Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ŞokaLaTovA PeÇeNyA ilə müsahibəm
ŞokaLaTovA PeÇeNyA ilə müsahibəm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2728
Səs ver:
1.Məşhur saytımızın şipşirin ŞokaLaTovA PeÇeNyAsının adı? 
1.İsmayıllı Fatma (İsmayıllıdan deyiləm haa 08 )
2.Neçə yaşın var və özünü neçə yaşında hiss edirsən?
19 yaşım var özümü yeni doğulmuş kimi hiss edirəm 09 
3.Saytda sənə yaxın olan 3 qızın niki?
Ayy çətin sualdı Vallah İnanmarsınız bəlkəm hamı ilə çox yaxınam ancaq bir qız var onun qəlbini qırdığım üçün çox peşmanam. Mənə demişdiki mənim qəlbimi sındırma gün gələr sənində qəlbin sınar düzdü günah onda idi lakin kimsə mənə elə deyəndə pis oluram ciyy 
4.Bu günə qədər ən çox güldüyün yadında qalan xəbər?
İndi yadıma düşmür hansı xəbərdi. Ama bilirəmki Vusal Müəllimin xəbəri idi gülməkdən az qala pataloka yapışmışdım 
5.Həyatda ən böyük arzun?
Mənə əvvəlcədən demək düşmür ona görədə məndə qalsa yaxşı olar incimərsiniz yəqinki gözəllərim mucux 
6.Adminlərdən və isdifadəçilərdən ən zəhlən gedən kimlərdir? (tam səmimi )
Pretty Girl insanlığına hörmətim var ama mən gələn gündən O xanımla yola gedə bilməmişəm mən ona yaxın olmaq istədikdə mənə yaltaq dedi. Bəzi insanlar başa düşmürki hörmət etmək yaltaqlıq deyil.
7 Saqqızı bərkiyənə qədər çeynəyirsən yoxsa çürüyənə qədər?
Uduram 23 
8.Yatanda xoruldayirsan?
Yox ama ayaqlarım divarda yastıq başımın altında olmaqdan başımın üstündə olur ozüdə mən corablı yatmağı sevirəm 09 corabsız yatanda qara basır məni (sirrim açıldı 15 )
9.Bu yaşına kimi yemək bişirmisən bişirmisənsə o yeməyi səndən başqa kimsə yeyib? 
Ayy ne gözəl mövzuya toxunmusunuz mən uşaqlıqdan yemək bişirirəm ilk yeməyim 5 dənə düyü ilə aş dəmliyib yemişəm. Bir dəfədə evə qonaq gəlmişdi mamada evdə yox idi yarı çiy kartoşka bişirmişdim qonaq çəngəli kartofa vuran kimi kartof qalxdı lüstura 122 Vallah düz deyirəm qonaq getdi kolbasa aldı yedik 23bir dəfədə düyüsüz dolma bişirmişdim dolmanı büküb qurtarırıdım üzümü çevirdimki düyü qabını gördüm bir xeylam baxışdıq 23 i resqi beynimə vurduki biyy düyü vurmamışam dolmaya girl_impossible 
10.Qaçanda qabağına baxırsan arxana?
Fikir verməmişəm 23 
11.Anarla küsülüyəm səncə barışım? 
Sənə 100 dəfə demişəmki O qardaşla dalaşmaki soradan barışasan tez ol get barış dv 
12.Sənə hansı sualı verməyimi isdərdin və o sualı özün özünə ver cavabını da yaz
Ən çox işlətdiyin söz : Yazıq mən ))) Evdəkilər deyirlərki o sözü işlətmə məndə deyirəmki yazıq mən neylədimki  122
13.Yuxudan duranda görsən ki qaşların yoxdu ilk reaksiyan nə olar?
Qaşlarım məni tərk edib heşşş yerə getməz inanırsınız qaşlarımın ucundan kəsməsəm uzanır burulur 09 
14.Saytda adminka olsan və ən yaxın rəfiqəni hansi səhvinə görə qovardın? 
Məndən qeybət etsələr birdəki mən adminka olandan sora məndən soyusalar çox pis olaram. Onuda bildirimki mən hansı vəzifədə oluramsa olum xasiyyətim eyni qalacaq.
15.Saytda gerçəkləşdirmək istədiyin ən böyük lahiyə?
Lotoreya oynamaq userlərlə 
16. Sonda Qadınlar.bizə sözün?
Bilirəm məni dəcəl qız kimi tanıyırsınız və bu həmişə belə olacaq mən nə olursa olsun həyatı sevməkdən əl çəkməmişəm. İnanın həyat çox ama çox gözəldir sevin və sevilin. Unutmayın hər son bir başlanğıcdır. Burdan kiminsə xətrinə dəymişəmsə üzr istəyirəm 08 Haa əgər mən evlənib eləsəm ərim bura girməyə icazə verməsə məni unutmuyun deyinki bir qız varıydı ee saytın gülü, çiçəyi, arısı, balı, şirini, şəkəri, gözəli, xəstəsi, pişiyi, mişkası, ürəyi, canı, qanı, nəfəsi şah damarı (özümü tərifləməyi heşş sevən deyiləmdəəə hihih )Adminlərədə təşəkkür edirəmki mənim nazımı çəkirlər empathyÖzünüzə yaxşı baxın inanıramki səmimi qəbul etdiniz müsahibəmi diksin

Deniz_24-ün sualları 

Salam, Qadinlar.biz saytının gülən üzü.
Və Alekum Salam sənə və hal-hazırda bu müsahibəni oxuyan hər kəsə  
ŞokaLaTova PeÇeNyAnı az-maz taıyırıq, bəs sən kimsən?

Bayaq dediyim kimi Fatma 19 yaşım var Kooperasiyada İqtisadiyyat üzrə qiyabi təhsil alıram. Əslən İmişlidənəm Bakıda qalıram ailəmlə birlikdə. Anadan gəlmə subayam dans  
İlin, bürcün, təvəllüdün?
İt ili, şir bürcü. İt kimi sadiq dost canlı ama əsəbləşdirəndə düşmənimə güclü zərbə endirməyi sevirəm. Şir kimi nə qədər sakit görsənsəmdə zəif damarımın tutan olanda vəhşi oluram  mırrrrrr 
Özünü tanıt:
Qısa olaraq deyimdə həyatdan zövq alan biri 
Nikin kimi özün də dadlısan, ya tam əksi?
Dadlı olmasam məni bu qədər insan sevməz. Hara gedirəmdə deyirlərki şirin qızsan dost tapmaqda heç vaxt çətinlik tapmamışam.
Qadınlar.biz saytında sənə yaxın 5 nik?
Sokalatova Pecenya, Sokalatova, Pecenya, Fatma, Mən
Sevgi yaşamısanmı?
Yox ama sevgi yaşatmışam ama sevgini hansısa lay divar yaşayıb mənim yerimə 
Xəyalındakı insan tipi(idealın)
Bədənli, qaraşın, əlləri səsi kobud olan biri ən əsasıda məni kimi dəli biri olsun (məsələn yolun ortasında məni qucağına alan biri mənim idealımdı həmdə canımdı )
Nəyi özünə bağışlaya bilmirsən?
Elədiyim səhvləri 
Hansı daha esasdır: Sevgi, ya gözəllik?
Sevgiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 
Peşiman olmusanmı?
Çoxxxxxxxxxxxxxxxxx olmuşam keçmişimdə olan bəzi şeylərə görə çox peşmanam 
Daha hansı məşğuliyyətlərin var? Boş vaxtlarını necə keçirirsən?
Boş vaxtlarımda boş boş işlərlə məşğul oluram
Kimin üçün darıxırsan?
Darıxdığım yoxdu ailəm yanımdadı ama qardaşım əsgər gedəcək ondan ötrü çox darıxacam əkiz kimiyik qardaşımla
Həyat kitabına atacağın imza:
Sus! Həyat onsuz özü danışır 
Kimə nə sözün var?
Monitora gözlərini zilliyən hər kəsi öpürəm.
Seçim qarşısında qalmısan: ailen, ya xoşbəxt sevgi?
Həmişə demişəm deyəcəmdə kiməsə görə ailəmi buraxan deyiləm ən nifrət etdiyim şeydi qaçmaq 
Hansı sualı görmək istərdin?
Gecələr nə düşünürəm? Gecələr düşünmürəm heçnə XopişşşşŞŞ yatıram )))



Şərhlər:
Baxılıb: 2728
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz