Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Canım antikvar ilə tam səmimi şirin müsahibəm
Canım antikvar ilə tam səmimi şirin müsahibəm
Göndərən: ruzgargulum
Şərhlər:
Baxılıb: 1278
Səs ver:
1. Salam canım səni bizlər yaxından tanıyırıq tanımayanlarada bir daha özünü təqdim elə
Salam Ürəy. Məni tanıyan və tanımyan bütün bacışkalarımı salamlayıram. Deməy mən Nigar yəni Antikvar 21 yasım var, evliyəm, iki oğlum var, Rusiyanin Kazan şəhərində yaşayıram
2. Bilirəm ki ailəlisən canım xoşbəxtsənmi həyat yoldaşını nə qədər sevirsən?
Ayyyy canım nə gözəl sualldı əlbəttdə xoşbəxtəm məni sevən mənə dəyər verən həyat yoldaşım var, şükürlər olsun iki gözəl bala Allah mənə qimət eləyib ən gözəl xoşbəxtlik bunlardı. Yoldaşıma sevgim indi dahada çoxalıb əvvəl bir həyat yoldaşı kimi sevirdimsə, indi isə usaqlarımın atası ailəmizin bir başçısı kimidə sevirəm toy 
3. Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?
İnan canım cooxxx gözəl bir duyqudur bəlkədə bunu dillə deyilə bilcək qədər və yazıla biləcək qədər söz tapa bilməyim. Amma bunu deyə bilərəm ki balanın hər addımda ANA deməsi bir qadının içdən balana yoxxx sözü deyə bilməyəcək qədər aciz, xaricən isə hər bir işin öhtəsindən gələcək qeder güclü görsənməsidir canım
Allah hər bir qadına bu gözəl duyğunu yaşamağı qismət eləsin
 128
4. Maraqlıdı Qadınlar.biz saytını necə tapdın?
Ayyy canım mənim bura gəlişim coxx maraqlı olub bir az uzun yazacam hamsını basdan yazmaq istədim. Deməy mən vətənimə haçan gələndə oranın gözəl havasındandı suyundandı yəqinki bunlardandı coxxx iştahlı oluram çoox yeməyimdən kökəlməyə basladım vətənimə gələndə, 60kq, bura qayıdanda 68kq olmuşdum, indidə arıqlamaq üçün idman növləri axtarırdım və buranı tapdım bəli çoox yaxşı incəldən bel halqaları və yoldaşıma aldırtdım bir həftəyə bel halqasından istifadə elədim qarnım elə göyərmişdiki elə bil kimnənsə ringə çıxmışdım 23 . Bir ay bura qeydiyyatsız girib çıxdım axırda "Qadınlar.biz"siz qala bilməyib qeydiyyatdan keçdim.

5. Bu gün üçün eşqin, sevginin həyatında yeri ?
Sevginin həyatda yeri çox böyükdür sevgi insanı elə bir günə salır ki heç özündə bilmirsən hansı dunyanın nümayəndəsisən, üzün günü onu fikirləsirsən, onun xəyalınnan yaşayırsan. Allah bütün sevənləri qovuşdursun Amin

6. Bəzən qəlbdə hiss edilən sevgi sözlərlə ifadə edilə bilmir. Qəlbindəki və ruhundakı Allah sevgisini soruşsam 3 kəliməylə açıqlaya bilərsən?
Canım Allahıma olan sevgim 3 kəlməylə belə yazsam nə qədər söz və yazı sərf elesəm az olar. Allahıma sevgim belə desək kəlmələrə belə sığışmaz  çünki sevgim sonsuzdur.

7. Dua bağlı qapıların açarıdır deyərlər. Duanla açdığın bağlı qapı olubmu?
Ayyy canım inan olub. Hətta acıqlaya belə bilərəm 2 il ovladım olmadığından və müalcələrdən bezdiyimdən bir gün çox ağladım və diz çöküb əllərimi göyə qaldırıb ağlaya-ağlaya Allahımdan mənə kömək olub övlad verməyini istədim, inan bir ay keçmədi birinci oğluma hamilə qaldım sükürlər olsun Allahıma hər bir istədiyimi mənə qismət eləyib.

8. Həyatda vacib qərarlar verərkən ağlını yoxsa ürəyinin səsini dinləyirsən.
Ürəyimin səsini dinləyirəm canım ,amma elə vaxtda olub ki ağlımın ürəyimin səsi ile uyğunlaşmasına çalışıram çünki hər ikisidə eyni qərarda olanda nə istədiyini yaxsı bilirsən.

9. Həyatında indiyənə qədər kaş ki, zamanı geri qaytarıb o anı yaşamasaydım deyecək qədər peşmançılıq keçirdiyin səhvin olubmu?
Yoxxx canım şükürlər olsun bələ bir peşmançılığım olmayıb,Allah heç kimsəyədə peşmançılıq çəkəcək səhf yaşatdırmasın Aminnn

10. Toxunmadan, danışmadan, gözlərini görməyəcək qədər uzaqdan sevməyi bacaranlardansanmı?
Canım inanırsan mənə aid olan xüsisiyətlərdən biridir. Heç kimsəyə öz sevgimi göstərmirəm, hətta öz Anama belə vətənimə gələndə onu dərindən qucaqlamağa belə çəkinirəm deyirəm darıxdığımı bilib onun göz yaşlarına səbəb olaram,mən öz sevgimi qəlbimdə yaşayan bir qadınam

11. Evli insanla sevgi əlaqəsi yaşamağa necə baxırsan?
Çox piss baxıram. Belə desək heç cürə anlaya bilmirəm bir insan başqasını ailəsini necə dağıda bilər,əgər sevmirdinsənsə niyə evlənirdin,sonrada evlənəndən sonra bu cür haqsızlığı öz ailənə layiq gorürsən. Heç bir kişi öz qadınına və yaxud qadın öz kişisinə bu haqsızlığı, insafsızlığı və ən əsasıda onların şərəflərini sındırıbda bir kənara tullaya bilməz. Hər bir insanın özünə görə bir şərəfi var.

12. Həyatına qızıl hərflərlə yazılmış tarix olubmu? Belə deyək sənin üçün həyatının ən önəmli hadisəsi və unudulmayacaq tarixi?
Canım sevgi barəsində soruşursansa yoldaşımı ilk gördüyüm və ilk görüşdüyümüz an
əyər bir hadisə kimi soruşursansa 6cı sinifdə oxuyurdum saat 11 radələrində evimizə qonaq gelmişdi evdədə çay az olduğundan mamam məni qaqaşımnan çay almağa göndərdi, qaqaşım məndən yaşca balacadır, çayımızı alıb evə qayıdanda qaqaşımın əlindən jaket yerə düşmüşdü mağazanın qabağındada bir dəstə oğlan sürüsü bunlarda jaketi yerdən götürüb qışqıra qışqıra bizim arxamızca qaçırlar, bizdə elə bildik bizi qaçırdırlar düz qaçdıq padezimizə qaqaşım arxasına belə baxmadan getdi çatdı ev mən isə qaçıb evə çata bilmədiyimdən girdim qonşunun evinə, qaqaşım məni gormədiyindən evdəkilərə dedi bacımı qaçırdirlar, indi təsəvvür eləyin evdəkilər nə halda olublar necə cölə çıxdılarsa məni axtarmağa harda olsam yaxşıdı qonşu arvadın arxasında gizlənib çayda əlimdə havada qalıb 122 heçç yaddan çıxarda bilmirəm, hətta atam qorxduğundan bir ara xəstə olmuşdu.

13. Allah eləməsin həyat yoldaşın səni sənə yaxın olan biriylə aldatsa bağışlaya bilərsənmi?
İnan canım bütün qadınlar deyir bağışlamaram amma hamımız bagışlayırıq,bilirsən niyə cünki övladımızz var başqalarının elədiyi hansısa şərəfsizliyə görə uşaqlarımızın həyatını məhv eləməyə haqqımız yoxdur əlbəttdə bu mənim fikrimdi.

14. Qadınlar.bizdə sənə ən yaxın olan userlər kimdir
Bütünn bacılarım mənə yaxındı hamısını çox istəyirəm cak Hamsına burdan muacccc göndərirəm 123 123
15. Ailəndən razısanmı?
Bəli razıyam canım ailəm mənim həyatımın bir ən önəmli bir hissəsidir

16. Sənin 1 arzun yerinə yetəcək desələr ,hansı arzunu arzulayardın?
İnan canım ən böyük arzum oğlanlarımın oxuyub universtetə qəbul olmaqlarıdır, bundan əlavə ağıllı, tərbiyəli bununla bərabər mərd bir oğlan kimi yetirşdiməyimdi İnşallah bacararam çünki indiki zamanda usaq böyütmək  çoxxx çətindi quc

17. Kimsəsiz adaya düşsən yanında Qadınlar.bizin hansı 3 userinin olmasını istərdin?
Hmmm çox gözəl sualll. Düzü deyim bütün tanıdığım və tanımadığım bütün userlər olmasını istəyərdim məncə hamımız bir yerdə olub tanış olmağımız və vaxt keçirməyimiz cçx maraqlı olardı həm danışıb həm gülüb həmdə əylənərdik.

18. Kimdir günahkar- Qaynana, yoxsa gəlin?
Məncə hər ikisi qaynanan-fikirləşməlidirki vaxtı ilə oda gəlin olub heç olmasa onun çəkdiyi əziyyətləri gəlninə yaşatdırmasın
Gəlində düşünməlidirki  vaxt olar oda qaynanan olar və onunda gəlini olar yoldaşınıza qarşı analarını pisləmək olmaz çünki sənin oğlun varsa vaxt gələr sənin qabağından çıxar
.

19. Ev işlərindən ən çox nə etməyi xoşlamırsan? Və nəyi xoşlayırsan?
İnan canım ən zəhləm getdiyim iş ütüləmək birdə pəncərə silmək bütün dost tanışım qohumlarım hamısı bilir aleme elan vurmusam mene hec kes bu isi demesin
ən bəyəndiyim iş mətbəxim və vanna otağımın təmiz və parıltılın görsənməsidir,hətta mən vanna otağını təmizləyəndə işığı söndürüb baxüram kafeldən güzgü kimi özümü görürəm  ya yox 
122 

20. Biraz öz xarici görünüşün barədə bizə danışsan məncə hamıya maraqlı gələr..
Deməy ağbəniz, saçlarım qara uzun, gözlərim yekə, burnum balaca , 167 boy, 61 kq-dır. Ətrafımdakıların dediyinə görə çox gözələm amma baxın elə başa düşməyin özümü tərifləyirəm haaaaa 23

21. Bir qərar verəndə ən çox ürəyinin sözünə qulaq asırsan, yoxsa ağlının? Səncə hansına qulaq asmaq daha düzgündü?
Məncə hər ikisi bir biriynən uyqunlaşsa yaxşı olar.

22. Sirdaşın kimdir? Elə bir sirrin varmı ki, onu səndən və Allahdan başqa heç kim bilmir?
Sirdaşım Anamdır indiki zamanda heç kimsəyə güvən yoxduuu kimə inanıram mənim inamımı puca çıxarırlar,ona görə anamdan başqa heç kimə öz sözümü demirəm aaa birdə həyat yoldaşıma deyirəm.Yoxxx canım elə bir sirrim yoxdu Allahdan başqa heç kimsə bilməsin.

23. "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış..." dediyin insan olubmu?
Yoxxx canım elə bir insan olmayıb

24. Ömür stansiyasız qatardır,nə vaxt dayanacağını heç kəs bilmir.Əgər sən bilsəydin, nə edərdin?
Hamımızın bir gün ömür stansiyası qalar əlbəttt heç  kimsə ömürlü yaşamağa gəlməyib bu dünyaya inan canım deməy usaqlıqdan bəri bir söz deyərdim Allahım mənə o qədər yetirginən ki kasıblara kimsəsizlərə əl tutmağı bacarım indi eləsəmdə tam ürəyimcə deyil onların bir gülüşü içdən  həvəslə sevinməsi mənə dünyaları bəxş edir.

25. Səncə baxımlı qadın necə olmalıdır?
Məncə çoox sürtmüyə ehtiyac yoxdur səliqəli geyin, normal saç düzümü vso çünki mən özüm eləyəm təsadüfən olsun sürtüm ,çox sürtməyi sevmirəm öz geyimimlə,öz üzümə və bədənimə qullug ələməyimlə özümə baxıram və məni yetərincə,baxımlı və gözəl görsədir.

26. Əgər sirr deyilsə, Nigar yoldaşınla necə tanış olduğunu bizimlə bölüşə bilərsənmi?
Əlbəttdə canım, yoldaşım məni düz bir il məni mənsiz sevib, yəni mənim xəbərim yox idi sonra vətəninə gəlmişdi məni almağa qohumlarımızın toyuna getmişdim yoldaşımda mənim orda olduğumu öyrənib gəlmişdi ora orda mənə yaxınlaşıb onun yanına getməyimi istədi hayıff bibim icazə vermədi tutdu əlimdən qoymadı (GƏRƏK BUNUN HESABINI SORUM bibimdən) orda gördüm belənçinə tanış oldum elçi göndərdi amma elçilikdən qabaq özü gəlib mamadan isdəmişdi ayyy mənim canımmmm çox seviyorum səni. həəta bir şeir yazmışdım mən yoldaşıma:

Sən məni mənsiz sevdin
Sevgindən xəbərsiz idim
İndi sevgimizlə birlikdə
Ailəyiz biz her yerdə

27. Sualları bəyəndin? Ən çox bəyəndiyin sual hansı oldu?
Canım inan hər bir sualın ayrı ayrılığında mənalı və gözəl idi.

28. Və sonda Qadınlar.bizlərə ürək sözlərin
Qadınlar.bizin dəyərli və mənim coooox gözəl bacışarım sizə həyatda ən gözəl xoş təravətli sevgi dolu kinsiz mənalə günlər arzulayıram. Bütün arzularınız çin olsun. Hamınıza ayrı ayrılıqda dəyər verirəm. Rüzgargülüm bacım sənədə minnətdarlığımı bildirirəm məndən musahibə götürdüyün üçün mənə dəyərli vaxtlarından sərf elədiyin üçün təşəkkür canım. Sağ olunnnn


Şərhlər:
Baxılıb: 1278
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz