Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.biz 3 yaşın mübarək!
Qadınlar.biz 3 yaşın mübarək!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5944
Səs ver:
Bir qədər səmimi... Bir qədər dəli-dolu... Və bir o qədər də gerçəkçi!

Bugün 8 mart Beynəlxalq Qadınlar günü olmağı ilə yanaşı həm də sevimli saytımızın ad günüdür... 2011-ci ilin mart ayının 8-dən etibarən fəaliyyətə başlamış saytımızın tarixçəsi haqda qısaca məlumat verim: 2011-ci il mart ayının 7-də bir-birinə qardaş kimi yaxın olan iki gəncin birgə düşünərək qadın saytı da açmaq qərarına gəlməkləri bugünki gün bu qərarın nə qədər dolğun və dəqiq qərar olmasını sübut edir.

Saytımızın statistikası və əməkdaşlıq etdiyimiz reklam şirkətləri ilə də sizləri tanış edək:
2013-cü il yanvar ayından etibarən aylıq 70.000 unikal ziyarətçisi olan saytımız "Digit@l Brand" reklam şirkəti ilə əməkdaşlığa başlamış və bu əməkdaşlıq ərzində Pantene, Pampers, Çinici və s. bu kimi bir çox məşhur brendlərin reklamları saytımızda nümayiş olunmuşdur.
Qeyd: Hazırki müddətədək "Digit@l Brand" şirkəti ilə də əməkdaşlığımız davam etməkdədir. Şirkət rəhbərliyinə və əməkdaşlarına, xüsusən də Emin və Əflatun müəllimə öz minnətdarlığımızı bildiririk...

2013-cü il may ayının 15-dən etibarən artıq aylıq 150.000 unikal ziyarətçisi olan saytımız Azərbaycanda ən reytinqli internet reklam şirkəti olan məşhur "New Media" reklam şirkəti ilə əməkdaşlığa başlamış və bugünədək bu əməkdaşlığı davam etdirir. Bu müddət ərzində Bakcell, Lafarella, Fairy, Ariel, İdeal parfumery, Tide, Yapı Kredi, World kart, Qəbələ Premium, Westgold, Mitsubishi, İntegral, Soliton, Samsung, Raffaello, Coca Cola, Buta siğorta, P& G, Modern Hospital, Vital Klinika, Medical Plaza və s. bu kimi bir çox məşhur brendlərin reklamları saytımızda nümayiş olunmuşdur və olunmaqda davam edir...
Qeyd: Hazırki müddətədək "New Media" şirkəti ilə əməkdaşlığımız davam etməkdədir. Şirkət rəhbərliyinə və əməkdaşlarına, xüsusən də Rasim müəllimə öz minnətdarlığımızı bildiririk...

01.01.2013-cü ildən bəri bizə etimad göstərənlər məşhur markalara buradan baxa bilərsiniz >>>

Keçək hal-hazırda olan statistikaya (07.03.2014 tarixi):
574.821 Unikal ziyarətçi sayı
6.463.103 Səhifə görüntüləmə sayı

Qeyd: 08.03.2014  23:59`da yekun statistika screenlərlə sayta yerləşdiriləcəkdir...

RƏSMİ STATİSTİKA VƏ MƏLUMAT BU QƏDƏR... KEÇƏK SƏMİMİLİK VƏ DƏLİ-DOLULUĞA...
Bilindiyi üzrə saytımız fəaliyyətə başladığı gündən Anar Bayraqdar və köməkçisi Karamela nikli xanımla saytın yüksəlməsini və çiçəklənmə dövrünə gəlib çatmasını təmin etmişlər. Daha sonra Karamela nikli xanım ailə qurarıq aramızdan ayrılsa da daha sonra Qadınlar.biz ailəsinə Aytən Mələk qatıldı və lazımi boşluqları doldurmaqla yanaşı sayta yeni bir dayaq oldu.

Aytən Mələk`lə realda tanışlığım olmasa da sadiqliyi, dürüstlüyü və qadına yaraşdırmadığımız söz-söhbətlərdən tam uzaq olması təxəllüsünün haqqını yetərincə verdiyinin sübutudur. Virtual belə olsa insana onun düşüncəsinə, təbiətinə, davranışlarına və s. kriterlərə görə hörmət edilir ki, Aytən xanım da bu kriterləri ilə rəhbərliyin hörmətini tam şəkildə qazanmış və bugünədək bunun haqqını verməkdə davam etmişdir.

Anar Bayraqdar haqqında nəsə yazsam gərəkdir ki, bizim öz dilimizdə yazım :) Ona görə yazmamaq qərarını almışam)) Yetərincə tanıyırsınız maşAllah ulduzdu ulduz))

Özüm Mammadov V.C. haqqında yazmağa da gərək duymuram, məncə ehtiyac yoxdur. Lakin haqqımda gəzən bir-iki məsələyə aydınlıq gətirmək istərdim... Son zamanlar saytda aktivliyimi nəzərə alıb bəzi istifadəçilər sonradan gəlmə kimi qəbul etsələr də nəzərlərinə çatdırım ki, 2011-ci ilin mart ayının 7-də iki gəncin qərarlaşmasında gəncin biri Anar Bayraqdar, digəri ilə Mammadov V.C. olmuşdur. Sadəcə olaraq hər kəsin öz işi vardı deyə öz işimizi icra edirdik...

Son zamanlar saytdan bəzi aktiv istifadəçilərin qovulması məlumatına gəlsək bunu bəzi suallarla cavablandırsaq məncə yerinə düşər...
1) Sizlər etik danışığı bacarmayan, daim nalayiq ifadələrlə atmacalar atan istifadəçilərin aranızda olmasını istəyirsinizmi?
2) Əxlaqi davranışları normal olmayan və yuxarı statusa sahib olmaq üçün etmədikləri hərəkətlər və təkliflər qalmayan istifadəçilərin aranızda olmasını istəyirsinizmi?
3) Bəs yaxşı nahaqqdan siz(lər)ə qarşı iftira atıb, birinin yanında digərini alçaldan və daim çöpçatanlıq edən istifadəçilərin aranızda olmasını istəyirsinizmi?
Bu üç sualın cavabında əgər yox cavabını vermiş olsanız, o zaman demək ki, qovulanların arxasından üzülməyə gərək yoxdur))) Yox əgər ki, aranızda sualların cavabında hə cavabını vermiş olanlar olarsa mütləqdir ki, bunu qeyd etsinlər. Uzaqlaşdırmadığım kimlər qalıb bilim :)

GERÇƏKLİKDƏN YENƏ DƏLİ-DOLULUĞA QAYITSAQ...
Saytda hər kəsi tək-tək təbrik etmək istərdik, amma, bunun mümkün olmadığını sizlər də bilirsiniz)) O səbəbdən cümlədən bütün şıltaq, dəli, ağıllı, uşaq xasiyyətli, dolğun fikirli, davakar və hətta tşk tşk şərhləri yazan xanımlarımızı da təbrik edir, hər birinizə "İtaətində olduğunuz şəxsin başını uca tutmağınızı arzu edirik"... Bu arzunun müəllifi də təvazökarlıqdan uzaq olsa da mənəm)) Mənasını açıqlayım: Xanımlar ailə qurmamışdan öncə atalarının, ailə qurduqdan sonra isə həyat yoldaşlarının itaətində olurlar. Əgər ki, bir xanım atasının və yoldaşının başını uca edirsə, məncə dünyanın ən xoşbəxt xanımıdır və ən gözəl şeylərə layiqdir!

Aktiv istifadəçilərə sataşmadan keçəcəyimi zənn edənlər yanılırlar))
1) Saytımızda hazırda ən çox şərhi və istifadəçilərdən ən çox xəbəri olan Wiyinka nikli userdir. Daim nəsə istəməsi (xəbərimi yayımlayındaaaa, şərhlərim çoxalıb statusumu verindəəə) ilə və uşaq xasiyyətli tez inciyən bir user kimi yaddaşımızda qalsa da daim rəhbərliyə, idarəçilərə və istifadəçilərə qarşı hörmətlə yanaşıb, qeyri-etik addım atmadığına görə bu ad günümüzdə onu Gold V.İ.P statusu verməklə məncə 8 mart`ın ən gözəl hədiyyəsini ona vermiş olarıq)))
2) Şərh sayı 10.000-dən çox olan və hazırda VİP statusunda olan  BARBI, vipbetul, PRETTY_GIRL istifadəçiləri də Gold V.İ.P statusuna keçirilir...
3) Gold VİP statusunda olan və daim saytımıza dəyər verən istifadəçilər MEHEBBET ADASI, GÜLEYCAN, NIGAR_CAVAD, NaZa25, Ayşən Əliyeva...

Digər istifadəçilər haqqında yazmağa bir-bir başlasam o zaman kimlərisə unudaram ona görə ümumilikdə bütün aktiv şərhçilərimizə də daim bizlərlə birlikdə olduqları üçün minnətdarlığımızı bildirir və şərh sayı 150-dən çox olan bütün şərhçilərimizə bir üst status verməklə könüllərini almış olarıq)) Məs.: 400 şərhi olan Super Aktiv statusundan C Class statusuna yüksələcəkdir...

Məndən bu qədər)) İndi söz sizlərdədir...

Hörmətlə, Qadınlar.biz rəhbərliyi


Şərhlər:
Baxılıb: 5944
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz