Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Etiket hazırdır: evdə qalıb!
Etiket hazırdır: evdə qalıb!
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 747
Səs ver:
Yaş 30-a çatınca  qadınların içindəki "bioloji saat" həyəcan zəngləri çalmağa  başlayır. Tay - tuşların bir-bir evlənməsi və  uşaq sahibi olmaları onla üçün   xoşbəxt olmaq və özləri üçün isə narahatlıq və təlaş dolu  bir ruh halına çevrilir. Və bir də  ailə, rəfiqə, dost- tanışın "Bəs  sən nə vaxt evlənəcəksən?", Nə vaxta qədər subay gəzəcəksən?' sualları da əlavə olununca, bir çox qadın üçün əlaqə və gələcək sorğulamaları başlayır.
Yazın isti günləri ilə birlikdə toy mövsümü də başlarkən, bu evlilik mövzusunu xırdalamaqda bir  fayda var.
Təəssüf ki, bir çox qadın evliliyi bir müvəffəqiyyət ölçüsü olaraq görür. Ərə getmək  həyatda müvəffəqiyyətli olmanın, getməmək isə müvəffəqiyyətsizliyin göstəricisidir sanki....
Bir qadın orta yaşa yaxınlaşıb da evlənmədisə etiket hazırdır:- evdə qalıb!
Nədənsə ərə getmək  bir seçim olaraq qəbul olunmur. Hələ özünə uyğun insanla qarşılaşmaması, həyatını tək keçirmək istədiyi və ya özünü evlilik üçün hazır hiss etmədiyi heç düşünülmür də...
Hökm çıxarılır:- Evdə qalıb!
Amma yaşı keçib də evlənməyən kişilərin situasiyasına fərqli yanaşılır. Məsələn, "Subaylıq sultanlıqdır" prinsipi ilə yaşayır, evlilik adamı deyil və ya axtardığı qadını tapa bilmir....
Cəmiyyətin eyni vəziyyət qarşısında kişi və qadına göstərdiyi fərqli yanaşmalar, hələ uşaqkən beyinə yeridilməyə başlayırş.
"Qız uşağı beşikdə, cehiz sandıqda" anlayışıyla, qız uşaqları  ərə verilmək və evləniləcək biri  olmaq üzrə böyüdülür. Uşaqlıqda izah edilən nağıllarda belə şahzadə sevgilisi ilə  evlənir və hekayə xoşbəxt sonla bitir.
Kimsə "əsl hekayə evləndikdən sonra başlayır" demir. Yalnız evlənildiyində, sonsuza qədər xoşbəxt yaşanacağı mesajı verilir. Sanki sevmək, sevilmək və gözəl bir əlaqə yaşamaq, xoşbəxt olmaq üçün kafi deyilmiş, xoşbəxtlik ancaq evliliyə bağlıymış...
Bu amallarla böyüyən qız uşaqlarında da ərə getmək həyatlarında əhəmiyyətli bir mərhələ hesab olunur. Ailələrinə, qohumlarına və əlbəttə özlərinə, qiymətli olduqlarını sübut etmənin bir yolu hesab olunur.
Beləliklə də çox təəssüf ki,  bir çox qadın üçün evlənmə faktı, evlənəcəyi adamın şəxsiyyətindən daha əhəmiyyətli hala gəlir.
Halbuki xoşbəxt bir evlilik üçün əvvəlcə xoşbəxt bir əlaqə lazımdır. Ətrafınıza baxdığınızda əlaqə saxlamayan çox evlilik görə bilərsiniz. Əlaqənin əskikliyi üzündən, özünü yalnız uşaqlarına həsr etmiş, ya da evli olduğu halda əlaqəni çöldə axtaran çox qadın  var. Evlilik məsuliyyətlərini yerinə yetirmiş  olsalar belə, romantik ehtiyacları qarşılanmadığı üçün özlərini əskik və bədbəxt hiss edirlər.
Beləliklə də cəmiyyətdə yalnız uşaqlar üçün və ya el-aləm nə deyər qayğısıyla saysı-hesabsız ailələr yaranır...
 Bir əlaqədən çox, boyuna qoyulan  məsuliyyətin nizamıyla gedən bu evliliklərdə, xoşbəxtlikdən bəhs etmək hər vaxt mümkün deyil!
Evlilik və müvəffəqiyyət sözlərini uyğunlaşdırıb eyni cümlədə istifadə etsək, müvəffəqiyyət,  xoşbəxt bir evliliyi davam etdirə bilmə bacarığının  olmasıdır.
Həyatın bütün çətinliklərinə qarşı əlaqəni qorumaq və inkişaf etdirə bilməkdir müvəffəqiyyət....
 Evliliyin, fərdin özündən imtina etməsi deyil, iki fərdin bir-birlərinin həyatına zənginlik qatması mənasını verməsidir.
Bir almanın iki yarısı olmaq deyil, bir səbətdə iki alma olmaqdır!
Siz necə fikirləşirsiniz?


Şərhlər: 12
Baxılıb: 747
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
men de ele bildim sagirdlerin evde qalib meselesi 122
28 iyul 2015 10:58
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Cimbom Nilay
128 05 Salamlar hamıya...
2 iyun 2015 18:26
# 11
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
tek umidim sen
Maraqli movzudu...Xebere gore tsk

Maraqli movzudu...Xebere gore tsk
2 iyun 2015 18:25
# 10
Kadın derin ama adam yüzme bilmiyor...
cinqosh
Of of bu cahil fikirler ne vaxt aradan qalxacaq goresen.oluruk de basqalarinin balalarina etiket yapisdirmaqdan otru.evde qalmiyim deye ere geden o qeder qiz var ki bedbext yasamaga mehkum olurlar.cox teessuf...
30 may 2015 22:30
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Catwoman666
burda sebebler muxtelifdi eslinde ona gore de cox uzun yazmayacam amma bildirmek isteyirem ki bu movzuda cox sey deye bilerem sadece gorurem ki burda artiq menim fikirlerimi yazan qizlarimiz oldu)
evlilik yasi kecende herrr kesin aglindan bir fikir kecir ki goresen bu qiz niye evlenmir?? sonra baslayir dedi qodular soz sohbetler falan filan... amma ele de olur ki qiz heqiqeten evlenmek istemirem belke de o beyninde 30 yasdan sonra evlenmeyi planlayib??? bilmek olmaz... yeni umumi nese demek qeyri mumkundur.... hem de fikirlerimi serhe sigisdira bilmeyecem cunki bu movzu tartilasa bilecek movzudu...ona gore de qisa kesirem)


qiz heqiqeten evlenmek istemir*
30 may 2015 21:17
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
neyinki 30 bezi yerlerde 20 25 yasda oldunsa uje bu etiket yapisdi senin alnina ki fsyo evde qaldi,esasi evlenmek deyil duzgun insanla evlenmekdir ozunun hazir olduqu vaxtda ozunu tanidiqin vaxtda evlenmekdir

neyinki 30 bezi yerlerde 20 25 yasda oldunsa uje bu etiket yapisdi senin alnina ki fsyo evde qaldi,esasi evlenmek deyil duzgun insanla evlenmekdir ozunun hazir olduqu vaxtda ozunu tanidiqin vaxtda evlenmekdir
30 may 2015 16:59
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melek5
Sitat: _Mira_Yaman_
Kimin qisməti neçə yaşındadısa oda olacaqda antik demişkən tez gedende deyirler tez getdi gec gedendədə deyirlə alan yoxdu. Hər şey ALLAhın əlindədidə..İnşəALLAH subay qızlarımız hamısı vaxtında öz qismətlərinə qovuşarlar.Amin

Qatiliram
30 may 2015 15:06
# 6
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Fialka
Bu dəfə mövzu cəmiyyətin uzun burunluğundan gedir))) yəni bir çox mövzularda insanlara şəxsi suallar yağdırıb bir qulp qoşan sonda da öz ağızlarına yaraşan şəkildə danışıb görmək istədiklərini görənlərdən ))) ən acınacaqlısı isə ( niyə evlənmirsən və s.) bu suallardan bezib çıxış yolunu evlənməkdə görənlərdir. Birdən kimsə niyə evlənmirsən və ya evdə qaldın deyər) daha sonrasını fikirləşmirlər ki, evliliklə heçnə həll olmur əksinə ondan sonra başlayır hər şey, yəni evliliyin məsuliyyətini dərk edib və həqiqətən layiq bildiyin şəxslə evlənməlisən yoxsa evlilik oyuncaq deyil ki , hər gün evlənəsən )) mənə görə ömürdə bir dəfə olan evliliyi kənardan verilən suallara qurban vermək düzgün deyil. Kənardan edilən bezdirici hallara görə evlənib bədbəxt olmaqdansa ata evində sakit, xoşbəxt oturmaq daha məsləhətlidir. Yəni çoxları tək sevgiylə evliliyin yolunda gedəcəyinə inanırlar və bəzən evliliyi insanın şəxsiyyətindən, insani keyfiyyətlərindən üstün tuturlar bu da əlbəttə sonda boşanmaya gətirib çıxarır. Evlənərkən həm oğlan həmdə qız ciddi yanaşmalıdırlar bilməlidirlər ki, kimi alıb, kimə gedirlər sonradan narazıçılıqlar olmasın deyə eynilə bir misalda olduğu kimi şərti şumda kəsmək lazımdır xırmanda yavalaşmamaq üçün))) sonda isə bir şey demək istərdim bu cəmiyyət belə gəlib belədə gedəcək və nəinki evdə qaldın etiketi bir çox özəlinizə də etiketlər vurulacaq əsas etdiyiniz hər əməli özünüz öz istədiyin üçün həqiqətən edin çünki bir dəfə verilir yaşamaq üçün ömür onuda cəmiyyətə həsr edib əldən vermiyin))
redaktə edənə təşəkkür.
30 may 2015 14:44
# 5
Mrs.Pianist
Kimin qisməti neçə yaşındadısa oda olacaqda antik demişkən tez gedende deyirler tez getdi gec gedendədə deyirlə alan yoxdu. Hər şey ALLAhın əlindədidə..İnşəALLAH subay qızlarımız hamısı vaxtında öz qismətlərinə qovuşarlar.Amin
30 may 2015 14:23
# 4
Acısı çox olan qizların guluşu gozel olur.!
Antikvar
Gözəl mövzuya toxunmusuz.Belə başlamaq istəyərdim mən(Tez evlənsən,niyə tez evlənirsən sözü ilə rastlaşacaqsan,gec evlənsən niyə evdə qalmısan sənin tayların uşaq sahibidilər sualı ilə üzləşəcəqsən)Problem cəmiyyətimizdədi,nə rahatlıq vermək istəyirlər,nədə suallarından imtina etmək...Niyələr,nəyə görə,tapmamısan sualları ilə insanı elə yorurlarki,bir ayna qarşısında qalıb mənə bu sualı versələr necə realsiya verəcəm deyə düşünmürlər.Hər insanın alın yazısı var.Kimisi evlənmək istəmir,rastına xəyalında qurduğu insan çıxmayıb(xəyal dedikdə,məncə hər bir insanın puldan çox önəm verdiyi yer insanlığı mərifətli olmağının təyin etməsidi ilk növbədə)Eyər insan kimi insan qarşısına çıxmayıbsa gedib bədbəxt olmaqdansa ,atasının yurdunda qalıb xoşbəxt olsun.Mən hər zaman qeyd etmişəm boş tək sevgi ilə bir ailəni yürütmək olmur.Gənclikdə sevgi hissi yaşayıb həyatın onun ətrafında dönməsini düşünməklə (Ailə)həyatıda eyni tərzdə davam etməsini düşümnək düzgün fikir deyil.Qabaqlarda 20 yaşda bir oğlanın evlənməsini eşitdikdə ona dediyim sadəcə yaxşı düşün evliliklə indi keçirtdiyin birlikdəlik eyni deyil.Temboli ailə başçısı sən olacaqsan ,həyatı belə asandlıqla dərk eləmirsənsə ,bəs ailəni qoruyub saxlamaq çətin olmazmı sənə?İndi içindəki sevgi qığılcımları uçur bunun təsiri altında bu qərarı vermək düzgün deyil deyə məsləhətlər verdim.Fikrimcə nəinki qadınlara hətta kişilərdə gec evləndikdə bu suallar ilə qarşılaşır.Hətta Oğlanlara valdeynləri tərəfindən təyziq göstərilir ,evlən yaşın keçir,nəvə görmək istəyirəm deyə deyimlər ilə bezdirici hallar olur.Bir anlamadıqları əyər oğlun özü keçindirə bilmirsə camaattın qızını niyə gətirib bədbəxt eləyir?Sonradan bu bədbəxtlik iki insanın arasında baş verir,keçimsiz hallar,dava dalaşlar,təbii burdanda özünə fürsət tapıb oğlan valdeynlərinin arvad haqqında olan mənasız söhbətlər.Bax budu boşanmalara gətirib çıxardan səbəblər.Budu iki insaanın həyatını puç edən,yenədə cəmiyyətin,valdeynlərinin təyziqi nəticəsində bədbəxt olan övladlar...Kimiləri bu ailəni qoruyub saxlaya bilər amma çox faiz boşanmalar ilə nəticələnirki,yenədə gətirib sözü oxumaq təhsil ilə sonlandırırıq,Bəli istər qadın,istərsədə kişi oxumalı,gələcəyi üçün əlində bir sənəti olmalıdı.Ayaqları üzərində dayanmaqı bacarmalıdı.Eyər sabahı evləndin kişi qoymasa işləməyə o savad sənin uşaqlarını böyütməyin üçün lazımdı.Kişilər papa uşaqlığı saxlayıb özünü ,ailəsini saxlamaq üçün əlində bir peşəsi olmalıdı.Haçana qədər papavın əli altında böyüyərsən?Günahı mən bir tərəfdəndə qızını papa uşağına verənlərdə görürəm,həmçinin oğlu hələdə atasının əlinə baxdığını bilə bilə evləndirən valdeynlərdə...Onsuz indiki gənclər ətrafı deyilənləri o qədər önəmsəmirlər)Azərbaycanda hər kəs istədiyi tərzdə yaşayıb kef edir bu deyilənlər əvvəllər daha keçərli idisə indi böyük rol oynamır)Xəbərin başlığı(Etiket hazırdı-evdə qaldın)belə deyərdim nəinki etiket hazırdı hətta qiymətidə üstündədi)))
Tşk...
30 may 2015 14:07
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
lelos
herenin bir qismeti var
30 may 2015 13:36
# 2
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Menim yarali yerim mene de o qeder deyirler taylarin evlendi usagi var sen helede evlenmirsen ? Bu suali esidende cox eseblesirem kime ne dexli var men ne vaxt evlenirem. Vapse hec evlenmek de istemirem ele billi men evlendim o danisanlara ne catir. Hec vaxt hec kimin heyatima mudaxile etmeyine izin vermerem. Bu menim oz heyatimdir istesem evlenerem istesemde omur boyu subay qalaram. Evlenib bedbext olacagima ele evde qalsam daha yaxsidir

Hem de evlilik mesuliyyet teleb edir insanin ciyinlerine yukdur, bu yukude dasimag her insanin isi deyil
30 may 2015 12:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz