Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar.Biz'li xanımların sevimli şeiri - fialka (46)
Qadınlar.Biz'li xanımların sevimli şeiri - fialka (46)
Göndərən: ___Jasmin___
Şərhlər: 20
Baxılıb: 369
Səs ver:
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 
Bu günkü qonagım fialka nikli usermizdir
 
Salam təşəkkür edirəm. 
Ən çox sevdiyim şeir demək olar ki, budur ) buyurub oxuya bilərsiz)).
Kişilər bir olmur atam balası 
Qorxağı var, igidi var, 
Amma hər kişinin öləndən sonra 
Qəbri üstdə ağlamağa 
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan? 
Qardaşmı olacaq, yadmı olacaq? 
Bu dunyada bəlkə sənə ən çox ağlayan, 
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını 
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi 
İllər boyu ağlatdığım bu qadın 
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam, 
Nə gözünü silmişəm. 
Gözlərimə batır indi saçlarının hər dəni, 

İllər boyu bu qadına mən axı dərd vermişəm 
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa, 
Yumruğuyla döysə-döysə yaxşıdı. 
Qəbrimin üstündə ağlamaqdansa, 
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın, 
Kiri-kiri,qara paltarlı qadın. 
Bu qəbir də min qəbirdən biridir. 
Baş daşımı bəsdir basdın bağrına, 
Bütün mənə ağlayanlar kiridi, 
Sən də kiri, qəbrim damır, ağlama...

Müəllif: Ramiz Rovşən


Şərhlər: 20
Baxılıb: 369
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Ilk defedir esidirem. Gozel seirdir. Hem de tesirli. Tesekkurler
2 may 2016 16:15
# 20
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 may 2016 12:07
# 19
roksi1995
Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama
1 may 2016 18:22
# 18
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
qonaqa
cox gozel ve tesrili seirdidi teseekkurler
1 may 2016 17:07
# 17
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
yarpaq33
Beyendim cox tesirli werdi kiwiler beledi ya heyatdan kocenden sonra bilirlet qadinin deyerini ya da onu itirdikden sonra o daki cox gec olur malesef
1 may 2016 13:08
# 16
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Arzum_Melek
Sitat: ayka95
Çox Gözel seirdir. Oxuduqca mene çox tesir etdi
1 may 2016 13:06
# 15
vipbetul
qeseng seirdir
1 may 2016 12:45
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Təsirli şeirdi.Kaşki kişilər qadınlara hakk etdikləri dəyərləri versinlər.Çünki,qadın böyük bir varlıqdır.Ama kişilər dəyər vermirlər onlara,bəzi istisnaları çıxsaq.Day bilmirlər ki,qadınlar həm anadı,həm yoldaşdı,həm aşbazdı,həm tibb bacısıdı,həm müəllimədi,həm axran və daha nələr nələr.Üstəlik bayramlarda da istirahət götürmürlər,işlərini dayandırmırlar və günün sonunda ''bütün günü evdə nə iş görürsən''sözünü eşidirlər.
1 may 2016 11:51
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Marta
Menali ve zovqlu secim etmisiniz.tesekkur.
1 may 2016 11:42
# 12
Немного терпения, и у тебя все получится..
Antikvar
Ramiz Rövşən yoldaşımın sevdiyi şairi,hər zaman onun şeirlərini dinləyir məndə onunla birgə dinləmişəm bir neçə şeirlərdən)
Bir daha nə qədər "Qadınına"deyənlər ailəsinə bağlı olan kişiləri kənardan qınayanlara, belə şeirləri oxuyub həqiqəti görsün qadın hər yerdə onun olanına sahib çıxar harda olursa olsun...
Bəyəndim şeiri,təşəkkürlər.
1 may 2016 11:32
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nur Melikzade
Yaxci weirdi.Tesirlidi hemde ((
1 may 2016 11:24
# 10
İmza
zezema
bu sheri cox eshitmishem. coxda beyenirem.
1 may 2016 11:18
# 9
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Totu
Qeweng weirdi.
1 may 2016 10:59
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
krisa
Cox tesirli,derin menali serdir .Cox beyendim.Hetta oxuduqca kövreldim.
1 may 2016 10:28
# 7
sadece_men
Super weirdi.menimde xowum gəlir
1 may 2016 10:17
# 6
Barbaris
Gozel şeirdi beyendim
1 may 2016 10:03
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Cox gozel ve tesirli seirdir. Beyendim
1 may 2016 09:48
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
YalniZ-ArZu
Ramiz Rovwenin bu weirin cox beyenirem.Cox gozel weir secimi elediz,tewekkur edirem size.
1 may 2016 09:43
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Asya
Gozel weirdi,oxumuwam bu weiri.Her bir sozu menalidi,beyendim.Tewekkurler
1 may 2016 09:39
# 2
ayka95
Çox Gözel seirdir. Oxuduqca mene çox tesir etdi
1 may 2016 09:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz