Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xatirə dəftəri - Angela7 (42)
Xatirə dəftəri - Angela7 (42)
Göndərən: Tomris Müslümova
Şərhlər: 15
Baxılıb: 542
Səs ver:
Salam saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə təccübləndiniz çünki zamanında ruzgargülüm xanım müəllif olaraq hazırlayırdı bu xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim layihədə müsahibim Angela7-dir. Buyurun cavablarla tanış olun. 
 
1. Soyadınız Adınız?
Angela  7

2. Doğum Tarixiniz?
20 İyun

3. Bürcünüz/iliniz?
Əkizlər

4. Ən böyük arzunuz?
Həyatımın istənilən anında hüzur içində və xoşbəxt olduğumu hiss etmək.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Bəli olub, 2 dostum edib bunu. 2 sini də anında silmişəm, indi onlardan 1i peşman olsa belə gözünün yaşına qəti baxmıram, çünki düşünürəm ki, məni 1 dəfə incidən nə vaxtsa yenə incidəcək. Yalan və xəyanət bir çoxlarına olduğu kimi mənim üçün də vəziyyətdən asılı olmayaraq qəbuledilməzdir. Amma günah özümdədir, mən saf olub inanmasaydım, onlar bunu etməyə cəsarət tapmazdı.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Əla qiymətlərlə

7. Həyat sizcə maraqlıdır?
Əlbəttə maraqlıdır, həyat kəşf edilməsi üçün çırpınan bir dünyadır. Amma bu kəşf uğrunda yola çıxarkən bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır.

8. Möcüzəyə inanırsınız?
Allahın möcüzələri sonsuzdur, bəli, inanıram.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Bəzən hə, bəzən isə yox. Yaşadıqlarıma, başıma gələn hadisələrə görə dəyişir. Amma yenə də uşaqlıq illəri əvəzolunmazdır, əlimdə olsa bir müddətlik səyahət edərdim.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Xeyr, çünki düşünürəm ki, yenə dünyaya gəlsəydim, yenə hal-hazırda olduğum yolu, istiqaməti seçərdim.  

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Bu gün tutduğum mövqeyə, ağlıma, tərbiyəmə əsasən, ilk Allaha, daha sonra isə valideynlərimə.

12. Necə insanları xoşlayırsınız?
Yalandan və ikiüzlülükdən uzaq səmimi insanları. Sevməyi, dəyər verməyi, hörmət etməyi, anlamağı bacaran insanları.

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik hərə üçün bir məna ifadə edir. Mənim üçün ilk ağıldan və bilikdən başlayır. Əgər mən gözələmsə, baxımlı və səliqəliyəmsə, bunu məndən ağlım tələb edir. Və yaxud mənim danışıq tərzim, rəftarım əlavə olaraq mənə gözəllik gətirirsə, bunu yenə ağlım tələb edir.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Bir çox şəhərlərdə olmaq istəyərdim, amma ilk Nyu Yorkda.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Kiminsə online olub olmaması önəmli deyil mənim üçün, sadəcə bəzi maraqlı xəbərlər və müzakirələr olur, həmin an 5-6 xanımın şərhinə siqqət yetirirəm. 

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Düzünü desəm şəxsi mesajla demək olar heç kimlə danışmıram vaxt azlığı ucbatından. Sadəcə şərhlərdən oxuduğum qədəriylə Tomiris, Fialka, Arzum-aysum və Antikvar xanım, Miss-oxatan xanım. Bu xanımların şərhlərini bəyənirəm, və bəzən fikir eyniliyinə əsasən, bəzən beynimdəkiləri rahat ifadə edə bildiklərinə əsasən onları virtual olaraq daha yaxın hiss edirəm

17.Saytda kimin xəbərlərini böyük maraqla oxuyusunuz?
Xəbəri oxuyarkən əksər vaxtlarda müəllifə fikir vermirəm, xəbərin adına əsasən daxil olub oxuyuram. 

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Heç kimin, şükr elə bir problem yoxdur, amma yazını necə gəldi yazan azyaşlılar biraz məni əsəbiləşdirir, halbuki orta məktəbdə oxuyurlar və necə yazmaq qaydası hal-hazırda onlara öyrədilir. Bəlkə təvazökarlıdan kənar olacaq, amma, reklamla heç bir əlaqəsi yoxdur.Mən özüm Azərbaycan dilindən 2 ildir ki, xeyli uzaq olduğum halda dilimizin qaydalarını yazarkən nəinki burada hətta watsapp-da dostlarımla yazışarkən belə qoruyuram, orta məktəb şagirdləri necə dilimizə bu cür formaya rahatca sala bilirlər inanmıram. e,o,u hərflərindən danışmıram,anladıq telefonda mövcud deyil, ağrayır sözünün axrıyır şəklində yazılmasından danışıram. Yeri olmasa da dil mənim yaralı yerimdir,odur ki, ürəyimi boşaldım.

19.Saytda ən çox sizi nə cəlb edir?
Qadınların bütün maraq dairələrini əhatə etməsi.

20.Nə kimi təklifləriniz var saytda?
Xarici xəbərlər yığışdırılsın mümkünsə,çox narahatlıq törədir.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Yuxarıda qeyd etdiyim xanımların. Hər xəbərdə yox, mən daxil olduğum xəbərlərdə əgər onlar da şərh yazıbsa oxuyuram, xüsusilə Antikvar xanımı, bir böyük kimi çox məsləhətləri olur, həqiqətən də perfect user-dir heart Bir də Nərmin 666 rəqəmi ilə tanınan Nərminin yaxşı mənada gülməli şərhləri  03 

22. Nə üçün məhz Qadınlar.biz?
Qeyd etdiyim kimi qadınların maraq dairəsində olan bütün hər şey bu saytda var.

23.Bu saytda sizə nə maraq doğurur?
Maraqlı və əyləncəli saytdır. 

24.Saytdakı ən yaxın dostlarınız?
Yazışma üçün vaxt tapa bilmədiyimdən burada dostum da yoxdur.

25. Özünüz haqda qısa və tam!
Səmimi, sakit, həmişə haqqın tərəfində olan, insanlara güvənməyən və sözləri çox sevən biri...

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Xeyr, mən müşahidə etməmişəm.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
Bəzən upuzun yazmaq istədiyim şərhin səhvliklə bölünərək yarımçıq halda göndərilməsi.

28.Sayta olan ürək sözləriniz
Saytın ömrü uzun olsun, daha da inkişaf etsin və uğurlu yollar qət etsin 01

29.Baş Admindən Razısız ?
Bəli, narazı olmaq nə həddimə, sayt idarə etmənin, o məsuliyyəti daşıyıb xəbər hazırlamağın və onu vaxtında göndərməyin çətinliyini bilirəm çünki.

30.Həyatda ən çox kimə inanırısınız?
Anama

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Sual qəlizdir, hətta bir neçə dəfə oxudum, amma hər halda 2 düşmənin hakimi olmaq daha məqsədəuyğundur, çünki nə də olsa düşməndirlər, iş-işdən keçib, amma 2 dostun hakimi olmaq çətin məsələdir.

32.Həyatınızda əsas məqsəd nədir?
Həyatın məqsədi yaşa görə dəyişir. Hələlik təhsilimi bitirmək və işimin təməlini qoymaq.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Əsası gözəl ana və həyat yoldaşı kimi, sonra isə müvəfəqiyyətli bir iş qadını kimi. İnşAllah arzum gerçək olar. ltfen  xeyal

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Yuxarıda qeyd etdiyim xanımlar, Nərmin üçün darıxaram.
Layihədə mənə yer verdiyi üçün Tomiris xanıma xüsusi təşəkkürlər. 20 Oxuyan hər kəs sağolsun 01


Şərhlər: 15
Baxılıb: 542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Çox sağ olun xoş arzularınız üçün, 20 təşəkkür edirəm hər birinizə, nə xoş ki bəyəndiniz 08
7 may 2016 20:58
# 15
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
vipbetul
azda olsa tanidiqima sad oldum
6 may 2016 20:46
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Cox fikirlerinizle tam raziyam. Beyendim cavablarinizi. Yola verilmis cavablar deyil. Allah arzulariniza catdirsin. Ozunuzu gelecekde kim olaraq gormek isteyirsinizse insallah ele de olar. Tesekkurler
6 may 2016 19:34
# 13
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
qonaqa
maraqli ve konkret
6 may 2016 19:01
# 12
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Fialka
Olduqca maraqlı alınıb verdiyiniz cavablar sayəsində ) ağıl və savadınız verilən cavablardan bəllidir. Həyatda və qarşınıza qoyduğunuz məqsədlərinizdə uğurlar arzu edirəm .
6 may 2016 18:59
# 11
Arzum_Melek
Maraqli fikirlerdi maraqla oxudum Allah arzulariviza catdirsin
6 may 2016 14:47
# 10
Asya
Cox beyendim fikirlerinizi.Her bir fikrinizi cox gozel ifade etmisiz. Ugurlar her zaman)
6 may 2016 12:35
# 9
Miss_Oxatan
cavablardan aydindir ki,xanim qizimiz savadli ve agilli biridir.beli cox raziyam ve menimde vurguladigim problemlerden biridir.indi uwaqlarin coxu sozleri ne duzgun yazirlar ne de teleffuz edirler.sebebi de mutalie etmemeleridir.men bu userimize saytda fikir vermiwem.werhlerde ve munasibetde o qeder de aktiv olmasa da (ozu de qeyd etdiyi kimi vaxt qitligindandir) maraqli xeber ve paylawimlar muellifidir.beyendiyim userler sirasindadir.sakit ve movqeyinde duran.InwAllah hem wexsi hem de tehsil heyatinda ugurlar qazanar her zaman.Allah yolunu aciq etsin)
6 may 2016 12:23
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Antikvar
Suallar qarşılığında verdiyiniz cavabları bəyəndim,hər biri düşünülmüş ağıllı cavablarıydı əsasəndə gözəlliklə bağlı sualın cavabı birdə yazılış qaydasına söylədiyiniz fikirlərinizi dəstəkliyirəm,bəzən çox userlər sözləri necə deyirlərsə o tərzdə də yazırlar buda dil qabiliyyətimizi irəlliyə yox geriləməyə gətirib çıxardır.
Haqqımda söylədiyiniz fikirlərə görədə təşəkkürümü bildirirəm,hörmətiniz qarşılıqlıdır)İnşallah arzunuza çatıb gözəl ana ,həyat yoldaşı və iş qadını olarsız.Uğurlar həyatınızda.
6 may 2016 11:29
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 may 2016 11:26
# 6
Roza
Çox gözəl yazib, cavablari çox bəyəməndim.
Birdə məndə də bəzi həriflər yix idi, e,o,u kimi həriflərdən istifadə edirdim, amma mən pley marketdən özümə klaviatura yüklədim, azərbaycan dilində. Gördüyünüz kimi azəri həriflərlə yaziram. Kim istəsə yükləsin.
6 may 2016 11:10
# 5
....
BARBI
Cox maraqli fikirleriniz var. beyendim. Maraqli musahibe alinib
6 may 2016 08:21
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
Allah arzuna catdirsin
6 may 2016 07:53
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Nur_Naz
maragla oxudum,gozellikle bagli soylediyi fikir cox diqqetimi cekdi,bu yonden baxmasida agilli Xanim oldugunu gosterir.Heyatda ugur ve bol wans arzu edirem.
6 may 2016 01:53
# 2
qanadli melek
Maraqli fikirlerdi.Allah arzuna catdirsin
6 may 2016 01:33
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz