Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
Göndərən: arzum-aysum
Şərhlər: 20
Baxılıb: 474
Səs ver:
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni layihəmin növbəti bölümündə salamlayıram 03 Həəə qızlar, hamımız bilirik ki,  fu yuxular insan aləminin hələ də sirri açılmayan möcüzəli bir dünyasıdır. Hansı dünya ki, insan heç görmədiyi yerlərə gedir, heç görmədiyi insanlar ilə görüşür, sevincli, kədərli, sirrli bir həyat yaşayırıq yuxularımızda. Və bəzən də.... cadu elə olur ki, yuxularımız heç gözləmədiyimiz bir anda bir neçə gün sonra baş verə biləcək bir hadisənin müjdəçisi olur. Xoş və kədərli bir hadisənin... bu da uca Tanrının ən böyük möcüzələrindən biridir.. buyurun başınıza gələn bu cür sirrli yuxuları bizimlə bölüşün. Əminəm ki, hər biriniz ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə qarşılaşmısınız. 


Layihəmin bu bölümündə saytımızın Miss_Oxatan-nı baş verə biləcək hadisələri qabaqcadan ona ayan edən bir neçə sirrli yuxusunu bizimlə bölüşəcək....
 
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 
 
salam saytımızın gözəl göyçək xanımları. Yuxuları çin çıxan və mütləq pisə-yaxşıya anlamı olan bir insan kimi məndə Türkan bajımızın bu maraqlı layihəsində iştirak etmək istədim. Demək olar nəyin ki, gecələri hətta gündüz yatıb nə yuxu görürəmsə anlamı olmalıdır. Özü də gün ərzində 5 dəfə də yatsam 10 dəfə də yatsam, istər bir dəqiqə, istər saatlarla mütləq yuxu görürəm. Xüsusi olaraq çin çıxan yuxularımı seçib paylaşım sizlərlə.
 
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 

Mənim rəhmətlik nənəm (anamın anası) 23 il bundan qabaq dünyasını dəyişib. Onda mənim 7 yaşım vardı. Deməli hardasa 3 il əvvəl mən Rusiyada idim, onda yuxuda gördüm onu. Özü də hər deyəndə yuxuma gəlmir. Gördüm ki, kənddə evə gəlib, öz evlərinə, indi dayim, ailəsi və xalalarım yaşayır. Hər kəs görürəm hazırlıq görur, sevincli, şad xürrəm yemək bişirən kim, həyət baca süpürən təmizlik edən kimi. Mən soruşuram nədir bu hazırlıq qonaqmı gələcək? Xalamın biri deyir bəs bilmirsən nənən gələcək illər sonra bu gun evə, onadır bu hazırlıq. Deyirəm bəs bu necə olur axi nənə yoxdu həyatda. Bu sualıma cavab gəlmir amma soruşuram ki, bəs bizdən sonra olan nəvələrə nə deyəssiz? onlar nənəni görməyiblər axı, dirilib desəniz qorxacaqlar. Xalam deyir ki, sən narahat olma orasını da düşünmüşük, deyəciyik ki, bəs güya nənə illərdir xəstədir bibimizin oğlugildə müalicədəydi, orda qalıb müalicə olunurdu. Nəysə, bir az keçir görürəm darvazalar açılır nənəm gəlir, evdə hamımız qaçırıq qabağına, hamıyla görüşür. Mən nənəmin ilk nəvəsi olmuşam deyə məni bir başqa çox istəyirdi, mən də onda nişanlıydım, kocamla aramızda bərk dava olmuşdu ayrılıq havası vardı ortamda, bir sözlə yaxşı günlər deyildi həm də mənə. Gördüm nənəm məni bir neçə dəfə gah bu üzümdən, gah o üzümdən çoxlu-çoxlu öpür və hər öpdükcə də qulağıma deyir narahat olma, qorxma hər şey yaxşı olacaq. Bu minvalda evdən Rusiyada yaşayan xalam çıxır, nənəyə yaxın gedir o da görüşsün, amma nənə yaxına qoymur onu, neçə dəfə cəhd edir yaxınlaşır, nənəm icazə vermir, axırda bir də üstünə gedəndə görüşsün nənəm iki əliylə var güclə bərk itələyir, deyir sənə demirəm uzaq dur görüşmürəm səninlə. xalam arxası üstə yıxılır, amma pis olur, ağlayır, deyir niyə hamıyla görüşürsən mənimlə yox? nənəm bir kəlmə deyir. Belə lazımdı. Yuxudan ayıldım, yanırdım susundan, özümə gəlib o biri xalama yuxumu danışdım getdim işə. Həmən gün nənəm yuxuda görüşmədiyi xalam toyuq ətindən zəhərləndi, özü də nə zəhərlənmək, vəziyyəti kritik halda, son momentdə təcili yardım xəstəxanaya çatdırdı. artıq həkimlər də ümüdünü üzmüşdü. Mən yuxumu danışdığım xalam  da bir az da mənim yuxumdan qorxar ki, vəssalam yuxu bu deməkdir, xalam yaşamayacaq. Həkimlərin bütün cəhdləri ilə xalam yaşadı, amma heç nə olmadı. Sonra anladıq ki, nənəm yuxumda ona görə görüşməyib onunla, iki əli ilə itələyib, əgər görüşsəydi özü ilə aparardı iraq olsun. Şükür Allaha heçnə olmadı.
 
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 

Bir neçə il əvvəl anamgilin ard-arda iki əmisi oğlu rəhmətə getdi. Yaxın idik və çox istəyirdim onları. Günorta idi, mən Yasin oxudum, onların da adını çəkdim. isti idi deyə yatdıq. Yuxuda əmisi oğlunun birini gördüm, gəlib həyətimizə güllər düzdü, şəndir. Bir mənimlə, bir də xalamla daha isti görüşüb bizə təşəkkür elədi, razılıq elədi getdi. Ayıldım həmən xalam da dedi ki, mən də indi yatıb o biri qardaşını gördüm, indi yuxuda o da gəlib həyətə bir mənimlə bir də həmən xalamla onun yuxusunda görüşüb, sizin ikinizdən də razıyıq deyib, təşəkkür edib, görüşüb gedib. O xalam daha çox istəyirdi onları və xəstə vaxtlarında yanlarında olub əziyyətlərini çəkmişdi. Mən də Yasin oxuyanda adlarını çəkirdim. Ancaq xalama deməmişdim Yasin oxudum onlar üçün, amma demək ki, onlara agah olduğu kimi biz Yasin oxusaq da, adlarına duz salsaq da, bir yolla onlar da agah edib təşəkkür edirlər.
 
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4) 

İllər əvvəl bir işə düzəlmişdim və demişdim ki, ilk maaşımdan nənə babama Quran oxudacam və oxutdum. Yuxuda nənəmlə babam mamamın, yuxusuna girmişdi. Mamam deyir gördüm ikisi də meyvə bağçasındadılar, elə gözəl yerdədilər ki, kefləri də kök, amma nə qədər çalışıram yaxınlarına gedə bilmirəm, uzaqdan gülə-gülə əl ediblər, mamama deyiblər Günaya de ki, sağ olsun.
 
 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
 
Mənim atamın anası hardasa 4-5ildir dünyasını dəyişib. Ancaq o qədər də isti münasibətimiz olmayıb, tatar idi deyə rus kimi idi, öz aləmində. Atama qarşı da səhvləri olub. O dünyasını dəyişən günü yuxuma gəlmişdi, əslində xəstə falan deyildi qəfil öldü. Yuxuda gördüm ki,  indi gəlməsin gəlib bizim evə. Elə yazıq yazıq gəzir baxır hamımızın üzünə, kim də dindirir elədiklərinə görə üzr istəyir. Hamımız məəttəlik ki, bu arvad hara, bu məzlum mimikalar, etdiklərinə görə üzr istəmək hara. Nəysə, durdum mamama danışdım, mamam dedi ki, eyni yuxunu mən də görmüşəm, bu səfər vapşe şoke olduq, elə qeyri-ixtiyari dedik yəqin ölüb. Mamam atama pramoy deməsə də əvvəl söz salıb soruşdu, anasıyla danışdın ya yox, dedi 2 gün qabaq danışmışam yaxşıdı. Axırda dözmədik yuxumuzu danışdıq, atam narahat oldu, anası evdə qalan bacısı ilə yaşayırdı. Bacısına zəng elədi cavab vermədi, daha da narahat oldu, qonşularına zəng vurdu, dedilər ki, bəs bu səhər anan dünyasını qəfil dəyişib. Ondan sonra atam mənə deyir, sənin yuxularından adam qorxur.
 
 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
 
Mən ümümiyyətlə kimi yuxumda görürəmsə mütləq onun başına demək ki, nəsə gəlib deməkdir. Tələbə vaxtı çox yaxın bir qrup yoldaşım vardı 3-4 il əvvəl idi, bu qız hər gün yuxuma girirdi, çox qəmli olurdu, ağlayırdı. Yuxularıma bələdəm deyə bildim ki, nəsə olub. Nömrəsini falan itirmişdim, dözmədim, bir yolla tapdım nömrəsini, danışdıq. Elə bil himə bənd idi, başladı ağlmağa. Getdiyi oğlan manyak çıxmışdı, gün vermirdi ona, bunları danışdı, sən demə xəstəxanadan yeni çıxıbmiş, niyə dədən bizə ev almır deyə qıza bıçaqla zərər yetirmişdi, ölümdən dönmüşdü yazıq qız. Allah heç kimi elə bədazillərə rast salmasın. Amin.
 
 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
 
Əgər kimisə yuxumda üzgün qəmli görürəmsə istər yaxınım istər uzaq fərqi yoxdur,artıq özümdə bilirəm ki ona nəsə olub. O qədər olub ki, vətəndə qoyub gəldiyim ailə üzvlərimi elə görmüşəm, yuxularıma da bələdəm deyə bilmişəm ki, yox eee nəsə olub, amma uzaqdayam deyə gizlədiblər, ancaq yuxular imkan vermir deyə narahat olub bir yolla öyrənməmiş sakit ola bilmirəm.
Bizdə Şəkidə dayımgillə üz üzə qonşu yaşlı ər arvad var. Yuxuda bir dəfə gördüm ki,,həmən aralıqda palatka qurublar amma yasdı, hamının başında qara yaylıq, ağlaşır, amma bilmirəm hansı evdədi yaxınlaşıram soruşum kim ölüb, demirlər ayılıram. Oyandım dedim xeyir Allahdan, nə qədər elədim Azərbaycana düşə bilmədim setdən həmən gün. Daha da dəli oldum. Sonrakı gecə yenə eyni yuxunu gördüm. Bir az da pis oldum,  axı bu nə deməkdir kimə nə olub görən? Axşam zəng getdi və öyrəndim qonşuda qoca qadın rəhmətə gedib palatkanı ona görə qurublar.
 
 Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
 
Yuxularımın anlamı olmasında mamama çəkmişəm o da elədir eynən. Nə görsə mütləq olur xeyri yoxdu.B irinin başına yaxşı iş gəlsə agah olmaz mənə, pis hadisə gələndə görürəm yuxuda. Çox yazaram. Ama vaxtınızı almış olaram, onsuz da çox yazdım. Oxuyan gözləriniz var olsun. İnşAllah xeyirli yuxular görək ki, xeyir olsun.Amin.
 
Yuxularımdakı həqiqət - Miss_Oxatan (4)
 
Əziz bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də qızlarımızla bölüşüm... öpürəm hər birinizi....


Şərhlər: 20
Baxılıb: 474
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Yazdiqlarini maraqla oxudum. Woka dusdum.Mende cox yuxu gorenem amma bu derece yox. Yeni yuxuda gorduyum eynen heyata kecmeyib.
13 may 2016 17:12
# 20
Acısı çox olan qizların guluşu gozel olur.!
lili)
Yeni layihen xeyirli uqurlu olsun Turkan Ah Gunay mende beleyem yuxumda ne goruremse mutleq gercekde bas verir ama kimese danisiramsa yuxumu mutleq ziyan cekirem ona gorede ureyimde saxlayiram canim Turkan sene bolca yazacam yuxular haqqinda en esasi xeyirliye yozulsun yuxularimiz
13 may 2016 11:43
# 19
Miss_Oxatan
her kese fikirlerine gore tewekkur edirem,sagolun.elece de Turkana tewekkurler.InwAllah xeyirli yuxular gorek ki,xeyirli hadiselerde baw versin.Amin)
13 may 2016 00:24
# 18
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 may 2016 22:13
# 17
rəmsə
Həqiqətən yazdıqların maraqlı idi Günay,istər yasın oxuduğun,quran oxutdurduğun birinin yuxuda təşəkkür etməsi,istərsədə digərləri.Adətən mən eşitmişəmki əgər rəhmətə gedən biri kimin yuxusuna girirsə həmin adam ona yasın oxutdurmalıdı.İnşaallah yuxuların xeyrə çıxar.
12 may 2016 21:33
# 16
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Prenses_Nunu
Men ozum yuxulara inananam.Allah xeyirli olan yuxularimizi çin etsin Amin
12 may 2016 20:04
# 15
qonaqa
maraqla oxudum
12 may 2016 19:42
# 14
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
14MsM
Maraqla oxudum INWALLAH YUXULARIZ XEYIRE YOZULARAQ CIN CIXAR
12 may 2016 16:35
# 13
ülü16
Çox maraqla oxudum. Yuxularınız xeyrə yozulsun
12 may 2016 16:30
# 12
ilk nur
Maragla oxudum .
12 may 2016 15:37
# 11
qanadli melek
Olacaqlar evvelden yuxuda size eyan olub.Allah hemiwe xeyir etsin yuxularinizi ama hecde yaxsi hadiseler olmayib
12 may 2016 13:53
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 may 2016 13:50
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 may 2016 12:53
# 8
vipbetul
maraqli oldu yuxular hokmen cixir gercekde
12 may 2016 11:52
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Maraqlı idi tşk
12 may 2016 11:50
# 6
aziz a
Her zaman xeyrını göreceyımız yuxular görmek nesıbımıZ olsun.amın...
12 may 2016 11:10
# 5
Qelbim doludu !!!!
yarpaq33
Heqiqeten oxumaq cox maraqli oldu bezen mende oz yuxularimdan qorxuram cunku duz cixir ama yaxwiki sizin qeder tez tez yuxu gormurem
12 may 2016 10:58
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Hər şey sənə əyan olur ,nə olursa eynini yuxuda görürsən,maraqla oxudum Gülka, təki gördüyün yuxuların hər zaman xeyrə yozulsun.
12 may 2016 10:23
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Heqiqeten qorxulu yuxulardi. Ne yuxu gorsem yaxsiliga dogru olmasini dileyirem
12 may 2016 09:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
NURANE
Siz ne qorxulu yuxular gormusuz ama mene cox maraqli heldi ki sizin gorduyuz yuxular cin cixir cox maraqlidi ama teki yaxsi yixular goresiz hamisi cin cixsin
12 may 2016 09:19
# 1
zalimin zulmu varsa seveninde Allahi var
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz