Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt bir ailə həyatı... - Müzakirə
Xoşbəxt bir ailə həyatı... - Müzakirə
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 600
Səs ver:
Dünyada başlayan və axirətdə davam edən xoşbəxt bir ailə həyatı qurmaq yəqin ki, hər kəsin arzusudur. Bir də elə ilk gündən sağlam təməllər üzərində qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir.
Evlənmək istəyən hər bir insan təbii ki, əvvəlcə öz beynində o ailənin planlarını qurur. Ancaq bu yolda atılan hər bir addım tərəddüdsüz də keçmir. Başqa sözlə, ümidlər artdıqca beyindəki suallar da artır.

Evli xanımlarımız, xəyalını qurduğunuz ailə həyatını yaşıyırsınız?

Subay və nişanlı xanımlarımız, sizin xəyalınızdakı ailə həyatı necədir?



Şərhlər: 14
Baxılıb: 600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tenha cicek
hele evlenmemisem allah mene de qismet elesin
6 mart 2016 21:26
# 14
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
ɢüмüş
Xeyr, ne heyat yoldasimi ozum sevmisem,nede istediyim heyati yasayiram.Ailem menim evezime qerar verib evlendiribler. Istemediyim heyati ovladlarima gore yasayiram. Allah sonumu yaxsi etsin.
6 mart 2016 13:47
# 13
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 mart 2016 13:41
# 12
İnci
Cox gozel movzudu ama öen ceyalımdakı aılenı yasamıram duzdu gozel aılemvar xosbextem sorusaz bedbext deyılem ama ıstedıyım aıle deyıl tek ev ısteyırdım baldız qaynana qaynata ıstemırdım her seye qarısan er ıstemırdım ıddıalarım boyuk ıdı ama ıstedıyım olmadı ama bunada sukur allah aılemı qorusun
5 mart 2016 23:02
# 11
Her gulusun arxasında bır keder vardır
qonaqa
men nisanliyam xeyailmdaki evlilik o ve men sonra bir ovladimiz olsun 3 muz omur boyu xosbext olaq
5 mart 2016 20:12
# 10
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Fi-Ra
Xəyalımda qurduğum ailə həyatının 90%- i gerçəkləşib çox şükür. Təkcə qalıb ikinci uşaq o da inşallah olar. Sükür Allaha xoşbəxtəm min şükür. Hər nə olsa da mən xırdaçı insan deyiləm böyüdüm kiçik bir şeyi dağ boyda eləyim. Allah hamını xoşbəxt eləsin
Gözəl mövzudu təşəkkürlər
5 mart 2016 16:33
# 9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
narmiwka_15
men gozel bir evde coxlu coxlu uwaqlarla ve xowbext olmaq isteyirem
5 mart 2016 16:06
# 8
Be Happy))
Marta
Arzuladigim aile heyatina va heyat yoldasina sahibem bunun ucun Allahima sonsuzz tesekkur edirem.. Her ailede soz sohbet olur arada hormet qaysi istek varsa bu soz sohbet asanliqla sovysub gedir. Gerey bir birini yola vermeyi bacarasan.. Cox tessufki bezi aile qurmus qizlarimuz kicik bir mubahisede atasi evine qacir.. Duzgun deyil fikrimce. Senin ailen senin mehremindir, problem de senindir ozun gelmelisen ohdesinden..Allah hamimizin ailesin qorusun..
5 mart 2016 15:04
# 7
Немного терпения, и у тебя все получится..
Fialka
Maraqlı mövzudur əlbəttə hər kəsin öz fikir və düşüncələri buna uyğunda öz gözləntiləri vardır ki, ailə həyatıda bura daxildir. Təəssüfləndirici haldır ki, insanın xəyalını qurduğu ailə həyatı heçdə hər zaman o gözləntiləri doğrultmur məncə bu çox olmasada baş verən bir haldır. Lakin bu o demək deyil ki, naşükür və özünü bədbəxt hiss etməlisən əsla nə baş verirsə Allahın qismətidir və nə olursa olsun xeyirlisi deyib hər zaman şükrü dilindən əksik etməməlisən. Ən əsası isə ömürdə bircə dəfə olan evliliyi quran zaman onun məsuliyyətini dərk etməli ona uyğun şəkildə davranmaq lazımdır. Və hər bir cütlük nigaha daxil olarkən bir ailə qurmaq, bir ailə yaratmaq haqqında düşünüb nigaha girməlidir daha "Ərə getmək və ya arvad almaq " düşüncəsiylə yox. Qaldı ki, mənim öz xəyalımdakı ailə həyatına buna xəyal deməzdim bu bir istək və mənim öz prinsipimə çevrilən bir haldır hansı ki, mənim üçün olmazsa olmaz olan ən vacib hüzur dolu, sakit bir mühitdir. Söz - söhbət heç sevmədiyim bir haldır o dərəcə ki, ona səbəb yarada biləcək situasiyalardan uzağam ..Belə ən vacib gözləntim budur qalan nüanslar o qədər də önəmli sayılmır..İnşAllah hər bir xanım öz ailə həyatında gözlədiyi gözləntiləri görməsə belə həmişə xoşbəxt olmağı bacarar Amin.
5 mart 2016 12:48
# 6
Ekizlerin mamasi
Bəli xeyal etdiyim bir ailəm var.ayrı evim,meni bada düşən.həyat ortagim yoldasim və canim ekizlerim.düzdür hər işdə çətinlik elbetki var.ailə qurana dək bir çətinlik çəkmişdik se ailəli olduqdan sonra çətinliklərimiz yetəri qədər oldu.indide var amma arada sevgi hörmət qarşılıqlı anlaşma var.bir birimizi başa düşürük. Mence bu əsasdır. Bəli mən tam anlamı yla deyə bilərəm ki mən sukur Allaha xosbextem.yoldasim çalışır ki hec nədən kasad qalmasin ailəsi.bu meni cox sevindirir.
5 mart 2016 12:45
# 5
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Tomris Müslümova
Fərqli və maraqlı bir mövzudur.Hər kəsin bu barədə qurduğu xəyalları,görmək istədiyi bir yaşamı var.Hələki subayam buna görədə ilk verilən suala fikir səsləndirmiyəcəm...Mən qəbul eləmirəm ki,bir insan xəyallarla yaşasın.İnsan bəzən reallığı görüb və bunula barışmalıdır.Nə qədər çox xəyal qursan bir o qədərdə insan üçün ziyan ola bilər.Çünki həyat xəyallardan ibarət deyil.Mənim kimi hər kəsində qurduğu xəyalları olur.Bu tək ailə həyatında deyil.Quracağı işi ilə bağlı,toyunda geyinəcəyi gəlinliklə bağlı və.s.İş bəzən elə gətirir ki,qurduğun xəyalı yox,görmək istədiyin kimi yox,tamam başqa cür reallılqla qarşılaşırsan.Bu zamanda üzülən tərəf biz oluruq.Bunu deyən mən,mənim özümdə bəzən xəyal qururam.Uzun illərdir ki,bir münasibət yaşayıram və bu münasibətin gözəl sonluqda nəticələnəcəyinə ümid edirəm.Çünki əziyyət çəkmişik,bunun bir mükafatı olacağına inanıram mən.Hər çətinliyi Allahın bir imtahanı kimi qiymətləndirmişəm hər zaman.Bu imtahanlardan keçmişiksə inanıram ki,yaxşı da olacaq sonu.Nişan,toy və birlikdəlik.Və bu münasibətdən olan iki uşaq.Hətta adlarını belə qoymuşuq:)) İndi heçdə hazır deyiləm ailə həyatı qurmağa.Hə nə var ki,toy olsun bəzən-düzən evlən getsin.Əsas zıpbıltı toydan sonraki toydur.Bunlara hələ hazır deyiləm.Bir evin yükünü çiyinlərimə götürəcək qədər güclü deyiləm hələki.Ancaq xəyalıma gəldikdə isə,əgər gözəl xəyal qura bilirsənsə deməli yaxşıda insan seçmisən,xoş arzuların varsa deməli o xoşbəxtliyi yaşada biləcək xoşməramlı bir insan seçmisən.Hərbiçi ailəsi,iki uşaq,qaynana və qaynata,birdə balaca qayın-tam bir böyük ailə..Yaşıyarıq qalanlarınıda görəik inşAllah.
Təşəkkürlər mövzu üçün.
5 mart 2016 12:40
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Mira199591
Coox maraqli movzuya toxunmusunuz. Men nisanliyam. Usaqliq dovrunde her bir qizin xeyalinda qurdugu aile portreti vardir tebiiki. Menim aile portretim genis cooox gozel bir heyet evinde yoldasim men balaca korpem ve eger yaxsi olacaqdilarsa qaynanam qaynatam var idi)))) indi ise o boyuuuk xeyalini qurdugum ev yoxdu onun yerine evin ozu boyukdu amma heyeti balacadi))) heleki meni cooox seven nisanlim var ve umud ediremkii gelecekdede meni bele coox sevecek. Qaynanam qaynatama geldikde ise Allahima sukurler olsunki hetda xeyalimdakinan bele yaxsi insanlar cixdi qarsima. Bir korpe xeyalim qaldi oda inwAllah toydan sonra reallasar) bele menim xeyalimdaki aile heyatim budu. InwAllah her kes xeyalindaki heyati yawayar. Amiiin....
5 mart 2016 12:39
# 3
BARBI
Cox aktual movzuya toxunmusuz. Aile heyati qurmaga hec musbet yanasmiram. Problemler menlik deyil/. Aile heyati mesuliyetdir. Men bu mesuliyeti boynuma goture bilmerem.
5 mart 2016 12:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Xəyalını qurduğum ailəni yaşamıram. Mən rasiyada yox öz rayonumuzda həyət evinde güllü çiçəjli bağcası olan, qonaqlı qaralı bir ailə xəyal edirdim. Yasadigim həyat tam əksidi. Bina Evi, qonaqsız, maraqsiz, ye iç otur evdə. Belə həyat insanı həm yorur həmdə tez qocaldır. Şükür yoldaşım və oğluma.
5 mart 2016 12:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz