Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim toy günüm - Sara035 (34)
Mənim toy günüm - Sara035 (34)
Göndərən: arzum-aysum
Şərhlər: 39
Baxılıb: 1039
Səs ver:
  toy ..Mənim Toy Günüm... toy layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Sara035-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq
 
Mənim toy günüm - Sara035 (34) 
 
Əvvəla hər kəsi salamlayiram.Əziyyət çəkib oxuduğunuz üçün sizə,dəvəti üçündə Türkan bacima təşəkkür edirəm.
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Tanişligimiz elə də qeyri-adi olmayıb. evləri xalamgilin evinə yaxindi, ora gedərkən görüb balaca vaxtdan sonra denk gəlməyib, bir müddət sonra məktəb çıxışında görüb, əmimqiziyla, dostu əmimqızının sevgilisi idi onlardan nömrəmi götürüb mesaj yazdı, bir neçə gün cavab vermədim, bildim bunların işidi, dalaşdım əmimqızıyla, bilsəm dalaşmazdım 09 sonra məktəbə, hazırlığa gəldi getdi, dedim hazırlaşıram əl çək, dedi birlikdə oxuyarıq heç nə olmaz, təki razılaş, çəkinirdim balaca rayon bu imkanlı qızları görürdüm bunu görəndə necə hərəkət edirlər, uzaqda yox elə sinifimizdə padruqam dediyim qız da başladı buna yazmağa, mənə qədər heç kimlə danışmaması, ciddi olması şans verməyimə səbəb oldu. Əgər kimləsə danışmış olsaydı o qıza ilişib qalasıydım burnundan gəlməliydi 23

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Telefonda evlənərsəmi mənlə dedi "hə"dedim 06 son zəngdən bir həftə sonra elçi gəldi, Atestat imtahanım günüdə nişanimiz oldu, 24 iyun hər şey qarışmışdı bir-birinə, həyəcandan ölürdüm, o gün ölmədimsə dedim mənə ölüm yoxdu daha
 
3. Neçə müddət nişanlı qaldınız?
6ay nişanlı qaldıq
 
4. Toy hazırlıqları necə irəlilədi?
Çox gözəl, hər şey yolunda idi
 
5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Bir neçə ay evvəl ,biz rahat idik, amma yoldaşımgil ev tikirdilər deyə tələsirdilər bir az, həm də qaynanam 2013-ə keçməsini istəmirdi
 
6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Hər həftə birlikdə Bakıya getməyimiz
 
7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Mən və qaynanam istəyirdi, yoldaşım da nə desəm razılaşırdı, amma vaxt çatmadı sonra deyir nə yaxşi heç istəmirdim 24

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Qayanamla qaynatam seçib, yoldaşım zəng vurub dedi anagil danışıblar salonla, 15-i noyabr toyumuzdu şok oldum 23

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Salondakı fotoqrafçıya

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox etdirməmişdik, amma hər Bakıya gedəndə çəkdirmişdik, toyda ikimizin də uşaqlıq şəkilləri bir də birlikdə çəkdirdiyimiz şəkilləri slide show elədilər, çox gözəl alındı, bizdən sonra dəbə düşdü

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Hə xəyalımdaki gəlinlik idi

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Bir gün, Bakıdan tapdıq, iki toyun da gəlinliyini, amma qız toyununkunu qaytarmalı olduq, atamın bibisi oğlu rəhmətə getdi, qız toyu olmadı

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Yox, onda hər şey ilə razılaşırdı, indi deyir sənə qoydum açıq seçdin, heç də açıq deyildi hh

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Yox, bir gün əvvəl gedəcəkdim mənasız şey üstündə dalaşdıq, tərsliyim tutdu getmədim 06

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Hə, cox gözəl olmuşdu, hər kəs bəyənmişdi

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox, bizdə elə adət yoxdu, onu da Bakıda birlikdə seçmişdik
 
17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
əlbəttə 15.11.2012

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Hə, hamı getmişdi salona bəzənməyə, evdə nənəmlə mən qalmışdım, yoldaşım maşın xəstəsidi, o gündə ustada idi saat 1-də gəlib aparıb məni salona 24

19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox, heç nə çox şükür, bir istərdim Mətanətin gəl xoşbəxt olaq mahnısı 1, 2həftə olardı çıxan, onu istəmişdim, yoldaşım demişdi karta köçürdüb verəcəm onu çalsınlar, amma yaddan çıxmışdı :(

20 Toyunuzun ən gözəl anı nə idi?
Hər ani gözəl idi, amma sinif rəhbərimin çıxışı çox kövrəltdi məni, o qədər gözəl sözlər dedi ki, həm utandım, həm də sevindim
 
21. İlk rəqs parçanız hansı idi?
Bir şarkısın sen parçası oldu

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
İlk rəqsimiz çox gözəl və romantik idi 128

23. Bir tərslik yaşandımı toy günü?
Elə də böyük tərslik yox, atam tərəfdən az qohumum vardı, bir də sinif yoldaşlarımla oynamağa qoymadı özünün dostları, sinif yoldaşları bir də mənim dostlarıma söz birlikdə verildi, iki toy bir yerdə idi deyə oğlanlar çox idi ortada 
 
24.Ən çox nə vaxt həyəcanlandınız?
Salondan çıxarkən fişənglər atıldı hər kəs həyətdə idi, atama sarıldım sağollaşdım, çox kövrəldik ikimiz də, evə gəldik, ikimiz tək başladıq yemək axtarıb yeməyə bütün həyəcanım keçdi

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Hə, dizaynerlər çox gözəl bəzəmişdilər evi də otağı da, çox bəyənmişdim

26. Bal ayınızı harada keçirdiniz?
Türkiyəyə getdik, 18 yaşımı da orda keçirdim, yaşim bitdi deyə pasport lazim oldu, heç ağlımıza gəlməmişdi, amma səfirliyə getdik sənəd verdilər
 
27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
3il 5ay-dı

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?[/quote]
Qızlar, nə qədər istəyirsiz gəzin, evlənəndən sora aparmırlar, sevirsizsə sevginizin arxasında durun, sahib çıxın, heç kimin sözü ilə aranızda söz söhbət eləmiyin. Hər birinizə xoşbəxtlik arzu edirəm, öpürəm
 
Mənim toy günüm - Sara035 (34)
 
Canım mənim, dilərəm o gözəl yuvanızdan sevgi, məhəbbət, ruzi bərəkət heç bir zaman əskik olmaz... balalarınızla birgə hər zaman ancaq və ancaq xoşbəxt günlər yaşayın inşallah... amin...


Şərhlər: 39
Baxılıb: 1039
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
balawkam
xowbext ol bacim heart 128 128
12 aprel 2016 19:52
# 39
Nervicatka
Xowbext ol gozel bacm

Xowbext ol gozel bacm
11 aprel 2016 13:40
# 38
Mən atamın qiziyam tanq altinda qalaram soz altinda yox.
Fi-Ra
Allah xoşbəxt eləsin
10 aprel 2016 23:59
# 37
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
evli.mutlu.cocuklu
Omur boyu xosbext ol canim
10 aprel 2016 23:30
# 36
NURANE
ALLAH xosbexet elesin sizi AMIN cox maraqli olub
10 aprel 2016 18:01
# 35
zalimin zulmu varsa seveninde Allahi var
adsiz-a
Allah xosbext elesin
10 aprel 2016 18:00
# 34
Ekizlerin mamasi
Maraqlı oldu oxumaq.biraz tez olub toyunu ama əsas xoşbəxtlikdir. Birdə toydan sora hamı dediyiniz kimi deyil axı. Hər gəzmək istəyəndə çıxaranlarda var.ömür boyu balalarımıza biryerdə xoşbəxt olun insallah
10 aprel 2016 13:14
# 33
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Miss_Angel
ALLAH xowbext elesin daima
10 aprel 2016 11:26
# 32
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Totu
Allah xowbext etsin
10 aprel 2016 10:26
# 31
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
kiraz mevsimci kiz
sizle adasam deye nece biri oldugunuz meni maraqlandirir ALLAH her zaman xosbext etsin sizi ozume neler arzu ediremse sizede onlari arzu edirem
9 aprel 2016 22:04
# 30
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Tomris Müslümova
Hər cavabı bir - bir oxudum.Mənə hər zaman maraqlı gəlirdiz.Həm yaşıdıq deyəsən sizinlə.24. sualın cavabına güldüm.Təsəvvür edirəm evdə gəlinlə bəy yemək axtarışında:))Allah xoşbəxt eləsin sizi.Hər zaman mehriban olun.Allah o gül balanızı qorusun.İsti ocağınız hər zaman bəd - nəzərlərdən uzaq olsun.Uğurlar.
9 aprel 2016 20:03
# 29
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ovlad-hesreti
Allah her zaman xosbext elesin sizi bacim. ovladlarinizi qorusun Aminnn. menim toy hazirligim.toy gunumle bagli coxda yaxsi xatirelerim yoxdu halbuki nece cetinlikle sevdiyimle aile qurmuwam maraqli ve kewmekewli sevgi heyatim taniwligim olub ama toy hazirligi toy gunu yadima duwende kovrelirem cunki hecne istediyim.kimi getmedi gozumde qoydular cox weyi yoldawimin ailesi.
9 aprel 2016 19:47
# 28
nayino
Cox boyuk maraqla oxudum.Allah xosbext elesin
9 aprel 2016 18:27
# 27
qonaqa
Allah omur boyu xosbext elesin Amin)
9 aprel 2016 17:23
# 26
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ülü16
Allah xoşbəxt eləsin. Üzünüz həmişə gülsün.
9 aprel 2016 17:20
# 25
yarpaq33
Maraqla oxudum Allah xowbext elesin
9 aprel 2016 16:30
# 24
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Sara035
Her kese xow sozler ucun tewekkur edirem.Antikvar bacim balaca qizimdi he cox sagol,Fialkam çox sagol canim mende ekimi coxlu coxlu opurem.Her kese gozel aile,xowbext omur arzu edirem123
Turkan bacim bir daha tewekkur edirem,
9 aprel 2016 16:30
# 23
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Mrs.Pianist
Cox maraqli olub xosbext olasiz. Saytda sevdiyim userlerdendi. Qizlarinizla birlikde omur boyu xosbext olasiz!!
9 aprel 2016 16:13
# 22
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
Maraqli olub xosbext olmanizi dilerem bir omur
9 aprel 2016 15:50
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
Çox maraqli oldu suallarinizin cavablari.Allah xosbext etsin sizi
9 aprel 2016 14:35
# 20
14MsM
ALLAH XOWBEXT ELESIN..
9 aprel 2016 14:33
# 19
Arzum_Melek
Maraqla oxudum)) ALLAH SIZI XOWBEXT ELESIN
9 aprel 2016 14:23
# 18
Asya
Maraqli olduu oxumaqq...Allah xowbext etsin sizi her zaman canim menimm..
9 aprel 2016 14:11
# 17
Aysun2014
Xowbext olun teki canm
9 aprel 2016 13:51
# 16
ummuselma
maraqla oxudum. Allah her zaman xosbextlik nesib etsin.
Men de oz toyundan yazmaq isterdim((
9 aprel 2016 13:47
# 15
Fialka
Çox maraqlı alınıb oxumaq çox xoş oldu . Üzü kimi qəlbidə gözəl olan Cəmiləm inşAllah ailə səadətin sonsuz olar Allah həmişə səni Sara və Nuru daima xoşbəxt etsin onların uğurlarına baxıb daima sevinəsiz inşAllah həm öz adımdan həmdə Əkinin adından öpürəm Sara və Nuru 123 Xoşbəxt ol gözəlim blush_mini
9 aprel 2016 13:42
# 14
lalə12
mraqla oxudum cemiş allah mehriban etsin
9 aprel 2016 13:16
# 13
sahib olduqlarina şukr etmeyi bilmeyen. itirdiklerine usyan etmeye haqqi yoxd.....
Marta
Cox maraqla hevesle oxudum, oxuduqca da gozumun onunde canlandi)) xosbext olun.
9 aprel 2016 13:06
# 12
Немного терпения, и у тебя все получится..
zezema
Xoshbəxt olun! Mətanətin mahnısı qalsın 5 illiyinizə inshallah! ))
Toydan sonra yemək axtarmaq diyəsən hamınin problemidi)))))
9 aprel 2016 12:09
# 11
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Leylas
24 .. Oldum gulmekden )) oz toyunda yemek olmur basa dusurem sizi )))
28 .. Duz deyirsiz nisanli vaxti ne geder bacarirsiz gezin evlenende yanindasiz deye gezmeye ehtiyac duymullar ))..
Allah sizi xosbext elesin .. Evli oldugnuzu bilmirdim ... Her zaman sevib sevilesiz...
9 aprel 2016 11:45
# 10
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz