Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"PURE LOVE" İLƏ MÜSAHİBƏM...
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2146
Səs ver:

1. SALAM. ÖZÜNÜ TƏQDİM ET

Aytən 06.02.1989 tarixində dunyaya gəlmişəm

2. XOBBİN NƏDİR?
maraqlı kitablar oxumagı ,musiqi dinləmyi,internetdə məlumatlar axtarıb tapmaq ən boyük xobbimdi

3. HƏYATI NECƏ BAŞA DÜŞÜRSƏN? HƏYAT SƏNİN ÜÇÜN NƏDİR?
Həyat yaşamagı oyrənməkdi,insanları sevməkdi,nə olursa olsun aciz olmamaqdı və əlbətdəki yaxşı əməl sahibi olmagı bacamaqdır.

4. HƏYATDA NƏLƏRİ QAZANMISAN?
Çox şükür hormət,yaxsi dostlar,sevgi,geləcəyim üçün  valideynlərimin sayəsində yaxşı təhsil qazanmışam

5. BƏS NƏLƏRİ İTİRMİSƏN?
ilk sevgimi itirmişəm,saflıgımı itirmişəm

6. SƏNİN ÜÇÜN DOSTLUQ NƏDİR?
Dostluq mənim üçün sevgidən də üstündü.Hər zaman deyirəm sevdiyini itirsən də dostunu itimə.Əlbətdə sohbət əsl dostluqdan gedir.
hətta sevginin ozündə də dostluq olmalıdı. O olmasa cətinki münasibət sonadək getsinBuna gorə dostluq daha üstündü

7. İNDİ NƏ DEMƏK İSTƏYİRSƏN? KİMİSƏ SEVMƏK ÜÇÜN ƏVVƏLCƏ ONLA DOSTLUQ ETMƏLİSƏN? 
ən mohkəm sevgi cox vaxt dostluqla başlayan münasibətlərdə olurBu vacib deyil əsas odu o münasibətdə dostlugu qura bilməkdir

8. BƏS SEVGİ NƏDİR SƏNİN ÜÇÜN?
Sevgi güvən,sədaqət,nə olsa da sebr edib çətinliyə dozmək,sevdiyinin pəncərəsindən dünyaya baxa bilmək,onun tutan qolu yeriyən ayagı olmaq,nə bilim saymaqla bitməz 

9. DOSTUNA GÖRƏ SEVDİYİN ŞƏXSDƏN VAZ KEÇƏRDİN?
O şəraiti yaratmaram kimnənsə kecim.Amma başıma gelsə bilmirəm o an nə qərar verərəm.Cunki ikisinin də itkisi agirdi.

10. HƏYATIN İSTƏDİYİ OLMALIDIR, YOXSA SƏNİN?
Mənim. Çunki həyat boş bir məfhumdu.Bizlər onu doldurub istədiyimiz kimi yaşayiriq.Həyat sadəcə sinaqlarini,seçimlərini,çətinliklərini göstərir.Biz ya ona təslim olub onun istədiyi kimi yaşamalı ya da bunlardan keçib öz istədiyimiz kimi davam etməliyik.Yəni seçim bizimdi.

11. 1-2 KƏLİMƏYLƏ OZÜNÜ NECƏ XARAKTERİZE EDƏRDİN?
Çox kovrək,sevgiylə yaşayan,gulməyi sevən,dostcanlı.

12. ƏN ÇOX AĞLINDA HANSI SUAL CANLANIR?
Niyə insanlar pislik etmək üzrə yarişır?

13. CAVABİNİ NECƏ TAPMISAN?
Mənə görə bu eqoistlikdən və dünya malına olan hərislikdən irəli.Çünki çox insanlar yalniz özlərinin öndə olmağını istəyir və daha çox sərvət sahibi olmaq istəyir.Amma cox təəssüf...

14. SƏNİ ƏN ÇOX HƏYATA KİM VƏ NƏ  BAĞLAYIR?
Ilk növbədə ailəm bağlayir.Olarsız bir anımı təsəvvür edə bilmirəm.Birdə əlbətdə sevgi.

15. ƏN BOYÜK  GÜNAHIN VƏ YALANIN VARMI?
Bəli hamı kimi mənimdə  günahım var. .Ən böyük yalanım valideynimə görüşə getdiyim halda başqa adla evdən çıxmagim olub.Yəni başqa böyük yalanim ağlıma gəlmir

16 .ÖTƏN GÜNLƏRİNƏ HEYİFSLƏNİRSƏN?
Həm də çooox.Çunki o zaman bu qədər əzab cəkmirdim.

17. QURURLUSAN?
Bəli.Buna görə bəzən cox şey əlimdən uçub gedib.

18. NƏ VAXTSA QURURUNDAN KEÇMİSƏN?
Kecmişəm sevgimə görə.Sevgidə qurur olmaz məncə.Dostluga gorə də keçmişəm.Indi heç biri yanimda olmasa da buna görə peşman deyiləm.

19. KEÇMİŞ GÜNLƏRİN GƏLƏCƏK GÜNLƏRƏ TƏSİRİ OLUB?
Cox həmdə.1 il mən depresiyada olmuşam.Insanlara inamimi itirmişdim.Heç kimlə ünsiyyət qurmaq istəmirdim.Bir sozlə insanlara heyata küsmüşdüm.Amma özümə bir söz verdim aglasamda pislik gorsəmdə bəzən ruhdan duşsəmdə mubarizə aparacam.

20. SƏNƏ DESƏYDİLƏR KEÇMİŞ GÜNLƏRİNİ QAYTARIRIQ GƏLƏCƏK GÜNLƏRİNİ QURBAN EDƏRKİN?
Yox çünki yaşadigim hər bir zamanın mənə verdiyi dərsi xatirəsi var. Itirdiklərim elə keçmisdə də qalsin.Keçmiş keçmişdi onu unutmamaq şərtiylə irəliyə getmək lazimdi.

21. İNSAN ÜÇÜN ƏN BÖYUK CƏZA NƏ OLA BİLƏR?
Ailənin səndən üz çevirməsi.Ya valideynin sənə dərs olsun deyə danisdirmaması.Bundan böyük cəza daha nə olsun.Birdə sonradan nəyinsə pesmanligini çəkmək.Bu daha cox əzab verir insana.

22. ƏLİNDƏ 3 GÜL VAR. SARI, QIRMIZI, AĞ. ONLARI KİMƏ VERƏRDİN?
Qırmızını sevdiyim birinə,sarıni yalandan üzümə gülüb quyumu qazana,ag gülü isə dostuma

23. DAHA ÇOX OPTİMİSTSƏN, YOXSA PESSİMİST?
Optimist.Belə tez- tez qəmli yazmagima,kövrəlməyimə baxmayaraq daxili dünyamla mübarizə apariram.Ona təslim olsam həyatda məndən bədbəxti olmaz.

24. UNUTMAQ ASANDIR, YOXSA UNUDULMAQ?
Bu insana  baxır.Unudulmaq bəzən kimin üçünsə  cox asandi bəzən də unutmaq.Amma mənə unutmaq çətindi.Bəlkə də unutmaq istəmədiyim üçün belədi.

25. NƏYƏ GORƏ İNSANLAR AĞLARKƏN ÜZÜ GÜLƏR?
Mənim kimi. Çünki bəzi insanlar güclü olduqlarini özunə subut etmək istəyir.Gülüşümlə o kədəri bogub qalib gəlmək istiyirəm.Amma agladiqca cox guclu oluram.

26. BƏS NƏYƏ GÖRƏ GÜLƏNDƏ DƏ QƏLBİ AĞLAR?
Çünki biz gülüsümüzlə özümüzü ovudub təsəlli versəkdə urəyimizin aldığı yara sağalmır.Ətrafımız çox incidir onu

27. BUDUR HƏYAT QARŞINDA!  HƏYATA HANSI SUALINİ VERƏRDİN?
Niyə bizləri daha çox qəlbi xain insanlarla qarsilardirirsan?

28. UŞAQLIĞIN NECƏ KECİB? NECƏ BİRİ İDİN USAQLIQ İLLƏRİNDƏ?
4 divar arasında keçib uşaqliğım.Məhəllədə cox az hallarda oynamaq huququm vardı usaqlarnan.Həmçinin bacımında.Çox sakit,danışmayan,özümə qapanıq biri olmusam.

29. SUALLARDAN RAZI QALDIN?
Çox.Insanı düşündürən suallardı hər biri canim.

30. HANSI SUALI BƏYƏNDİN?
Hamısını  bəyəndim amma ən çox dost və sevgili arasında olan seçimi bəyəndim.

31. SONDA ÜRƏK SÖZLƏRİNİ DE
Bu sayta təsadüf nəticəsində gəlmisdim.Aglıma da gəlməzdi bu ailənin yaxın bir üzvi olaram.Hər birinizin bir ayri yeri var qəlbimdə.Həmişə belə mehriban olaq.Qadin xoşbəxtliyi arzu edirəm.Xaricən hami gozəldi.ALLAHın yaratdıgi heç bir qul çirkin deyil.Əsas odu qəlbimiz cirklənməsin.Bunu arzu edirəm sizə. PRETTY GİRL səndə çox sağ ol ki gecə yarisina kimi səbrlə müsahibəni apardın.Diqqətinə görə təşəkkür edirəm gözəlim.

SAĞ OL BACI.

Hazırladı Redakte etdi: PRETTY GİRL

 



Şərhlər:
Baxılıb: 2146
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz