Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən və O - Anar Mammadov ilə maraqlı müsahibəm
Mən və O - Anar Mammadov ilə maraqlı müsahibəm
Göndərən: Antikvar
Şərhlər: 51
Baxılıb: 1144
Səs ver:
Salam saytımızın gözəl,şirin,sevimli qızları.Yenidən çox gözəl lahiyə ilə sizlərnəyəm.Demək lahiyəm haqqında sizlərə qısada olsa məlumat verim.Saytda müsahibə tərzli lahiyələr ,suallar çox olub həmçinin iştirak edənlərdə ,amma bu dəfə fərqli , daha düşündürücü dolğun suallar olacaqdır.Lahiyəmdə iştirakını istədiyim unsurleri mən özüm seçim edib ismarıc göndərəcəm suallarla bərabər.Bu dəfəki iştiraçkım saytımızın Admini Anar Mammadovdu.Buyurun oxuyun.

1.Salam Saytımızın dəyərli Admini)İlk öncə özünüzü özünəxas tərzdə təqdim etməyinizi istəsəm necə edərdiz?
Qısaca olaraq Anar Məmmədov, Qadınlar.Biz saytının rəhbəri (admini) kimi tanısaz kifayət edər.

2.Haqqınızda məlumatı olan azdı saytda ,subaysız evlisiz sualını vermiyəcəm sizə,bilirəm ki,evlisiz(bilməyənlərədə bildirmiş oldum))Bəlkə yaşınızı,ali təhsilinizi qeyd edəsiz qoy azda olsa userlerimizin sizin haqqınızda məlumatı olsun)
Mən özüm haqqımda yalan informasiya verməyi sevmirəm. Ya digər admin qardaşımız Mammadov VC kimi heç bir məlumat verilməməlidir ya verilirsə tam verilməlidir deyə düşünürəm))) Haqqımda profilimdə UPDATE edib hər şeyi yenilədim. Maraqlı olan hərkəs yaşımdan təhsilimə qədər profil səhifəmdə suallarına cavab tapa bilərlər.

3.Bir gün iki dost oturur birlikdə el dili ilə desək mırtlaşırlar))Dostlardan biri deyir gəl arvad saytı açaq,amma digər dostu zarafat olduğunu sanır gülməyə başlayır))Zarafat etməyən dost ciddi olduğunu deyir və saytı dizayn edir verir digər dostunun öhtəliyinə dostuda çalışdığı qədər saytı yüksəklərə gətirib çıxarda bilir,bu qədər əziyyətdən sonra saytdan uzaqlaşmaq sizə ağır gəlmədimi?Bilirəm deyəcəksiz mən uzaqlaşmamışam hələdə saytdayam amma əvvəlki saytda olan fəaliyyətinizə baxsaq indi daha az məşğul olursuz saytla)
Sual xoşuma gəldi :) Özünüzdə yuxarıda bildirdiyiniz kimi uzaqlaşmamışam 1 gün belə olsa. Biz ele bir sistem qurduq ki, sayt yeni açılandan mən saytı demək olar tək idarə etdim və kifayət qədər bəlli bir səviyyəyə gətirdim Allahın və bəzi userlərin köməkliyi ilə ( Aytən Mələk və Karamela nikli istifadəçilərin əməyi ən azı biz adminlər qədər çoxdur bu saytda). Sonradan gördüm ki, bu layihəmiz düşündüyümüzdən də artıq ciddi işlər,ciddi rejim tələb etməyə başlayır və bu yükün altında qalmaq ağırlıq edir. Həm dövlət işimlə bağlı zaman qıtlığı həmçinin texniki işlərlə bağlı zəif bilməyim bu işdə saytın digər ortağı (əslində isə qardaşdan da yaxın olan Mammadov VC) devrəyə girdi :) Hansıki bu vaxta qədər o saytda görünmürdü , o gündən də sonra yerimizi dəyişdik. Amma siz saytda birimizi belə görsəniz inanın ki, bütün sosial şəbəkələrdə saatımız ayrı keçmir 111)))))

4.Necə xarakterə sahibsiz?Ciddimi ,zarafatcılmı,yoxsa deyəcəksiz yeri və zamanına görə xarakterimi sərgiləyirəm?)
Yeri və zamanına görə xarakter sərgiləmirəm)) Qarşımdakı insana görə necə xarakter göstərəcəyimə bağlıdır o. İnsanına görə dəyişir yani)

5.Sizə indi yazdığım sualı vermək istəyərkən ağlıma bir mahnı gəldi (İfrat Şahin meyxanaçılarına aid olan -Ağlın varsa evlənmə)))Siz bu musiqinin sözləri ilə razısınızmı?Desəm ki, sizə həmyaşıdlarınıza və həmcinslərinizə burda evlənmə barəsində bir iki məsləhət verin siz qarşılığında "Ağlınız varsa evlənməyin"deyəcəksiz ya "Ağlınız varsa evlənin"?)))
Düzü o mahnını yaxud meyxananı eşitməmişəm. Amma hər kim oxuyubsa çox yalnış oxuyub. Evliliyi hər kəsə tövsiyyə edirəm.

6.Şəxsi həyatınızla bağlı suallarıma son qoyub birazda ətrafdan sizə suallarım olacaq.Qabaqlarda bir komedi izləyirdim tv-də,sizdə tanımamış olmarsız:) Coşqun və Rafelin komedi konsertini:)deyilmiş sözləri insanların üzündə təbəssüm yaratmaqlarına görə olsada həqiqət çoxuydu.Demək yas mərasimində olan yemək verilmə qaydaları,sanki toy keçirirmişlər kimi meyvəsinə qədər hər bir keşidlər olmalıdı süfrədə(özlərinə söz veriblər sanki).Sizcə cəmiyyətimizin bu addımları nədən irəli gəlir?Qonşudan dala qalmamaları üçünmü ya acgözlük yoxsa özlərini ətrafa sübut etmələrinə görəmi?
Burada yalnızca bir səbəb var. Verilən ehsan ehsanlıqdan çıxıb sadəcə gələnlərin yanında prestij qazanmaq rejiminə keçib.

7.*Qadın xasiyyəti pul yoxkən, kişi xasiyyəti isə pul çoxkən aydınlaşır.-Bu proflinizdə olan statunuz məni çox düşündürüb bir o qədərdə maraqlı gəlib açıqlaması,demirəm ki,mənasını anlamıram amma bu statusun paylaşanı olaraq ayıdınlıq gətirə bilərsinizmi ?Bir kişinin xasiyyəti pulla ölçülürmü?
Burada əslində məna heçdə çətin deyil. Pul çox olarkən kişi o kişidir ki, mənliyini itirməsin. Pul yox olarkən isə qadın o qadındır ki, iffətini itirməsin. Halbuki indiki zamanda bu dediklərimin əksi təəssüfki yaşanmaqdadır.

8.Sizi indi çoxxx uzaqlara aparacam bəlkə)Əsgərlik illərinizdən sualım olacaq:)Yəqin əsgərliyinizi etmisiz indiki gənclər kimi "Xəstə vayinni"bileti alıb evdə oturanlardan deyilsiz məncə))Bizim stilnni gənc oğlanlarımız evdə şkaflarında "xəstə vayinni"biletini alıb gizlədirlər, çöldə isə güc nümayişinə çıxırlar))Siz necə əsl gücünüzü əsgərlikdə göstərib çöldə sakit xarakterlisiz ya hər iki slujbada sakit həyat tərzini sevirsiz?
:)))) Dəyərli xanım, mən 14 yaşımdan əsgərlikdəyəm və hələdə 15 ildir ki, əsgərliyimi davam etdirirəm. Ona görə sualınızı əsgərliyi çəkib gələnlərdən soruşun :))

9.Deyirəm Admin bəy
Kimlərə qaldı dünya,
Dolub boşaldı dünya
Olmadı sirrin açan
Misirli qaldı dünya:)
Allah Məmmədbağır Bağırzadəyə qəni-qəni rəhmət eləsin,çox mənalı ,indidə musiqilərini dinlədikdə dinləməyə davam etmək istəyirsən.Yuxarıda qeyd etdiyim musiqinin nəqarətinin sözlərini çox bəyənirəm.Sizcə bu dünya kimlərə qalıb və kimlərə qalacaq?

Onu bilirəm ki, bütün cihanı (dünyanı) fəth edən Çingiz xana, Makedoniyalı İsgəndərə və Sultan Suleymana qalmayan dünya nə mənə qalaca nədə ki sizə.))) Odur ki, dünyanı sevməyi heç kəsə arzulamıram.

10.Varlı balalarının uşaqlıqda oynadıqları maşın böyük kamazlar,kasıb balalarının uşaqlıqda oynadıqları məftildən düzədilmiş təkər,rol sonunda gözləriylə gördükləri böyük maşın....Varlı balalarının uşaqları böyüdüklərində(18 yaşlarında)altlarında BMV, porşe,kasıb balalarının uşaqları böyüdükdə(18yaşlarında) 06,07 ...Mən bu Vətənimizdə olan haqqsızlıqdan danışsam sizə sualımı unudaram deyə keçid alıram suala)..Niyə vətənimizdə insanların hər biri eyni təbəqədə yer almırlar ?Niyə varlı insanlar öz övladlarını pulla gözlərini bağlayırlar(Hamısı karrupsiya nəticəsində əldə etdikləridi)?
Bunun adı sadəcə Kapitalizimdir. Bunu biz yaxud da siz seçmirsiz. Bunu dünyanı idarə edən ailələrin qərarlarıdır ki, buna uymağa istəsək də istəməsək də məcburuq))

11.Vətənimizdə Qadın və kişi hüqüqları bərabərdimi?Sizdə bəzi kişilər kimi düşünürsüz(Arvad nədi işləmək nədi,arvad dediyin ancaq evdə oturmalıdı)deyə deyimləri "kişilər"dedikdə nədənsə simalarına baxırsan bir an qeyrət gəlir))Amma həmən sözü deyən kişinin evdə arvadıyla danışığını belə görmək istəmərsiz(olur quzu bala)inanırsız çoxdu belələri))Sizində bu barədə fikriniz bizlər üçün maraqlı olar.
Qadın kişi bərabərliyi Vətənlə bağlı olmur). Onu bərabərləşdirən yaxud nataraz saxlayan Cəmiyyətdir. Qadın Kişi bərabərliyi ilk öncə ailələrdən başlanmalı və fərq qoyulmamalıdır. Əlbəttə qadının ali təhsilli, dünya görüşlü olması şərtdir. Çünki dünya fanidir, kişi xəstələnə yaxud ölə bilər. Dediyiniz kimi desək "arvad" kişisi öldü deyə əllərə baxmaması üçün, qapılara düşməməsi üçün təhsilli olub işləyərək namusu ilə balalarına baxmalıdır.

12.Bu sualı sizə verməsəm olmaz))Hər müsahibəmdə bu sualı hər kəsə verməyi düşünürəm,çünki necə ki,insanlar fərqli xarakterə sahibdilər həmçinin fikirləri düşüncələridə fərqli olur.Siz sevgi hissini bizə necə açıqlaya bilərsiz?İndiki zamanda olan sevgi hissləri niyə bu qədər ucuzlaşıb,adiləşib ya adiləşdiriblər,günahkar qismində oğlanlarımı görürsüz ya qızlarımızımı?
Bu sualı bu hissi yaşayan birinə verin zəhmət olmasa)))

13."Mentalitetin" açıqlamasını istəsəm necə cavablayarsız?Sizcə ölkəmizdə mentalitetimiz qorunurmu?
Bir cümlə ilə ifadə edəcəm. Mentalitet - bəzi kəslər üçün "geridə qalmış qaydalar", bəzi kəslər üçün isə həyat devizi, formalaşmaqda yardımçı olan bir yol.

14.Azda olsa sayta daxil olursuz,fikirlərini,şərhlərini bəyəndiyiniz userler varmı?(Ad şərtidir))Bir neçə hörmət etdiyiniz userlerin adını qeyd edərsinizmi?
İnanın bu sözümdə çox ama çox səmimiyəm. Saytımıza girən hər bir useri, 1 şərh yazandan 100.000 şərh yazanına kimi eyni baxıb hörmət edirəm.

15.Artıq müsahibəmizin sonuna çatdıq,ümid edirəm suallarımı bəyəndiz,saytımıza-saytımızın qadınlarına arzularınız, özünüzdən balaca qızlarımıza məsləhətləriniz varsa buyurub yaza bilərsiz.
Saytımızın həm qadınlarına həm balaca qızlarımıza Fatimə anamız kimi iffətli və imanlı olmağı, Sara xatun kimi savadlı olmağı və ölkəmizin 1-ci xanımı kimi baxımlı olmağı arzu edirəm)))


Şərhlər: 51
Baxılıb: 1144
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
pozitiv
Bu admin haqqinda melumatim yox idi.Musahibe maraqli alinib...
23 aprel 2016 18:26
# 51
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
Totu
Maraqli alinib cavablar
14 aprel 2016 23:03
# 50
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
seher_kuleyi7
Maraqli suallar ve cavablar oldu )))
13 aprel 2016 16:51
# 49
Sucan
Maraqli suallar ve cavablar oldu )))
27 mart 2016 18:50
# 48
arzum-aysum
adını bilsəm de hec vaxt ünsiyyətim olmayan adminimiz, bir iki məlumatim var idi xəbərlərden, bele bir az d melumatlanmis oldum. amma bir şey nəzərimdən yayınmadı, mene ele geldi yoxsa düz müşahidə etmişəm, adminimiz xox danışmağı sevmir deyəsən
26 mart 2016 16:36
# 47
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
nanaska00
cox gozel daniwmaq qabiliyyeti var) cox maraqli suallar verdiniz admine melumatim oldu admin haqqinda tewekkurler))
26 mart 2016 02:28
# 46
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
Antikvar
Sitat: tatyana
antikvar adina uygun ele dusundurucu suallar verirki oxuduqca maraq gelir insana,kizimmm sen jurnalistsenmi yoxsa?)adminin cavablarida qisa ve tam.

)))Çox sağol bacım bəyəndiyinə görə,yox jurnalist deyiləm amma olsaydım bilirəm kanallar məni öz tərəflərinə çəkmək üçün can atardılar))))
Bacarığım var sadəcə məktəb vaxtlarıda bu işlərə mən baxardım tədbirlərdə aparıcılıq etmələr sinifdə sual vermələr:)

Digər şərh yazan qızlarımızada təşəkkür edirəm.
25 mart 2016 12:25
# 45
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
tatyana
antikvar adina uygun ele dusundurucu suallar verirki oxuduqca maraq gelir insana,kizimmm sen jurnalistsenmi yoxsa?)adminin cavablarida qisa ve tam.
25 mart 2016 12:06
# 44
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
NURANE
Men bu adminleri cox ciddi taniyiram Mammadov.V.C da Anar. Mammadovuda
cox cididileer musahibe de maraqli alinib twk
25 mart 2016 09:19
# 43
zalimin zulmu varsa seveninde Allahi var
Marta
Suallarda cavablarda xosuma geldi, in sa Allah ailenizle bir omur xosbext olarsiz. Isiniz avand olsun)
24 mart 2016 23:57
# 42
Немного терпения, и у тебя все получится..
Aydan Habili
birinci demeli herbiciymisiniz bele anladim,2cisi,evlisiniz ama sevgi hissiinin olmadigini anladim cunki yazinizda qeyd etmisiniz ki,bunu yasayan birinden sorusun neise bu bele,xos arzulara gore tesekkurler.

Sitat: YARIM QALMIS XEYALLAR
Maraql oxudum. Cunki olqun insanlarin serhlerine ve suallara verilen cavablarina hemise maraqla diqqet yetirirem. Adminse senetiyle bagli olsun ki,gerek konkretliyi seven biridir gorunur. Lakonik cavablar verib. Birde sanki bu sualdan telesib digerinin gelmesi kimi cavablar verib. Bir sualin cavabi mene maraqli geldi ailelidir allah hemise xosbext etsin bir yastiqda yaslandirsin amin. Sevgi haqqindaki sualina cavab olaraq deyibki o hissi yasayanlardan sorusun. 12ci sualda meger o hissi yasamayibki ele deyib? Ailelidirse sevgi haqqinda en gozel fikirleri mence o deye bilerdi. Birde mentalitet haqqindaki suala verdiyi cavabi cox beyendim. Esgerlikle bagli suala gelince 15ildir ki,esgerlikde olan biri olaraq o hissi ondan gozel cavablandira bilecek kimse olmazdi mence vetene bagli biridir ve cox gozel hisslerle asilaya bilerdi bu sualin cavabini. Menim fikrim idi bunlar. Umumilikde ise beyendim musahibeni. Tesekkurler.

tam dusunduklermi eks etdirmisiniz
24 mart 2016 22:26
# 41
Şəbnəm Vüsal
Evelimi oxudum.sebrim catmafi tam oxumaga.maraqli idi ama
24 mart 2016 20:46
# 40
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Barbaris
maraqli cavablar idi
24 mart 2016 20:40
# 39
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
emis
Musahibeleri sevirem verilen suallar ve alinan cavablar maraqli idi her birinize tesekkurler
24 mart 2016 19:49
# 38
lilit
Seyfenin admini erkekmiw Oo haberim yokdu he beledeki qewey musahibedu beyendim
24 mart 2016 19:03
# 37
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
vipbetul
gozel musahibeydi
24 mart 2016 18:14
# 36
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Maraqli idi suallardacavablarda
24 mart 2016 17:28
# 35
VIP
Suallar və cavablar cox gözəldi.Amma ən cox bəyəndiyim 7-ci sual cavab idi.Dogru qeyd edilib.Bunu vatsapda özümə status qoyacam.
24 mart 2016 16:53
# 34
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ülü16
Çox maraqlı idi. Anar bəyə və Antikvar xanıma təşəkkür edirəm
24 mart 2016 16:31
# 33
yarpaq33
Cox maraqli layihedi suallarda cavablarda mentiqli ve semimi idi
24 mart 2016 16:17
# 32
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
24 mart 2016 16:14
# 31
YARIM QALMIS XEYALLAR
Maraql oxudum. Cunki olqun insanlarin serhlerine ve suallara verilen cavablarina hemise maraqla diqqet yetirirem. Adminse senetiyle bagli olsun ki,gerek konkretliyi seven biridir gorunur. Lakonik cavablar verib. Birde sanki bu sualdan telesib digerinin gelmesi kimi cavablar verib. Bir sualin cavabi mene maraqli geldi ailelidir allah hemise xosbext etsin bir yastiqda yaslandirsin amin. Sevgi haqqindaki sualina cavab olaraq deyibki o hissi yasayanlardan sorusun. 12ci sualda meger o hissi yasamayibki ele deyib? Ailelidirse sevgi haqqinda en gozel fikirleri mence o deye bilerdi. Birde mentalitet haqqindaki suala verdiyi cavabi cox beyendim. Esgerlikle bagli suala gelince 15ildir ki,esgerlikde olan biri olaraq o hissi ondan gozel cavablandira bilecek kimse olmazdi mence vetene bagli biridir ve cox gozel hisslerle asilaya bilerdi bu sualin cavabini. Menim fikrim idi bunlar. Umumilikde ise beyendim musahibeni. Tesekkurler.
24 mart 2016 16:14
# 30
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
lale.veliyeva19
Çox sevdiyim bir layihədi adminimizin cavablarını çox bəyəndim suallar həmişəki kimi əladı
24 mart 2016 15:53
# 29
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Catwoman666
Konkret cavablari sevirem ;)
Qadinlara verdiyiniz tövsiyyeler ise çox gözeldir.
Heyatinizda ugurlar!

...666...
24 mart 2016 15:36
# 28
"All men must die, but we are not men"

Daenerys Targaryen
Chalikushu
suallar da maraqli cavablar da
24 mart 2016 14:33
# 27
men ne vaxt boyudum ki qelbler qirdim(
leyli
maraqliydi..
24 mart 2016 14:22
# 26
ümid ölmesin hec kesde
Leylas
Gozel arzudu.. Sizin hagda oxumag ve tanimag maragli oldu ... Heyatinizda ugurlar ...
24 mart 2016 13:35
# 25
Asya
Maraqli musahibe oldu.yaxwiki bele bir gozel sayt acmisiniz.tewekkurler
24 mart 2016 13:08
# 24
Antikvar
İlk öncə təklifimi qəbul edən Admin Anar Mammadova təşəkkürümü bildirirəm.

Lahiyəmi və müsahibəmin suallarını bəyənən qızlarımızın hər birinə ayrı-ayrılıqda minnətdaram.Dediyim kimi suallar hər zaman fərqli iştirakçılara fərqli suallar veriləcək.Müsahibəmdə iştirak etmək istədiyim userlerədə özüm müraciət edəcəm suallarla bərabər.Şərh yazan əlləriniz var olsun.Təşəkkürlər.
24 mart 2016 13:03
# 23
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
qonaqa
cox gozel musahibe alinib Admin beyi Allah bu saytdan eksik etmesin
24 mart 2016 12:59
# 22
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz