Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ayıb" mentaliteti bizi hara aparır?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1444
Səs ver:
Bu yaxınlarda evdə ailəmizlə birlikdə yerli telekanalların birində seriala baxırdıq. Birdən kiçik oğlum heç gözləmədiyimiz halda "Ata, bu qızı zorlayıblar” dedi. Yoldaşımla bir-birimizin üzünə baxdıq. Təbii ki, deməyə sözümüz yox idi. Böyüklər də bizimlə bərabər olduğu üçün uşaqdan daha çox biz utandıq. Kanalı dəyişdik və bir daha bu seriala baxmadıq.

Lakin bir müddət keçdikdən sonra düzgün qərar vermədiyimizi anladım. Uşaqlara vaxtında bu cür hadisələr haqqında ətraflı məlumat verilməlidir. Çünki valideynlər uşaqları nə qədər qorumağa çalışsalar da, istər-istəməz onlarda qadağa qoyulmuş mövzulara daha çox maraq yaranır. Bunun üçün də övladlarımızı düzgün məlumatlandırmalıyıq. Yadıma orta məktəbdə oxuyanda sinfimizdə baş verən bir hadisə düşdü:

O zaman  "İnsan” dərsliyində uşağın doğulması ilə bağlı mövzu var idi. Mövzuya aid də müxtəlif şəkillər və s. Sinif yoldaşlarımız bu şəkilləri bir-birinə göstərir və pıçıldaşırdılar. Sinifdəki qızlar müəllimə şikayət etdilər. O da  hələ bizə tədris edilməmiş dərslikdəki mövzu ilə bağlı bütün vərəqləri cırdı. Həm də hamımızın dərsliyindən! O zaman bu hərəkəti bütün sinif qızları alqışladı. Çünki oğlanlar bu şəkillərə baxanda nədənsə biz özümüzü günahkar hesab edirdik!

İndi müasir zamanda, informasiya bolluğunda uşaqları qorumaq daha çətin və daha məsuliyyətlidir. Beyin hər gün yeni informasiyalar qəbul edir, amma onları analiz və sintez etməyə zaman yoxdur. Əgər nəzərə alsaq ki, bu beynin sahibi hələ ətraf aləmi o qədər də dərk eləmir, onda vəziyyət daha da mürəkkəbləşir. Düzdür, cinsi tərbiyə həm oğlan, həm də qız uşaqları üçün vacibdir. Amma mən istəyərdim ki, bu dəfə diqqəti kiçikyaşlı oğlan uşaqlarının üzərində cəmləşdirim.

Tərbiyə ilk öncə ailədən, daha sonra isə məktəbdən başlayır. Ailələrdəki uşaqların bəzən  yalnız oğlan olması müəyyən məsələlərə xüsusi yanaşma tələb edir. Belə ki, yalnız oğlan uşaqlarından ibarət olan ailədə oğlanlar özünü daha sərbəst hiss edir, hərəkətlərinə və sözlərinə sərhəd qoymurlar. İş bununla bitmir. Məktəb yaşına çatdıqda isə bu uşaqların sinif yoldaşları da yalnız oğlanlar olur. İlk olaraq problem özünü burada göstərir. Oğlanlardan ibarət bütöv bir sinif! Artıq sərbəstlik öz sərhədlərini tamamilə itirir. Çünki burada onların hərəkətlərini və sözlərini bir növ nizama salan "qurum” – qızlar yoxdur. Onlar bir-birinin yanında istədikləri kimi danışır, hərəkət edir, bir sözlə, utanmırlar. Bu cür oğlan uşaqları böyüdükcə əks cinsə deyil, öz həmcinsi ilə münasibət qurmağa başlayır. Bəzən valideynlər bununla o qədər də maraqlanmır, bəzən isə uşaqları cəzalandırmaqla kifayətlənirlər.

Təəssüf ki, oğlan uşaqları arasındakı bu cinsi istək, təkcə istək olaraq qalmır. Ən pisi isə budur ki, belə hadisələrdən əksər vaxtlarda heç kim xəbər tutmur.  Valideynlərdən qorxu, başqa uşaqların hədələri, şəkillərin və ya videoların yayılması və "ayıb” faktoru oğlanların öz həmyaşları tərəfindən cinsi istismara məruz qalmasına səbəb olur. Ən acınaqlısı isə odur ki, belə hadisələrin üstü açılanda hüquq-mühafizə orqanları işə qarışmır. Hadisələr gizlədilir. "Böyüklər” öz aralarında məsələni həll etməyə, mümkün qədər işi açıb-ağartmamağa çalışırlar. Lakin uşağı, onun aldığı və ala biləcəyi istər fiziki, istərsə də mənəvi zədələri düşünən olmur. Nəticədə bir uşaq, gələcəyimiz məhv olub gedir.

Ona görə də uşaqlarla vaxtında "ayıb” dediyimiz söhbətləri etmək lazımdır. Bəlkə də mənimlə razılaşmayanlar da olacaq. Amma bir faktı da unutmayaq ki, söhbət bizim gələcəyimiz olan genimizin daşıyıcısı – kişilərdən gedir.
 
Qeyd: Bunu bir valideyn yazıb xanımlar


Şərhlər:
Baxılıb: 1444
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz