Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar? - Müzakirə
Niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar? - Müzakirə
Göndərən: guler19
Şərhlər: 22
Baxılıb: 1870
Səs ver:
Müzakirəyə verəcəyim bu dəfəki mövzu boşanma ilə bağlıdır. Məlum olduğu kimi, ailə həyatını bitirmək ən ağır və çətin seçimdir.
Hətta ən bədbəxt qadın da bu seçimi edə bilmir, tərəddüdlər içərisində itib-batır. Gələcək taleyini düşünür. Qorxu keçirir. Bəlkə peşman oldum? Bəlkə məni qarşıda daha pis həyat gözləyir? Bəlkə yaşlandıqda bir kişinin qayğısına daha çox ehtiyacım olacaq və o zamana kimi bəlkə həyat yoldaşım düzəldi… Bəlkə bir az da dözməliyəm…. Bu bəlkələr insanı içindən yeyir və sən yeni həyata atılmaq gücünü hər gün bir az da itirirsən…

Əziz xanımlarr… Bu yazını diqqətlə oxuyun və sadəcə burdakı suallara cavab verin. Yəni, ailə həyatının gözəlliyindən bəhs etməyin. Nəzərə alın ki, boşanma həddində olan bir ailədə o gözəlliklər artıq çoxdan bitib. Siz sadəcə o xanımlara nə məsləhət edərdiniz, onu bizimlə bölüşün… Boşanmanın mənfi və üstün tərəflərini izah edin…

Sizin fikrinizcə, niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar?

Niyə bir çox qadınlar əzablar içində boğulsalar da, boşanmadansa bu cür həyatı yaşamağı üstün tuturlar?

Bəs, boşanmanın üstün tərəfləri nədir?


Şərhlər: 22
Baxılıb: 1870
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Bestoş
Allah hec kime gorsedmesin
Bilmey olmaz sabah bawimiza ne gelecek ona gore ele qadinlara pis baxmaq mence dogru deyil
20 aprel 2015 09:47
# 22
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
GünƏşimƏ_AiD_
Allah hec kesin basina getirmesin.amma mene ele gelirki bizimkiler buna ona gore pis baxirlarki.kecmisde bele sey olmuyub.ve indikiler bele sey gorende sok olub qinayirlar
19 aprel 2015 18:14
# 21
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Tonya
Men bowamuw qadina pis baxmiram cunki her bowananan qadin namusuz olmur! Deyiler Yixlana baltaluda vur baltasuzda

Her bir qadunun oz namusu var
19 aprel 2015 09:21
# 20
tonya
FISTIK
Boşanmaq Allahin hec sevmediyi, seytaninsa cox sevdiyi seydi.Men fikir yazmaqda cetinlik cekirem. Bele deyim bos bos sey uste ayrilan xanimlarin agli yoxdur ailə onlar ucun oyuncaq kimidir. Nese cüzi bir sey uste bosanmagi care bililer. carede bosanmaqda deyi bir problem varsa evelce problemin hellin tapin. Allah kömək olsun.
19 aprel 2015 02:00
# 19
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ayan97
Bosanmis qadinlara cemiyyetde pis baxirlar?
yazilan serhleri oxudum, bu muzakireye menim fikriM...
Qadin var yoldasinnan pis pis hereketlerine, xeyanetine, var ucun dalasdigina gore ayrilir, qadin var ki kisi onu rahat buraxmir deye ayrilir. Men bunlari real heyatda gormusem. Indi eclafisiz kişiler (hamina aid deyil) qadini puluna gore alir, ve bir muddetden sonra olmayanda ya qadina zulm verir yadaki ayrilir. Amma bezi kisiler bir qadin ucun olurem bitirem deyib alir ve 3, 4 ilden sonra digerlerine o vedleri verir ve burda gunahkar qadinlardimi? Men boşanmis qadina pis baxmiram ammaki bosanmis qadin azad olmir eksine, bütun gozler onda olir. Ne etdi?,yanindaki.kimdi? aha telde kimnen danisir ve,s, sozler. Gerek qadin bosansada oz adini qorumalidir. Eyer yox birini atannan sonra, ikincisini axtarirsa, geyimine hereketlerine, fikir vermirse qarsisina cixan her kesle xos munasibet quryrsa bu pisdir uje.. bu tekce evlenmis bosanmislara yox ele nisan qaytarmis xanimlarada aiddir. Onlarda insanlarin gozunde ele gorsenir[..
Hec kim heyatinnan sigortalanmib ve kimese lağ etmek, pis niyyetle baxmag en boyuk gunahdir. Gulme qonsuya geler basina, misali olacag. Menim qeyd etdiyim kimi bosannan sonra namusuynen xanim evinde oturacagsa yaxsi baxiram, yox qadinliga aid olmiyan hereketleri edirse piiiis
19 aprel 2015 01:45
# 18
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nezka
Bizim cəmiyyət hər şeyə pis baxır
19 aprel 2015 00:58
# 17
İçimi görsən mənə aptek alarsan.
SENI SENSIZ SEVDIM
yasim az olmasina baxmayaraq bu sohbete rey yaziram,eslinde cx uzun yaza bilerem,Ancaq vaxtim yoxdur.Sadece bu movzunun basliqini oxuyanda nenemin 1 sozu yadima dusdu"Gelin er evine aq gelinlikde girer ,aq kefende cixar"
19 aprel 2015 00:34
# 16
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Antikvar
Maraqli ve son zamanlar en aktual olan movzulardan biridi.Men indi belkede sozlerim qinanilmis kimi cixacaq amma ferdi ve aciq yazmaga daha ustunluk tuturam.Hamimiz pis baxmiriq deyirik inanin o pis baxmiyanlarin bir coxlari hele pis baxirlar.Men hansi halda pis baxmaram biraz aydin yazacam.
"Bosanmis qadin"(lara)hansi krieteriyalar daxil olduqda gunahlandirmaq olmaz.
Indi bir cox qizlarimiz cox yox cemi bir nece defe ailede olan sohbete gore ata evine yollanmagi ozune borc bilirler,yada xoslayirlar her sohbetde o tereflere uz tutmagi.Her elimitarni bir problemde bosanmaq isteyenleri meni qinayiram,ailedi sohbetde olar ,davada olar nede olsa iki ayri xaraktere mexsus olan insanlariq ,birlikde yasamaqla bir birimizin xasiyyetine uygunlasmaga calisiriq,cox vaxt sozler duz gelmeyen zaman hetta boyuk muzakireye sebeb olur.Bu muzakire zamani dahhada bir birilerinin neyi xosluyub xoslamadigina beled olub sonraki defe o addimi atmamaga calisirlar(ister qadin ,istersede kisi)
Yoxsa bir davaya gore gedib bosanmaq isteyirem demek duzgun sayilmir.Evlendikde bosanmaq ucun evlenmirler ,bir omurluk qarsindakiyla heyat kecirmek ucun evlenilir.
Hansi halda evlendiyin insandan bosanmaq olar.o insanki icki aducesi olduqda,Qumarbaz,her gun zulm verdikde bosanmaq olar.Indikiler yalandan bele behaneler getirerek bosaanirlar.sorusanda niye bosanmisan deyirler siddet.Amma eksine o siddet deyenler svabodna heyat surmek ucun bosanmaya ustunluk tuturlar.Men heyat yoldasi terefinden zulm cekenleri qinamiram esla,men kef damaq isteyen ,cuzi sozu boyudub bosanaanlari qinayiram.
1.Indi tam eksine pis baxmirlar ,Bilirsiz niye bizim namussuz qeyretsiz eclaf "kisiciklerimiz"var ha bax onlar hemen o bosanmis qadinlarin adini dahada cixartmaga ozlerine borc bilirler.Yigisirlar bir yere qeybetci arvadlar kimi min sozler deyirler hemin qadinin adina.Bir o cayxanadan durub gedib girdiyi qapidan evinin icindekilere bir baxsa onda gorersen qeyreti yerine geler?)
2.Cunki ,bir cox qadinlar ovladlarina gore dozurler.Indi yene bir coxlarimiz savadi ,biliyi araya salarlar amma unutmayaq bir cox savadli insan taniyirsan onlar bele bezi zulmler ceksede yenede bosanmirlar.Aile dagitmaq asand deyil esasende ortada ovlad varsa esla asand deyil.
3Bosanmagin hec bir ustun terefi yoxdu.Bosanmis qadin onsuzda bedbexti etrafdaki insanlar onlarin bedbext olmagini menasiz danisiqlariynan dahada bedbext edirler.Bu hadiseler seher yerinde az olsada rayon ve kend yerlerinde qinaq obyekti daha cox olur.Qadin ne cemiyyete cixa bilir nede birileri ile normal unsiyyet qura bilir.Niye adi ustunde"bosanmis qadin"
Her bir insan ilk once birini qinanamamisdan evvel ozunu o insanin yerine bir qoysun sonra danissin.Men bir daha qeyd edim bir tek hallarda bosanmis qadinlari qinayiram oda yuxarida yazmisam.
19 aprel 2015 00:29
# 15
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
tesufki bosnan qadinlara bir menali baxmirlar exlaqli qadinda olsa onlara cooox cooox namusus kisiler soz atir basqa tereflere cekmeye chalishirlar,halbuki oz bacisini qizin berkemde anasinin sabah bu cur basina hal gelse ne ola biler bunu dushunmur,tebikide bir ishgencelere stresli heyata dozmekdense boshanmaq daha faydalidir,boshanan qadin eslinde guclu qadindirki ozunu sabahini fikirlesherek bu cur addim ata bilir bilirki ishleye bilegey bilirki namusuyla pul qazanib ozunu usaqini saxlaya bilegey,namuusuz kishiyle yashamaqdansa boshanib tek yashamaq daha gozeldi
18 aprel 2015 22:23
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Bu sadecə bizim millətdə belədi, başqa ölkədək qadın boşananda ki, cox elədi onlara yaxşı baxılar ustun tutular, amma bizimkilər dayda ustunə basır yıxılanı baltalıyılar və gunahı qadında görulər ki, bu da arzu olunmaz herehətdi
18 aprel 2015 16:35
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Bowanmiw qadin olaraq evvel mende eziyet cekirdim bu fikirden kimse mene pis baxir menim haqda pis dusunur deye.ama sonra bawa duwdumki menim ne eziyet cekdiyimi hec kim bilmir.hec kim xos gununen bowanmir nede kimse seherki gununen sigortalanmayibki seher menimde menim yaxinimda bawina gele bilmez bu hadise.hec kimi kenardan baxib qinamaq pis baxmaq lazim deyil bunu ancaq yawayan biler eger bowanmasam bu gun eri terefinen bawi kesilen oldurulen qadinlardan biride men olardim.bowanmiwam kim neter baxirda baxsin artiq bu menim canimi acitmir
18 aprel 2015 15:51
# 12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
WiRiN BaLaM
mehribanciliq olmuyan yerde xosbexdlik olmaz xosbexdlik olmuyan yerdese yasamaq cox cetindir,, mence eziyyetle yasamaqdan bosanmaq daha yaxsdi,,,o bosanana pis baxirlarsa ozleri firevan heyat surenlerdi,, unutmamaliyiqki her kesin basina gele biler ,,bu gunnen sabahi bilmek olmur Allahin acigna duserik amma bunu dusunen insan cetin tapilar neise,,,,Allah hec kime pis er pis aile nesib etmesin hec bir qadini gozu yasli qoymasin UCA YARADAN KOMEYIMIZ OLSUN
18 aprel 2015 15:28
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Meleknur
Pis baxmaq lazim deyil her kesin bawina geler biler qinamaga hazirdi bizim millet
18 aprel 2015 15:27
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Indinin en aktual movzusudur bosanma. Bax ele buna gore hec vaxt evlenmeyi dusunmurem. Heyatdi hec kes basina ne geleceyini bilmir hec kim bosanmaq ya da aile dagitmaq ucun evlenmir , xosbext olmaqcun evlenirler. Bezen ele qeddar murdar kisiler olur ki doze bilmirsen bosanirsan. Bizim milletde bir psixologiya var bosanmis xanim gule bilmez geyinende qapali geyinmelidir artiq makiyaj etmemelidir. Bu ne derecede dogrudur. Cox yalnis fikirdir, o qadin onsuzda bedbext olub bir de biz pis dusuncelerimizle onu umidsizliye ducar etmeyek . Hec vaxt hec kimi niye bosandi deye qinamayin cunki sizde sigortali deyilsiz sizde bosana bilersiz dul qala bilersiz.
18 aprel 2015 14:57
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
1. Sizin fikrinizcə niyə boşanmış qadınlara cəmiyyətdə pis baxırlar?
Boşanmış qadının baxır ətrafındakı cəmiyyətə onun ətrafındakı insanlara, nəzərə alsaq ki, bura Azərbaycandı onda görərik ki, boşanan qadına heçdə yaxşı baxılmır və boşanmış qadın cəmiyyət tərəfindən bir mənalı qarşılanmır. Əlbəttə heç kəs istəməz ki, onun ailəsi dağılsın ancaq bir çox səbəblər ola bilər hansı ki, bu səbəblər kimin üçünsə qəbul edilməz kimin üçünsə adi haldır.
2.Niyə bir çox qadınlar əzablar içində boğulsalarda , boşanmadansa bu cür həyatı yaşamağı üstün tuturlar?
Əlbəttə heç bir qadına xoş deyil ki, ailə həyatında əzablara qatlansınlar , bununda bir çox səbəbi var. Kimisi öz həyatını övladlarına qurban verir və öz adının yanına cəmiyyət tərəfindən ikinci adı almaq istəmir. Kimisidə heç bir maddi dayağı olmadığı üçün təhsilsiz, kimsəsiz olduğu üçün boşanmadan üz çevirirlər. Ancaq qadının təhsili olsa abırı, namusu olsa ona heç bir kişi lazım deyil , öz qeyrəti ilə yaşamağı bacaracaq və kənardan da hər şey göz önündə olacaq , necə deyərlər elin gözü tərəzidir.
3.Boşanmanın üstün tərəfləri nədir?
Boşanmanın düşünürəm ki, elədə üstün tərəfi yoxdu əksinə bir çox mənfiləri var hansı ki, tək qadın üçün yaşamaq bu zəmanədə çox çətindi.
Allah heç bir qadına, heç bir ailəyə boşanmanı göstərməsin, çünki ən çox uşaqlar əzab çəkir, onların həmişə bir tərəfləri yarımçıq qalır...
18 aprel 2015 14:52
# 8
Nergizz
Cox gozel movzudu,mence bu hakda neqedr burda werh yazsaq,muzakire etsek,sebebi tam olaraq aciqlanasi bir movzu deyil.here oz gorduyunu daniwacaq,yene here bir baxiwla fikrin bildrecek, 1. Bowanmiw qadina bizim olkede pis baxilir,o da bizim kiwilerin qadinlara aciz kimi baxmasindan ireli gelir,qadin eger mecbur qalib bowanibsa,namusla qeyretle iwlese, dolansa heckim pis gozle baxmaz,menim xalam qizinin 23 yawi var idi yoldawi rehmete getdi,indi 35 yawi var,baxcada muellime iwleyir,herkes onun nece namuslu qeyretli oldugundan daniwir,ama her bowanan,her yoldawi olen adam ele davranmagi bacarmir,2. Coxu qadinlar ezaba dozurler,tek sebeb,uwaq ucun, bowanmirlar. atam anamada cox ezab verib,anama bu suali verende deyr sizlere,yeni qizlarima gore ayrilmamiwam,3.Bowanmanin ustun terefi yoxdu,o ola biler ki,cox murdar kiwidirse canini qurtarmaq ucun bowansin,ama indiki vaxtda,qadina cekil o terefe deyrsen ,bowanmaq istyr,ama indi pis ailesini kuce qadinin ayagina veren,narkaman kiwilerde az deyil,bowanmaya sebeb boyuklerinde rolu coxdu bunu da deyim,,,coxunu da ewdirem qiz analaridi, bowanan qadin gec tez pewman olur,mutleq,
18 aprel 2015 13:41
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Tomris Müslümova
bizim milletin qaninda vareee leke yaxmaq,gormediyin sey haqqinda qesey deqiqliknen danismaq.ele qadinlar var bosansada adini temiz saxliya bilir ele qus beyin qadinlar varki adina 100 soz cixarirlar...kim ozu necedise haminida ele bilir,ele gorur.deyir sen baligi at deryaya xalq bilmesede xaliq bilecek.kim ne deyir desin esas allahin yaninda alnin aciq olsun...!!
18 aprel 2015 13:29
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Men pis baxmiram haminin başina gele biler ona görede her bir addimi atmazdan evvel yaxşica fikirleşmek lazimdir
18 aprel 2015 13:28
# 5
SVETA
Luna-90
Bu sual biz qadinlara yox kisilere vermek lazimdi.Ancaq son zamanlar demezdimki evvel kimi pis baxilir mormal qarsilanir.Ancaq allah hec kimi tenha.dul bassiz qoymasin.haminin arxasinda siginacagi .arxasi komeyi yoldasi olsun amin
18 aprel 2015 13:20
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Dosta_inam
boşananlara pis baxmiram,kim isteyer ki,bedbext olsun,hami xoşbext bir ömür yaşamaq ister,ve heç kim sabahindan suğortali deyil,başina ne iş geleceyin heç kim bilmir,ona göre heç kimi qinamaq lazim deyil,onu unutmayaq ki,Yaradan bir qapini bağlayan da,o biri qapini açir,her kese xoşbext bir ömür yaşamaği arzu edirem.
18 aprel 2015 13:05
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
Heyati bilmek olmur. Evlenib so.radan bosanmaq insanlarin secimi deyilki. Kim hardan bile bilerki gelecekde bosanacaq???BOSANANLARA PIS BAXANLARA Da MEn PIS BAXIRAM!!! Bosananlari qinayanlara sozum: bes hardan bilmrk olar ki siz de gelecekde hacansa evlenib bosanmayacaqsiz?? Heyatdi dda. Alinmadi bosandilar. Burda pis ne var ki? Men qetiyyen pis baxmiram. Pis baxanlar da ki, dar dusuncelerini genislendirsinler mence!!!
18 aprel 2015 12:50
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
Bu həyatda "Boşanan qadın bədbəxt olmur, arxasında dayanan güclü və ona dəstək verən ailəsi olmayanda bədbəxt olur!"
18 aprel 2015 12:21
# 1
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz