Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin qayınana problemi həll olunur
Gəlin qayınana problemi həll olunur
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1204
Səs ver:

http://imgs.su/tmp/1316156326-656.jpg

Türk professordan ailənin iqtidarı və müxalifətinə tövsiyələr

Yüz illərdir populyarlığını itirməyən mövzu: gəlin-qayınana münasibətləri. Bu sonsuz qarşıdurma o qədər populyardır ki, hətta saysız-hesabsız lətifə, zarafat, bədii əsər və kinofilmlər üçün mövzu qaynağına çevrilib.

Azərbaycanda "qayınana" deyəndə ağla ilk gələn Nəsibə Zeynalovanının canlandırdığı Cənnət xala obrazıdır; "həyasız gəlin" deyəndə Afət; "sakit və başıaşağı gəlin" deyəndə isə Sevda həkim yada düşür...

Bir çox "Cənnət xala"lar həmişə "Sevda"lara rast gəlmirlər, bəzən gəlin qayınanaya dözür, ailəsini dağıtmamaq üçün qatlaşır, bəzən isə "Afət" kimi qayınananın başına "oyun açır"...

Türkiyənin Mərmərə Universitetinin professoru, doktor Mehmet Zeki Aydın evlilik məsələlərində vacib rol oynayan, hətta boşanmalara qədər gedib çıxan gəlin-qayınana arasındakı problemin səbəblərini belə sıralayıb: tez fikir bildirmə, səbirsizlik, xasiyyət fərqlilikləri, başqasını idarə etmə istəyi, qısqanclıq, ruhi xəstəliklər, cahillik...

Cəmiyyətdə gəlin və qayınana deyəndə çox vaxt mübahisə, söz-söhbət, iqtidar və güc mübarizəsi ağla gəlir. Professor Aydın: "Eyni insanı, biri oğlu, digəri həyat yoldaşını sevən iki qadın əvvəlcə həyatı özləri, sonra bütün ailə üçün cəhənnəmə çevirirlər", - söyləyib.

Uzunmüddətli araşdırmalardan sonra tədqiqatçı mübahisələrin bəzən də inciklikdən qaynaqlandığını bildirib. Anaların oğullarının onları "yad qızı"nın "ayağına verməkdə" günahlandıraraq inciməsi, eyni dərəcədə, gəlinin "mən anana neyləmişəm" sualları boşanmalara qədər gətirir.

Dr. Aydın ananın gəlini qısqanması və onu özünə rəqib görməsi, daha sonra illərlə böyüdüb, boya-başa çatdırdığı oğluna "yad qızı"nın gəlib "hazıra nazir" çıxması kimi qiymətləndirir.

Türk professor gəlin və qayınanalara bəzi tövsiyələr də edib:

- gəlin qayınanaya hər şeydən əvvəl sevdiyi insanın anası kimi baxmağa çalışmalıdır.

- öz anasına necə baxılmasını istəyirsə, qayınanasına da elə davranmağa səy göstərməlidir. Çünki ana yaxşı baxıldığını görsə, ərinə də xoş olacaq və əri də anasının "iynəli" sözlərinə baxmayaraq, bu səylərinə görə həyat yoldaşını sevəcək.

- gəlin yaşca daha gənc olduğu üçün daha çox səbri də o göstərməlidir. Qayınananın bilik və təcrübələrindən yararlanmalı, onunla gülərüzlü və söhbətcil olmalı, bəzən qayınanasını tərifləməyi bacarmalıdır.

- qaynanalar gəlinlərinə düşmən, yad kimi baxmamalı, onlarla öz qızı kimi davranmalıdır.

- qayınana öz böyüklüyünü göstərib, gəlini səhv etsə belə, məsələni şişirtməməlidir.

- gəlininin səhvlərini başqalarının yanında büruzə verməməlidir. Yadların, eləcə də ailə üzvləri, xüsusən də nəvələrinin yanında gəlinini pisləməməlidir.



Şərhlər:
Baxılıb: 1204
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz