Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Letifeler
Letifeler
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 77739
Səs ver:
Letifeler
Milçəklə söhbət

Birinin toyu olur, atası zorla evləndirir. Oğlan qaş-qabaqla oturduğu zaman birdən bir milçək
vız-vız edərək gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir:
- Aralan, mazgimi çürütmə, yoxsa papaya deyərəm, səni də evləndirər.

Nənənin harayı

Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid, məscidin yanında da bir nəzir qutusu görür.
Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir:
- Ay Allah, sən özün ömrümü uzat!
Arvad yolun o tərəfinə keçəndə bir maşın arvadı vurub sərir yerə.
Elə bu vaxt bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir:
- A bala, ora pul atma, ora işləmir.

Səhrada su

Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan CİP keçir.
Adamlar onu görüb köməyə çağırırlar:
- Su, tez olun.
Ona fincanda su gətirirlər.
Can verən kişi gözlərini açıb güclə soruşur:
- Qaynanmış sudu?

Ağıllı dəlilər

İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
Biri o birindən soruşur:
- Necə yazdın?
Cavab verir:
- Boş vərəq verdim. Bəs sən?
- Mən də heç nə yazmadım, boş vərəq verdim.
O biri deyir:
- Onda elə biləcəklər köçürmüşük.

İt

Kişinin iti ölür, dostları ələ salmaq üçün onun yanına gəlir və başlayırlar:
- Axır qəmin olsun! Yaddan çıxar, təzə it alarsan, fikir eləmə.
Kişi qayıdıb deyir:
- Heç bilmirdim itimin bu qədər tanışı var.

Uşaq və sürücü

Bir gün bir sinfin uşaqları avtobusa minir. Bir az gedəndən sonra avtobus xarab olur.
Sürücü düşüb avtobusu düzəldəndə bir oğlan gəlib deyir:
- Dayı, mən billrəm avtobusa nə olub.
Sürücü deyir:
- Get başımdan.
Sonra uşaq yenə gəlir deyir:
- Mən billirəm axı.
Sürücü deyir:
- Ay bala, sənə deyirəm get başımdan.
Uşaq yenə gələndə deyir:
- Mən bilirəm nə olub avtobusa.
Sürücü deyir:
- Hə, nə olub?
- Avtobus xarab olub.

Biabırçılıq

Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir:
- Özümüzü elə göstərək ki, guya varlıyıq. Mən səndən nə istəsəm de ki, hansını gətirim.
Elçilər gəlir. Anası deyir:
- Qab gətir.
Qız da: "Hansını gətirim" - deyir. Nəhayət, elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir:
- Hansını?

Çayda çimmək

Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə sərxoş biri oturubmuş.
Bu da soruşur:
- Ay qardaş, suda batmaram ki?
Sərxoş deyir:
- Yox.
Bu suya girir, batır, boğula-boğula deyir:
- Bəs deyirdin su dərin deyil?
- Eh nə bilim, bayaq 3 ördək üzürdü, su sinələrindən idi.

Dovşan

Dovşan avtobusa minir, görür yer yoxdu. Deyir:
- Kim mənə yer verməsə, dünənkini edəcəm.
Ayı qorxur durur yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur:
- Dovşan qardaş, dünən neynəmişdiz ki?
- Heç nə ayaq üstə getmişdim.

Qarson və müştəri

Bir gün bir restorana kişi gəlir. Qarsona deyir:
- Sizin soyuq çayınız var?
Qarson deyir:
-Yox.
Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırda qarson bezib restoran sahibinə
məsələni danışır. O da deyir:
- Çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o
kişiyə ver içsin.
Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir:
- Bala, soyuq çayın var?
Qarson yekə-yekə deyir:
- Hə.
Kişi deyir:
- Onda qoy isinsin, gətir içək.

Ağıllı söz

Uşaqdan soruşurlar:
- Atan harda işləyir?
Deyir:
- Güldan düzəldir.
Deyirlər:
- Bəs anan.
Deyir:
- Anam da atamın düzəltdiyi güldanları atamın başında sındırır.

Ata və 3 oğul

Bir atanın 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyəndə böyük oğul deyir:
- Atamıza bax, donuz kimi yeyir.
Ortancıl oğul deyir:
- Ay eşşək, atamıza donuz niyə deyirsən?
Kiçik oğul hirslənir və deyir:
- Atacan, sən bunlara fikir vermə, qabağındakı zəhərivi ye.

Coxbilmiş kişi

Bir gun bir kişi Bakida bir restorana girir. Restoranda elə yeyir, içir, ancaq cibində bir qara qəpiyi də olmur. Bilmir neyləsin, yeməyin içinə qarışqa qoyur, ofisiantı çağırıb deyir:
- Bu nədi? Yeməyin içində qarişqa var, bu nə deməkdi?
Ofisiant bilmir nə etsin, kişiyə deyir:
- Can dayı, pulu verm, çıx get. Bircə eşidən olmasın.
Kişi pul verməyib gedir...
O biri gün yenə gəlir, yenə yeyir, içir, ancaq yenə pulu olmur. Cibindən bir qarışqa çıxarıb yeməyin içinə atır. Ofisiantı çağırıb danlıyır.... Sən demə, dünənki gün də, bu gündə bunu bir müştəri görür. Yaxınlaşır kişiyə deyir:
- Bağışlayın, bir qarışqanız olar?
Kişi deyir:
- Vallah, biri qalıb,onunla da çay içəcəm...

Timsah

Bir gun qarışqa meşədə qışqıra-qışqıra qacır. Birdən qabağına timsah çıxır. Ağzını yekə açıb soruşur:
- Noolub eee, səsin-küyün bürüyüb meşəni?
Qarışqa cavab verir:
- Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə, onu öldürürlər.
Timsah o dəqiqə ağzını balacalaşdırıb deyir:
- Di sən öl. 

SIZIN GULUSUNUZ BIZIM MEQSEDIMIZDIR. : 3W.QADINLAR.BIZ USERLERI GELIN BIRLIKDE GULEK 


Şərhlər:
Baxılıb: 77739
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz