Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim sevdiyim mahnım - Miss_Oxatan (27)
Mənim sevdiyim mahnım - Miss_Oxatan (27)
Göndərən: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 233
Səs ver:
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz. Layihəmin adı "Mənim Sevdiyim Mahnım"dır.Bu layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı hər hansı bir xatirəsi varmı kiməsə xitab edirlərmi, maraqlı bir layihə olacağına inanaraq təbii ki, siz xanımlarmızın köməkliyi ilə yaratmaq qərarına gəldim.Bu dəfəki qonağım Miss_Oxatan-dır.Layihədə iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.
 
Musiqi ruhun qidasıdır və hər kəsin həyatda bir yox bir neçə musiqi var ki,onun üçün bir neçə məqamları xatırlatsın və ya həyatında bir şeyləri ifadə etsin.Mənim də həyatda müəyyən məqamlarımı xatırladan bir neçə musiqi var.Sevgili və nişanlı vaxtımız idi,bilənlər bilir də biz Rusiyada tanış olmuşuq mən burda işləyəndə,nəysə,bir dəfə baldızımla Azərbaycana gəlirdik hələ onda evli deyildik sevgiliydik kocamla,yol uzundu deye telefonda muzikalara qulaq asmağa başladım.Bu məqamda Elçin Ceferovun Əsən yellər musiqisi başladı heç iki saat deyildi yola düşmüşdük və bir anda özümdən asılı olmadı sel-su başladı elə gic ağlamaq tutdu ki,məni nə qədər çalışıram dayana bilmirəm.Elə dəli kimi darıxmağa başladım aşkım üçün.Hər kəs mənə baxırdı,axırda bərk hönkürdüm kriz keçdi)))indi o mahnını harda eşidirəm o anım,həmən gün və hal-hazırda evli də olsaq həyatımın mənası yadıma düşür.
Ancaq belə əslində sevdiyim musiqilər tam fərqlidir,Əsən yellər sadəcə ayrılıq anıma dənk gəlmişdi deyə hisslərimə toxunmuşdu.Sevdiyim və hər dəfə qulaq asdığım musiqilər başqadır.Həmən musiqiləri dinləyəndə xüsusi rahatlıq,hüzur tapıram və hər kəsə qulaq asmağı tövsüyə edirəm.Ufuk Çalışkanın Yeni limanlara adlı musiqisi-çox sevirəm,müəyyən anlarım olur ki,o mahnını dinləyirəm.Sonra Barış Akarsunun Rüzgar musiqisi.Bu mahnıya uzaq yol gedəndə qulaq asmağı sevirəm.Ceyla-Zamanina gəlsin-nədənsə çox sevirəm bu mahnını.Sonra bir ərəb musiqisi var Tamally Maak,heçnə başa düşmürəm düzdü ancaq çox sevirəm qulaq asanda rahatlıq gəlir sanki.İllər əvvəl Ans telekanalında Qadağan olunmuş meyvə adlı İran seriyalı var idi,o filmin soundtrackı var,İran musiqisidir,yenə də heçnə başa düşməsəmdə qulaq asanda hüzur verir insanaşİllər əvvəl bir arladaşım qulaq as deyib göndərdi o gündən vaz keçilməz musiqilərimdən biri oldu.Arzu edən Qadağan olunmuş meyvə mp3 yazb axtarıb qulaq asa bilər.Emre Aydının Hoşçakal adlı musiqisi var,bunu da sevərək dinləyirəm.Siyahım bir xeyli oldu,bilirəm.Ancaq inanın axarıb tapıb dinləsəniz sizdə sevərsiniz.Hər musiqini sevmirəm.Bir neçə dəfə qulaq asıram sonra yadıma düşmürlər.Ancaq bu mahnılar mənim illərdir vaz keçilməzlərimdir.Bu musiqilərə hər dəqiqə qulaq asmıram,müəyyən anlarım olur ki,sakitləşmək və özümə gəlmək üçün qulaq asıram.Ancaq adi vaxtlarda,gündəlik həyatda hərəkətli,templi mahnılara qulaq asıram və ziplayıb düşürəm)))Bu musiqilər artıq fərqli ola bilər.Pop,estrada,milli rəqslərimiz,ritmlər və s.Mən demişəm bir gün rus qonşularım Qafqaz ritmləri eşitməkdən məni şikayət edəcək.Ev işləri görərkən də,bekar olarkəndə mütləq qoşuram kalonkaları qulaq asıram.Nağara zurna musiqiləri favorilərimdəndir)))Əsasəndə Şəki zonasında həm Azərbaycanlı həm də ləzgi xalqının nümayəndələrinin musiqiləri.Nəysə,məndən bu qədər.Yenə çox yazdım.Mənim yazım digərlərindən fərqli oldu ancaq ətraflı yazmaq istədim.İnşAllah qəbul olar
 


Şərhlər: 3
Baxılıb: 233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
bacimin qulaq asdigi turk ve azeri mahnilari mende cox sevirem beyendim sevdiyin mahnilari 21
11 may 2016 14:36
# 3
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
maraqli zovqunuz var
11 may 2016 12:25
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Sara035
Qebul olar nedi ay baci?:)cox gozel yazmisiz yazdiginiz butun mahnilari severek dinleyirem bir tek qadagan olunmuw meyve mahnisini ewitmemiwem vaxt tapib onuda dinleyerem.layihenin en maraqli useri siz olduz deye bilerem08
10 may 2016 15:58
# 1
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz