Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başıma gəlmiş mistik hadisə - arzum_aysum (2)
Başıma gəlmiş mistik hadisə - arzum_aysum (2)
Göndərən: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 354
Səs ver:
Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
 
Elə iştirakçımızda saytımızın xanım-xatun gəlini arzum_aysumdur))).Gəlin birlikdə oxuyaq görək onun başına nə qorxulu haqq-hesab gəlib.

Saytımızın gözəl göyçək, şirin şəkər qızlarını Günayımın bu mistik layihəsindən salamlayıram. Saytımızda yaman qorxulu dövr başlayıb deyəsən. Mən deyərdim ki, ürəyi zəif və özü qorxaq olanlar heç əziyyət çəkib bu layihəyə daxil olmasın. Çünki hər dəfə qorxulu bir hekayə, və axırda sarılıq... Təbii ki, zarafat bir yana, inanıb ürəyinə salanlar oxumasa yaxşıdı, sonra başlayacaqlar fövqəl təbii varlıqlar görməyə. Düzdü bu yaşıma qədər elə də qorxunc bir varlıqlar görünməyib gözümə. Yaxşı da, görünməyib, yoxsa çoxdan ürəyim qorxudan dayanardı və bu gün belə bir qızı tanımazdız... Amma bir iki dəfə açıqlaması mənə qaranlıq qalan hadisə yaşamışam. 
Deməli hardasa 20-21 yaşım olardı. Gecə hər kəslə sağollaşıb getdim yatmağa. Artıq Yuxuya getmişəm, bir an boğulduğumu və üstümdə ağır nəyinsə olduğunu hiss elədim. Qan tərin içində yuxudan ayıldım, gözlərimi açan anda üstümdən qara bir kölgənin sürüşüb yox olduğunu gördüm. O kölgənin üstümdən sürüşən an bədənimdən keçən o ürpərti və ürəyimin yerindən çıxacaqmış kimi döyünməsi hələ də indiki kimi yadımdadı. Bu günə qədər o nə ola bilərdi deyə heç bir fikrə gələ bilmirəm. Yuxunun təsiri idi, ya həqiqət onu bir Allah bilir. 

Bir dəfə də, rayona getmişdim. Ana nənəm rəhmətə gedəndən sonra birinci dəfə idi ki, gedirdim. Gecə hər kəs yatmışdı artıq. Gördüm evin çöl qapısı, yəni eyvanın qapısı döyülür. Qapının döyülmə səsini açıq aydın eşidirdim. Xalamı nə qədər səslədim hay vermədi, dedim durum baxım görüm kimdi. Çıxdım eyvana, heç kəsi görmədim. Amma qapının döyüldüyünü yüz faiz eşitmişdim. Gəlib girdim yerimə, başımı saldım adyalın altına, qorxa qorxa yuxuya getdim. Və iki üç gün əvvəl etdiyimiz bir söhbəti xatırladım. Xalamın gəlni arada nənəmin ruhunu evdə hiss etdiyini demişdi. Bilmirəm o söhbətin təsiri idi, ya yox, həmin an qapını döyənin nənəmin ruhu olduğunu düşündüm
Bax belə qızlar, bu iki hadisənin nə demək olduğu hələ də mənə qaranlıq. Uca Allah qorusun hər birinizi, ağlımıza muğayat olsun  amin


Şərhlər: 11
Baxılıb: 354
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Ilk hadise yuzde 500 eminlikle deye bilerem ki, qarabasmadir. Her kesinn basina gelir zamanla. Sadece yuxu iflici.
Amma 2cini bilmedim)) ancaq inanmiram ki, ruh qapi zad doye)) He bir de ruhlar berzex aleminde olur. Ya da umumiyyetle paralel dunyada. Yeni ki, onlarin bizim dunyamizda Allah izn vermedikce isleri ola bilmez.
Ancaq tebii ki, maraqli mistik hadiseler cox maragimi cekir.

...666...
2 iyun 2016 11:46
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
ALlah her kese komek olsun insallah cinden seytandan qorusun
11 may 2016 13:01
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Sitat: Miss_Oxatan
boy hara oldu bu qeder werhler?yene neynediz sayta?kimiymiw bekar qalan goresen

Günay Adminə sual ver bölməsinə bax,aydınlıq gətirilib,ayın 9.na olan bütün xəbərlər,şərhlər silinib.Qısacası qadınlar.biz əhli ayın 9.nu yaşamayıb sanki:).
10 may 2016 20:56
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Oxatan
boy hara oldu bu qeder werhler?yene neynediz sayta?kimiymiw bekar qalan goresen
10 may 2016 20:50
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
elanora
mene ele gelir ilk gorduyunuz hadise yuxu olub siz qara kolgeni yuxuda gorub ayilmisiz ve size ele gelirki ayilandan sonra gormusuz. bele hadise menim basima cox gelib. en coxda bele hadiselerle hessas insanlar qarwilasir.
8 may 2016 12:54
# 7
leyli
ay maaa qorxdumee xeste shok
8 may 2016 12:52
# 6
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Angela7
Oxumaq qorxulu və maraqlı oldu.
8 may 2016 12:46
# 5
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
lale.veliyeva19
Belə qorxulu hadisələrdən sonra yəqin mən ölüb eliyərdim))))birinci hadisə qorxulu idi Allah köməyiniz olsun
8 may 2016 12:45
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
8 may 2016 12:32
# 3
Antikvar
Gülka bu qorxulu yazılar məni havalandırar yəqin)))Hər oxuduqca həyacan keçirirəm)İndidə saçlarım kirpi kimi qalxdı göyə)))Nənənizin ruhu evə gəlib yəqin belə hadisələr olur çünki həyatdada bir nəfərin Türkanın yaşadıqlarının eynini mənə danışmışdı ,həmişə deyirlər ölən insanın ruhu evdə gəzir.
Həm maraqlı həmdə qorxulu oldu oxumaq)
8 may 2016 12:18
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Bunlar sadece goz yanilmasidir. Bele mistik hadiseler cox yasanir
8 may 2016 12:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz