Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Wiyinka ad günün mübarək
Wiyinka ad günün mübarək
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 8027
Səs ver:
Bu gün saytımızın şirin qızı və  mənim gözəl bacım olan Wiyinka nikli userimizin ad günüdür. Gözəlim səni ad günü münasibətilə ilk öncə öz adımdan və saytımız Qadınlar.biz adından təbrik edirəm. Neçə belə illərə. İnşALLAH həyatda hər şey ürəyin istədiyi kimi olar.

 

Həyatda hər zaman önə doğru addım atmağını arzu edirəm. Hər addımın sənin bir uğurun olsun. 
Heç zaman peşmançılıq hissi yaşamayasan. Həyat çətinlikləri ilə gözəl olsa da, 
bu çətinliklərin səni ruhdan salmamasını, hər zaman üzündə daxil olmaqla 
qəlbində və gözlərində təbəssümün olmasını arzu edirəm. Həyatda daha yaxşı 
nailiyyətlər əldə etməyini arzu edirəm. Hər zaman ailənin və dostlarının sevgisi əhatəsində ol.

 

 

 

Wiyinka ad günün mübarək


Arzu edirəm ki, arzular qanadında xəyalların gerçək olacağı yerə uçasan. Ayrılığın və çarəsizliyin nə olduğunu bilməyəsən. "Həyat" adlı gəmidə maraqlı səfər arzulayıram. Bu gün gözlərində hansı xatirənin xəyalı, qulaqlarında hansı səsin həsrəti, ürəyində hansı sevginin həsrəti varsa hamısına qovuşmağın diləyiylə ad günün mübarək olsun!

 

 

Ulu tanrı ömrünə ömür, sevincinə sevinc qatsın. 

 

Atdığın hər addım sənin həyatına uğur gətirsin.

 

Gözlərində daima sevinc qığılcımları parlasın. 

Sevinc başının tacı, kədər ayağının tozu olsun. 

Bu arzular, səni qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasan! 

Ad günün mübarək!

Wiyinka ad günün mübarək

 

 

 Qızlarımızda səni təbrik edirlər.

Narın yağış

 

Əziz bacım Wiyinka! Səni təbrik edirəm  Bu ad günün sənə düşərli olsun. Üzündən təbəssüm əksik olmasın.
Ürəyində nə arzu var hamısı həyata keçsin. Həyatında heçnə üçün peşman olmayasan Happy Birthday!
Arzu edirəm ki, yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan, uğur həmişə səninlə olsun, həmişə belə gülərüz, gözəl qalasan.
Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən dərinliklərinə baş vurasan.
Ən əsası da ildırım kimi səs salacaq duman qədər başını bürüyəcək,
göydən yağan qar kimi həyatını yeniləyəcək bir sevgi arzulayıram. Ad günün mübarək!!!

 


 

minə

 

Wiyinkamı çoox çooox istəyirəm. Əziz bacım yaxşıki doğuldun. Sənə arzum xoşbəxt olasan,
İnşALLAH xeyirlisi ilə öz sevdiyinlə ailə qurub bir ömür boyu xoşbəxtliklər içində yaşayasan.
Şirinim mənim səni həqiqətən çox istəyirəm ALLAH səni qorusun.


GARDA

Deməli belə)))) Saytımızın ən şirin, ən qəşəng ən romantik, ən maraqlı qızlarından olan şirinkam.
Ad gününü təbrik edirəm. Yeni yaşın həmdəki 2014-cü il sənin üçün uğurlu xeyirli olsun.
İnşALLAH tələbə olasan zirvələrə ucalasan. Sevdiyin insanla xoşbəxt olasan bacı qurban.
 

DuYGuSaL
Canım sənin ad gününü səmimi qəlbdən təbrik edirəm. Həyatında özün kimi maraqlı və şirin olsun.
Sevdiylərin və səni sevənlər həyatın boyu yanında olsunlar.
ALLAHdan sənə hər şeyin ən gözəlini arzu edirəm.
Ad günün mübüş bacı. 

Wiyinka ad günün mübarək

 Bir az şans, bir az sevgi və səbr, bir parça zaman, müvəffəqiyyət və məmnuniyyəti də əlavə etsək vəsaitlərə,
hamısını qarışdırıb sənin üçün uzun və diləklərinin reallaşdığı bir "həyat tortu" edə bilərik. Buyur üflə)

 


 



Şərhlər:
Baxılıb: 8027
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz