Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başıma gəlmiş mistik hadisə - ülü16 (3)
Başıma gəlmiş mistik hadisə - ülü16 (3)
Göndərən: Miss_Oxatan
Şərhlər: 22
Baxılıb: 928
Səs ver:
Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
 
Elə iştirakçımızda saytımızda yeni userlərdən olan ülü 16dır. Bu hekayəni oxuyanda bayaa bir qorxdum ehYaxşı ki, bu dəfə evdə tək deyildimmm.

Salam saytımızın gözəl xanımları. Əvvəlcə bu layihədə çənə yer verdiyi üçün bacıma təşəkkür edirəm. Keçək əsas məsələyə.
Keçən ilin may ayının sonu-iyun ayının əvvəlləri idi. Mən imtahana hazırlaşırdım. Qardaşım yeni evli idi o zaman.Birdə körpələri var, hadisə olan vaxt körpə 5-6aylıq olardı. Əslində bu hadisə gəlinimizin başına gəlib , amma hər şey gözümün qarşısında olduğundan sizinlə paylaşmaq istədim. Biz gəlinimizdə bəzi dəyişikliklər görürdük, axşamlar rəngi ağ olur, gözünün altı qaralırdı. Körpəsinə istilik göstərə bilmirdi. Sanki onu nəsə saxlayırdı. Özdə bizim ailəmiz dindar ailə, namaz qılan ailə idik. Bir gecə uşaq ağlayırdı, gəlin birdən başını tutub qışqırmağa başlayıb. Əlbətdə bu hadisə gecə olduğundan heç kəsin xəbəri yox idi. Qardaşım bilməyib yoldaşını sakitləşdirsin, yoxsa körpəsi. Uşağı qucağına alıb, hər ikisini sakitləşdiribmiş. Anam uşağın səsini eşidib qapını döyüb, qardaşım anama "uşağdıdə ağlıyır" deyib. Yenə axşam gəlinin gözünün altı qaraldı, rəngi ağarmışdı. Gözünü bir nöqtəyə zilləyib qalmışdı. Uşağ ağlayırdı, ancaq uşağa yaxınlaşa üzünə baxa bilmirdi. Qardaşım bu hadisələri dostlarına danışanda gəlinin içində "Cin" girə biləcəyini demişdilər. Bir xeyrxah oğlan vardı "Rüqəyya" elmiylə məşğul olan. Onunla qardaşım əlaqə saxlayaraq Bakıya gəlib kömək etməsini xaiş etdi. Oğlan iyun ayının 1-i bizə gəldi. Mənimdə sabah imtahanım olacaqdı. Qardaşım,gəlin,qatdaşımın dostu, birdəki bu elmlə məşğul olan adam otağa keçib başladılar dualar oxumağa. Telefonda ayələr qoydular. Sanki gəlin özündə deyildi. Bir azdan otağdan pişik səsləri kimi səslər gəlməyə başladı. Biz o biri otağda ana-bala idik. Anamla səsləri eşidirdik, anam çoxdan ağlamağa başlamışdı. Məndə stresdən nə edəcəyimi bilmirdim. 2-3 saat otağda qaldılar, tez -tez səslər gəlirdi. Səs kişi səsiydi sanki bacımın səsi deyildi. Qurtardıqdan sonra bacı içində "Cin" olduğunu, onu dəli edib öldürmək istədiyini dedi. Əgər uşağa yaxın düşsə uşağı öldürmək istəyibmiş. 
İnanın mən bu hadisənin sabahı imtahan vermək məcburiyyətində qaldım. Heç düşmənimə belə hadisələri arzu etmirəm. ALLAH o günlərimizi bizə birdə yaşatmasın. Oxuduğunuz üçün təşəkkürümü bildirirəm. İnanın qısaldıb yazmışam, yenədə bu cür şeyləri Allah heç kimin bəxtinə yazmasın.


Şərhlər: 22
Baxılıb: 928
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Dehşet.. Evvel bu sohbet inandirici gelmirdi. Amma indi inandim heqiqeten. Allah ozu komek olsun.
13 may 2016 12:32
# 22
Acısı çox olan qizların guluşu gozel olur.!
aziz a
Bismillahir-Rehmanir-Rehim!!!!
11 may 2016 23:59
# 21
Qelbim doludu !!!!
Muradli Aytan
Tuklarim biz-biz oldu dewat allah uzaq elasin ela weylardan cox qorxuram
11 may 2016 23:40
# 20
qonaqa
bele hadiselere cox rast gelirik
11 may 2016 18:54
# 19
Səni çooox sevirəm!Həyatım,canim,ureyim,nefesim,herseyim sen menim dunyamsan sen olmasan men bir hecem Allah bizi hec bir zaman ayirmasin heyat cox qeribedir insanin elinden sevdiyini alir.Allah seni menim elimden almasin.Awkim benim "seni cox sevirem" elisim AyEl canim kocam seni cox sevirem! sizin üçün çooox darıxmışam ailem скучаю((
krisa
Hemzadli qadin ne demekdir ?-hienz adli qadin usagi ölen ananin hemzadi olur.Yani ele qadinlar teze köcen gelinin,teze usaq dunyaya getiren ananin üstüne getmemelidir.Taki o 40cixinca.Heqiqeten de,usaq öle biler.Menim rehmetlik xalamin bir usagi ele rehmete gedib.bir nefer de taniyiram,gelin hamile qalirdi,acilirdi,qalirdi acilirdi.Daha ne qeder müailice olunurdu,xeyri olmurdu.Onlara demisdiler ki,kimse hemzadli gelib üstüne.bes teze balalayan pisik tapin,gelin getsin hemin pisiyin üstüne .ele edibler ,Sehv etmiremse,pisiyin balalari ölüb.ondan sonra qiz hamile qalib,acilmayib.indi iki oglu var.amma uzerinde duasi var,onu saxlayir.ve teze gelin,teze ana olan qadinlar in 40gun ûzerlerine getmir .

Yuxarida herf sevleri getdi,hemzadli yazmaliydim.
11 may 2016 15:31
# 18
rəmsə
Həqiqətən siz necə qorxulu anlar yaşayıbsız anlayıram,mən eynən belə hadisələri Dabbe kinosunda baxarkən belə necə qorxu keçirirdim Allah bilir.Siz isə canlı şahidi olubsuz.Qohumumuz var onunda başına belə bir hadisə gəlib,onu gözəgörünməz arvad idarə edirmiş.Hamamda çimərkən ona su verib içib,o gündən belə olub,hətta özünü bir neçə dəfə yaşadığı evdən atıb,həyət evinin 2.ci mərtəbəsindən,yüngül xəsarətlər alıb,hamı izləyirmişki intihar filan eləməsin.Qız özü deyib ki,arvad nə deyir onu etməliyəm.Axır qızın əri deyib sənin ərin mənəm ya o?:)Mənim sözümə qulaq as.Onu da deyim heç bur həkim,molla da çarə tapmayıb.Axır vaxtlar qıza namaz qılmağı öyrədiblər.O vaxtdan yavaş-yavaş düzəlir.Şükür ki sizin də gəlniniz düzəlib,ama deyirlər namaz qılınan evdə o varlıqlar olmur,deməkki ola bilirmişlər...
11 may 2016 14:27
# 17
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayka95
oxuduqca dehsete geldi,bele seylere inaniram Allah komey olsun gelininize
11 may 2016 14:10
# 16
Miss_Oxatan
xeberi redakt edene tewekkurler.bu userin yazdigini oxuyanda cox qorxdum.Allah hamimizi ozu qorusun.demek ki,yalan deyil.mende inanmirdim.buna benzer hadise qardawim dunyaya gelende mamamin bawina gelib.mamain uzerine hemzad tokubler.deyilene gore kimin ovladi olmursa onun bir yaxini zahi qadinin uzerine hemzad nedirse onu tokse uwagin 40i cixmamiw dunyasini deyiwir ve diger sonsuz qadinin ovladi olur.qardawim teze anadan olanda,40i cixmamiw,anam evde tek olub,qapi doyulub acibki yawli qadindi,mamadan su isteyib sonra ustune nese atib,mamamin ureyi kecib,arvad qapini baglagib gedib.qonwular ewidib ki qardawim dayanmadan aglayir narahat olublar,qapini ne qeder doyubler gorubler acan yoxdu giribler iceri gorubler mamam yixilib,skoru cagiriblar ne illah edibler ayilmayib hetta skoruda hekimde deyibki,teziqi urek vurmasi zad hamisi qaydasindadi niye ayilmir.blokda yawli qadin varigmiw deyibki onda bunun ustune hemzad tokubler.atamla xalama molla unvani deyib gedibler ora,bawqa elac yoxuymuw.nece saat yatib belece.hemen molla 12vereqli defterle bir hemzad dualari yazib,sonuncu cumleni yazanda mamam oyanib.hele de butun qonwular o mocuzevi hadiseden daniwirlar.bunu mamam mene daniwib ama hele de bilmirem umumiyyetle hemzad nedir.bu hadiseden sonra o qadini axtarib tapiblar nenem gedib uzune tupurub bazarda nese satirmiw.molla yazini yazmaga bawlayanda deyib ki,qutarana kimi oyanmasa ya uwaqin ya ananin yawamasindan gozunu cekin.eger 24saat icinde ayilmasa olum olacaq.ancaq wukur ayilib mamam.hetta skoru hekimlerde meettel qalib bu ne sirri xudadir deye.belke sizin geline de bele bir wey edib kimse.bu xanimin hekayesini oxuyanda ureyime ilk bu geldi.ona gore de heqiqetende orasi duzdu zahi qadini 40gun gudmek lazimdir.
11 may 2016 13:30
# 15
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
14MsM
Allah komeyi olsun gelinin. Bunlar esas hamilelikden sonra bezi qadinlarda deyiwklik olur ondanda bawverir meselen men ogluma hamile olanda adimi cekende kimse dik atilirdim dehwet idi nese qorxurdum doguwdan sonra getdi fikir verdizse baci deyir gelinin uwaqinin 5 -6ayi imiw yeni bu hamileliy doneminde ve ondan sonra olan tebii bele desek hadisedi ALLAH UZAG ELESIN EN GOZELI AYETI KURSI BIR COX DUALAR VARKI OXYSAN YAXWI OLUR ESAS ODUANI OXMAGDANDA ONCESI INANARAG UREYDEN OXUMAQDI MES WAHGIRD VARD DERSI DILINDE OXUYUr hec bilmir ne oxuyur adam var butun vicuduyla oxuyur yeni demeyim oku dua oxunandada butun qelbinle oxmugag daha tesirli ve gozeldi
11 may 2016 13:30
# 14
krisa
Men de evveller bele hadiselere inanmirdim,hardasa da kimse danisan da cox qorxurdum,bir il bundan qabaq emimqizinin basina gelmeyince.Menim emimqizi gorubler ki,dinmir,danismir ,evden qacir ,rengi solur,cox pis veziyyete dusub.Onu da eynen sizin deyiniz kimi sagaldiblar.emimqizi da qisqirirmis,pis -pis söyüsler söyürmüs,ne bilim daha neler neler .Evvel pisixoloqa apariblar,sonra pisixoloq gorub bu danismir.Ne ise komek ede bilmeyib .Allah hec kesin basina bele hadise getirmesin.Duz 7-8ay bu hadise surdu.sukurler olsun indi yaxsidir.Amma tehsilin davam etdire bilmedi .Artiq inaniram bu cur hadiselere.
11 may 2016 13:11
# 13
qanadli melek
Bele hadiseler tv verliwlerinde gormuwem ama onlara inanmirdim.Allah uzaq elesin birde bele weyler yawamayasiz
11 may 2016 13:00
# 12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
iraqoslun gora neler var heyatda
11 may 2016 12:10
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 may 2016 12:07
# 10
Narın Yağış
Bu hələ çoooox qısaldılmış hissəsidi Ülkər mənə bunu ayrıntılarıyla canlı canlı izah edındə yazıq qız əsirdi(düzü belə şeylərə inanan birisi deyiləm ama elə ailədiki yalan danışacağını ağlımın ucundan belə keçirmədiyim üçün inandım və dəhşətə gəldim. Allah birdə belə şey yaşatmasın canım.dua
11 may 2016 11:41
# 9
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
NURANE
ALLAH irag etsin day bordw bele.qorxulu seyleri.gorsedmesin ne size nede basqasina yaxsi qurtarmosiz baci
11 may 2016 11:23
# 8
zalimin zulmu varsa seveninde Allahi var
Marta
Aman bu neydii( 18 Allah birde yasatmasin(
11 may 2016 11:17
# 7
Немного терпения, и у тебя все получится..
Nur Melikzade
Allah heckime gostermesin.Dehwetlidi.Allah hamimizi bele weylerden uzaq etsin
11 may 2016 10:21
# 6
İmza
Antikvar
Əslində mətndə qeyd olunanları mən hər zaman videolarda görmüşəm ,baxdığım zaman qorxunc olsada inandırıcı gəlmirdi,düşünürdüm bəlkə çəkiliş üçün yalandan oyun çıxardırıar,görünən odu realdada belə həqiqətlər var,qorxulu oldu oxumaq)Mənimdə övladım dünyaya gəldikdən sonra başıma oyunlar gəlirdi,indi-indi həmən qorxunc məxluqlardan rahatlıq tapmışam))
Gülka hamiləsən çox oxuma belə şeylər canıva qorxu düşər)
11 may 2016 09:53
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ilk nur
Deywete geldime yani bele birweylerde olarmiw.yaxwiki vaxtinda adam tapmisiz
11 may 2016 09:45
# 4
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 may 2016 09:43
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Oxudum wok oldum bele hadiselere inanmamiwam hec vaxt ama duwunuremki heyatda her wey ola biler
11 may 2016 09:07
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Oxuduqca dehsete geldim. Bele seylere inanan deyilem amma heqiqetende var uc herfliler
11 may 2016 08:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz