Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mini ətək davası
Mini ətək davası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3268
Səs ver:

http://imgs.su/tmp/1315553500-656.jpg

Bu gün böyük mübahisələr yaradan qısa ətəklər, elə mübahisəli şəkildə də yaranıb. Bununla bağlı 40 ildir ki, ingiltərəli modelyer Meri Kuant və fransız modelyer Andre Kurej arasında böyük qalmaqal yaşanır. Onların arasında mini ətəyi kimin icad etdiyinə dair qızğın mübahisə hələ də səngiməyib.

Belə ki, 1959-cu ilin yanvarında gənc ingilis dizayner Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o, rəfiqəsinin qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və fikirləşib ki, bu cür ətəyi niyə də öz kolleksiyasına daxil etməsin? O vaxtdan podiumlarda yeni bir tendensiya yaranıb. Qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıb.

Yenilik bazara da yeni müvəffəqiyyət gətirib. Kolleksiyanın buraxıldığı ildə "qısaldılmış modeldə" 200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: "Mən vulqarlığa pərəstiş edirəm. Ona görə də milyonlarla qadın mənim ideyamı qəbul edib. Məncə, mini ətəyin yaranması qadınlara ikiqat cazibədarlıq bəxş etdi".

1960-cı illərdə dəyişən qadın imici - mini ətək qızların bir simvolu oldu. Bu gün qısa ətək həm istirahət, həm də şam yeməkləri üçün arzuolunan geyimdir. Hər bir məşhur modelyerin kolleksiyasında qısa ətəklər özünə yer tutur.

Ümumiyyətlə, ətək qadın geyiminin ənənəvi və ayrılmaz atributudur. Ətək xanımlara zəriflik və intimuallıq verir. Elə bir xanım tapılmaz ki, onun qarderobunda mini ətək olmasın. Dünya modelyerləri bu mövsümdə ətəklərə böyük diqqət ayırıblar. Bu ilin dəbi ötən illərin material və rənglərindən çox fərqlənir. Rahatlıqa deyə bilərik ki, payız və qış mövsümündə keçən əsrin 80-ci illərinin işgüzar tərzi dəb olacaq. Əlbəttə ətəklər hər uzunluqda ola bilər. Amma bu mövsümdə dizdən 5-10 sm yuxarı uzunluqda ətəklər daha aktualdır. Bu mövsüm ətəklərdə daha çox məxmər, dəri, yun, toxunma ipək, naxışlı, parıltılı, küpür və krujeva parçalara üstünlük verilir. Hakim rəng qara olsa da boz, ağ, tünd çəhrayı, bənövşəyi, qırmızı, pastel tonlar, qəhvəyi və bej rənglərdən də istifadə olunur. Əsasən də tünd çalarlı ətəklər üstünlük təşkil edir.

Amma bu ətəkləri qışın şaxtasında geyinmək mümkün deyil. Belə ki, qısa ətək çox vaxt sərbəstlik baxımından narahatçılıq törədir, artıq çəkisi olanlar bu ətəklərdən istifadə etdikdə yaxşı görünmür. Alimlərin fikrinə görə, soyuq havada mini ətək geyinmək nəinki qadını üşüdür, hətta gözəllik üçün böyük təhlükə yaradır. Soyuq havada ayaqlar donur və orqanizm donmuş hissələrə daha çox müdafiə piyi ifraz edir ki, bu da sellülitin yaranmasına səbəb olur.

Mini ətəyin mənfi cəhəti olduğu kimi müsbət cəhətləri də var. Qısa ətək geyinən xanım gözəl və cazibədar görünür, qısa ətək qadınlarda xanımlığı daha yaxşı biruzə verir, qısa ətəklərdə xanımlar yaşından cavan görünür, qısa ətək geyinmək arzusu xanımı həmişə formada qalmağa məcbur edir, kişilərin diqqətində olmaq istəyənlər üçün qısa ətək ən yaxşı seçimdir.

 



Şərhlər:
Baxılıb: 3268
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz