Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim sevgi hekayəm (hekayə 8)
Mənim sevgi hekayəm (hekayə 8)
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 1257
Səs ver:
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırladım. Bu lahiyyə sizlərin sevgi hekayələriniz olacaq

"Mənim sevgi hekayem” adlı bir layihədir. Xanımlarımız öz sevgi kekayələrin  yazıb mənə  şəxsi ismarcla göndərə bilər.

 Bu dəfə gözəl xanımlarımızdan olan "dilefruz” nikli userimiz olacaq. Bizlərə öz hekayəsin danışacaq.

Adım Sevincdi mən öz qismətimdən xəbərsiz yaşayırdım. Sevənim çox olub amma ağlıma gətirmədiyim biri mənim qismətim olacağını bilmirdim. Mən toya getmişdim orda məni qaçırmaq istədilər xəbər tutub atama zəng vurdum gəlib məni apardı. Anam məni həyətə çıxmağa qoymurdu.Bir gün su gətirmək üçün küçəyə çıxdım gördüm suyun yanında oğlanlar var, geri qayıtdım. Mənim Heyatımın mənasıda orda imiş. Mən geri qayıdanda qonşumuzun oğlundan bu qız kimdi deyə soruşur.Qonşumuzsa o,sən deyən qızlardan delil deyir: Canımsa bildim indiki devirdə oğlanı görüb qaçan qız var o,bizi görüb geri qayıtdı,məndə ciddi fikirlə soruşdum deyir. Mənim haqqımda maraqlanır və mən onun 1 il qabaq konsertdə gördüyü elə həmin qız olduğumu bilir çox sevinir. Mən o qızı göydə axtarırdım yerdə tapmışam deyir.Xalamın oğlu bacısını, məni, birdə bacilarımı konsertə aparmışdı. Canimda xalamın oğlu ilə dost imiş.Orda məni görür çox bəyənir görürki xalamın oğlu yanımıza gəlir deyirki o,qız sevdiyin qızdı xalam oğlu yox xalam qızıdı deyir. Dostuna görə mənə yaxınlaşmır. Qismətə bax ki, ailəvi dostları yəni bizim qonşuya qonaq gəlir məni görür gördüyü gündəndə elçi göndərmək istədiyini dedir. Qonşunun qızı gəlir deyirki bizim dostumuzun oğlu səni görüb bəyənim.Elçi göndərmək istəyir. Güldüm kimdi mən onu tanımıram axı. Dediki səni burda görüb çox bəyənib. Məndə gəlib anama dedim.Anamda ay qızım öyrənək görək kimdi kimlərdəndi elə görməzə bilməzə qız verərlər. 1 ay gəldi-getdi. Təbiki bizdə öyrəndik kimdi, necə ailədilər. Heç biz razılıq verməmiş bizə elçisini gondərdi. Deyirəmki mən sənə raziliq verməmişdim niyə elçi göndərdin.Deyir heç narazıliqda bildirmemişdin. Düşündümki bu məni istəməsə eşitdiyi gündən narazi olduğunu deyərdi yəqin ürəri var neisə. Elçiləri gəldi atamda mən ata kimi xeyir duasını verərəm qızım özü bilər. Məndəndə soruşdular məndə həəəə dedim.Heridən sonra 5 metir aralı söhbet etdik ayaqlarim əsirdi. İlk görüşlərdə üzünə ,gözlərinə baxa bilmirdim danışanda aşağı baxırdım mənə niyə üzümə baxmırsan mən aşağıdayam ora baxıb danışırsan.15 yanvar nişanımız oldu. 1il 3 ay nişannılı qaldıq. Nişandan 2 ay sonra birdənəm getdi Rusyaya 7 ay orda oldu.Necə əzab çəkdim sevib ayrılanları çox yaxşı başa düşürəm. Biz ayrılmamişdiq sadece aramıza məsafələr girmişdi. Oktyabırda gəldi. 2005 aprel ayının 14-u qiz toyu 16-si oğlan toyu oldu. Sevgimizin iki meyvəsi var. 2006-Elnur balam,2008-Uğur balam dünyaya gəldi. Rəbbim nəzərlərdə qorusun bizim aileni ,sevgini, çox xoşbəxtəm. Nə yaxşiki Tanrım onu mənim qarşıma çıxarıb. Ömrümün menasıdı,o mənim yarımdı onu tapıb bütöv olmuşam.


Şərhlər:
Baxılıb: 1257
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz