Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi Mübarizədir ( Mənim tanışlıq hekayəm)
Sevgi Mübarizədir ( Mənim tanışlıq hekayəm)
Göndərən: MEHEBBET ADASI
Şərhlər:
Baxılıb: 5439
Səs ver:
 
Salam əziz Qadınlar.Biz xanımları.Hər kəs bu saytda öz xəbərlərini yerləşdirir və ya həyat hekyəsini yazır.Düşündüm ki, məndə öz sevgi hekayəmi sizlərlə paylaşım.
Mən Bakı şəhərində orta məktəbi bitirmişəm.Ali məktəbə isə Moskva şəhərində daxil olmuşam.Əvvəllər Bakı üçün daha çox darıxırdım,indi isə bir az öyrəşmişəm çünki, məcburam.
Həyatımda həmişə elmə önəm vermişəm ve birdəki özümü düşünmüşəm.Sevgi falan mənim üçün boş bir şey idi. Məni sevənlər çox idi.Nə özümü öyüm,hətda məşhur insanlar da var idi.Mənə isə hər birinin əzab çəkməsi sözün əsl mənasında sevinc bəxş edirdi.Oğlanlar mənim üçün adi milçək qədər adi idilər.Həmişə deyirdim ki,onların ağına da lənət qarasına da.Mən seçə bilmərəm hansı daha çox əzab çəkib,hamısı ayrılıqda məni əldə etmək üçün nə mübarizələrə qatlaşmırdılar ki??  
Amma zaman keçdi gördüm ki,hər bir oğlanın ürəyini fəth edən kimi qızın da ürəyini kimsə fəth edirmiş.Məktəb vaxtlarında hazırlıq dövrlərində həmişə marşurutda rastlaşdığım bir oğlan var idi.Görürdümki arxamca gəlir,mənə nəsə demək istəyir.Demek olarki hər gün gəlirdi.Mənim isə sevənim o qədər çooox idi ki,düşünürdümki universitetə qəbul olaram ən çox sevənini seçərəm,amma heç vaxt mən qarşılıqlı sevmərəm,qoy həyat yoldaşım məni sevsin  
və mən universitetə qəbul oldum ve Moskvaya gəldim.Bir gün mənə zəng gəldi.Açdım və gələn zəngin məni sevənlərdən biri olduğunu düşündüm. Oğlan səsi gəlincə,elə istəyirdimki, həmişəki kimi acılayım amma imkan vermıdi.Çünki sevən insanlar müxtəlif yolla nömrəmi tapmağa çalışırdılar.Həmişədə məətəl qalırdım.Bu isə tam fərqli başladı söhbətə,çox mədəni idi,acılaya bilmədim.Sən demə bu həmişə arxamca düşən o oğlan imiş,özu məndə yaxınlaşıb nömrəmi istəməyib,müəlliməmlə mən barədə söhbət edib,fikrinin çox ciddi olduğunu deyib və nömrəmi alıb,üstünden uzun müddət keçəndən sonra cəhd edib mənə zəng etməyə.Beləcə zaman keçirdi,ona qarşı simpatiyam yaranmışdı.Buna görədə sosial şəbəkədə onunla zaman keçiridik,ancaq onunla danışırdım,hətta o mənə sevdiyinidə tez demədi.Biz 2 bir-birini başa düşən insan kimi danışırdıq.Dünya görüşlərimiz o qədər uyğun idi ki,mən sanki nağıllar aləmində idim.Yayın gəlməsinə az qalırdı,mən Bakıya gələcəkdim.O mənə dediki məni itirmək istəmir və görüşməyimizi istədi.Mən isə onun qəlbini qırmaq istəmədim yalandan dedim ki, yaxşı.Amma mənim onunla görüşmək niyyətim yox idi.Çünki bir oğlanla görüşmək mənim üçün o qədər uzaq idiki....
Vaxt gəldi və mən bilet aldım.doğma Bakıma qovuşdum,qohumlar,rəfiqələr,gözəl gəzintilər,hər gün gecələr isə dayımın qızı ilə söhbət edirdik və bir axşam bizi sevən insanlar haqqında danışırdıq.Növbə çatdı mənim danışdığım oğlana.Dayımın qızı dedi ki, nahaq belə etmisən və mənə çox israr etdiki gizli nömrə ilə maraq üçün ona zəng edim.Mən zəng etdim .Onun səsini eşidəndə ürəyim döyünürdü,çünki biz yaxın idik,eyni şəhərdə idik.O isə şoka düşmüşdü sanki,mənim zəngimi çox gözləyib və ümidi kəsib,beləcə biz yenə danışmağa başladıq,artıq bu dəfə o məni buraxmayacağını nə yolla olursa olsun məni əldə edəcəyini dedi.Doğurdanda insan ayrı qalanda daha çox sevirmiş....
Beləcə biz danışırdıq.O məndən görüş istəyirdi mən isə razı olmurdum heç cür,uzun söhbətlərdən sonra o məndən razılıq aldı,mən isə görüşə getmədim,maşınla görüşəcəyimiz yerdən keçdim.Təsəvvür edin günün istisində neçə saat gözləmişdi.O şikayət belə etmədi,ikinci dəfə yenə bəhanə etdim və o çoxlu gözlədi 3 dəfə  belə oldu.Artıq 4 cü dəfə səbrli insanın səbr kəsası doldu ve mənə zəng etdiki mənimlə niyə belə edirsen??Sanki qəhər boğmuşdu onu.Mən yaxınlıqda idim,həyəcandan getdim yanına. İlk görüşüm idi,heç üzünə belə baxmadım,demək olarki 10 dəqiqə çəkdi o görüş . Mən evə tez qayıtdım.O gündən sonra o məhləmizə gəldi,və hər dəfə birazda olsa nəise irəlilədi .Qısası onun məni özünə sevdirməsi bu qədər uzun oldu.Hal hazırda 4 ildir ki, sevgiliyik.Mən onun valideynlərini də tanıyıram.Bu sevgini mən heç cür izah ede bilmirəm.Onunla ürəyim çox rahatdır onunla zaman keçırmək heyatımın ən şirin xatirələrimdir,indi hər yay onunla bütün gün bir yerdə oluruq.Hətta keçən yay o əsgər getdi 1 il yolunu da gözlədim,istediyim kimi keçmiş zamanlardakı kimi məktublaşırdıq .Sevgi belə şeydir heç vaxt etmədiyin şeyləri onun üçün edirsən..Və sonda qızlar mən TANRIDAN onunla qovuşmağı özümə,sizlərə isə həyatınızın əsl sevgisi ilə bir ömür sürməsini diləyirəm..
 




Şərhlər:
Baxılıb: 5439
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz