Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)
Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2649
Səs ver:
Salam dəyərli saytımızın dəyərli xanımları. Bu dəfə də marağınıza səbəb olacaq bir fikir ağlıma gəldi də. Beləki bir neçə xanımımızla söhbət apardıq. Onların moda, gözəllik, geyim, aksesuar, makiyaj, saç-dəri baxımı və.s bir sözlə bir xanımı baxımlı və gözəl edən nə varsa hətta daha artığı olan məsəsəl haqqında onların fikirlərini aldım. Bu fikirlər ümumi deyildə özləri haqqında fikirlərdir. Ortaya çox maraqli, bir az gülməli, bir az da iddialı fikirlər  çıxdı. Hətda onlar komplekslərini, özlərində bəyənmədiklərini belə etiraf etdilər. Zamanla xanımlarımızın hər birinin fikirlərini öyrənəcəm bu məsələlər ətrafında. Hətta ilk dəfə olaraq bu yazımızda özünüzü istədiyiz qədər tərifləyə bilərsiniz, necə ki bunu fikirlərini aldığım xanımlarınız etdi:)))
Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)
GARDA
Belə bir deyim var” Gözəllik ondur? doqquz dondur. ”Çirkin qadın yoxdur, sadəcə olaraq baxımsız qadın var. Hər bir qadın öz geyiminə, səliqəsinə təmizliyinə fikir verməlidir. Mənim fikrimcə mən də baxımlı? səliqəli xanımlar sırasına daxiləm)))). İndi isə gələk özüm haqqımda səmimi açıqlamalara.)))) Xəbərimizə uşaqlığımdan başlamaq istərdim)). Mən 4cü sinifə qədər cooooooooooooox gözəl, yalnız trend mallar geyinmişəm, nə rəng paltar geyinirdimsə həmin rəngə uyğun saç, aksesuarlarım, qəşəng üzüklərim, seplərim, qolbaqlarım varıydı. Bir növ aksesuar xestesi olmuşam uşaqlıqda... Harda qeyri-adi nə varıydısa mamam mənə alırdı. saçım 2-ci sinifə qədər yalnız kare olub.. Amma mən başqa qızlar kimi heç vaxt mamamın kosmetikalarından, hündür daban ayaqqablarından istifadə etməmişəm.(Uşaqlıqdan ağıllı olmuşam ). Nə oldusa 4cü sinifdən sonra oldu))). Yuxarı siniflərə keçdikcə artıq başım ancaq dərsə qarışdı, düzünü desəm çoxda artıq elə də trend mal filan almırdım))). Dərs oxuyurdum. Qızlar, mənim cox gözəl saçlarım var. İnanırsız nə yeyirdimsə saçıma gedirdi, ancaq saçım uzanırdı. Saçımda hələ də hər gün uklatqa olunmasına baxmayaraq heç saç qıran yoxdu, sağlam saçlarım var)))). Deməli 2-ci sinifdən 11-ci sinifə qədər saçıma qayçı dəymədi saçım çox uzun qalın idi))). Hamı elə bilirdi ki, saçımı uklatqa eliyirəm))). Mamam saçımı qəşəng formalarda hörürdü). 11-ci sinifi qurtarana qədər kosmetikadan heç istifade etmədim. Məktəbimizdə də yalnız forma geyinilirdi.. Ancaq harasa gedəndə yaşıma uyğun geyinirdim. Yəniki hündür ayaqqabılardan istifadə etməmişəm...Nə oldusa bu məktəbi qurtarandan, inistituta qəbul olandan sonra oldu))))). Artiq məktəbli deyildim)). İmtahanları qurtarandan sonra ilk işim saçımı kəsdirmək oldu))). Geyimimə ciddi dəyişiklik etdim).

Gələk indiki görünüşümə və baxımlılığıma qeyd etdiyim kimi. Saçlarım cox sağlamdı, tez-tez yağlanan da deyil. Ona görədə yayda həftədə 3 dəfə qışda 2 dəfə saçlarımı yuyuram..Saç üçün masqa heç istifadə etmirəm. Balzam vururam ancaq)). Əsasən özün uklatqa eliyirəm saçımı, ancaq həftədə bir dəfə salona gedib dırnaqımı, saçımı, üzümü səliqəyə saldırıram.. Özüm ağbəniz qızam, üz dərim də yağlıdı. Tez-tez üzümə qəşəng maskalar edirəm. Təbii ki, hər fəsilə uyğun). Kosmetikadan çox da istifadə edən deyiləm. Əsasən dodaq boyası xəstəsiyəm. Tendən qətiyyən istifadə etmirəm, mənə yaraşmır. Kosmetikalarımı çalışıram ki, ən gözəl məhsulları alım. İnanırsız qızlar, əlimə krem vurmuram ancaq əllərim cox yumuşaqdır. Ancaq qışda bəzən krem vururam. Üzümdə ən xoşum gələn yer dodağım və gözüm, qaşımdır. Bilmirəm niyəsə burnumdan heeeç xoşum gəlmir(((. Nəmləndirici kremdən, kirşandan istifadə edirəm. Yayda da gün ləkələrinə qarşı kremlərdən istifadə edirəm. Tonal kremdən istifədə etmirəm.  Bilmirəm niyəsə mənim üzümü səpdirir(((((.
Geyim tərzim isə: Hər cür geyinə bilərəm, ancaq açıq-saçıq olmamaq şərti ilə çox qısa geyinən deyiləm. Qardirobumda üstünlüyü ayaqqabılar təşkil edir. Ayaqqabıları cox sevirəm, gündəlik yola çalışıram alçaq daban ayaqqabı geyinim. Ancaq dərsə daha çox hündür daban geyinirəm. İdman stili geyinən biri deyiləm. Mənə yaraşanı geyinirəm, yəniki mən modanı yox moda məni izləyir)). Son model trend malları alanda sevinirəm)))). Daha çox qışda şalvardan istifadə edirəm, ancaq qısa köynək geyinmirəm. Məncə dar şalvarla biraz uzun və boş göynək daha şarmlı görsənir))). Yayda isə uzun donlara, ətəklərə üstünlük verirəm). Mənə görə uzun geyim qızı xanım-xatın göstərir). Məndən bu qədər.

 Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)

 GuNaY ALiYeVa

Əvvəla salam. Deməli belə Nigar bacı, sənə təşəkkür edirəm məqalədə mənədə yer verdiyin üçün və çox bəyəndim moda ilə bağlı olduğuna görə.
Mən uşaqlıqdan moda ilə çox maraqlanmışam həmişə deyirdim ki kaş məndə tez böyüyərdim və böyük qızlar kimi geyinərdim)). Böyüdükdən sonrada istəyimə nail oldum)). Mən həmişə görünüşdə əsas saça önəm vermişəm saç və saç baxımı mənim üçün çox önəmli olub. Məncə qızlarda əsas saçdır onu yaxşı göstərən. Ona görədə uşaqlıqdan mənim saç stilim hər zaman uzun olub. Geyim tərzimdəki geyimdə uşaqlıqda aldığım bir paltarın əsas məbləğinə fikir verərdim. Düşünürdüm ki, bahalı geyim hər zaman yaxşı görünür, uşaqlıq ağlı olubda)). Ama indi elə deyil, heç vaxt bəyənmədiyim bir geyimi almaram, kimsə məcbur edib aldırsada heç vaxt geyinmirəm o paltarı. Məncə hər kəs özünə yaraşan bir geyim geyinməlidir. daha dəbdi deyib almamalıdır heç nə. Düzdür, dəblədə uyğunlaşmaq vacibdir, amma əsas yaraşmağıdır geyindiyin geyimin. Məncə qadın hər zaman baxımlı olmalıdır. Elə xanımlar olur ki ,bəzən evdə özlərinə fikir vermirlər. Onsuzda məni kim görür ki, deyirlər və ya elələri də olur ki deyir onsuzda məni bəyənən bəyənibdə, daha neynirəm bəzənməyi)). Amma məncə bu yanlış fikirdir. İnsan ən azından özünə görə baxımlı olmalıdır. Güzgüyə baxdıqda özünü daha yaxşı hiss etməsi və özünə güvən hissinin yüksək olması üçün. Düzdür mən bir yerə gedəndə evdə göründüyüm kimi olmuram, amma hər zaman evdədə baxımlı olmağa çalışıram. Makiyaja gəldikdə isə heçv axt çox bəzənməyi xoşlamamışam, hər zaman sadə bəzənməyi xoşlayıram. Necə deyərlər sadə və şık ən yaxşıdır.
Mən kilolu olmağı heç vaxt xoşlamamışam. çox şükür ki, heç vaxt kilo ilə bağlı bir problemim olmayıb. Düzdür əvvəllər çox arıq olmuşam, amma indi kilomdan razıyam, normaldır. Kilolu qadınlara pis baxıram, nə mənada: yəni çox qadının öz əlindədir arıqlamaq. Düzdür elə qadınlar olur ki artıq onların öz əllərində olan bir şey olmur, yəni xəstəlik olur onlarda, amma çox qadınında öz əlindədir. Nə isə, aksesuara gəldikdə isə yenə aksesuarda çox gözə çarpan bəyənmirəm, sadə bəyənirəm. Aksesuarda ən çox kəmər və qolbağa çox fikir verirəm. Mən inşallah gələcəkdədə özümü indiki kimi görəcəyimi düşünürəm. Çünki çox fikir verirəm hər yaşdakı qadınların özünə baxımına, stilinə nə bilim belə))). Birdə sonda bir şey demək istəyirəm bir söz var ki çirkin qadın yoxdur, sadəcə baxımsız qadın var. Mən bu sözlə çox razılaşıram. Hər şey öz əlimizdədir.

Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1) 

 BARBI

1) Canım, birinci geyim tərzimnən başlayım. Geyim tərzim dəyişkəndir. Elə xasiyyətimə uyğun olaraq, amma çox vaxt modern geyinirəm. Ən sevdiyim rəng qaradır. Qardirobumun demek olar ki, yüzdə 70-i qara rəngdir. Adətən şalvar və legginslər geyinirəm.
2) Saç baxımım: saçım qızılı rəngdir. saç baxımında adətən zeytun yağından istifadə edirəm. Saç tökülməsinə qarşı çox effekt verir. Saç rəngimi təbii yolla açmaq üçün də çobanyastığıdan istifadə edirəm. Saçı olduğundan 2 ton daha açıq edir. Əsasən yayda yaxşıdır, saçımızı yuduqdan sonra son yaxalam suyu olaraq 500 qr çoban yastığı və 4 fincan su ile yaxalayırıq, sonra saçımızı yarım saat günəşdə quruduruq.

3) Bədən və üz baxımı üçün xüsusi bir şey etmirəm. Üzümə ən çox xiyarı dilim-dilim doğrayıb qoyuram. Dərim quru olduğu üçün də ən çox bədənimin quru yerlərinə zeytun yağı sürtürəm. Bir bezlə sarıyıb 1 saat gözləyirəm.
4) Mənim balacalığımda moda indiki kimi inkişaf etməmişdi. Balaca ikən açıqcası modayla geyinmirdim. Heç modayla maraqlanmırdım.
5)Gələcəkdə özümü çox zirvələrdə görürəm. Çox güclü qadın olacağımı da bilirəm. Çünki həmişə istədiyimə nail olmuşam. Özümdə narazı olduğum tək şey boyumun qısalığıdır. Başqa hər yerimi bəyənirəm. Və özümə çox inamlıyam.

 

 Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)

 Jeyla (Ceyran) Aliyeva

Mən Ceyran Əliyeva. 19 yaşım var. Özümə baxmağı, hər zaman fərqlənməyi sevirəm. Bu artıq mənim yaşam tərzimdir..)). Amma mənimdə kompleksim var..)). Bu müsahibə tam səmimi olduğu üçün kompleksimin nə olduğunuda qeyd edəcəyəm. Deməli belə. Mənim üzümdə çox zaman səpgilər olur və bu məni yetərincə kompleksə salır. Lakin, deyim ki buna görə həyatdan sönüb eləmirəm)))).. Allaha qurban olum Rəbbim belə buyurub və belə yaradıb. Buda təbii ki, həmişə yox hərdən olur dərimdə. Hər nə isə..)). Keçim zövqümə...))). Mən həmişə fərqlənmişəm. 13-14 yaşımda emo style, 16 yaşımda raper görünüşüm var idi. Mama deyir: Hayıf deyildi o günlər. 1kapüşon 1 jeans ve 4 fesli yola verirdin)))). Amma təbii ki, Ceyran böyüdü və keçdi kabluka))). Rasxodlu günlər başladı). Mən kabluka 19 yaşım tamam olandan sonra keçdim. Çünki heç bir vaxt böyüməyə tələsməmişəm. Amma hər zaman geyim tərzim fərqli və öz kreativliyimi yaratmışam geyimlərimdə. Tanıyan qızlar və sevimli Qadınlar.biz-in dəfələrlə günün görünüşü bölümündə yer almışam. Bəyənən bacışkalarda olub. Fürsətdən istifadə edib hər birini öpürəm. Məndən bu qədər. Buda mən, sizin Jeyla (Ceyran) Aliyeva...

Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)
ŞokaLaTovA PeÇeNyA
Biri deyir ki, geyim – təkcə soyuqdan qorunmaq və ya gözəlliyini göstərmək vasitəsi deyil axı, həm də insanın estetik təfəkkürünün təzahür formasıdır. Mənim geyim tərzim klassikdir, məncə qadınları klassik daha qadınsal göstərir. Bilirəm, bəziləriniz mənimlə razılaşmıyacaqsınız, amma bu mənim fikrimdir. Mən uşaq vaxtı dərzi olmaq istəyirdim. Başqalarıdan fərqim: Özümün dərzisi olmaq istəyirdim, öz paltarlarımı özüm tikmək istəyirdim. Mən həyatım boyu uzun don və yaxud da ətək geyinməmişəm geyinmərəm də. Bəzilər deyir ki. dəbi qəbul etmirəm. Mənə nə yaraşdı onu geyinirəm. Mən bu fikirlə razılaşmıram. Ona qalsa əncir yarpağı da sizə yaraşa bilər. Bu o deməkdi ki, siz əncir yarpağı ilə şəhərə çıxacaqsınız? Hər dövrün öz tələbi, öz dəbi olmalıdır. Mən ən çox Versace, Kristian Dior, Fendidən istifadə edirəm. Uşaq vaxtı özümü qara ətəkdə ağ köynəkdə təsəvvür edirdim və işə gedirəm. Hələki bu arzuma çatmamışam. İnşallah tezliklə arzuma çataram. Qadıki bədən və üz baxımına: Mən hər gün duş qəbul edirəm. Duşdan sonra soda maskası edirəm. Sodanın içinə isti su tökürəm, vururam üzümə 5 dəqiqədən sora sabunla yuyuram. Həm ölü hüceyrələri bərpa edir həm də ki üzdəki sızanaqları götürür. Bu qədər. Başqa heç nə etmirəm. Çünki yaşım hələ azdı. Çox maska etmək istəmirəm. Nigar bacım çox sağol belə bir layihə üçün :) 

 Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)

sema 90
Mənim tərzim dedikdə: əslində zövqüm sadəlikdən yanadır.. Uşaqlıqdan bu günə kimi sadəliyi sevənəm. Yəni sadə geyim, sadə sac düzümü, sadə makiyaj. Uşaqlıqda əslində geyimimi ana seçər, saç düzümümü anam edərdi. Anam mənə bahalı, heç kəsdə ( yəni ətrafımıza görə) olmayan paltarlar almağı xoslayardı. Uşaq vaxtlarında uzun saçlarım var idi. Anam darayıb hörmə vurana kimi ağlayırdım. Saç düzümüm əsər hallarda uzun olub, çünki anam deyerdi ki" qadının yaraşığı saçlarıdır". Ona görədə mənim saçım həmişə uzun olub. Hərçənd ki anamiın özünün uzun saçı olmayıb. 0917 yaşıma qədər makiyaj çəkməmişəm. Ali məktəbdə oxumağa başlayandan sonra gözlərimə qara qələm vurmuşam, amma həmişə səliqəli olmuşam. Bilmirəm nədəndir, amma həmişə də diqqət cəlb etmişəm sadəliyimlə. Sadəliyi və təbiiliyi çox sevirəm. Dəblə ayaqlaşan deyiləm, dəbimi özüm yaradıram. Düzünü desəm indiyə kimi, yəni 23 yaşım var- bu günə kimi öz toyum da daxil olmaqla 5-6 dəfə tam makiyaj olunub, o dərəcədə makiyaj sevmirəmə. Bircə gözlərimi bəzəməyi sevirəm. Qış aylarında qara və qəhvəyi rəngli geyimlərə üstünlük verirəm, aksesuara da çox üstülük vermirəm. Don və şalvar geyinirəm, ətək geyinməyi xoşlamıram. Qısa geyinirəm, amma normasında. Yay aylarında isə açıq rəngli geyimləri sevirəm və aksesuardan da istifadeə edirəm. Deyim ki bahalı firma geyimləri geyinirəm, yox tək-tük hallarda alaram firma malları, o da ki qaynanam məcbur edəndə. Üz baxımıma gəldikdə  isə qatıqla maska edirəm. Yumurtanın ağı ilə maska edirəm. Saçlarım əvvəllər çox seyrək idi. Ona görə gənəgərçək yağından istifadə edirdim. Şükür artıq elə bir problemim də qalmayıb. Hə, bu arada artıq saçlarım uzun deyil. Ailə qurandan sonra kəsdirdim. Bəzən uzun saçlı qızlara baxanda bir az pesmançılıq çəkirəm, amma yaxşıdır, yaraşır. Saç rəngim qəhvəyi rəngdədir.. 
Allahın verdiyi gözəlliyi sevirəm, bir tək kompleksli yerim var. İnsallah gələcəkdə əməliyyat etdirəcəm. Anam deyir ki Allah insanı sonrakı eyibindən qorusun. Sən mənim gözəl qızımsan. Qardaşlarım mənə" sən dünyanın gözəl və ağıllı bacısısan "deyirlər, amma mən nəsə başıma salmışam bu işi. Artıq müasir zəmanədəyik, əməliyyatlar adiləşib, hamı elətdirir...
Ailəmdə çox müasir fikirli ailədir, hətta qayınanam məndən də müasir fikirlidir. Geyimlərimə qarışmaz. Nə yoldaşım nə də qayınanam, çünki onların fikiri mənim üçün vacibdir..
Yəqin ki, bacı bu qədər yetər. Gözəlim, yəqin ki,  fikirini düz başa düşüb yazmışam.
Birdə bacı, esas məsələ yadımdan çıxdı. Mən ayaqqabı dəlisiyəm. Sevirəm ayaqqabıları, platforumlu. İnan hər dəfə alış- veriş edəndə ayaqqabı alıram. Çox xoşum gəlir. Geyinmədiklərim var ki, iki ildi almışam, amma hələ sıra çatmayıb geyinməyə :) Gülməlidir hə baci? Ancaq nə edim, dəlisiyəm də cürbəcür ayaqqabıların.
Baxımlı saytımızın baxımlı xanımları danışır ( 1)
GÜLEYCAN
Hərdən deyirlər "Gözəllik önəmli deyil !" Əvvəllər bu sözə inanırdım? amma indi bu sözə dırnaq arası baxıram. Buna misalda gətirə bilərəm. Əvvəllər orta məktəbdə oxuyanda, toppuş qız idim, bir azda burnum böyük idi. Hamı mənə deyirdi ki arıqla-arıqla. Əlbətdəki bu bir uşaqlıq idi. Artıq mən böyüdüm, arıqladım, burnumu plastik əməlliyyat elətdirdim. Görünüşüm təmamilə dəyişdi. Demək olarki imicimidə dəyişdim. Məktəbə girdim. İşə girdim. Bundan sonra qohumlarım, tanışlarım mənimlə maraqlanır, elçilər gəlir, bir sözlə üstümdə dava gedir. Hərdən o vaxtlara qayıdanda, şəkillərimə baxanda deyirəm bu illər necədə məni dəyişdi. Bir vaxtlar bəlkə də mənim xarici görnüşümü bəyənməyənlər"kökdü " ,"burnu böyükdü" deyən insanlar indi qapımda yatırlar. İndi sizə sual verim doğurdanmı " Bu insanlar üçün gözəllik önəmli deyil...!?

Müəllif: NİGAR_CAVAD


Şərhlər:
Baxılıb: 2649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz