Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
PRETTY_GIRL İlə Müsahibəm
PRETTY_GIRL İlə Müsahibəm
Göndərən: VALIYEVA_LENA
Şərhlər:
Baxılıb: 1571
Səs ver:


1.Ay salamun aleykum mənim gözəl bacım.Necəsən?

Salam bacı. Şükür Allaha sən necəsən?
2.Önc
ədən təklifimi qəbul edib mənə müsahibə vermək üçün sənə minnətdaram canım

Məndə minnətdaram məndən musahibə götürdüyün üçün
3.Canım özün haqqında qısaca m
əlumat ver bizə.Adın nədir?

Özüm haqda  deyə bilərəmki səmimi, dürüst bir insanam.Mehribanam.Amma hörmət hörmətə bağlıdır. Mənə hörmət edənə məndə hörmət edirəm. Və hər kəsin bir dili var. Çalışıramki hamının öz dilində danışım. Heyvanla heyvan kimi danışıram,adamla adam kimi. Hər şeyin yerini bilən ciddi bir qızam. İnciməyin amma adımı saytda yaza bilmərəm. Özümə qarşı qısqancam.İstəmirəm adımı saytda hamı bilsin.
4.Doğum tarixin?

16 noyabr, 1991-ci il
5.Necə birisisən?Ətraflı yaz.Xarici görünüşün,xasiyyətin barədə

Xarici görünüşümü reklam etməyi xoşlamıram bəziləri kimi, çünki sirrli insanam. Siz elə məni təsəvvürünüzdə PRETTY_GİRL kimi canlandırın. Qısa ip ucu verə bilərəm. Avatarimdakı qıza bənzəyirəm. Xasiyyətim isə duzgün, dürüst, mərd insanam.
6.Bakının harasında yaşayırsan canım?

Baki şəhərində yaşayıram. Harasında yaşamağım elə sirr qalsın
7.S
ən bu sayti ilk dəfə hardan bilmisən?Bu saytda Baş redaktor olmağın tanışliqnan olub ya əməyinlə?Ümumiyyətlə sayt əhvalatına bizi tanış edə bilərsənmi?

Çox maraqlı sualdır. Ətraflı yazacağam. İlk dəfə bu saytı təsadüf nəticəsində tapdım. Və çox cəlb etdi məni. Və açığını deyim ağlıma belə gəlməzdiki mən bu sayta çox baglanaram. Şərhlərimdə rekord vuraram. Mövzular göndərərəm. Heç belə bir fikrim olmayıb. Əvvəllər qətiyyən hec bir sayta girməmişəm heç bir saytda qeydiyyatım olmayıb. Bu sayt ilk virtual aləmim olub. Və həmişədə elə bura olacaq. İndinin özündə də yalnız bu saytda qeydiyyatım var. Başqa hec yerə girmirəm heç girməkdə istəmirəm. Çünki burda aylarımı, illərimi keçirtdim və azdan-çoxdan əziyyətim var. O ki qaldı Baş Redaktor olmağa, qətiyyən mənim redaktor olmaq istəyim olmayıb. Heç ağlıma belə gəlməzdiki mən Redaktor olaram. Heç bizim vaxtımızda userlər statusa görə özlərini lezvalamırdılar. Gözümüz tox olub.Eləcə də mənim. Bir Allah şahiddir ki mənim qətiyyən hec bir statusda gözüm olmayıb. Təsadufən günlərin birində bizim saytın keçmiş Baş Redaktoru Latipak nikli user mənə Redaktorluğu təklif etdi. Öncə düşündüm. Sonra gördüm ki saytda Redaktor və Admin seçimi gedir. Mən də yazdımki mən bacararam. Bunu elə-belə yazmışdım. Amma Redaktor olmagimda Saytın Sevimli useri mənim ilk rəfiqəm NUGYA-nın da rolu böyük olub.Mənə dəstək oldu. Mənə dediki sən də alınacaq. Sinadım. Sonra qərar verdim.Sən demə mənim redaktor olmağımı MR.OFFİCER istəyib. Məni sonra başa saldı sağ olsun əziyyətlə öyrətdi məni. Və mən Redaktor oldum. Qətiyyən tanışlıqla olmayıb. Mr.Officer saytda fəalliğımı görub seçib. Təsadüfən olub bu. Sonra hətta mən işimə görə sayta bir müddət az-az girirdim. Birdə girəndə gördümki məni Baş Redaktor edib. Yəni mən qətiiyən status istəməmişəm. Sadəcə olaraq özü işimə dəyər verib və seçib. Məndə çalışıramki işimə sadiq olum.
8.Saytdan istifad
əçilərin əlindən bezdiyin anlar çox olub?

Düzünü desəm mız-mız istifadəçilərimiz olub. Amma bezməmişəm. Həvəslə hər bir problemlərini həll etməyə çalışmışam. İndi də belədir. PURE LOVE saytda olmayanda istifadəçilər hər bir problelərini mənə yazırlar şəxsi ismarıcla və məndə həvəslə kömək edirəm. Bu mənim işimdir
9.Bilir
əm işin asand deyil.Heç istəmisən redaktorluqdan imtina edəsən?

Mən işimi sevirəm. Məni bu işə saytın rəhbəri layiq görübsə ona və sayta hörmətsizlik etmək yaraşmaz. Əksinə mən istəyirəmki sayta dəstək olum, kömək edim.
10.
Ən çox saytda nəyi başa salmaq çətindir?Ən çox verilən suallar?

Saytda mənim xoşuma gəlir insanlar problemini mənə yazanda. Səbrlə, mehribançılıqla basa salıram. Ən çox mənə verilən sual budur: "Mənim statusum nə vaxt qalxacaq?” "Mənim xəbərim nə vaxt aktiv ediləcək?” "Xəbərimi redakte etmisiz?”
11.Sevgiy
ə necə inamın var?

Mənim bu dunyada heç nəyə inamım qalmayıb bacı. İndiki zamanədə insanlar hər seyi adiləşdiriblər. Mən insanlardan qaçıram. Sevgiyə inanmıram. Sevgi deyilən bir şey yoxdur. Mənim sevgim yalnız və yalnız Allahadır. Çünki bircə məni dinləyən mənə kömək olan Allahdır.
12.Sevirs
ən?

Yox
13.B
əs kimisə sevmək istərdinmi?Ya sənə belə həyat xoşdur?

Bacım hami istəyərki xoşbəxt olsun. Məndə istəyirəm xoşbəxt olum. Amma indiki zamanda sevgi yoxdur. Mən sevməyəndə daha çox xoşbəxt oluram. Belə daha rahatdır. Sevib bədbəxt olmaqdansa elə sevməmək yaxşıdır.
14.Sevdiyin ş
əxsin necə birisi olmasını istərdin?Xeyalındakı Prensi canlandır bizə)))

Ürəyim doluduye))))Deməli belə: İstərdimki sevgilim ilk növbədə ağıllı mədəni biri olsun. Dəhşətli dərəcədə yəni mənim kimi romantik olsun. Hissiyatlı olsun məni hiss etməyi bacarsın. Bürcü ya Xərçəng olsun ya da Balıqlar bürcü. Qan qrupu +1 olsun. Məni hər an başa düşşün hörmət etsin, qayğıkeş olsun. Güçlu olsun məni qorusun dəlicəsinə sevsin məni.
15.Ağlamaq dey
əndə nə anlayırsan?Qısaca olaraq belə deyim.İnsan nəyə görə ağlaya bilər.Anlada bilsən anlat

Ağlamaq deyəndə çox şeyi başa düşürəm... Ağlamaq qəlbin həyata uyğunlaşa bilməməsidir mənim dünyamda.(( Ağlamaq duygu yarpaqlarnın bir-bir ağacdan saralıb düşməsidir. Həyatda bəlkə də məim qədər ağlayann yoxdur. Dəhşətli dərəcədə həssas və kövrəyəm. Tez-tez aglayıram. Amma ümumi götürdükdə insan çox şeyə görə aglaya bilər. Hər göz yaşının bir səbəbi vardır əlbət. Eynən mənim kimi...
16.R
əfiqən varmı?Varsa sənə xəyanət edib?Edibsədə nə ilə?

Rəfiqəm yoxdur. Əsl rəfiqəmdə olmayıb heç vaxt. Rəfiqə yıxan evi heç nə yıxmır. Amma dosta yaxın adam var saytda. Xeyr belə şey olmayıb.
17.Niy
ə məhz insanların əksəriyyəti demək olar ki 90%i sevgi deyərkən yalniz oğlanla olan sevgini düşünür?O oğlandan daha vacib Allah sevgisi durarkən,valideyn sevgisi durarkın niyə məhz oğlan?Səndə belədüşünürsən ilk öncə?Amma səmimi cavab istərəm

Çox gözəl sualdır bacım.ehh insanların dayazlığıdır bu. Onu yaradan Allahı, onu dunyaya gətirən valideyn sevgisini qatlayıb qoyur kənara baslayır oğlan sevgisi düşünməyə. Hələ cavandılar bacı yaşa dolduqca anlayacaqlar həyatı. Hələ qanları qaynayır gəncdilər. Amma mən sevgi deyəndə ilk öncə ALLAH  Sevgisini düşünürəm. Ən gözəl sevgi Allahın sevgisidir. Çünki ALLAH hec vaxt tərk etməyəcək ,heç vaxt xəyanət etməyəcək. Qurban olum ALLAHa
18.Nikini n
ə səbəb görə Pretty Girl seçmisən?

Mən bir az kaprizni qızam.Ağlıma nə qədər nik gəldi amma istədimki mənim nikim fərqli olsun seçilsin. Ona görə PRETTY_GİRL nikini seçdim Çünki PRETTY sözü hər adamın ağlına gəlmir.
19. H
ər gününə şükür edirsənmi?

Əlbəttə hər günümə şükr edirəm.
20.Səni nə həyata küsdürər heç bu haqda düşünmüsənmi?

Kim deyirki mən həyata küsməmişəm?))

21.Hansı günün olmasını heç istəməzdin?Hansı gün ən qorxduğun gün olar?

Nənəmi itirmək istəməzdim. Onu itirmək mənim həyatımın sonudur. Allah o günü mənə göstərməsin. Əyər Onu itirəcəmsə Bir gün qabaq Allah mənim canımı alsın mən o günü görməyim
22.Lirik mahnıda dem
ək olar ki,99%insan ağlayır.Bəs elə olubmiki şən mahnıda belə sən ağlamısan?

Aha lirik mahnılarda məndə ağlamışam.))Yox şən mahnıda ağlamağım yadıma gəlmir.
23.Canım suallar çox fikirləşib verə bilərəm amma ki userləri bezdirməyim)Nədə səni yormayım mən.Suallarım xoşuna gəldi?

Xoşdur bacım əlbəttəki çox super mənim tərzimə uyğun mənalı suallar vermisən. Sualları çox bəyəndim
24.Bezdirici Suallar deyildiki?

Yox əksinə belə gözəl suallara görə sənə minnətdaram
25.
Ən çox səni düşündürən hansı sualım oldu?

Suallarin super idi. Düşünmədim Vallah sadəcə olaraq səmimi cavablar verdim və ətraflı cavablar verdim
26.B
əs ən xoşuna gələn hansı sual oldu ?Güman edirəm belə bir sual var idi)))))

Əlbəttə bacı. Suallarının hamısı xoşuma gəldi. Ən çox bəyəndiyim sual isə 7,8,9,10,14,15,17,18,20,21,22-ci suallar idi. Tam mənim zövqümə uyğun həyat tərzimə uygun suallar idi
27.T
əkrar sual olsada bu sualım amma mənə maraqlıdır.Hansı sualı cavabllamaq istııdin amma mən verməmişəm o suali?Varsa yaz və cavabla zəhmət olmasa.

Yox bacı əziyyətinə görə çox sagol. O qədər gözəl ürəyimcə olan suallar verdinki çox məmnun oldum
28.
Suallarımın içindən bəs sən mənə hansı sualı vermək istərdin?

Hansı günün olmasını heç istəməzdin?Hansı gün ən qorxduğun gün olar?- bax bu sualı vermək istərdim sənə) 

29.Canım bacım sonda ürək sözlərin 

İlk növbədə məndən müsahibə aldığına görə sənə təşəkkür edirəm. Allah səni xoşbəxt eləsin bacım. Hər şey ürəyincə olsun həyatda. Saytın bütün userlərinə verdiyim müsahibəni oxuduqlarina görə təşəkkür edirəm. Allah hamınızı xoşbəxt eləsin. Və sonda sayta uğurlar, bol nəaliyyətlər arzulayıram. 

30.Canım sənə ilk növbədə həyatda  Allah sevgisi varındı,valideyn sevgisi varindı qalıb sənin gələcək sevgin.Sənə o saf sevgini arzu edirəm canım bacım.Allah teala nəyisə gec edirs' xeyirliyə edir.inşAllah  xoşbəxt olasan canım.Saytda sənə səbr,boyük ugurlar arzulayıram.Hər zaman belə uca zirvədə qalasan.Bir gün inşAllah gözəl Ailənin xanımı olacaqsan.O zaman bizləri belə unutma!!!

31. Çox sağ ol gözəl bacım. Allah sənin ürəyinə görə versin. Belə gözəl sözlərə görə, hörmətinə görə çox sag ol. Allah razı olsun. Sizləri heç vaxt unutmayacağam.



Şərhlər:
Baxılıb: 1571
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz