Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kikita ilə müsahibəm
Kikita ilə müsahibəm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1203
Səs ver:
1.Salam necəsən?
Çox Şükür ALLAHa yaxşıyam.
2.Özünü Qadınlar.biz üzvlərinə təqdim et.
Mən Kəmalə(Kama)
3.Özün haqqında bizlərə nə məlumat verə bilərsən?
27 yaşım var. Ailəliyəm, bir oğlum var, iki ixtisasım var. Müəllimə və psixoloqam.
4.Özündə sevdiyin və sevmədiyin xüsusiyyətlərin?
Sevdiyim xüsusiyyət: Ünsiyyətcil və səmimiyəm. Sevmədiyim xüsusiyyıt: İradəsiz və kinsizəm.
5.Kompleksin var? Varsa nədi?
Bəli var. Ana olandan sonra biraz qarnım qalıb onu ləğv edə bilmirəm.
6.Sevgi sənin üçün nədi?
Mənə görə sevgi öyrəşmək, bağlanmaq,çox istəmək,qayğı göstərmək, hörmət etmək, düşünmək və.s .Bunun kimi əziz və həyəcanlı hisslər varsa, demək o sevgidir.
7.Sevdiyin var?
Bəli həyat yoldaşımı çox çox çox sevirəm.
8.Varsa, onunla necə tanış olmusan? Bəs sevdiyin sənin sevgi kriteriyalarına uyğundur?
Təsadüf nəticəsində, toyda görüb bəyənib və sonra əlaqə qurduq. Bir il görüşdük, sevdik və el adəti ilə evləndik. Sevgi kriteryalarıma uyğun olmasaydı yəqinki, onu sevməzdim. Ama mənim qədər romantik deyil.
9.Üstünlük verdiyin geyim tərzi?
Ən çox klassik üslubda geyinirəm. Açıq geyinməyi sevmirəm.
10.Geyimdə ən çox nəyə üstünlük verirsən?
Çalışıram mənə yaraşanı geyinim. Moda ilə yox, özümə yaraşanı geyinirəm və  açıq geyimləri heç də dəbli saymıram, çünki qadın bağlı və özünə yaraşanı geyinəndə daha gözəl və dəbli görsənir.
11.Ən çox alış-veriş etdiyin butiklər, yerlər haradı?
Mənim bu barədə komplekslərim yoxdur. Harada nə xoşuma gəlsə, mənə yaraşsa alacam həmin geyim 1 manatda olsa alacam, 1000 manatda olsa alacam.
12.Ən çox istifadə etdiyin aksessuar hansıdı?
Sırğaları çox sevirəm. Ən çox sırqa taxmağı sevirəm.
13.Hansı kosmetik vasitələrdən istifadə edirsən?
Bütün kosmetik vasitələrdən qaydasınca abartısız istifadə edirəm.
14.İlk dəfə neçə yaşından kablok geyinməyə başlamısan?
8 yaşımda. Atam İrandan gətizdirmişdi. Hələ də yadımdadır qərməzə rəngdə idi.
15.Ev işləri ilə aran necədi?
Pis deyil etmək məcburiyyətindəyəm çünki, xanımlar evin həm qulluqçusu, həm xanımı olmalıdır.
16.Bir çox qız kimi)) Sənə qarşı olunan hansı səhvi bağışlamarsan?
Mən mənə qarşı olan bütün səhfləri bir dəfə bağışlayıram. Eyni səhfi 2-ci dəfə əsla bağışlamıram.
17.Həyatından razısan? Nəyi dəyişmək istərdin həyatında?
Bəli. Hələki, çox Şükür ALLAHa razıyam.
18.Məsələn nəyi dəyişərdin?
Düşünməmişəm bu barədə.
19.Zamanını necə keçirməyi sevirsən?
Ya ailəm ilə sakit bir yerdə keçirməyi sevirəm, ya da tək özüm özüm ilə qalmaqla.
20.Həyat devizin? Məqsədin nədir bu həyatda?
Övladlarımı sağ salamat böyüdüb,savadlı etmək və toylarını görmək, sonrasına ALLAH kərimdir.
21.Musiqi zövqün? Ən çox hansı janrda, kimlərə qulaq asırsan?
Klassik musiqiləri daha çox sevirəm. Çox ifalara, çox muğənnilərə qulaq asıram ama ən çox Brilliant Dadaşova, Özcan Dəniz, Linet, Ebru Gündeş, Seda Sayan və.s 
22.Sənə ən gözəl hədiyyə nə ola bilər?
Pul və ətir.
23.Hansı ətirləri sevirsən?
Yves saint laurentdən Parisinne və Este lauderden Pleasure və bir çox şirin qoxusu olmayan ətirləri sevirəm.
24.Qarşındakı insanda fikir verdiyin ilk xüsusiyyət, xasiyyəti və görünüşü?
Qarşımdakı insan paxıl olmasın. Acı da olsa düzünü desin yeter. Mən insanı görünüşünə görə yox, ağlına görə qiymətləndirirəm.
25.Qadınlarla kişilərin haqlarının bərabər olmasını istərdin?
Bəli həmdə çox.
26.Qadınlar.biz-dən danışaq indi də. Bura gəlişin necə oldu?
Həkim məsləhətinə ehtiyacım varidi. Googlede axtaranda tapdım bu əvəzolunmaz saytı.
27.Saytın üzvlərindən kimləri çox istəyirsən?
Nelya, Nara və Sokolatova Pecenyanı və bir çoxlarını. Hələ çoxusunu tanımağa çalışıram.Hamınızı çox istəyirəm gözəllər.
28.Adminkalarımız haqqında nələr deyə bilərsən?
Hamısı çox diqqətcil və işlərini yetərincə bilən qızlardır. Hamısı çox sağ olsun. Onlara həyatda uğurlar və xoşbəxtlik arzu edirəm.
29.Ən çox sevdiyin bölmə?
Söhbət otağı və sağlıqlı yaşam.
30.Ən çox bəyəndiyin sual?
Bütün suallar məntiqli və maraqlı idi ama ən çox 4-cü sualı daha çox bəyəndim.
31.Hansı sualı verməyimi istərdin? Varsa elə cavabını da yaz.
Ağlıma elə bir sual gəlmir.
32.Qadınlar.biz-ə sözün...
Hamıya bu saytı sevib bura girənlərə və saytın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə can sağlığı, uzun və mənalı həyat arzu edirəm.


Şərhlər:
Baxılıb: 1203
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz