Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Miss_Oxatan ilə səmimi müsahibəm
Miss_Oxatan ilə səmimi müsahibəm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1689
Səs ver:
Şokalatova peÇenYa- Salam əziz userlər bu dəfəki müsahibəmi Miss_Oxatangildə edəciyik.İndi hazırlaşmışam Ucuz maşınım var birdənə Bentley Continental GT Speed Convertible onunla gedəcəm.

Miss_Oxatan ilə səmimi müsahibəm

 

 Dığın-dığınnn  sofor ayyy deyəsən səhv gəldimmm qoy pavarod eliyimmm  sofor ahaa çatdımmmmm şükür dua
Takkkk-takkk tez açda üşüdüm axıı  usuyen 
Mİss_Oxatan- telefon2  azz həəə boyy ncncc bilməzdim ee qızaa bax ee  telefon az azz gözlə qapı döyülür açım görüm kimdi telefon2
Şokalatova Peçenya-Ling-longgg Ling-longg  hmmm
Miss_Oxatan-Gəldim gəldimmm  :yol: Cırrıddd  gizlen bayy bayyyy görr kim gəlib 
Şokalatova Peçenya- Məni dolamısan ? :dv:Bayaqdan soyuqdan donuram ee  hh
Miss_Oxatan- Bağışla yemək bişiridim  :icon_sada:
Şokalatova Peçenya- Eybi yoxdu hazırsan müsahibə aparmağa  cool
Miss_Oxatan- Həəə  23
Şokalatova Peçenya- Qapının ağzında edəcəm müsahibəni dv
Miss_Oxatan- BUyur BUyur çay süzmüşəm sənə  oyna 
Şokalatova Peçenya-  kahve Final çayının yeri başqadıda
Miss_Oxatan- Final çayı deyil  ihi Çempiyon çayıdı  kahve 
Şokalatova Peçenya- Sındır o saat  kzgn İlk sualımla Müsahibəyə start verirəm Laie_100 
Miss_Oxatan- həə həə başlıyaqq  kivir 
Şokalatova Peçenya-Özünü Qadinlar.biz userlərinə təqdim et 
Miss_Oxatan- Adım Gunay,nişanlıyam,optimist,söhbət etməyi sevən,səmimi,qisqanc(sevgilimə girl_in_love qarşı ),əsəbi,kaprisli Azerbaycan xanımı.
Şokalatova Peçenya- Doğulduğun il,ay,gün..bürcün nədir?
Miss_Oxatan- 26.11.1986.Bürcümdə Oxatan  yay
Şokalatova Peçenya- ncə sevgi nədir

 

Miss_Oxatan-Sevgi mənim sarı simimdi girl_pinkglassesf ,sıfirdan yazmağa başlasam xəbər içində xəbər olar.Çox dərin izləri var məndə.Ancaq nəticə etibarı ilə başa düşdüm ki,sevgi alovdur insanlar isə pervanə.Bu Odun alovu kimləri cismən yox edər,kimləri ruhən kül eder.Və əsas da bir şeyi başa düşdüm ki, qismət öz işini görür.Hər işdə bir xeyir var ALLAH bilən məsləhətdir.

 

Şokalatova Peçenya- Təhsil ve meşğuliyyətin
Miss_Oxatan-Ingilis dili muəlliməsiyəm,ama ixtisasım üzrə işlemirəm,bu aralar məşğuliyyətim toyuma hazırlıq işlerinə aiddir.Başqa heçnə düşünməyə imkan yoxdur çünki.
Şokalatova PeçenyaTez-tez yalan danısırsan?
Miss_OxatanƏgər desəm yalan danişmamişam bu özü bir yalan olacaq.Baxır momentə.Yalanlarım adetən qurtarıcı mahiyyət daşıyır,ama bununla özümə bərayət qazandırmıram.ALLAH bagişlasin.  29
Şokalatova Peçenya-Axırıncı dəfə nə vaxt yalan danışmısan?
Miss_Oxatan- Bugün  tavsan
Şokalatova Peçenya-Həyatda hədəflərin nədir? 
Miss_Oxatan-ALLAHIN razısıyla hədəflərim çoxdur,ailə qurandan sonra yavaş yavaş icra edecem.Həm ev həm iş qadını olacam InşALLAH.
Şokalatova Peçenya-Nə vaxtsa Nənəninin pensiyasına sahib olmaq istəmisən ?
Miss_Oxatan-Ağlımın ucundan belə keçməyibvur
Şokalatova Peçenya-Sevdiyin varmı?
Miss_Oxatan-booyy noluv azz nişangülümə?  waw
Şokalatova Peçenya-Sevəndə sevdiyini necə dəli edirsən yəni bunu necə bacarırısan ?(sevgilim olmadiğı üçün biraz səndən öyrənimdə ))))
Miss_Oxatan-Dəli edə bilirsən də sözdü??İndi baxır hansı mənada soruşursan da az indi mən açıq nətər deyim kim istesə şəxsidə deyərəm (PS: +18 ürəyi zəif olanlar yazmasın ) wink
Şokalatova Peçenya-Saytda adminlik ürəyindən keçir?)))
Miss_Oxatan-Arada keçir,o da bəzi xoşa gəlməzlər görəndə keçirirəm ürəyimnən.Əgər admin olsaydım saytın girişinə vizual qapı qoyardım Üzərinə də yazardım ki"vəhabi sələfilərin girməsi qadağandır!" Hətta user sayım 70% aşagi belə duşsə.
Şokalatova Peçenya-Admin olsaydın məni hansı hərəkətimə görə qovardın ?
Miss_Oxatan-Yox agız sənnən ne işim var,ama sənə qızıl əhməd alması yeməyi məslehət görərdim,yaddaşa yaxşı gəlir( Qızlar bu müsahibə 1 ay çəkib az-az sualları göndəriridim yadımdan çıxırdı qalanını göndərmək )) wacko  
Şokalatova PeçenyaRüsvət təklif etsəydim məni burda saxlıyardın ?
Miss_OxatanBöylə sorular təklikdə sorulur evladim  utancaq2
Şokalatova peçenya- Bu dünyanın axırı hara gedir bilmirsən ?
Miss_Oxatan-Dünyanın axırı bizə görə getmirki bizdə bilək,dünya bizim axırımiza çıxır.Ancaq məncə dünyanın axırı və Ağanın zühuru uzaqda deyil,yaxınlaşır.InşALLAH.
Şokalatova Peçenya-Nə vaxtsa hönkür-hönkür oturub ağlamısan ?
Miss_Oxatan-O qədddddərrrr,təki bu göz yaşlarım günahlarımı yumuş olsun.
Şokalatova Peçenya-Gələcəkdə uşaqların olsa nə adı qoyardın ?Onları döyərdin ?Yoxsa əsil ana qayğısı göstərərdin?
Miss_Oxatan-Mən heç vaxt ad barədə düşünməmişəm,hətta bir çoxları ailədə əməlli başlı söz söhbət yaradır,qaynana qaynatayla dava dalaş edir,üz açır.Mən nədənsə həmişə elə fikirləşirəm ki,uşaqlara böyüklər ad qoymalıdır,çünki o zaman bu daha xeyirli olur.Əsas odur həyatı,taleyi gözəl olsun.Onsuzda bütün adların mənası yaxşı məna daşıyır.
Şokalatova Peçenya-Həyatda Bacarmadığın bir şey ?
Miss_Oxatan-Həddən artıq əsəbləşəndə əsəblərimi cilovlaya bilmirəm və o sırada pis etmək belə keçir ağlımdan mənə haqsızlıq edib əsəbləşdirən insanlara. ufff
Şokalatova Peçenya-Nə vaxtsa möhkəm pərt olmusan pərt olmusansa nədir ?
Miss_Oxatan-Olmuşam tələbə vaxtı səhnəcik oynuyurduq çox heyecanlıydım,stulun üstünə su dağılar məndə bilmərəm oturaram hihih ,həyacanın təsirindən suyun soyuqluğunu belə hiss etmərəm,nəysə elə o mament səhnəyə çagırdılar bizi,hamı mene baxırdı mendə elə bildim indi yaxşı oynuyuram da ona görə mənə baxırlar. sən demə hamı məlum səbəbə görə mənə baxırmış birdən səhnədə arxamda yaşlıq hiss elədim,əlimi vurdum hihih ,gordum islaqdi neyi var,bir anliq özümə də elə geldiki yeqin....neysə özümdə özümə şüpə elədim.Çoxu elə bildiki,səhnənin həyacanından texniki qəza olub.Necə gün dərsə getmədim  hysteric
Şokalatova Peçenya-Sayta ən yaxın dostların )
Miss_Oxatan-_Sebiwka,Nisa. 
Şokalatova Peçenya-Bu saytda nədən razısan yada nədən narazısan ?
Miss_Oxatan-Razılıqlarım var,xəbərlər ürəyimcədi,maraqlidir,xoşum gəlmiyən tərəfi isə bir dəfə bir müzakirədə gördüm,hətta öz aləmimdə çox hörmət etdiyim biri faiz etibarı ilə 100dən nola düşdü.Mən burda statusa görə olmuram.Ümumiyyətlə virtual status saytda userə yox adminlərə lazımdır,status userin həvəsini ,aktivliyini,sayta marağını artırmaq üçündür.Userə heç bir xeyri yoxdur onun.Duzdur biz userlər nəzakət xatirinə status artanda təşəkkür yazırıq ama statusu sayt öz mənfəətinə görə artırılır.Burda pis heç bir məna yoxdur,hamı öz işində irəli getmek istəyər.Bu da virtual qanunlardan biridir.Men 10illik virtual stajıma əsasən yazıram.İstəyən razılaşsın istəmiyən cani sağ olsun.
Şokalatova Peçenya-Səhvlərindən dərs çıxardanlardansan yoxsa eyni səhvi təkrarlıyanlardan?
Miss_Oxatan-Dərs çıxardan,ama olubki bir səhvi neçə dəfə təkrar etmişəm o da eyni insana bəlkə dəyişib deyərək şans verməkdə.
Şokalatova-Peçenya-Mənim hansı xasiyyətimi sevirsən yada sevmirsən?
Miss_Oxatan- Səninlə xüsusi yaxın deyilik ama şərhlərinə o qeder gülürəmki.Maraqla oxuyuram.Çox hörmət etdiyim qızlarımızdansan. melek
Şokalatova Peçemya- Ən sonda userlərə soz sözün və arzuların 
Miss_Oxatan- ALLAH hamınızı xöşbəxt eləsin qızlar,istər realda istər virtualda doğruları yanlışlara deməkden çəkinməyin.Vefasızı sevməyin,sevdiyinizə vəfasızlıq etməyin.Azərbaycan xanımlarına xas olan həyamızı qoruyaq,Islam qadını oldugumuzu əsla unutmayaq,başımız hicablı olmasa da qəlbimiz hicabıi olsun,başımızda hicab olsa "vəhabi hicaıi" olmasın.ƏSASI budur.

Sonda isə sənə təşəkkür edirəm menə də diqqət ayırdıgın üçünn,çox sağoll,həmişə belə deyib gülən qız ol,tək üzün yox qəlbin də gülsün,sevinc xoşbəxtlik kölgən olsun.Şkalatın əriməsin heşvaxt)))

Şokalatova Peçenya-Bacı sən sağol müsahibəyə razlıq verdiyin üçün.Tay mən gedim gec oldu  yol 
Mİss_Oxatan-Yaxşı gecən xeyrə mucux 
Dırdıddd Dırdıdd Dırıddd dıdddd 
Miss_Oxatan-Gəldimmmm  runner 
Rəfiqəsı Gülxəndam-  hardaydın  sac 
Miss_Oxatan-Heçç ee firmadan gəlmişdilər  utandim Sən o hadisənin axırını danış görüm ee ürəyim partladı lapp  telefon2 


Son

 



Şərhlər:
Baxılıb: 1689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz