Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Bizlilərin sevdiyi ev işləri (6. hissə)
Qadınlar.Bizlilərin sevdiyi ev işləri (6. hissə)
Göndərən: GünƏşimƏ_AiD_
Şərhlər: 21
Baxılıb: 597
Səs ver:
Salam Qadınlar.biz in sevimli xanımları 03 Yeni lahiyəm ilə qarşınızdayam. 04
"Qadınlar.Bizlilərin sevdiyi ev işləri" 127 utu
Bölümlərdə hər xanım mənə sevdiyi və sevmədiyi ev işləri haqda yazıb atacaq.Və hər bölümdə 2 xanım olacaq.
Lahiyəyə qatilmaq isəyiən mənə şəxsi smslə yaza bilər mail2 
Kecək lahiyəmin  qonaqlarna  dance

1)arzum-aysum
Salam olsun sevimli saytımın işgüzar, qoçaq, on barmağında on marifet olan qızlarına. Bu gözəl, tam qadınlara uyğun layihədə xoş gördük sizi. Layihəni yaratdığına və məni də dəvət etdiyinə görə layihənin rəhbəri bacıma xüsusiiii təşəkkürümü bildirirəm. keçim əsas məsələyə. İndi deyəcəm ki, mən çox qoçaq, təmizkar biriyəm, deyəcəksiniz ki, başladı özünü tərifləməyə. Amma həqiqətən də, tərifdən, təvazökarlıqdan uzaq təmizliyi sevən və bunun üçün çox işləyən biriyəm. Ev işlərinin demək olar ki, hamısını sevirəm. Çünki sevdim sevmədim başqa çarəm yoxdur, bütün işləri mən etməliyəm. Ona görə də, sevə sevə edirəm ki, zövq alım, yorulmayım. Amma xüsusi sevdiyim ev işi paltar ütüləməkdi. Şirinlərimin balaca, rəngarəng paltarlarını ütüləyib şkafdan asanda zövq alıram. Onların əynində o paltarlar tər təmiz çiçək kimi olanda fərəhlənirəm. Axı çiçəyə də çiçək yaraşır. Hələ bidənəmin paltarlarını demirəm. O geyinib küçəyə çıxanda hər kəsdən səliqəli, təmiz olsun istəyirəm. 
Dadlı və gözəl görünüşlü yeməklər, şirniyyatlar bişirməyi də çox sevirəm. Bunları şirinlərimlə bişirəndə isə sözün əsl mənasında xoşbəxt oluram. O kiçik barmaqları ilə ərzaqları qarışdıranda düzdü bir baaaaalaca əsəbləşirəm, amma həmin an onların üzündəki o sevinc mənə dünyanı bəxş edir. 
Bir də sevmədiyim bir işi yazım. Yorğan döşəyin üzünü tez tez dəyişməyi sevirəm. Təmiz, ətirli, ütülü yataqda yatmaq heyif deyil?... Di gəl o qoşa yorğanın üzünü dəyişməkdən o qədər acığım gəlirrrr. Qollarım qırılır dəyişənə qədər.Təzə evlənən vaxtı bidənəm sağ olsun hər dəfə kömək edirdi. İndi forslanıb, daha eləmir 18
Yaman uzun yazıb başınızı ağrıtdım deyəsən. Sonda sizə bir məsləhət verim. İş görməkdən qaçmayın qızlar, çünki heyif deyil təmizlik.

1) zezema
Salamlar! Mənim ev işlərinə olan takıntım günbəgün artmaqdadır. Evdə çox mebel və əşyalarım ağ rəngdədir. Hər gün – tozları silirəm, tozsoranlayıram evi, sonra gücüm catan xalçaları atıram balkona havalansın, polu silirəm, sonra buxarlı təmizləyən ilə bir də üstündən keçirəm. Hamamları tualetləri təmizləyirəm (təmiz olsa da), bir də buxarla təmizləyirəm. Evin qapısını və blokun mənə aid hissəsini yuyuram. Kovriki silirəm, gül iyi verən spreylə spreyləyirəm. Tozsoraninda shotkasini qab shampunu ilə yumasam yerinə qoymuram. Bəzən ütünün buxarı ilə buxarlayıram shotkanı onda mikrob qalmır. Icini də. Evdə bir çox yerləri Spirtlə də spreyləyib silirəm mikrobları öldürmək üçün ))) Axirda xalçaları goturub balkonlari yuyuram. Mətbəxim zatən təmiz olur. Hər gun yemək bishirmirəm. Bir dəfəyə 2-3 günlük bishirirəm buzluğa qoyuram bəzilərini. Hər gün yemək bishirsəm bu islərə vaxtım catmaz. Vaxt deyəndə ki, 4-5 saat olur gunluk ishim. 
Şənbə və Bazar günü genaralni uborka gunudur! Evi dərindən təmizləyirəm. Pəncərələri silirəm, shkafları, buz dolabını, shifonerlərin ustunu, yataqlarin altini, qapiları, çılçıraqları vəəə.ssss təmizləyirəm. Pastelləri dəyişirəm. Pərdələri və stulları yuyuram.
Zəhləm gedən iş – paltar ütüləməkdi! Bir shkafımda iri həcmli siyirmələr var. yuyulan paltarları yığıram ora. Altı bazar məcburən ütüləyirəm. 
Sizi yorsamda yazacam))) Bu yaxında usta gəlmişdi. Eşitdim yoldaşımdan soruşur ki, "Siz burda yaşayırsız” – deyir "Hə”. Usta yenə "Uşaqlar da burda yaşayır” – yoldaşım güldü deyir "nolub ki” . usta dedi "elə təmizdi ki elə bil burda adam yaşamir, səhərdən təmiz yer axtarırdım namaz qılmağa, elə burda qılacam” ))))) 
Təşəkkürlər, qızlar, kimin gözü oxumaqdan ağrıdısa, həkim mənlikdi)))))


Şərhlər: 21
Baxılıb: 597
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
Qızlar hər birinizə təşəkkürlər! Maşallah saytımızın qızları hər biri bacarıqlıdırlar!
Nənələrimiz deyib ki (nənələrimiz haaa)) : ÖZÜNÜ TƏMİZ TUT - ÖLÜM GƏLƏR, EVİNİ TƏMİZ TUT - QONAĞIN GƏLƏR!
arzum-aysum afərin! Uşaqları mətbəxə buraxmaq böyük cəsarət tələb edir! Halaldı! Mən o riskə getmirəm))))
iki xalça şotkası aldım dünən eyni rəngdə ushaqlarima. yeyib peceniyani, piroqu yere tokurler. basha saldim ki, yediniz, tokuldu, zəhmət olmasa shotkalayib temizleyin qirintilari)))
22 aprel 2016 11:01
# 21
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
bizim qizlar cox isguzardir temizkardir
22 aprel 2016 00:20
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Maşallah olsun qızlarımıza. Haladı vallah sizə alkis
21 aprel 2016 21:35
# 19
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Asya
Xanimlarin ikisi de cox iw guzardi,ikisi de temiz iş gören xanimlardi.Halaldi vallah.Her birini maraqla oxudum.Seliqeli olmaq gozeldi men de xowlayiram seliqeni.İw görmek ,evi temiz seliqeli saxlamaq gozeldi..İş görmeyi xowlayiram men de bütün qizlarimiz kimi))) Ama qizlarimiz cox qocaqdi)) Tewekkurler maraqli oldu oxumaq)
21 aprel 2016 21:11
# 18
evli.mutlu.cocuklu
Maraqla oxudum tsk
21 aprel 2016 19:43
# 17
ülü16
Hər iki bacım təmizkardır. Həmişə belə olun. Oxumaqdan zövq aldım
21 aprel 2016 19:21
# 16
Miss_Oxatan
Vallah bravo ay qizlar halaldi ikinize de zezema senin yazdiqlarini oxuyanda o iwleri gormuw kimi yoruldum ele bildim durub o iwleri gormuw kimi oldum)))halaldi ikinize de.Turkan inan cuxolu yorgana geyindirmekden menimde zehlem gedir sagolsun hele ki menimki komek edir.komek etmire vapwe ozu salir)))
21 aprel 2016 18:23
# 15
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
qonaqa
aferin qizlar elıaaa
21 aprel 2016 18:22
# 14
Səni çooox sevirəm!Həyatım,canim,ureyim,nefesim,herseyim sen menim dunyamsan sen olmasan men bir hecem Allah bizi hec bir zaman ayirmasin heyat cox qeribedir insanin elinden sevdiyini alir.Allah seni menim elimden almasin.Awkim benim "seni cox sevirem" elisim AyEl canim kocam seni cox sevirem! sizin üçün çooox darıxmışam ailem скучаю((
rəmsə
Afərin qızlar bax belə zirək olun,mən bajınıza oxşamayın tənbəllikdə23
21 aprel 2016 17:57
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Barbaris
Maraqla oxudum . təmizliyi mende sevirem

Maraqla oxudum . təmizliyi mende sevirem

Maraqla oxudum . təmizliyi mende sevirem
21 aprel 2016 15:07
# 12
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnci
Bibim danisir deyir o vaxt gedirdik qonsuya qonsu deyir burani yigdim orani yigdim bizde qacib gelirdik eve vaslayirdiq ondanda temiz etmeye indi gedirik qonsuya deyir bu seriala baxdim o seriala baxdim bizde gelib baxiriq is gucde cixir yaddan heqiqetende eledir burda ixuduqca oz evim gozumin qabaginda canlandi ki hara qalib yigisdirilmamis gedim mende yigim ama tesuf ki bugun generalnu uborka etmisem hec yer qalmaib birce yemek bisiresiysm gedim onu bisirim
21 aprel 2016 14:49
# 11
Her gulusun arxasında bır keder vardır
yarpaq33
Temizlik delisi olan biri kimi qizlarimizin yazdigi meni sakitlewdirdi demeli butun gunu elinde desmalla sprey gezen tek men deyilem cox sevindim buna
21 aprel 2016 14:16
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ayka95
Oxumaq çox maraqli oldu her ikisini.Allah qüvvet versin sizlere,mende temizlik xestesiyem
21 aprel 2016 14:06
# 9
Leylas
Arzum aysun caaan sen nece sirinsen....
Zezema.. Temizliyi men de cox sevirem temizkarliginiz cox gozel .... Allah guvvet versin ...
21 aprel 2016 13:03
# 8
Ekizlerin mamasi
Çox həvəslə oxudum gözəl yazmısiz.Allah qüvvət versin yorulmayasiz. Təmizlik hər cehetden gozeldir. Mende işlərimin bir hissəsini indi qutardim
21 aprel 2016 13:00
# 7
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Fialka
Belə təmizliyə , evin səliqə səhmanına önəm verməniz çox gözəldir.. Allah daha da qüvvət versin ki, eviniz həmişə təmiz və baxımlı olsun.
21 aprel 2016 12:45
# 6
Tomris Müslümova
Bu dəfəki bölümdə ki xanımlarımızın ikisidə biri-birindən təmizkardırlar.İkisidə elə yazıb ki,adam həvəsə gəlir.
21 aprel 2016 10:26
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
İşgüzar qadınların təmizkar olduğunu oxumaq insana zövq verir,bunları oxuyarkən təmiz olan evimi birdə təmizləmək istədim:)Allah dahada qüvvət versin əllərinizə.
21 aprel 2016 10:04
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Roza
Maşallah qizlarimiz hər biri iş güzardi. Hər birinizə uğurlar, qadin təmizkar olmalidir)).
Məndə xoşlayiram ev təmiz olsun, amma mümkün deyil, uşaq da heç yoxdur amma tez səliqəsizləşir ev.
21 aprel 2016 09:55
# 3
....
ulduz
Arzum-aysum bacim insan balasina etdiyi isden hemise zovq alir. Tesrvvur edirəm o sirinlerle ne maraqli olar şirniyat bisirmek.
Zezema canim sen lap pisiko olmusan. Amma temizlik imandan gelir temuzle. Bari o usta spirtsiz yerdemi qildu namazini.
Her ikunizinde qoluna quvvet isleyin
21 aprel 2016 09:22
# 2
BARBI
Hamam tualet temizliyi mende xestelik halini alinmb. Tez tez temizleyirem
21 aprel 2016 09:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz