Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Güleycan ilə musahibəm
Güleycan ilə musahibəm
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1999
Səs ver:

1 Salam gözəl xanım özünüzü təqdim edin

Salam adım Güleycan əlbətdəki şərti olaraq...

2 Doğum tarixiniz?

30.01.1992

3 Təhsiliniz?

Sosial Reabilitasiya işçisi

4 Harada yaşayırsınız?

Küləklər Şəhəri.

5 Ailəlisiz?

Xeyr subay.Belə bir fikrimdə yoxdur hələki.

6 Nəyə görə məhz bu nik?

Güleycan adını çox sevirem.

7 Profil şəkillinizdə həmişə hicablı xanım şəkilləri görürük mənə maraqlıdı özünüz də hicablı xanımsız?

Xeyr özüm hicablı deyiləm.Amma inşAllah bu şərəf mənədə qismət olar.

8 Sizcə insanlar niyə yalan danışır?

Elə yalanlar var ki çarəsizlikdən damışılır.Bəlkədə bu kiminsə həyatını qurtara bilər.Azda olsa bunun tərafdarıyam amma elə insanlar var ki artıq adərkardadırlar bax buna heç yaxşı baxmıram !

9 Ağ yalan deyilən bir şey var heç ağ yalan danışmısınız?

Həyatımda bir dəfə yalan danışmışam anama, bir müddət sonra həqiqəti deyib halallığın almışam.

10 Sizi ən çox nə əsəbləşdirə bilər?

Üzümə gülüb arxamca danışmaq.

11 Səbrlisiz?

Heç səbrim yoxdur.Buna görədə çətinliklərim olur.

12 Yalanı bağışlayarsız?

Yalanı sevmirəm. Şirin yalannansa acı həqiqət yaxşıdır.

13 Ən çox işlətdiyiniz söz nədir?

Mən bilərəm ! Mən eliyərəm

14 Kimə görə nəyi qurban verərdiniz?

Ailəmə görə hərşeyi qurban verərəm.

15 Ən çox dar gnüzdə sizə kim dəstək olur?

Həmişə qardaşım mənə dəstək olur.Həm qardaşımdı həmdə dostum.O mənim gedib gələn nəfəsimdi.Allah bütün bacı qardaşları saxlasın.Amin !

16 Ən böyük arzunuz nədir?

Ən böyük arzum Əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzi açmaq.

17 Hansı ölkəni səyahət etmək istəyərdiniz?

Ən böyük arzum Misiri səyahət etməkdir.Piramidaları görmək.

18 Saytda ən çox diqqətinizi cəlb edən user kimdi?

Bütün usarlar diqqətimi çəkir deməzdim.Amma aralarında bir çoxu varki xəbərlərdə onların rəylərini oxuyub , necə insan olduqlarını özümçün aydınlaşdırıram.

19 Xarici görünüşünüzü bizə necə təsvir edə bilərsiniz?

Uzun saç, ağbəniz ,sarışın xanım.

20 Saytımıza ilk gəlişiniz necə oldu?

İlk gəlişim bir il bundan önçə təsadüf nətiçəsində oldu.Googledə dəbdə olan saç düzümlərinə baxırdım şəkillərin üzərində Qadınlar.biz loqisin gördüm və tıkladım.Ondan sonra daha burdan çıxa bilmirəm.Ailə üzvlərim,qrup yoldaşlarım,iş yoldaşlarım qohumlar saitimizin adın əzbər bilir.Harda axtarsalar burda tapırlar məni )))

21 Kimə həsəd aparırsınız? Kimin yerinde olmaq isteyerdiz

Heç kimin yerind,həyatda eləcədə saitimizdə tutduğum yerdən razıyam.Özümə qarşı hərkəsdən hörmət görürəm.Buna görə MinŞükür.

22 Həyatda nəyi daha çox istəyib gerçəkləşdirə bilməmisiniz?

Anam həmişə deyirki çox şanslısan.İstədiyim nə üçünsə çox əlləşib vuruşmuram.Bir arzum var bilirəm gerçəkləşəcək geçi tezi var .Birdə mən heç vaxt nəyisə dərd etmirəm sadəcə dua edirəm bəs edir.

23 Özünüzə bağışlamadığınız səhviniz var?

Hə var amma artıq faydası yoxdur olan oldu...

24 Mənə sualınız varsa buyurun. Sizcə mən necə biriyəm?

Sualım yoxdur.Özünə hörmət qoyan və hörmət gözləyən xanım kimi tanıyıram.

25 Sonda musahibəni bəyəndiniz ?Və Qadınlar biz userlərinə ürək sözləriniz?

Müsahibəni çox bəyəndim amma bilmirəm cavablarıda siz bəyənəcəysiz ya yox ?! Və Qadınlar.bizin xanım userlərinə həyatda qadın xoşbəxtliyi arzu edirəm !

 




Şərhlər:
Baxılıb: 1999
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz