Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk sevgim ( Mənim ayrılıq hekayəm )
İlk sevgim ( Mənim ayrılıq hekayəm )
Göndərən: Sedo
Şərhlər:
Baxılıb: 3147
Səs ver:
Heçdə hər zaman hekayələr gözəl sonluqla bitmir. Elə mənim hekayəm kimi...
Sevilməyin necə bir hiss olduğunu ilk dəfə İsmayıldan öyrəndim. Onun mənə ilk dəfə baxışı hələdə gözlərimin qabağındadır. Fərqli biri idi.
Eyni məhlədə qalırıq. Hər səhər məktəbə gedəndə onu sinifimizin qabağında görürdüm. Məktəbdən çıxanda yolun üstündə dayanıb mənim gəlməyimi gözləyirdi. Kənardan baxanda yan-yanaydıq. Sadəcə danışmırdıq. Dərs saatları fərqli olduğundan bir gəlmədiyimiz günlərdə olurdu. Bu vaxt isə ya sinifin, yada evin pəncərəsində dayanıb gözlərimə baxırdı. Özümün belə xəbərim olmadan bağlanmışdım ona. Hə ürəyimi ala bilmişdi. Sevirdim onu. Hər gün saat 5 də futbol oynamaq üçün həyətə düşürdü. Mən pəncərəyə çıxana kimi dünyanı dağıdırdı. Birində pərdənin arxasından baxırdım. Pəncərənin altında dayanıb əl çalır, İsmayıl deyə qışqırırdı. Sevdiyim çox yaxşı oyunçudu. Hər dəfəsində qol vurub gülə-gülə mənə baxırdı. "Görürsənda nə vaxt qapıya getsəm qol vururam" Bir gün belə mənə baxanda, kənarda ağlayan balaca uşağa baxdığımı gördü. Ən çoxda əsəbləşdiyi onun oyununa baxmamağımdı. Uşağın yanına gəlib göz yaşın sildi, sonra qucağına alıb, mənə baxıb bərk-bərk qucaqladı. Çox utandım...
Həmişə, hər yerdə o vardı. Mənə mahnıda həsr eləmişdi. Aşk hər şeyə dəyər. Çox sevirdim onu, amma bilirdim ki, bizim axrımız yaxşı olmayacaq. Ondan uzaqlaşmağa çalışsamda olmurdu, hər dəfə yanımda idi. Hələ yazmadığım çox şey var. Hər gün surprizlərlə dolu idi. 1 il belə keçdi. Mənə yaxınlaşmaq istədi birində, amma uzaq durdum ondan. İstəmədim sevgisin dilə gətirsin. Bizi çoxları bilirdi, yəni yaxınlarımız. İsmayıl məni heç vaxt pis vəziyətdə qoymadı. Bilməsini qorxduqlarım heç nədən şübhələnmirdi. Ən yaxınlarımız bilsədə ikimizin bir olmasın, yalnız ikimiz istədik. Mən onunla xoşbəxt olduğum vaxtda onu unutmağımı istəyirdilər. Aramıza yalanlar girdi. Onun haqda çox pis şey deyirdilər mənə, halbuki yalan imiş. Ondan uzaqlaşdım. Məndən gözlərini çəkmirdi. Ona bildirməsəmdə çox darıxırdım, çox sevirdim onu. Sonra İsmayıl çox dəyişdi, üzündəki gülüş getmişdi sanki. Otururdu pəncərənin altında, gözlərin dikirdi bir yerə tərpənmirdi. Pərdənin arxasında dayanib ona görsənmirdim. Onun çəkdiklərinin 2 qatını çəkirdim. Sadəcə ağladım, əlimi atıb aça bilmədim pərdəni. Uzaq durmalıydım ondan, çünki eşitdiyim yalanı unuda bilmirdim. Eşitdiklərimlə xəyallarım yıxıldı. Bir gün yuxudan durdum, içimdə qəribə hiss vardı. Həyətə baxdım, o gəlirdi. Həmişəki kimi yuxarı baxdı. Yuxulu olduğumdan hisslərimə qapandım, gözlərimi çəkə bilmədim. Mənə heyranlıqla baxırdı. Əslində saçım dağınıq vəziyətdə, gözlərim axır. Bir sözlə özüm-özümə baxmaram. Onun mənə baxışların sevdim.
4 il keçmişdi. Məktəbdə axır günlərim idi. Oda aylarnan dərsə gəlmirdi. Gəldi və bütün günü dərsə girmədi. Pəncərədə dayanıb bizim sinifə, mənə baxırdı. Çox əzab çəkirdim. Onunla son dəfə idiki məktəbdə idim. Baxmayaraqki, qonşumuzdu ondan bəri görmürəm onu. Son zəng gözlərim yolda qaldı, gəlmədi. Hər yer mənə onu xatırladır. Onu tamamilə ağlımdan çıxarmalı idim. Qarşıma məqsəd qoyub başqa rayonda inustuta girdim. Sentyabr ayı çatdı, mən getdim. Arxaya baxdım yenə yoxdu. Məhləyə baxdım, göz yaşlarıma sahib ola bilmirdim. 2 ay hər gün ağladım. Ondan çox uzaqda. Oda öyrəndi getdiyimi, məndən daha çox uzağa Moskvaya getdi. Çətində olsa bacardım, unutdum onu. Yaşamaq, yenidən xoşbəxt olmaq istədim. Sevməkdən isə çox qorxuram. Dəyər verdiyim insanlar var həyatımda. 4 ildən sonra üzümü güldürə bilən. Neyləyəkki İsmayil sonu olmayan dərin bir quyudu. Hər dəfə yadıma düşəndə onun üçün dua edirəm... "İlk sevgim İnşALLAH çoxx xoşbəxt olarsan. Allahımın nəzəri daim üzərində olsun...."



Şərhlər:
Baxılıb: 3147
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz