubu yerə atar mən götürərdim yada mən yazdığımı eləcə yerə atardım o götürərdi. Bu hərbiçi olduğu üçün Bakiya bir illik kursa gedir və məndən soz alirki yolumu gözləyəcən deyə mən soz verdim və bu getdi indidə mənim bu sinif yoldaşım olan bu insan mənim üçün belə şayə çıxarmışdı həmin günün səhəri açıldı və mən məktəbə getdim bu oğlana elə sozlər dedimki o hələdə məni necə sevir heç bilmirəm bu oğlana ona sadəcə sinif yoldaşı olaraq gördüyümü və başqasin sevdiyimi dedim deməz oleydim bu bildi və mənə dediyi kəlmə bu oldu mən elə edəcəmki, səni məndən başqa alan olmayacaq o oğlanıda unut mən o qədər Yalan danışacamki taki sən mənim olana qədər Məndə Cavabında ölərəm amma sənin olmaram dedim bu günün sabahısi birdə görürəm qizlar mənə dediki Bəs bu oğlan sənin adını döymə edib ürəyinin üstünə bunuda qızlara sinif oğlanlarımız Deyib və buda az deyilmiş kimi deniz kenarında şəklin çəkərək sosial şəbəkələrinin birində paylaşıb utanmaz kimi ürəyinin üstündə də mənim adim. Bu mənim sevdiyim oğlanla cox aramızı vurdu sonda sevdiyim insan mənə dediki mən sənə inaniram amma sinif yoldaşıma günü gündən nifrətim artirdi. Sevdiyim insan dəfələrlə mənim üçün elçi göndərir amma Atam bizim ailəmizə layiq deyil deyə vermirdi məni sonda 6 il keçdi və atam mənim sevdiyimə görə məni verdi nişanımız oldu artıq sevdiyim insanla nişanlanmışdıq düzdü bir-birimizi görməsəkdə nişanlı idik Atam qoymadı görüşək məndə dedim esas odurki sevdiyim insanın nişanlısıyam onunam artiq görüşməsəkdə olar axir gec yanında olacamda deyə düşünərdim həmdə o Bakıda mənsə rayonda qalırdım Atamın xasiyyəti əvvəldən tünd olub hətta uni oxumağıma belə icazə vermədi baxmayaraqki qizil Diplomla bitirmişdim orta məktəbi hara gedirəmsə maşınla qardaşım aparmalıdı mütləq belə icazəm yoxdu. Toyumuza 3 ay qala sevdiyim insanın anası mənə dediki, evim yıxılıb Rufuş bəs oğlum bir evli olub ayrılmış qadının evində yaşayır o qadın oğluma cadu edib daha nələr demədi inanınki dünya başıma yıxılmışdı 7 il yolunu gözlədiyim ailəmla qarşı-qarşıya gəldiyim insan tərəfindən aldadılmışdım bu itkini heç kimə yaşamağı arzulamıram sevdiyi tərəfindən elə zərbə almışdımkı neçə ay özümə gələ bilmədim həmin gün qaytardım nişanı nə qədər yalvarmaqlarına baxmayaraq hərnəyə son qoydum buda az deyilmiş kimi mənim üçün dedilərki nişanlim olan o kəsin anası mənim sinif yoldaşım olan oğlanla guya bir-birimizi sevirmişik ona görə nişanı qaytarmışam heç Allahdan qorxmadan bu sözü demişdilər mənim üçün halbuki nişani qaytardığım gündən həmin oğlan mənə elçı göndərir ta bu günı qədər amma mən ölsəmdə o oğlana getmərəm də sevmərəmdə. Həyatımda ən böyük səhvim layiq olmadığı halda Sevdiyim insan olub. ETİRAF edirəmki, ən çətini sırf ona görə valideynimi Atamı vaxtiykən qarşıma aldım mən o oğlanı sevirəm dedim ya ona verərsən yada mən ondan başqa heç kimə getmərəm dediyim Atama vaxt gəldi nişanı qaytararkən yalvararaq dedimki MƏNİ ÖLDÜR AMMA ONA VERMƏ MƏNİ ATA DEMƏ BARIŞ deyə bu sözləri demək necə ağır idi bil bilsəz amma qizlar anladığım bircə o olduki Heç Vaxt Heç Vaxt deməmək Lazım imiş bu Dünyada amma gec oldu Bunu başa düşmək üçün gərək param-parça olmalıydım....Buda mənim Etirafım....

P.S:Qızlar kim istəsə mənə şəxsiyə yazar öz ETİRAFını amma artıq dərəcədə xahiş edirəm azərbaycan şiriftiylə yazın yəni "ə, ı, ş, ç" hərflərindən istifadə edin.. envelope



Şərhlər:
Baxılıb: 1187
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz