Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - ummuselma
Mənim toy günüm - ummuselma
Göndərən: arzum-aysum
Şərhlər: 30
Baxılıb: 490
Səs ver:
toy ..Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın ummuselma-dı..bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq

[center]Mənim toy günüm - ummuselma


1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Ilk öncə, Salam aleykum.Layihəndə mənə də yer verdiyin üçün Təşəkkür edirəm.
Heyat yoldaşım qardaşımın dostu idi. Amma heç vaxt realda görməmişdim. Universitetə qəbul olanda, o magistrdə oxuyurdu. Sonra ikimiz də mühasibatlıq kursuna getdik, orda daha yaxından tanış olduq.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Evlənmə təklifini yazılı şəkildə etmişdi kursda. A4 formatında bir kağızda hisslərini, mənim haqqımda düşüncələrini və Təbii ki Evlilik təklifin yazmışdı.

3. Neçə müddət nişanlı qaldınız?
Tam 1 il nişanlı qaldıq.

4. Toy hazırlıqları necə irəlilədi?
Vaxtımız var idi deyə, rahat hazırlaşırdıq.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Nişan günündən sonra başladıq, ən gözəl anlardır, birlikdə quracağımz evin, ailənin planın qururduq, hazırlaşırdıq.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Cehiz almağım, birlikdə planlar qurmağımız.

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Xeyr, çünki toyumuzda musiqi olmayacaqdı.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Bizim toy fərqli oldu. Biz israfçılıqdan çəkinmək istəyirdik. Evdəkilərin israrına baxmayaraq toyumuzu Həyətdə etmək qərarına gəldik.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Kimin əlinə kamera keçirdisə çəkirdi.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Xeyr, məncə elə də önəmi yoxdur onun.

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Gəlinlik seçimim də sıradan oldu. Tanışımın gəlinliyi vardı, onu geyindim, çox da gözəl olmuşdum.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Son ayda çıxdım axtarmağa, bir neçə yerə baxdım, ürəyimcə olmadı, ona görə tanışımın gəlinliyini götürdüm.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
O mənim seçimimə arxayın idi.

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Xeyr seçməmişdim.

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Hicabda olduğum üçün başımda gözəl hicab vardı, makiyajı isə çox sadə etmişdim.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox, biz tərəfdə elə adət yoxdur. Biz hamam dəsti almışıdq sadəcə.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Heç vaxt. 18 aprel 2009 - cu il.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Şükür ki, məni utandıracaq bir şey olmadı.Amma Qaynatam qurban kəsdi ayağımız altında, birdən qoyun dirçəldi başı kəsiləndən sonra..

19. Toy günü unutduğunuz bir şey oldumu?
Əlhəmdulillah, heç bir şeyi unutmamışdım.

20 Toyunuzun ən gözəl anı nə idi?
Qardaşımın xeyir dua verməsi.

21. İlk rəqs parçanız hansı idi?
heç nə. Çünki musiqi yox idi.


22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Aşkımın məni gəlinlikdə gördüyü ilk an, gzölərimizdəki sevgi və həyəcan...

23. Bir tərslik yaşandımı toy günü?
Gəlinlik maşınına minəndə nişan üzüyüm itdi, şükür ki, sonda tapıldı.

24.Ən çox nə vaxt həyəcanlandınız?
Ən həyəcanlı yerində....

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Əfsus ki, heç nəə.

26. Bal ayınızı harada keçirdiniz?
Bal ayına falan çıxmadıq. Çünki sevgilinin yanında harada olursan ol, hər vaxt bal ayıdır.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
7 ildir əlhəmdulillah.

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Mən saytda çoxdan olsam da, təzəlikcə qeydiyyatdan keçdim. Bu layihədə iştirak etmək məni qeydiyyata həvəsləndirdi. Çünki Qızlarımıza pulun, dəbədəli, şan - şöhrətli toyun heç də həmişə xoşbəxtlik gətirmədiyini bildirmək istəyirdim. İndi ailə qurmağa hazırlaşan cütlüklər arasında ev, toy, cehiz ve s. maddiyyata bağlı olan məsələlər üstündə inciklik yaranır, ailələr arasında dava- dalaşa səbəb olur. Biz Həyat yoldaşımla bütün steorotipləri qırmağı bacardıq. Toyumuza siyahını doldurmaq üçün yüzlərlə sıradan adamı deyil, bizim xoşbəxtliyimizə ürəkdən sevinən, ən yaxın dostlarımızı və qohumlarımızı dəvət etdik. Toyumuzda Pul yigma kimi bir adəti ardan qaldırdıq. Ev, maşın,qır - qızıl olmasa da Xoşbəxtliyin mümkün olacağını göstərdik. Allah da bizim bu səbrimizin qarşlığında Əlhəmdulillah indi hər şeyin ən gözəlini nəsib edib.
Allah bütün subay qızlarımıza onları anlayan, başa düşən həyat yoldaşı və gözəl bir ailə həyatı qismət etsin...

Mənim toy günüm - ummuselma


Canım mənim, dilərəm o saf sevginiz heç bir zaman bitməz... hər zaman çox xoşbəxt və mehriban olun inşallah...[/center]


Şərhlər: 30
Baxılıb: 490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Chupa chups
Musiqi nie yox idi ? Maraqlidi.... Hemde fotosesiya gelinlik her wey ozel qwey formada olmalidi mence cunku omrunde bir defe olan xowbextlikdi ozel gundu
4 sentyabr 2016 15:55
# 30
Aykam2001
Allah xowbext elesin..Amma men bir weyi bawa duwmedim ki bu ozle ve gozel gun sadece omurde 1 defe olur ve mence musiqi,Gelinlik ve fotesseisa olmalidi..Neyse herenin oz fikri ozune gozeldi yenede Allah xox=wbext elesin...
28 avqust 2016 16:44
# 29
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Fialka
Xatirələrinizi, etdiyiniz seçimləri oxumaq xoş oldu çünki bu cür düşünən insanlar olduqca azdır yəni əsas olanın xoşbəxtlikdə olduğunu deyil daha da dəbdəbədə nəbilim ətrafına nümayişkarlıqda görürlər... Əsas odur ki, bir - birini anlayan cütlük olaraq öz seçimlərinizi tətbiq etmisiz Allah daim etsin ailə səadətinizi inşAllah.
28 avqust 2016 14:46
# 28
Ekizlerin mamasi
Sonacan oxudum fikirlerinize hormetle yanasiram.teki her zaman bele xosbext olasiz
28 avqust 2016 12:15
# 27
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Fi-Ra
Allah xosbext etsin sizi. Nece de gozel yazibsiz. Ellerinize ureyinize sagliq.
27 avqust 2016 23:44
# 26
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Mrs.Pianist
Xosbextlikler. Amma basa dusmeidm niye musiqi olmayib? Ve fotosesuyanin onemi yoxdu demisiz mence cox onemlidi iller sonra baxanda adam lezzet edir. Neyse birdaha tebrikler
27 avqust 2016 22:49
# 25
Acısı çox olan qizların guluşu gozel olur.!
narmiwka_15
Allah xowbextliyinizi omurluy elesin
27 avqust 2016 19:54
# 24
Be Happy))
qonaqa
Allah xosbext etsin hamiminiziii
27 avqust 2016 18:25
# 23
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ummuselma
Sitat: MODABAZ
ıdı

Mənim 20 yaşım , yoldaşımın isə 25 yaşı var idi.

Allah her birinizdən razı olsun. Əlhəmdülillah indi iki gül balam var. Olmayanlara qismət olsun.
27 avqust 2016 16:16
# 22
İnci
Her zaman sevib sevilesiniz bir birinizi basa dusesiniz ovladiniz varsa allah onu emeli saleh ovladlardan etsin yoxdursa allah layiqli ovlad gerirsin size her seyini beyendim pul yigmamaq geyetde etmek az adam cagirmaq hamsi super ama gelinlik o qederde ureyimi acmadi kaski ureyinize yatan ama size mexsus gelinlik olaydi yenede etbi yox yeter ki xosbext olasiz
27 avqust 2016 14:33
# 21
Her gulusun arxasında bır keder vardır
NURANE
maraqla oxudum allah xosbext elesin sizi
27 avqust 2016 13:51
# 20
zalimin zulmu varsa seveninde Allahi var
vipbetul
her zaman xosbext olmanizi dileyirem
27 avqust 2016 13:11
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Gozel kecib toy gununuz xowbext olun ))
27 avqust 2016 12:24
# 18
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Oxumaq maraqlı oldu, fikirlərinizi əsasəndə sonda qeyd etdiklərinizi dəstəkləyirəm, evlilikdə maddi cəhətdən məcburiyyət olmamalıdı, hər iki tərəfin nəyə imkanı çatırsa onu etməlidi, amma indiki zamanda tam fərqli olaraq cəmiyyət pula, qızıla, cehizə önəm verib ağız dolusu özlərindən danışıb reklam etmək istəyirlər etdiklərini, bir növ qonşudan geri qalma məsələsi kimi... Mənim yoldaşımda öz toyuna siyahı qoymadı hər nə qədər valdeynləri buna qarşı çıxsada öz dediyindən dönmədi və siyahını götürdü hətta toyda nəzarətçi belə qoymuşdu birdən valdeynləri bundan xəbərsiz siyahı qoyarlar deyə... O qədər millət varıydı toyda siyahı olmadığından)) Hətta bəziləri paxıllıqdan sözdə çıxartdılar yas keçirirdi toya siyahı qoymadı, amma o sözü deyən şəxslərin unutduqları bir şey var yas mərasimində də pul yığırlar... Yoldaşım indidə deyir oğlanlarım üçündə toy etsəm siyahı qoymaram, bu gün pul atırlar sonra səhəri o adam toy etsin səndə apar pulunu qaytar belə mənasız işlər ona görə deyil... Sizində atdığınız bu addım tədqirə layiqdi, xoşbəxt olmağınızı arzulayıram hər zaman sevib sevilin)
27 avqust 2016 11:34
# 17
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
YalniZ-ArZu
cox beyendim,yazdiqlarinizi.Super kecib toyunuz.Allah sizi bir yastiqda qocaltsin.Her zaman xowbext olasiz.Yazdiqlariniz da,toyda bow bow weylere bir etek pul tokenlere ornek oldu,esas xowbextliyin kagizda,warda,fiwengde olmadigin bildiler.
En sevincli gununuzu bizimle paylawdiginiz ucun tewekkurler.
27 avqust 2016 11:18
# 16
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Allah xosbext elesin. Evliliyiniz daimi olsun
27 avqust 2016 11:03
# 15
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Helena
Allah sizi hec vaxt ayirmaz inwallah
27 avqust 2016 11:02
# 14
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
kiraz mevsimci kiz
cox maraqli olub esas odurki indi xosbextsiz daima xosbext olasiz
27 avqust 2016 11:02
# 13
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Gülüş.
Xosbext olunn
27 avqust 2016 10:53
# 12
savior angel
Xowbextliyiniz daimi olsun.Duzdu var dovlet bu gun var sabah yox.Esas qarwiliqli sevgi ve hormetdi.Allah her zaman mehriban elesin
27 avqust 2016 10:42
# 11
I choose to be happy
heyatim_menim
Nece gozel yazmisiniz.tam men dediyim kimi pul var dovlet hecne hell etmir.gozel toyum olmasin amma xosbext olum baxx siz bunu cox gozel yasamisiniz.ALLAHima cox cox sukur ki indide XOSBEXTSİZ ALLAH bu xosbextliyinizii omuruzun sonuna qeder davam etdirsin insaALLAH.yazdiqlariniza heqiqeten cox icten yazdiginizin oxuyarken hiss etdim.insaALLAH hemise bucur bir-birinizi basa dusub sevib sevilin insaALLAH.
27 avqust 2016 10:25
# 10
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
krisa
Allah her zaman sizi xosbext etsin.kas sizin kimi düsünen böyükler ola.Cox vaxt qiz teref qizil,oglan teref cehiz davasi edir.Daha indi de,reqse getmek,evvelceden fotosesiyya etdrib toyda nümayis etdirmek.Tebii ki,bos seylerdir.teki can sagligi ve xosbextlik olsun.
27 avqust 2016 10:15
# 9
Turkan Abbasova
Bir ömür xoşbəxt olarsız inşallah
27 avqust 2016 10:09
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Fira Deniz
Allah sizi xowbet elesin.Xowbetliyiniz daimi olsun.Toyunuz gozel kecib.Əsas deyil deb-debeli toy olsun.Iki sevenin gonlunce olsun.
27 avqust 2016 09:15
# 7
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
Wirin Meleyim
Allah xowbext elesin cox gozel yazibsiz
27 avqust 2016 09:08
# 6
Imza aysu agazade
Totu
Allah xoşbəxt eləsin
27 avqust 2016 08:46
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
aziz a
Indiki zamaneye gore tam ferqli bir addim ve cox gozeldi addim ..onu da deyimki her genc qiz da Buna razi olmaz,ne qeder dunya Malindan gozu Könlu tox birisinizki bu formada etmisiniz her seyi..esas olan xosbextlikdi Allah sizi Xosbext elesin...
27 avqust 2016 08:45
# 4
Qelbim doludu !!!!
___Jasmin___
Cannn Allah bir omur xosbext elesin heart
27 avqust 2016 08:37
# 3
I remained behind now the mother of 14 spring -Big

MODABAZ
Maraqlı ıdı Allah xowbext elesın bes nece yawında evlendız heyet yoldawıvız sızden nece yaw boyukdu???
27 avqust 2016 08:35
# 2
Heyata daim gulmek lazimdii
lale.veliyeva19
Allah sizi xoşbəxt eləsin ailənizlə birlikdə
27 avqust 2016 08:25
# 1
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz