Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yerlim Qlamurla tam səmimi müsahibəm
Yerlim Qlamurla tam səmimi müsahibəm
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 576
Səs ver:
1.Adınız, familiyanız, doğulduğunuz yer və tarix?
Quliyeva Günel,1989-cu ildenem.

2.Ünvanınız
Beyləqan şəhəri

3.Məktəb illəri həyatınızda nə kimi izlər qoyub?
Bu gunku gun neye nail olmuşamsa,əlbətdə ki bu müəllimlərimin sayəsində olub.Məktəb həyatımda belə iz qoyub ki,savadlı,yararlı insan kimi yetişmişəm.

4.Əgər həyata yenidən gəlmək imkanınız olsa idi, indiki mövqeyinizi seçərdinizmi?
İndiki mövqeyimdən çox raziyam,ancaq əldə etdiyim hər şeyi cətinliklə qazanmışam,insan var ki həyatda şanslı dogulur,ilk addimda hər şeyə nail olur,mən isə səbrlə nail olmuşam.Hər şeyi Allahın imtahanı kimi qebul etmişəm.

5.Bugünə kimi dərk etdiyiniz ən acı həqiqət, keşf etdiyiniz həyat qanunu?
Bu sualın cavabını bir aforizmlə vermək istəyirəm.
Bu dünya nəhəng dağdır,əməllərimiz isə qışqırıq!
Onun sədası dağlarda əks olunub üstümüzə qayıdır.

6.Xoşbəxtliyi nədə görürsünüz? Xoşbəxtsinizmi?
Xoşbəxtlik nisbi anlayışdı,anla bağlı olan hissdi,eşidəcəyin hər hansı söz də insanı xoşbəxt də edə bilər,bədbəxt də.Xoşbəxtlik doğmalarımla,sevdiklerinlə bərabər olmaq deməkdi.Deyərdim ki,xoşbəxtəm çünki yanımda ailəm,məni çox sevən nişanlım var.Bundan artığını da istəmirəm.

7.Kimi isə xoşbəxt etməyə özünüzdə qüvvə taparsınız?
Onsuzda həmişə başqalarını özümdən çox istəyirəm.

8.Ümumiyyətlə edərdinizmi?
Edərdim,edirəm,edəcəmdə.

9.Əlinizdə odlu silah olsa kimə isə qəsd edərdiniz?
Ümumiyyətlə mən heç kimə pislik edə bilmərəm,istəsəm də bacarmaram,çox ürəyi yumşağam.

10.Həyatda sizə ən gözəl tə`sir bağışlayan nədir?
Həyat gözəldir,yaşamaq gözəldir,ancaq həyatı pis və yaxşı edən biz insanlarıq.İnsanların mehriban olması mənə yaxşı təsir edə bilər,ancaq təəssüf....belə deyil.

11.insanlarda ən çox qiymət verdiyiniz üç xüsusiyyət hansılardır?
Günəş insanların hamısını qızdırır,ən pis adamın bəxtinə belə o gün işığından bir parça pay düşür.Çətini odur ki,insanı yaxından taniyasan,o bir parça işığı axtarıb tapasan və bu bir parça işığın izinə düşüb işıqlı bir dünyaya çıxasan.Eyni zamanda özün də ta uşaqlıqdan özündəki o bir parça işığı qoruyub saxlamağı bacarmalısan.səmimiyyət,dürüstlük,saflıq bu üç xüsusiyyət yetərlidir.

12.Həyatda ən çox nədən qorxursunuz?
Doğmalarımı və insanliğımı itirməkdən doğrudan qorxuram.

13.Qarşınızda göz yaşları içində olan birinə bir gülüş hədiyyə edin?
Ola bilə ki,güldürə bilməyim,ancaq düşünürəm ki öz sözlərimlə istənilən birini həyata bağlaya bilərəm.

14.Sizcə, ən böyük hiss nədir?
Ən böyük hiss sevgidir.Sevgi ilahi hissdi.

15.Məhəbbətə münasibətiniz? Sizcə sevməyənlə bədbəxtdirlərmi?
Allah insanı yaradanda sevgi hissini də onun qəlbində yaratmışdı,nə qədər ki həyat var,sevgi hissi də olacaq.Deməzdim ki sevməyən insan bədbəxtdi,sadəcə olaraq hər kəs sevgini bir cür yaşayır.İnanmıram insan həyatında bircə dəfə olsun sevməsin,bu mümkün deyil.

16.Müsir həyatımızda qibtə ediləcək "Leyli və Məcnun" məhəbbəti varmı?
Çoxları deyir ki,indi belə sevgi yoxdu,var ancaq barmaqla sayılacaq qədər.

17.Məhəbbət daimidirmi?
Xeyir daimi deyil,məhəbbət zamanla yerini hörmətə,güvənə,dostluğa verir.Yəni söhbət qadinla kişinin məhəbbətindən gedir.Ancaq insanin həyata,yaşamağa olan sevgisi heç vaxt itmir.

18.İlk məhəbbət müqəddəsdir iddiasına münasibətiniz

Mənim üçün müqəddəs, sadəcə olaraq məni yaradan Allahımdır.

19.Həyat yoldaşın xəyallarında təsəvvür etdiyin insandır?

Xəyal şirin nemətidir,acı kainatın.İnsan böyüdükcə reallıqla yaşayır.Mən artıq xəyal etmirəm.

20.Sizcə sevgidə qürur olmalıdır?

İnsan qürurludursa,nə fərqi var ki sevgidi....

21.İlk baxışdan məhəbbətə inanırsınızmı?
Hə inanıram,indivudual olaraq hərə bir cür sevə bilər,göz təması çox önəmlidi,gözlər hər şeyi ifadə edir.

22.Həyatda itirdiyiniz və qazandığınız?
Hələ ki heç nə itirməmişəm, əvəzində çox şeyə nail olmuşam.

23.İnamla yaşamağın ümidlə yaşamaqdan fərqi nədir?

Birincisi inamla yaşayan insan hər şeyə nail olur,qaldı ümidə kimdənsə nə isə gözləyir.Əslində bu məfhumları ayırmaq çətindi.

24.Arzu, ümid, xəyal nədir?
Uşaqlıq hissləri.

25.Nə üçün insanlar həmişə yaxın adamlarından ən ağır zərbə alırlar?

Çünki yaxınlarını yaxın bilib güvnirlər,inanıralar.

26.Ən çətin anlarınızda sizi həyata nə bağlayır?
Allaha olan imanım və inamım.

27.Göz yaşları nədir?
Bir zamanlar mənimən yaxın dostum,indi isə kövrəkliyim.

28.Heç kimin bilmədiyi sirriniz varmı? Niyə məhz onu gizlədirsiniz?
Allahdan gizli heç nəyim yoxdu.

29.Sizi həyatda yaşadan nədir?
Mən bu həyatı yaşamağa borcluyam,ailəm var,Allahım var.

30.Özünüzü kimə isə borclu sayırsınızmı?
Əlbəttə ki valideynlərimə borcluyam.

32.Özünüzü xarakterizə edin
Məncə yazdıqlarım məni ifadə edir.

33.Bilirəm ki nişanlısan nişanlından razısanmı?
İdeal deyil,ancaq xarakterindən razıyam.

34. Gələcək övladların haqqında nə kimi planların var?
Planlarım çoxdu,inşallah Allah nəsib etsin.

35..Cavab vermək istədiyiniz istənilən sualı yazın və onu cavablandırın
Elə bir sualım yoxdu.

36.Son sözləriniz, təəssüratlarınız, suallarınız (sayt haqqında və ya ürəyinizdən nə keçsə o haqda)
Suallar maraqlıydı,düşünürəm ki az da olsa özümü ifade edə bildim.Saytımız haqqında fikirlərim müsbətdi.nə yaxşı ki Qadınlar.biz var.Hamınızı öpürəm


Şərhlər:
Baxılıb: 576
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz