Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azerbaycanda her gune 1 bosanma
Azerbaycanda her gune 1 bosanma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4544
Səs ver:

http://imgs.su/tmp/1314881925-656.jpg

6 ayda 5335 nikah pozulub

"Araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi tutur". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova ölkədə son illər boşanmaların sayının artmasının səbəblərini açıqlayarkən deyib.

Rəsmi məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu ilin 6 ayında 5335 (günə təxminən bir boşan-ma), ötən ilin müvafiq dövründə isə 4276 nikahın pozulması faktı qeydə alınıb.

  G.Məmmədova hesab edir ki, ailə quranlar əsas meyarlara önəm vermirlər. "Qarşı tərəfin maddi vəziyyətinə, xarici görünüşünə önəm verir, həmçinin valideynlərin məcbur etməsi ilə nikaha girirlər. Nikaha girəndən sonra fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır", - deyə şöbə müdiri  bildirib. 

O qeyd edib ki, sonsuzluq və xəstə uşaqların doğulması ər-arvad arasında müəyyən problemlər yaradır, onların psixoloji durumlarına təsir edir və bu da sonda həmin ailənin dağılması ilə nəticələnir.

G.Məmmədova deyib ki, boşanmaların səbəblərindən biri də ərin başqa qadınla nikadan kənar yaşamasıdır. "Qadın ərinin başqa biri ilə qeyri-rəsmi yaşadığından xəbər tutduqda əksər hallarda boşanmağa qərar verir".

Məmmədova ailələrin dağılmasında məişət zorakılığının da rol oynadığını qeyd edib. Bildirib ki, ailələrdə daha çox qadınlar və uşaqlar zorakılığa məruz qalırlar. "Bu, qadınların öz hüquqlarını bilməməsi, savadsızlığı ilə əlaqədardır. Zorakılığa məruz qalan qadın çıxış yolu kimi boşanmanı görür. Ailədaxili zorakılıqdan daha çox əziyyət çəkən isə uşaqlar olur. Nikah pozularkən valideynlər mütləq uşaqların maraqlarını nəzərə almalıdırlar". 

Azerbaycanda her gune 1 bosanma 
O, çıxış yolu kimi maarifləndirmə və təbliğatın gücləndirilməsini görür. Şöbə müdiri ər-arvad arasında nikah müqaviləsinin bağlanmasının boşanmaların azalmasına təsirini də mümkün sayır. Onun fikrincə, xırda problemlər səbəbindən boşanan ailələr nikah müqaviləsi olduğu halda nəyisə itirəcəklərindən ehtiyatlanıb boşanmadan vaz keçə bilərlər.

G.Məmmədovanın sözlərinə görə, komitə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrinin qarşısında nikaha girən tərəflərə nikah müqaviləsi ilə bağlı maarifləndirmə işinin aparılması vəzifəsinin qoyulmasını təklif edib. Onun bildirdiyinə görə, komitəyə müraciət edən qadınların əksəriyyəti boşandıqdan sonra yaşamağa yerlərinin olmamasından şikayətlənirlər. "Qadınlar yaşamağa yer tapmırlar. Bəzən bu səbəbdən uşaqlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Nikah müqaviləsi boşanma zamanı yaranan problemlərin sivil qaydada həllinə imkan verir. Müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Belə düşünürlər ki, nikaha girən tərəf müqavilənin bağlanmasını tələb edirsə, bu qarşı tərəfə etibarsızlıq kimi qiymətləndirilir. Ailələrimizdə çox vaxt valideynlər nikah pozularkən uşaqlardan vasitə kimi istifadə edirlər. Bu isə uşaqların psixologiyasına ciddi zərbə vurur. Tərəflər arasında nikah müqaviləsi olarsa, boşanan zaman qadınların və uşaqların vəziyyəti də yaxşı olar".

Onun sözlərinə görə, vətəndaşlar arasında nikah müqaviləsinin bağlanmasının üstünlükləri ilə bağlı maarifləndirmə işi aparılmalı, insanlara bu müqavilənin bağlanmadığı halda yaranan fəsadlar izah olunmalıdır.

Komitə rəsmisi bu qənaətdədir ki, nikaha girən şəxslər müqavilənin üstünlüklərini dərk edəndən sonra müqavilə bağlamağa özləri maraq göstərəcəklər.

Məmmədova Azərbaycan vətəndaşı olan qadınların xarici vətəndaşlarla nikahlarının sayının artması məsələsinə də münasibət bildirib. Şöbə müdiri bunun ciddi problem olduğunu qeyd edərək deyib ki, bu problemin səbəblərinin araşdırılmasına ehtiyac var. Komitə bu istiqamətdə araşdırma aparmalıdır. 
Rəsmi məlumata görə, bu il Azərbaycan vətəndaşı olan qadınların əcnəbilərlə nikahlarının sayı 36 fakt artıb. 
  Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin məlumatına görə, bu ilin 6 ayında Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında 640 nikah qeydə alınıb. Bu göstərici ötən il 604 olub. 


Şərhlər:
Baxılıb: 4544
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz